UÇUB GETMƏ (GƏLMƏ) – uçan orqanizmlərin (quşlar, yarasa,
bəzi cücülər) – öz yuvalarından iqlim şəraiti daha əlverişli vilayətlərə
(payızda) qışlamaq üçün kütləvi surətdə uçub getməsi və uçub qayıtması
(yazda). Quşların U.g. nəsli proqrama əsaslanır.
UDMA ƏMSALI – udulmuş maddələrin miqdarının orqanizmə
daxil olan maddələrin miqdarına nisbəti.
ULTRABƏNÖVŞƏYİ RADİASİYA (lat. ultra – fövq, daha çox.
ifrat) – dalğasının uzunluğu 10-400 nm diapozonlu elektromaqnit
şüalarından ibarətdir. Orqanizmlərin həyatı üçün böyük əhəmiyyətə
malikdir (bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə
fermentlərin fəallığını dəyişdirir). Heyvan və insana adətən əlverişli
təsir göstərir.
ULTRAELEMENTLƏR – canlı orqanizmlərdə olduqca az
miqdarda (canlı maddə kütləsnin 10
–5
-dən 10
12
%-ə qədər) olan kimyəvi
maddələr (məs., gümüş, qızıl, qurğuşun, civə, radium).
ULTRAHİQROFİTLƏR – çox nəmli yerlər üçün səciyyəvi hiqrofit
bitki qrupu. Nəmli (çox rütubətli) ətraf mühitin bioindikatoru kimi
istifadə olunur (air-bataqlıq zanbağı, üçyarpaq su yoncası, su süsəni;
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
475
bataqlıq ağcaqanadı, bataqlıq mərcanı, çimli cil, adi qamış və s.).
URAN, (latınca Uraniu - U). – kimyəvi element, ağır gümüşü-ağ
parlaq metal; pluton əldə etmək üçün nüvə yanacağı kimi istifadə
olunur.
URBANİSTİKA (lat. urbanus – şəhərlə bağlı olan, urbs - şəhər) –
urbanizasiya məsələləri ilə bağlı bütün hadisələri hərtərəfli tədqiq edən
kompleks fənn.
URBANİZASİYA (lat. urbanus - şəhər) – əhalinin şəhərə axını;
cəmiyyətin inkişafında şəhərlərin rolunun artmasını göstərən tarixi
proses; Əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini,
mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini,
məskunlaşmasını və s. əhatə edir. U. müxtəlif sosial-iqtisadi
formasiyaların və dövlətlərin inkişafına böyük təsir göstərir:
sivilizasiyanın əsas nəaliyyətləri məhz şəhərlərlə bağlıdır. Dünya
şəhərlərində yaşayan əhalinin sayı 19-cu əsrin əvvəlinə 29 mln., 1900
ildə 224 mln., 1950 ildə 706 mln, 1980 ildə 1809 mln nəfər olmuşdur.
1922-84 illərdə Azərbaycanda şəhər əhalisi 7,4 dəfə artmış, əhalinin
ümumi sayında payı 54%-ə çatmışdır.
URBOEKOLOGİYA – şəhərin ekoloji problemləri ilə əlaqəli
şəkildə insan ekologiyasının vəziyyəti və perspektivliyinin tətbiqi ilə
məşğul olan yeni elm sahəsi.
UTİLİZASİYA (lat. utilis – faydalı) – istehsal tullantılarından
xammal, yarımfabrikat, yanacaq və s. kimi faydalı istifadə. U.-nın x.t.-
nda böyük əhəmiyyəti var. Bir sıra sahələrdə U. məqsədi ilə xüsusi U.
sexləri və hətta U. zavodları yaradılır. U. tullantılarının toplanması ilə
xüsusi müəssisələr məşğul olur.
UYĞUNLAŞMA – ətraf mühitin dəyişməsinə müvafiq olaraq
orqanizmin (fərd, populyasiya, növ, biosenoz) reaksiyasının və
əlamətlərinin yeniləşməsi.
UYĞUNLAŞMA MEXANİZMİ – orqanizm, populyasiya və ya
qruplaşmanın dəyişən mühitə uyğunlaşma mexanizmi (davranışının
dəyişməsi, morfoloji dəyişmə və s.).
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
476
Ü
ÜFÜQİ MİQRASİYA – Müntəzəm olaraq, (əsasən mövsümi)
zoohidrobiontların əlverişli, həyat üçün vacib olan şərait axtarmaq üçün
təkrar olunan kütləvi yerdəyişməsi; mülayim və yüksək en dairələrində
isti mövsümün əvvəlində (yazda) bir çox zoohidrobiontlar sahilə doğru,
kəskin temperatur düşdükdə (xüsusilə su hövzəsi donarkən) isə sahildən
su hövzəsinin daha dərin sahələrinə doğru miqrasiya edir.
ÜFÜQİ (HORİZONTAL) ZONALLIQ – Yerin landşaft və iqlim
şəraitinə uyğun olaraq bitki örtüyü və heyvanat aləminin eninə
yayılması.
ÜMUMDÜNYA FAUNANI MÜHAFİZƏ STRATEGİYASI
(ÜFMS) – təbiəti və təbii resursların mühafizəsi beynəlxalq ittifaqının
XVI baş assambleyası tərəfindən Yerin heyvanat aləminin qorunması və
səmərəli istifadəsi strategiyası qəbul olunmuşdur (Aşqabad, 1978).
Strategiyanın məqsədi canlı təbiət resurslarının tam qorunmasının təmin
olunmasına nail olmaqdır, bəşəriyyətin gələcəyi məhz bununla
əlaqədardır.
ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜ – 5 iyun – Stokholmda
(İsveç) BMT-nin 5-16 iyun 1972-ci ildə keçirilmiş konfransında
Yaponiya və Seneqal nümayəndələrinin təklifi ilə təsis edilmişir. Ətraf
mühitin mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək
məqsədilə bütün dünyada hər il qeyd edilir.
ÜMUMDÜNYA METEOROLOJİ TƏŞKİLAT (ÜMT) – 1947-ci
ildən BMT-nin fəaliyyət göstərən xüsusi dövlətlərarası idarəsi. ÜMT-in
vəzifəsi meteoroloji müşahidələrin və tədqiqatların aparılmasına,
həmçinin milli meteoroloji və hidroloji xidmətin koordinasiyasına
qarşılıqlı əlaqə yaratmaqdır. Qərərgah binası Cenevrədə (İsveçrə)
yerləşir.
ÜMUMDÜNYA SAĞLAMLIQ TƏŞKİLATI (ÜST) – əsası 1945-
ci ildə qoyulan BMT-in dövlətlərarası xüsusi idarəsi. Məqsədi – daha
təhlükəli olan xəstəliklərlə mübarizə aparmaq, beynəlxalq sanitar
qaydalar hazırlamaq, statistik uçotlar yerinə yetirmək və s. Qərargah
mənzili Cenevrədə (İsveçrə) yerləşir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
477
ÜMUMDÜNYA TƏBİƏT XARTİYASI – 1982-ci ildə BMT-nin
baş Assambleyasında qəbul etdiyi beynəlxalq təbiəti mühafizə sənədi.
Bu sənəd bütün dövlətlər qarşısında planetimizi və onun zənginliklərini
qoruyub saxlamaq məsuliyyəti tapşırır.
ÜMUMDÜNYA TƏBİƏTİ MÜHAFİZƏ STRATEGİYASI
(ÜTMS) – Beynəlxalq təbiəti və təbii resursları mühafizə (MSOP)
ittifaqı BMT-nin ətraf mühit üzrə (YUNEP), ümumittifaq yabanı təbiət
fondu (ÜYTF), BMT-nın ərzaq kənd təsərrüfatı təşkilatı (FAO),
YUNESKO və başqa beynəlxalq qeyri dövlət təşkilatlarının məsləhəti,
əlaqəsi və maliyyə köməyilə 5 mart 1980-ci ildə dünyanın bir çox
ölkələri tərəfindən ÜTMS elan olundu.
ÜMUMDÜNYA YABANI TƏBİƏT FONDU (ÜYTF) –
tükənməkdə olan və nadir heyvan, bitki növlərinin qorunması və
öyrənilməsi üzrə beynəlxalq ictimai, qeyri-dövlət təşkilatı. Əsası 1961-
ci ildə qoyulmuşdur. 27 ölkədə şöbələri var. MSOP, YUNESKO, FAO
və digərlərilə sıx əlaqədə işləyir. İllik (jurnal) və qəzet buraxır. Təbiəti
mühafizə üzrə (1988 ilə qədər) 3000-dən artıq (60 mln dollar
məbləğində) layihə hazırlanmışdır. “Qızıl medalla ”təltif olunmuşdur.
ÜMUMİ ÖLÜM ƏMSALI – sənaye (antropogen) və təbii ölüm
əmsallarının cəmi (faizlə) aşağıdakı düsturla ifadə olunur:
K
td
=K
ad
+ K
nd
⋅ 100
burada: K
ad
– antropogen ölüm əmsalı
K
nd
– təbii ölüm əmsalı.
ÜZVİ ALƏM, CANLI TƏBİƏT – yerin biosferində məskunlaşan
canlı varlıqdır. Mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar Ü.a.-i
əmələ gətirir. Ü.a.-in ayrı-ayrı komponentləri həyat fəaliyyəti prosesində
öz aralarında və qeyri-üzvi təbiət cisimləri ilə sıx qarşılıqlı təsirdə
olurlar.
ÜZVİ TƏKAMÜL – həyat yaranan vaxtdan başlayaraq bu günə
qədər Yer tarixində olan bütün hadisələr (təxm. 4 mlrd il əvvəl).
ÜZVİ GÜBRƏLƏR – tərkibində üzvi birləşmələr formasında qidalı
maddələr olan bitki və heyvan mənşəli gübrələr. Ü.g-in müntəzəm
verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və
hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən
bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
478
Ü.g.-in tətbiqi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağa
imkan verir. Ü.g-rə yerli gübrələrin çoxu (peyin, torf, kompast, quş
peyini və s.) yaşıl gübrələr, şəhər kommunal təsərrüfatı, yeyinti və dəri
sənayesi tullantıları və s. daxildir.
ÜZVİ MADDƏ – biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni
orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri
(töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması
nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar,
liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr).
ÜZVİ MADDƏLƏRİN MİNERALLAŞMASI – bakterioloji
proses; üzvi maddələrin tam parçalanıb qeyri-üzvi maddələrin əmələ
gəlməsi.
ÜZVİ–MİNERAL gübrələr, humin gübrələri – tərkibində üzvi
maddə və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan
gübrələr. Ü.m.g.-in tərkibi və adı müxtəlif olur: Huymofos, humofoska,
torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s.
ÜZÜM FƏSİLƏSİ – (Vitaceae) fəsiləyə 12 cins daxildir.
Üzüm cinsi (Vitis) – cinsə 30-dan çox artıq növ daxildir. Bir çox
mədəni sortları vardır. Təbii halda geniş yayılanı meşə üzümüdür.
Meşə üzümü (V.silvestris) Azərbaycanda Samur-Dəvəçi, Qanıx-
Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran düzənliyində, Böyük
və Kiçik Qafqazın orta dağ qurşağına kimi meşələrdə ağaclara sarmaşan
halda rast gəlinir.
ÜZÜM MÜALİCƏSİ, ampeloterapiya – Müxtəlif xəstəliklərin
üzümlə müalicəsi. Ü.m. nəticəsində su-duz mübadiləsi, bağırsaqların
motor funksiyası sürətlənir, iştaha, sidik ifrazı artır və s. Ürək-damar,
böyrək, qaraciyər, ağciyər, xəstəliklərinin müalicəsində istifadə olunur.
Şəkərli diabetdə, ağız boşluğunda yara olduqda (stomatit, gigivit),
kəskin və xroniki enteritdə, enterokolitlərdə, kəsgin ağciyər vərəmində
Ü.m.-dən istifadə etmək olmaz.
ÜZÜMÇÜLÜK – Üzümün becərilməsi ilə məşğul olan kənd
təsərrüfatı sahəsi. Ü. əhalini üzüm və kişmişlə, şərabçılıq və konserv
sənayesini xammalla təmin edir. Azərbaycan Respublikasında Ü. kənd
təsərrüfatı
-nın əsas sahələrindən biridir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
479
V
VAHƏ – səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik
rayonları, ağac, kol və ot sahələri. V.-nin əmələ gəlməsinə səbəb sahədə
qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı
suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı
daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından
suvarma ilə əlaqədardır) çox olmasıdır. V.-lərin sahəsi (Afrikada Nil
çayı dərəsi, Orta Asiyada Fərqanə dərəsi, Amudəryanın aşağı axını və
s.) onlarca hektardan on minlərlə km
2
-ə qədər olur. V.-lər səhralarda
əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. V.-
lərdə ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm
və s. becərilir. Afrika və Cənubi-Qərbi Asiyadakı V.-lərin xarakterik
bitkisi xurma ağacıdır.
VAHİD DÖVLƏT SU FONDU – Azərbaycan respublikasının
bütün su obyektlərinin (çaylar, su anbarları, göllər, nohurlar, kanallar,
daxili dənizlər və s.) məcmusu. Su obyektləri ümumxalq mülkiyyəti
olub dövlətin tabeçiliyində olur, əhaliyə, müəssisələrə, təşkilatlara ancaq
istifadə üçün verilir.
VASİTƏLİ RƏQABƏT, İSTİSMAR RƏQABƏTİ – müxtəlif
növdən ibarət populyasiyaların miqdarı məhdudlaşmış olan eyni
resursdan istifadə etdikdə aralarında yaranan rəqabət; bu, müxtəlif növ
populyasiyaların arasında əsas rəqabət forması sayılır. Yaşayış uğrunda
belə mübarizədə konkurentlər (rəqiblər) «üz-üzə»” gəlmir, onlar
arasındakı mübarizə bilavasitə hücum etməklə yox, acından ölməklə
bilinir.
VEGETASİYA – cücərmə, boyatma və yetişmə; bitkinin aktiv həyat
fəaliyyəti halı (sakitlik halından fərqli olaraq).
VEGETASİYA DÖVRÜ – il ərzində hər hansı bir iqlim şəraitində
bitkinin boy artımı və inkişafı (vegetasiya) mümkün olduğu dövr.
Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız
soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün il boyu
davam edir. Azərbaycanda V.d. tərəvəz üçün 90-120, üzüm üçün 208-
239, pambıq üçün 130-140, payızlıq taxıl üçün 230-306, yarpağı tökülən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
480
ağac və kollar üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün il
boyu) hesab olunur.
VEGETASİYA ÜSULU – bitkilərin vegetasiya evi və laboratoriya
şəraitində becərilməsi üsulu. V.ü. ilə qida maddələrinin fizioloji rolu,
onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın,
temp-run, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin,
torpaqdakı zərərli duzların bitkiyə təsiri, bitkilərin kimyəvi vasitələrlə
mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin
bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına
torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında)
doldurulur. V.ü. ilə alınmış məlumat tarla şəraitində yoxlanılır.
VEGETATİV ÇOXALMA – qeyri cinsi çoxalma növlərindən biri;
ana orqanizmin müəyyən hissəsindən yeni orqanizm əmələ gəlməsi.
Mikroorqanizmlər, ibtidai heyvanlar, təxminən bütün bitkilər V.ç.
üsulu ilə artır. Ali bitkilər vegetativ orqanalarla (firqəndə, sürünən
gövdənin hissələri, bığcıq və kök pöhrələri) artır. Bir çox dekorativ və
tərəvəz bitkiləri soğanaqla, çoxillik bitkilər isə bir qayda olaraq
kökümsovla çoxalır. Bitkiçilikdə çiliklə çoxalma geniş yayılmışdır.
Meyvəçilikdə, meşəçilikdə firqəndə, çilikbasdırma və calaq üsulu geniş
tətbiq edilir.
VEGETATİV HİBRİDLƏŞDİRMƏ – calanmış bitkidə calaqla
calaqaltının qarşılıqlı təsiri. Onların bir-birinə təsiri uzunmüddətli olsa
da V.h.-də əsas növ xüsusiyyətləri dəyişmir. Calaq və calaqaltı öz cinsi
xüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəslə
keçmir. V.h. üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır.
VEGETATİV ORQANLAR – bitki orqanizminin yaşayışını və
qidalanmasını təmin edən hissələr. İbtidai bitkilərdə vegetativ cisim
(tallom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərində
əsas V.o. kök, gövdə və yarpaqdır.
VEKTOR (yun. Vector) – digər orqanizmlərə patogen agentlər
(viruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər. Ən
çox həşəratlar arasında rast gəlinir.
VENESİYA SİSTEMİ – Beynəlxalq Limnologiya Konqresində
(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə
görə təsnifat sistemi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
481
VENTİLYASİYA (lat. ventilatio - küləkləndirmək) – 1)
heyvanların öz yuvalarının havasını təmizləməsi (təzələməsi); 2)
istehsalat yaşayış və ictimai evlərin gigiyena tələblərinə uyğun hava ilə
təmin edilməsi. Yerli V.-da çirklənmiş hava yalnız çirklənmiş yerdən
kənar edilir. Ümumidəyişmə V.-da çirklənmə yerindən asılı olmayaraq
bütün binanın havası ventilyasiya edilir. Kombinasiyalı V.-da yerli və
ümumdəyişmə ventilyasiyasının elementlərindən istifadə olunur.
VERNADSKİNİN KOSMO-BİOGEOKİMYƏVİ PRİNSİPİ –
V.İ.Vernadski (1926) tərəfindən ifadə olunmuş bu prinsipə əsasən canlı
maddə daim (fasiləsiz olaraq) kosmik mühit və onun əhatəsilə kimyəvi
mübadilədədir. Bu mübadilə əsnasında canlı maddə Günəşin kosmik
enerjisilə planetimizdə yaranır və saxlanılır.
VERMİSİD – parazit qurdların (nemaqon, nemasid, zinofos və b.)
məhv etmək üçün təyin olunmuş kimyəvi maddələr.
VEZİKANTLAR – övrə xəstəliyinin yaranmasına səbəb olan
müxtəlif canlı orqanizmlər (gicitkan, dəniz ulduzları), həmçinin kimyəvi
maddələr (çirkləndirici).
VƏHŞİ HEYVAN RESURSLARININ NİZAMLANMASI –
populyasiyanın yerinin və ya tərkibinin dəyişdirilməsi yolu ilə vəhşi
heyvanların sayının saxlanması və dəyişdirilməsi üzrə müxtəlif üsulların
tətbiq edilməsi.
VƏHŞİ HEYVAN SAXLAMA – vəhşi heyvanların (xüsusən xəzli)
qəfəs-volyer şəraitində artılırması nəzəriyyəsi və praktikası. V.h.s.
Rusiya, ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya və digər ölkələrdə
aparılır. Dünyada 20 növə qədər vəhşi heyvan (su samuru, nutriya,
tülkü, şinşilla, su qunduzu və s.) artırılır.
VƏHŞİ HEYVANLAR – 1) digər heyvanı ovlayıb yeyən bitki və ya
heyvan. 2) Yaxın sistematik növlərin (qrupların) nümayəndələri ilə
qidalanan heyvanlar.
VƏRDİŞ – Orqanizm davranışının xüsusi forması; fəaliyyətin
dəfələrlə təkrarı sayəsində avtomatik icra olunur. Bəzən pis V.
orqanizmin zəifləməsinə, bəzən məhvinə səbəb ola bilər. (məs., insanın
siqaretə və ya alkoqola V.-i və s.).
VİOLATOR BİTKİ ÖRTÜYÜ – daim insan fəaliyyətinin təsiri
altında olan bitki örtüyü.
VİOLENTLƏR (lat. violent - qəzəbli) – güclü qruplaşma yaratma
qabiliyyəti olan, sürətlə inkişaf edərək əraziləri zəbt edən, fəal həyat
fəaliyyətilə rəqiblərini sıxışdırıb sıradan çıxaran növlər bura, əsasən
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
482
mezofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936)
tərəfindən irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitki
örtüyünün pələngləri”» adlandırır.
VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərə
daxil olub onlarda xəstəlik törətməsi.
VİRUS XƏSTƏLİKLƏRİ – virusların törətdiyi xəstəliklər. İnsan,
heyvan, quş, balıq, həşərat, bitki, ibtidailər və hətta bakteriyalar tutulur.
V.x-nə çiçək, su çiçəyi, qızılca, məxmərək, ploimielit, epidemik hepatit,
epidemik və endemik ensefalitlər, sarı qızdırma xəstəlikləri aiddir.
VİRUSLAR – süzülən viruslar, ultraviruslar – bitki, heyvan və
insanlarda yoluxucu xəstəliklərin törədicisi. Yalnız canlı toxumla çoxala
bilir. V. başqa orqanizmlərdən aşağıdakı xüsusiyyətlərilə fərqlənir: 1) V.
mikroorqanizmlərin ən kiçiyi olduğu üçün (m.mk.-la ölçülür)
bakterioloji filtrdən süzülür; 2) tərkibində yalnız bir tipli nuklein
turşusu, RNT və ya DNT olur; 3) parazit olub, canlı hüceyrədə çoxalır;
4) hüceyrə quruluşu olmayan ən bəsit canlı mikroorqanizmlərdir.
VİRUSŞÜNASLIQ – virusların tədqiqi ilə məşğul olan elmi fənn.
VİTAMİNLƏR – insan, heyvan orqanizmlərinin və s. qidalanması
üçün əsas qida maddələrinə (zülal, yağ, karbohidrat və duzlara) nisbətən
cüzi miqdarda tələb olunan üzvi maddələr qrupu. Orqanizmin həyat
fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün B.-in
olduqca böyük əhəmiyyəti var. İnsan və heyvanlar vitamini bilavasitə
bitkilərdən və ya dolayı yolla heyvan məhsullarından alır. Suda həll olan
V.: askorbin turşusu (C vitamini), tiamin (B vitamini) ribovlavin (B
2
vitamini), B
6
vitamini, kobalamin (B
12
vitamini), niabin (PP vitamini),
folasin (foliyeva turşusu), hantoten turşusu, biotin. Yağda həll olan B:
retinol (A vitamini), kalsiferol (D vitamini), tekoferol (E vitamini),
filloxanonlar (K vitamini).
VİTAMİNLİ BİTKİLƏR – tərkibində xeyli miqdarda vitamin və
ya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər.
Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnu
meyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300-
500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Ali
bitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır.
Qırmızı və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli
göbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B
1
, B
2
, eləcə
də PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu
meyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda),
qırmızı istiotdan, qarağat, çay tikanı və s. bitkilərin meyvəsindən
istifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────
483
“E” vitamini konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm,
ispanaq, adi şabalıd yarpağında, kök, qabaq, quşarmudu, pomidor
meyvələrində çoxlu «K»” vitamini, itburnu və sitrus bitkilərinin
meyvəsində isə «P»” vitamini olur.
VİVARİ – təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar,
əsasən laboratoriya heyvanları saxlanan bina. V.-dən eyni zamanda
heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur.
Dostları ilə paylaş: |