Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix17.04.2017
ölçüsü66,66 Kb.
#14258
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

270 
mübadiləsinin pozulmasına və heyvanın piylənməsinə səbəb olur. 
İnsanda boz qabarın zədələnməsi su mübadiləsini pozur və 
şəkərsiz diabet əmələ gətirir. 
 
 
downloaded from KitabYurdu.org

 
266 
VII FƏSİL 
 
 
ÜMUMİ ENDOKRİNOLOGİYA 
 
 
7.1. Hormonlar məlumat daşıyıcıları kimi 
 
İnsan və heyvan orqanizmində endokrin sistem sinir sistemi ilə 
qarşılıqlı təsirdə olub, bioloji koordinasiya mexanizminin yüksək 
effektivliyini təmin edir. 
İnsan və heyvan orqanizmində  fəaliyyət göstərən vəzilərə 
xarici, daxili və qarışıq vəzilər aiddir. 
Axacaqları olan vəzilərə ekzokrin (ekzo – xaricə, krino – ifraz 
etmək) və ya xarici sekresiya vəziləri deyilir. Məsələn, ağızsuyu 
vəziləri (şəkil 7.1). 
Axacaqları olmayan, hazırladıqları hormonları birbaşa qana 
ifraz edən vəzilərə endokrin və ya daxili sekresiya vəziləri deyilir. 
Bu vəziləri öyrənən elm endokrinologiya adlanır (şəkil 7.1). 
Hər iki funksiyanı – həm xarici, həm də daxili sekresiya funk-
siyasını yerinə yetirən vəzilərə  qarışıq vəzilər  deyilir (məsələn, 
mədəaltı və cinsiyyət vəziləri). 
Endokrinologiya sözünün yunanca mənası endo – daxilə, krinon 
–  ifraz etmək,  loqos – elm deməkdir. «Hormon» termini isə yu-
nanca  hormao – oyadıram, hərəkətə  gətirirəm deməkdir. «Hor-
mon» terminini ilk dəfə 1902-ci ildə Beylis və Starlinq elmə daxil 
etmişlər. Endokrinologiya ümumbioloji və ümumtibbi elmdir. 
Endokrinologiyanın inkişafını 4 dövrə bölmək olar: yazılıeks-
perimental, hormonların təmiz  şəkildə alınması  və onların 
kimyəvi strukturlarının müəyyən edilməsi, hormonların sintezi və 
onların törəmələrinin süni yolla alınması. 
Endokrinologiyanın bir elm kimi inkişafı XIX əsrin ortalarına 
təsadüf edir. 1849-cu ili endokrinologiya elminin yaranma tarixi 
kimi qəbul etmək olar. Həmin ildə ilk dəfə Adolf Bertold kastra-
siya olunmuş xoruzun qarın boşluğuna toxumluqları köçürmüş-
 
267 
dür. Elə  həmin illərdə S.E.Broun-Sekar heyvanlarda böyrəküstü 
vəziləri çıxartmaqla bu vəzilərin həyati əhəmiyyətini sübut etdi.  
1855-ci ildə Klod Bernar baş beyinin IV mədəciyinə iynə 
batırmaqla qanda şəkərin artmasını  və sidiklə  şəkərin xaric ol-
masına səbəb olduğunu müşahidə etdi.  
 
 
Şəkil 7.1. Xarici sekresiya vəziləri: 1-gözyaşı vəziləri; 2-ağızsuyu 
vəziləri; 3-qaraciyər; 4-mədəaltı vəzi. 
 
1889-cu ildə O.Minkovski və J.Merinq əvvəlcə itin mədəaltı 
vəzisini ekstripasia etdikdən sonra qanda, sidikdə  şəkərin 
miqdarının artması haqqında məlumat verdilər. Çıxarılmış 
mədəaltı  vəzini öz yerinə transplantasiya etdikdə isə qanda 
şəkərin normallaşdığını sübut etdikdən sonra, şəkərli diabetlə 
mədəaltı  vəzinin funksiyaları arasında  əlaqənin olduğunu sübut 
etdilər. 
1889-cu ildə Broun-Sekar Paris Biologiya Cəmiyyətinin 
iclasında cinsiyyət vəzisindən aldığı  şirəni özünə inyeksiya 
downloaded from KitabYurdu.org

 
268 
etdikdən sonra cavanlaşdırmada rolu haqqında məlumat verdi. 
XX  əsrin  əvvəli və ortaları endokrin orqanlardan hormonlar 
sırasının alınması ilə  əlaqədar oldu: trioksin (Kendall, 1955); 
insulin (Bantik və Best, 1921); progesteron (Butenant, 1934); 
adrenokortikotrop hormon (Li və Sayres, 1943); triyodtironin 
(Qross və Lembland, 1950). 
1935-ci ildə Dayzo qadın cinsiyyət hormonunu estradiolu 
sintez etdi, 1954-cü ildə böyrəküstü vəzinin qabıq maddəsinin 
yumaqcıqlı zonasının hormonu – alldesteron kəşf olundu 
(Simpson və Tayt), 1963-cü ildə qalxanabənzər vəzinin III 
hormonu – triodkalsitonin aşkar olundu (Kopp). 
Endokrinologiya elminin inkişafında böyük hadisə 
hipotalamusdan hipofizin trop hormonlarının sekresiyasını 
aktivləşdirən (liberinlər), ya da zəiflədən (statinlər) maddə rilizinq 
amillər (rilizinq – hormonlar) alınması oldu. 1962-ci ildə 
hipotalamusdan somatoliberin (somototropin – rilizinq amil, 
Frans), 1970-ci ildə tiroliberin (tritropin – rilizinq amil, Selli, 
1968; Qillemln, 1970), 1972-ci ildə isə somatostatin 
(somatotropin – rilizinbirləşdirici amil, Aillemen) sintez edildi. 
1975-1978-ci illərdə ingilis biokimyaçıları D.Xynz və Q. 
Kosterliq  əvvəlcə donuzun, sonra digər heyvanların baş 
beynindən peptidlər qrupuna aid olan endogen ağrıkəsici 
maddələr – enkefalinlər və endrofillər ayırdılar. 
Müasir endokrinologiya, fiziologiya və morfologiyanın 
uğurları orqanizmin müxtəlif funksiyalarının tənzimi 
mexanizmlərini daha əlaqəli öyrənməyə imkan verir. 
İndi elmə  məlumdur ki, ümumi sinir və endokrin 
tənzimləmədən  əlavə, hüceyrə neyroendokrin tənzimi də 
mövcuddur. 1969-cu ildə ingilis A.Pris orqanizmdə sinir 
hüceyrələri ilə ümumi xassələrə və ümumi əcdada malik və  həm 
zülal hormonlar, həm də neyromediatorlar kimi funksiya yerinə 
yetirən biogen amillər hazırlayan, endokrin hüceyrələri əhatə edən 
funksional sistemin mövcud olması haqqında nəzəriyyə 
formalaşdırdı. Bu sistem APUD sistem adını aldı (ingiliscə – 
amine content preuaursor uptace decarboxylation – hormonların 
 
269 
hüceyrələrin mövcud sistemə aidiyyatını müəyyən edən amillərin 
saxlanmasını, sələflərini udulması və dekarboksilləşmə). 
Mədə-bağırsaq hormonlarının öyrənilməsi uğurla inkişaf edir 
(həzmin endokrinologiyası). Müəyyən olunmuşdur ki, hələ 1902-
ci ildə U.Beylis və E.Starlinq tərəfindən ayrılmış sekretindən baş-
qa, həzm orqanlarının APUD-sisteminin (Apudositləri) növbəti 
neyroendokrin hüceyrələri həmçinin polipeptid hormonlar sintez 
edir: qastrin, xolesistokinin-pankreozmin, motilin, bombezin, 
enkofelin, serotoinin və melatonin və s. 
Beləliklə, xarici sekresiya vəzilərindən fərqli olaraq daxili 
sekresiya vəzilərinin axarları yoxdur və hazırladıqları maddələri 
qana, limfaya və digər toxuma mayelərinə buraxırlar. «Daxili 
sekresiya» termini tanınmış fransız fizioloqu Klod Bernar 
tərəfindən 1855-ci ildə verilib. Bernar geniş  mənada bütün 
orqanları hazırladıqları maddəni qana buraxdığı üçün daxili 
sekresiya vəziləri adlandırırdı. Dar mənada isə böyrəküstü vəzi, 
qalxanabənzər vəz, zob vəzi və s. aid edirdi. O, qaraciyəri 
qlükozanı qana, ödü isə bağırsağa buraxdığı üçün həm daxili, həm 
də xarici sekresiya vəzisi hesab edirdi.  
Son 60 il ərzində kimyanın nailiyyətlərinə  əsaslanaraq 
hormonların kimyəvi təbiəti, biosintezi, təsir mexanizmi haqqında 
fundamental dəlillər alındı və bir sıra hormonların sintezi həyata 
keçirildi. Canlı  təbiətin mövcudluğunun ilkin mərhələsində 
fizioloji proseslərin humoral tənzimi mövcud olmuşdur. 
Təkamülün sonrakı  mərhələsində isə sinir sistemi inkişaf etmiş 
heyvanlarda spesifik kimyəvi maddə – hormon hazırlayan xüsusi 
orqan və ya hüceyrə qrupları yarandı. Ona görə  də humoral 
tənzimləmə, sinirlə tənzimləmədən çox əvvəl yaranmaqla, həm də 
həqiqi sinir sistemi inkişaf etmiş heyvanlarda meydana çıxdı.  
Daxili sekresiya vəzilərinin reflektor tənzimlənməsi vegetativ 
sinir sistemi vasitəsilə təmin olunur. Beləliklə, formalaşmış daxili 
sekresiya vəziləri sisteminə  və sinir strukturlarına malik olan 
heyvanlarda hər iki sistemlər bir-biri ilə sıx şəkildə əlaqədar olub, 
heyvan orqanizminin fizioloji sistemlərinin vahid neyrioendokrin 
tənzimlənməsini təşkil edir. 
downloaded from KitabYurdu.org

 
270 
Bir çox hormonların molekullarının nisbətən kiçik ölçüləri 
onların damarların qan kapilyarlarının endoteliyalarından və 
hüceyrə membranından asanlıqla keçməsini mümkün edir. 
Onlardan bir çoxu hüceyrə membranında və yaxud hormonların 
hüceyrəsinə daxil olaraq səciyyəvi reseptorlar ilə birləşirlər. 
Fermentlərdən fərqli olaraq hormonal maddələrə hüceyrəsiz 
mühitdə kimyəvi təsir göstərmirlər: onlar hüceyrə quruluşunda 
yalnız həyat fəaliyyəti proseslərinə  təsir göstərirlər. Belə ki, 
qalxanvari vəzi hormonu – tiroksin – yalnız canlı hüceyrələrin 
mitoxondrilərində hüceyrə metabolizminin proseslərinə səciyyəvi 
stimullaşdırıcı təsir göstərir. 
Daxili sekresiya vəzilərinə qalxanvarı, qalxanvari ətraf 
vəziləri, mədəaltı  vəzin langerhans adacıqları, böyrəküstü vəzi, 
cinsiyyət vəziləri, timus və ya çəngələbənzər vəzi, cift, hipofiz və 
epifiz aid edilir (şəkil 7.2). 
Onlar hüceyrədə davam edən fizioloji proseslərə təsirinə görə 
aşağıdakı kimi təsnif olunurlar:  
1.
 
Metabolik (maddələr mübadiləsinə);  
2.
 
Morfogenetik (formalaşma, böyümə, metomorfoz);  
3.
 
Kinetik (icraedici orqanların fəaliyyətinə); korreksiyaedici 
(orqan və toxumaların funksiya intensivliyini dəyişdirən) təsir 
edirlər. Belə ki, 1 ml adrenalin on milyon qurbağanın təcrid 
edilmiş ürək fəaliyyətini artırmağa, 12-5000 ada dovşanının 
qanında şəkərin miqdarını azaltmağa bir qram insulin kifayət edir. 
4.
 
Hər bir hormon spesifik təsirə malikdir. Məsələn, insulin 
hormonu  şəkərin hüceyrə daxilinə keçməsinə, tiroksin isə 
hüceyrədə oksidləşmə prosesinə səbəb olur. 
5.
 
Bəzi hormonlar hüceyrə membranına fiksə olub, ancaq 
daxilinə keçə bilmir. Məsələn, katexolaminlər, neyropeptidlər, hü-
ceyrədaxili vasitəçi mediatorlar (AMFS – adenozinmonofosfat, 
QMFS – quanozinomonofosfat, prostoqlandinlər, Ca və s. keçirir). 
6.
 
Hormonların sintezi «əks  əlaqə» prinsipinə  əsaslanır və 
sinir-hormonal yolla tənzim olunur. Belə ki, qanda hər hansı bir 
maddənin azlığı və ya çoxluğu hipotalamusda olan nüvələrin sinir 
uclarının oyanmasına, hipotalamus isə digər daxili sekresiya 
 
271 
vəzilərinə sinir impulsları  və rilizinq hormonlarla təsir etməklə 
həmin vəzilərin orqanizmin tələbinə uyğun hormonlar hazırla-
masına ya da hormon sintezinin ləngiməsinə səbəb olur və ya lən-
giyir. 
 
 
Şəkil 7.2. Daxili sekresiya vəziləri: 1-epifiz; 2-hipofiz; 3-qalxana-
bənzər; 4-qalaxanabənzər ətraf vəzi; 5-çəngələbənzər vəzi (timus); 6-
downloaded from KitabYurdu.org

 
272 
Böyrəküstü vəzi; 7-böyrəklər; 8-mədə-bağırsaq traktı; 9-mədəaltı 
vəzi; 10-yumurtalıq; 11-plasenta; 12-toxumalar. 
 
Bu və ya digər hormonun fizioloji effektinin qiymətləndirilmə-
si bioloji vahidlərlə yerinə yetirilir. Hormonun fəaliyyətinin bio-
loji vahidi səciyyəvi fizioloji effektinin alınması üçün zəruri olan 
hormonal preparatın miqdarı adlanır. Bioloji vahid çox olduqda, 
hormonal preparatın fəallığı da çox olur. 
Hormonların funksiyaları. Kimyəvi birləşmələr olan hor-
monlar daxili sekresiya vəziləri tərəfindən hazırlanaraq qana bu-
raxılır və  bədənə yayılır. Fiziologiyanın bu birləşmələri öyrənən 
sahəsi endokrinologiya adlanır. Hormonlar (kimyəvi) 
məlumatların kimyəvi daşıyıcılarıdırlar. Onlar hədəf orqanına 
çataraq, ona spesifık təsir göstərirlər. Hormonların spesifık təsiri 
hüceyrədə molekulların – reseptorların olması ilə  təmin edilir. 
Uyğun hormonun reseptorlarına yalnız kimyəvi kodlaşdırılmış 
məlumatı olan hədəf orqanının hüceyrələri malikdir. 
Hormonların təsiri altında orqanizmin funksiyalarının işə salın-
ması və tənzimi üçün dəqiqələr və ya saatlar tələb olunur. Bu halda 
orqanizmin ətraf və ya daxili mühit amillərinə qarşı cəld reaksiya 
verınəsini təmin edən sinir sistemindən fərqli olaraq, hormonlarla 
məlumatların ötürülməsi dəfələrfə zəif həyata keçirilir. 
Hormonların hazırlanması. Hormonlar sekretor hüceyrələr 
tərəfindən hazırlanır. Hazırlanmış hormonlar sitoplazmadan mem-
branla ayrılan hüceyrədaxili orqanlarda qranulalarda saxlanılır. 
Qranulada çoxlu miqdarda zülal matriksinə söykənmiş hormon 
molekulu saxlanılır. Qranulanın membranı plazmatik membran ilə 
birləşir və birləşmə yerində yarıq  əmələ  gəlir. Spesifik stimula 
cavab olaraq azad olan hormon molekulu hüceyrəarası mayeyə 
atılır. Bu prosesə ekzositoz deyilir. Qranulalar və ekzositoz 
prosesi morfoloji cəhətdən çox yaxşı öyrənilib. Hormonların sek-
retor hüceyrələrdən ekzositoz prosesi neyromediatorların sinir 
hüceyrələri uclarından xaric olması prosesinə oxşayır.  
Hormonların təsnifatı. Bildiyimiz kimi, hormon tərəfindən 
ötürülən məlumat onun molekulyar strukturunda kodlaşdırılıb. 
Bütün hormonlar ya zülal (o cümlədən amin turşu törəmələri) 
 
273 
təbiətli, ya lipidlərdirlər. Hədəf orqanın hüceyrələrində reseptor-
ların lokolizasiyasından asılı olaraq hormonları 3 qrupa ayırırlar:  
l. Lipid təbiətli hormonlar. Yağda həll olduqlarına görə onlar 
hüceyrə membranından asanlıqla keçirlər və bir qayda olaraq 
hüceyrə daxilində – sitoplazmada yerləşən reseptorlarla qarşılıqlı 
əlaqəyə gırirlər.  
2. Zülal və peptid hormonlar. Onlar amin turşulardan təşkil 
olunur, daha yüksək molekul çəkisinə malikdirlər. Ona görə  də 
plazmatik membrandan çətin keçirlər. Bu hormonların reseptorları 
hüceyrə membranının səthində yerləşirlər. Ona görə  də ikinci 
qrup hormonlar hüceyrəyə daxil olmurlar. 
3.  Tireoid hormonlar. Bu hormonlar aşağı molekullu hor-
monlardır ki, bunlar 2 amin turşu qalığından formalaşıb və bunlar 
bir-biri ilə efir əlaqələri ilə birləşiblər. Bu hormonlar bədənin 
bütün hüceyrələrinə asanlıqla keçir və nüvədə lokalizə olunmuş 
reseptorlarla əlaqəyə girir. Bu və ya digər hüceyrə hər 3 tip hor-
monların reseptorlarına malik ola bilər. Həmçinin bir hüceyrədə 
bir tipin müxtəlif reseptorları ola bilər. Məsələn, hüceyrə mem-
branının səthində müxtəlif peptid və ya zülal hormonlarının resep-
torları ola bilər. 
 
7.2. Hormonların təsir mexanizmi 
 
B-reseptoru sitoplazmadakı reseptorla əlaqəyə girib kompleks 
əmələ  gətirir ki, bu nüvəyə translasiya olunur və genə  təsir edir 
(məsələn, nüvə DNT-nin sintezini dəyişir) ki, bu da zülal 
sintezində dəyişikliyə səbəb olur. V hormonu da B-yə təsir edir. 
Lakin onun reseptoru bilavasitə nüvədə lokallaşıb (şəkil 7.3). 
 Bütün endokrin funksiyaların həyata keçməsinin  əsas  şərti 
hədəf hüceyrələrdə spesifik reseptorların olmasıdır. Hormonun 
reseptorla qarşılıqlı əlaqəsi zamanı (sitoplazmadakı, nüvədəki, ya 
da membran səthindəki) hormon-reseptor kompleksi yaranır. 
Hormonların təsirinin 2 mexanizmi mövcuddur ki, bunlar bir-
birindən hormon-reseptor kompleksinin hüceyrənin harasında – 
daxilində, yoxsa səthində əmələ gəlməsindən asılıdır.  
downloaded from KitabYurdu.org

 
274 
 
 
 
Şəkil 7.3. Hormonların təsir mexanizmi. Üç endokrin hüceyrə 
hüceyrəarası sahəyə, kapilyarlara yaxın yerə A, B, V hormonlarını 
sekresiya edirlər. Hormon molekulları qan damarına diffuziya edib qanla 
bu hormonların reseptorları olan hədəf hüceyrələrinə çatdırılır. A 
hormonu plazmatik membranın səthində olan reseptorla qarşılıqlı əlaqəyə 
girir. Hormon-reseptor kompleksi II vasitəçinin yaranmasını stimulə edir, 
hansı ki, hüceyrənin cavabını induksiya edir.  
 
l) Hüceyrə daxilində formalaşan hormon-reseptor kompleksi 
gen ilə  təsirdə olur və  nəticədə hüceyrədə sintez prosesinə  təsir 
edir. Bu halda hormon-reseptor kompleksi zülal sintezini zəiflədə 
və induksiya edə bilər (şəkil 7.4).  
 
 
275 
 
 
Şəkil 7.4. Hormonun hüceyrə daxili reseptorla qarşılıqlı  əlaqəsi. 
Hormon plazmatik membrandan diffuziya edib reseptorla birləşir. 
Hormon-reseptor kompleksi nüvəyə daşınır və DNT-nin sintezinə təsir 
edərək transkripsiyanın sürətini və  məlumat RNT-nin miqdarını 
dəyişir. mRNT-nin miqdarının artması  və ya azalması zülal sintezinə 
translyasiya prosesinə  təsir edir ki, bu da hüceyrənin funksional 
aktivliyinin dəyişməsinə səbəb 
 
2) Hüceyrə 
səthində yaranmış hormon-reseptor 
kompleksdə bu cür təsir göstərir. Plazmatik membranın 
səthində lokalizə olunmuş reseptorun hormonla əlaqəsi 
mürəkkəb biokimyəvi mexanizmin vasitəsi ilə hüceyrənin 
aktivliyinə təsir edir (şəkil 7.5). Yəni 2-ci vasitəçinin köməyi 
ilə 2-ci vasitəçinin aktivləşməsinə misal ATF-dən  əmələ 
gələn tsiklik adenozinmonofosfatın (t-AMF) əmələ 
gəlməsini göstərınək olar ki, hormon-reseptor kompleksi 
adenilattsiklazanı aktivləşdirir, bu isə ferment ATF-in de-
downloaded from KitabYurdu.org

 
276 
fosforlaşmasını və onun t-AMF-a çevrilməsini kataliz edir
 
olur. 
Hormon hüceyrəsi membranın səthindəki reseptorla əlaqəyə 
girərək onu transformasiya edir. Transforınasiya plazmatik 
membranda lokalizə olunan adenilattsiklazanın aktivləşməsinə 
səbəb olur. Bu ferınent ATF-i t-AMF-ə çevirir. t-AMF isə 
hüceyrədə müxtəlif effektli dəyişikliklərin baş verməsi ilə 
nəticələnir, bu da son nəticədə hüceyrənin fizioloji cavabına səbəb 
olur. 
2-ci vasitəçi kimi çıxış edən digər maddələrə misal tsiklik 
quanozinmonofosfat (t-QMF), kalmodulin və fosfoinozitolu gös-
tərmək olar. 
 
 
Şəkil 7.5. Plazmatik membran səthində lokalizə olunmuş reseptorlarla 
kompleks əmələ gətirən hormonun təsir mexanizmi/ 
 
Hormonların sintezi və parçalanması. Hormonların sintezi. 
Lipid və tireoid hormonların sintezinə onların funksiyalarında 
baxılacaq. Zülal və peptid təbiətli hormonlar m-RNT-dəki 
məlumatın translyasiya yolu ilə Holci aparatında sintez olunurlar. 
Bu hormonların sintezi bədənin digər zülallarının sintezindən 
heç nə ilə fərqlənmir. Lakin qeyd etmək lazımdır ki, fərqli olaraq 
 
277 
hormon bioloji aktiv normada yaranmır o, hormonun 
preproformaları adlanan daha iri qeyri-aktiv molekul şəklində 
sintez olunur. Hormonun özündə (əlavə) amin turşu qalıqlarından 
başqa  əlavə qalıqlar olur ki, bunlar postranslyasion prosessinq 
adlanan mərhələdə fermentlər tərəfindən parçalanır. Sonda 
hormon qranulalarda toplanır və onlarda sekresiya üçün hazır 
şəkildə saxlanılır. 
Hormonların parçalanması. Zülal və peptid hormonlar 
orqanizimdə 2 müxtəlif mexanizmlərin köməyi ilə asanlıqla tez 
parçalanırlar. Bu mexanizmlər aşağıdakılardır: 
l) Bir çox hormon molekulları (qanda olan) heç vaxt 
reseptorlarla qarşılıqlı  əlaqəyə girmirlər. Müxtəlif orqanlarda 
(qaraciyər, ağciyər, beyin, böyrəklər) ferment sistemi mövcuddur 
ki, bunlar peptid və zülal hormonlarınm parçalanmasını təmin edir. 
Hormonun reseptorla birləşməsi dönəndir. Reseptorla birləşmiş 
hormon son nəticədə ondan ayrılır və fermentativ parçalanmaya 
məruz qalır.  
2) Bəzi hormonlar reseptorla qarşılıqlı əlaqəyə girəndən sonra 
hədəf hüceyrənin özünün daxilində parçalanmaya məruz qalır. 
 
7.3. Endokrinologiyanın yeni aspektləri 
 
Hormonların parokrin təsiri. Ayrıca hormonal sistemlərə 
keçməzdən  əvvəl bir neçə  məsələni aydınlaşdıraq. Hormonlar – 
sekretor hüceyrələr tərəfindən hazırlanan və qana buraxılan 
kimyəvi məlumat daşıyıcılarıdırlar. Bunlar qanla hədəf orqanlarına 
çatdırılır. Hədəf orqanın xarakterik əlaməti hormonda kodlaşdırılan 
məlumatı «oxumaq», «saymaqdır». Bəzi hallarda informasiyanı 
«sayan» hüceyrələr hormonun sintez olunduğu hüceyrənin yax-
ınlığında yerləşir. Bu halda hormon qana buraxılmadan 
hüceyrəarası mayedən hədəf hüceyrəsinə diffuziya olunur və qana 
daxil olmadığı üçün hormon sayılmır. Haçan ki, məlumat daşıy-
ıcıları qonşu hüceyrələrə təsir edir, onları parakrin və ya yerli təsir 
hormonları adlandırırlar. Bəzən onları  toxuma  hormonları da ad-
landırırlar.  Əvvəllər bu adlandırma prostoqlandinlərlə aparılırdı. 
downloaded from KitabYurdu.org

 
278 
Çünki onlar da bu cür təsir edirlər. İndi biz bilirik ki, klassik hor-
monlar da parakrin yolla təsir edə bilər və buna görə toxuma hor-
monları adlandırıla bilər.  Şəkil 7.6-da hormonal və parakrin 
tənzimləmə arasında müqayisə göstərilmişdir. Parakrin hormonlara 
klassik neyromediatorları da aid etmək olar. Fərq ondan ibarətdir 
ki, 2-ci halda kimyəvi məlumatın mənbəyi daxili sekresiyanın ix-
tisaslaşmış hüceyrələri deyil, sinir hüceyrələridir. Neyromediatorlar 
qana daxil olduqdan sonra dar sinaptik boşluqdan postsinaptik 
membrana diffuziya edirlər. Postsinaptik membranda neyromedia-
tor hormon kimi spesifik reseptorla birləşir.  
 
 
 
Şəkil 7.6. Hormonal və parakrin tənzimləmə arasındakı  fərq. A vəz 
hüceyrəsi hormon hazırlayır ki, o klassik müəyyənləşdirməyə  əsasən 
qanla hədəf hüceyrəyə daşınır. B vəz hüceyrəsi parakrin hazırlayır ki, 
bu qonşu hüceyrələrə təsir edir. Bu hormon qanla da təsir edə bilər.  
Neyrohormonlar. Müəyyən olunub ki, sinir hüceyrələri peptid 
və zülal təbiətli hormonlar hazırlaya və öz sekretlərini qana bu-
raxa bilər. Bunlara neyrohormonlar deyilir. Bu halda etiraf edək 
 
279 
ki, MSS-nin böyük sahəsi endokrin funksiyanı yerinə yetirir. 
Onda hormonal və sinir tənziminin nə kimi fərqi var? Bu fərq on-
dan ibarətdir ki, neyromediator sinaptik boşluqdan diffuziya edir, 
neyrohormon isə qan damarı ilə hədəf hüceyrəyə çatır. Bəzi hal-
larda sinir hüceyrəsinin aksonunun terminal ucu hazırladığı 
maddələri neyromediator şəklində buraxır, həmin neyronun 
aksonunun kollateralları qan damarında qurtarır və  həmin 
maddəni neyrohormon şəklində buraxır (şəkil 7.7). 
 
 
Şəkil 7.7. Neyromediatorla neyrohormon və parakrin neyro-
hormon arasındakı fərq. Neyron bir çox məhsul hazırlayır. Əgər o, 
sinoptik ucdan buraxılırsa, bu neyromediatordur. Həmin neyronun 
aksonu kollaterallara malik ola bilər ki, bu qan damarında qurtara 
bilər və buradan qana maddə buraxılarsa, buna neyrohormon deyilir. 
Aksonun digər ətraf toxumalara maddə diffuziya edirsə və bu qonşu 
hüceyrə qruplarına təsir edirsə bu parakrin hormon adlanır. 
 
downloaded from KitabYurdu.org

 
280 
Öyrənilmə üsulları.  Daxili sekresiya vəzilərinin fəaliyyətini 
öyrənmək üçün müxtəlif üsullardan istifadə olunur. 
1848-ci ildə Bertold hormonların müasir tədqiqinə başlanğıc 
verən metodlar nəşr etdirdi. Bu ilə qədər məlum idi ki, xoruzlarda 
kastrasiyadan sonra pipik atrofiyaya uğrayır və davranış az 
aqressivləşir. Bu haqda belə fikirləşirdilər ki, toxumluqla mərkəzi 
sinir sistemi arasında əlaqə hormonların köməyi ilə olur. Bertold  
xoruzları kastrasiya edib və onların toxumluğunu sonra qarın boş-
luğuna implantasiya etdi. Bu cür xoruzlarda böyük pipik domi-
nant aqressiv davranış saxlanıldı. Bu təcrübə göstərdi ki, toxum-
luqdan MSS-nə humoral siqnallar daxil olur. Anoloji yanaşmalar 
bu gün də hormonların təsir xarakterinin öyrənilməsində istifadə 
olunur. Bu məqsədlə əvvəlcə hormon sekresiya edən orqanı çıx-
ardırlar və sonra baş verən dəyişikliyi müşahidə edirlər. Hor-
monların təsirini bioloji metodlarla da öyrənmək olar. Bu heyvana 
hormonun yeridilməsi və bioloji effektin analizinə əsaslanır. Hal-
hazırda bu aşağı həssaslıqlı metodlar yüksək həssaslıqlı metodla – 
immunoloji metodlarla əvəz olunub: 
1. Ekstirpasiya – vəzi kəsib çıxarmaq, 
2. Transplantasiya – vəzi bədənə köçürmək. 
3.  Vəzin fəaliyyətini ləngitmək (hipofunksiya) əsas üsullardan 
biridir. Hipofunksiya törətmək üçün vəzi tam və ya hissəvi olaraq 
xaric edilir və yaxud orqanizmə müxtəlif spesifik təsirə malik 
kimyəvi maddələr yeridilir. Məsələn, metiltiourosil qalxanabənzər 
vəzinin tiroksin ifrazını, metapiron böyrəküstü vəzin hidrokor-
tizon ifrazını, allaksan mədəaltı  vəzi langerhans adacıqlarından 
insulin ifrazını  (
β-hüceyrələrin fəaliyyətini), kobalt isə buradakı 
α-hüceyrələrin fəaliyyətini ləngidir. 
4.  Vəzin fəaliyyətini artırmaq üsulu. Hipofunksiya yaratmaq 
üçün heyvana ya əlavə vəz köçürülür, ya da hormon yeridilir. 
5.  İki orqanizmdə ümumi qan dövranı yaradaraq birində  vəzi 
zədələyir və ya çıxarılır, baş verən fizioloji dəyişikliklər müşahidə 
edilir. 
6. Vəzə  gələn və ya vəzdən xaric olan qanın fizioloji 
fəallığının müqayisəsi. 
 
Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin