(Müsahibə www.karakutu.com saytından götürülüb)
Cevirdi: Sima Ənnağı
E-mənbə: http://adyazar.az/qezet/index.php?newsid=263
Kamran Nəzirli
“Uilyam Folkner: intellektual Amerika yazıçısı”
Uilyam Katbert Folkner 1897-ci il sentyabrın 25-də ABŞ-ın Missisipi ştatının Nyu
Albani rayonunda anadan olmuşdur. O, Falkner və Butler ailəsinin böyük oğlu idi və
sonralar böyük yazıçı öz familyasında bir hərf dəyişərək onu Folkner edəcəkdi.
Uilyamdan başqa ailədə daha üç qardaşı böyüyürdü. Uilyamın altı yaşı olanda Falknerlər
yaxınlıqdakı Oksford şəhərinə köçür və elə burada da yazıçı ömrünün bütün qalan
hissəsini başa vurur. Onun bir çox əsərlərində Oksford şəhəri “Çefferson” kimi qələmə
alınmışdır.
Folknerin böyük babası Şimali Missisipidə tanınmış adam olmuşdur. O,
ordu polkovniki
idi; regionda dəmiryolunun əsasını qoymuşdu. Baba Falkner həm də ədəbiyyat
xadimiydi, gözəl nəzm və nəsr əsərləri qoyub getmişdi. Beləliklə, nəvə Falknerə nəslin
tarixi böyük təsir etdi və o, sonrakı əsərlərində də bu barədə yazmışdır.
Folkneri boyuna görə ABŞ ordusuna götürmürlər.
Buna görə də o, əvvəlcə Kanada
ordusunda, sonra isə Britaniya Kral Hava Qüvvələrində xidmət edir. Uilyamın aktyorluq
istedadı da olub; hələ uşaq yaşlarında gözəl şəkillər çəkib, şerlər yazıb. İlk şerlərini
ingilis romantik şairləri Robert Berns, Tomson və Hausmənin təsiri altında yazıb.
Bununla belə, onun həyatında və formalaşmasında iki nəfərin daha böyük rolu olmuşdur:
313
uşaqlıq sevgilisi Estella Oldham və ədəbiyyat müəllimi Fill Stounun. Estella Oksford
şəhərinin sosial həyatında
fəal iştirak edir, rəqs və gecələrin təşkil edilməsində xüsusi
fəallıq göstərirdi. O, Uilyamla romantik görüşləriylə yanaşı, digərləri ilə də gəzir.
Onlardan biri Kornell Franklin qıza evlənməyi təklif edir. Estella sadəlövhcəsinə onun
təklifini qəbul edir və beləliklə, onlar 1918-ci il aprelin 18-də Oksfordda evlənirlər.
Uilyamın digər sevimli adamı onun ədəbiyyat müəllimi Stoun idi;
məhz bu adam
Uilyama poeziyanı sevdirir, ona qorxmamağı öyrədir. Onun dəyərli məsləhəti ilə Folkner
Nyu Hevində özünə iş tapır. Elə burada da Folknerin ilk kitabı çıxır və kitabın üstündəki
familyasında makinada buraxılmış bir hərf səhfi gedir. Winchester Repeating Arms
Company şirkəti ilk dəfə olaraq onun familyasını Falkner əvəzinə Folkner kimi yazır.
Yazıçıdan bu barədə soruşduqda o, deyir: “Elə bu cür də mənə sərfdir”.
Oksforda qayıtdıqdan sonra onu müharibə veteranı kimi Missisipi
Universitetinə qəbul
edirlər. Onun ilk şeri də 1919-cu ilin avqustunda The New Republic qəzetində çap
olunur.
Sonrakı beş ildə Folkner məqalələr, pyeslər, şerlər yazır və onları The Mississippian
jurnalında çap etdirir. Oksfordun tanınmış yazıçılarından biri Stark Yanqın məsləhəti ilə
Folkner 1921-ci ildə Nyu York şəhərində işə düzəlir. O, Elizabet Prall adlı bir qadının
kitab mağazasında köməkçi vəzifəsində işləyir və sonralar elə həmin qadınla da evlənir.
Elizabet bundan əvvəl yazıçı Şervud Andersonun arvadı olmuşdu.
Folknerin tələbəlik həyatı uğursuz olub; belə ki, dərslərə davamiyyəti və intizamsızlığına
görə, içki və qumar oynadığına görə onu Universitetdən qovurlar.
Folknerin ən məşhur romanları “Səs və Qəzəb” (The
Sound and the Fury, 1929),
“Avqustda İşıq” (Light in August, 1932), “Mən Öləndə”(As I Lay Dying, 1930) ,
“Rahibə üçün Rekviyem” (Requiem for a Nun, 1950) və s. hesab olunur. Onun çoxsaylı
kitabları sırasında “Məğlubedilməzlər”(The Unvanquished, 1938), “Vəhşi Palmalar”
(The Wild Palms, 1939), “Şəhər” (The Town, 1957), “Ev” (The Mansion, 1959) və s.
adlı kitabları mükafatlara layiq görülmüşdür. Folkner ən
məhsuldar hekayəçi
müəlliflərdəndir. Onun “Atla gediş” (Knight's Gambit, 1949), “Ayı” (The Bear), “Böyük
Meşə” (Big Woods, 1957), “Sabah”(Tomorrow", 1940), “Qar” (Snow, 1949), “Villi
Dayı” (Uncle Willy,1935), “Qorxulu Adam”( A Dangerous Man, 1950),
“Missisipi”(Mississippi,1954) və s. hekayələri bir sıra dillərə tərcümə olunmuşdur. O,
1949-cu ildə Nobel mükafatına layiq görülmüşdür. Folknerin bir çox əsərləri
ekranlaşdırılıb, tamaşaya qoyulmuşdur. Folkner 1962-ci il iyulun 6-da Oksfordda
infarktdan vəfat etmişdir.
Aşağıda yazıçının “Həyətdə Qatır” (Mule In The Yard, 1934)
hekayəsini Kamran
Nəzirlinin ingiliscədən orijinaldan tərcüməsində təqdim edirik.