"e-Dalğa" Şəbəkə Kulturoloji-Ədəbi Dərgi



Yüklə 2,23 Mb.
Pdf görüntüsü
səhifə14/47
tarix30.12.2021
ölçüsü2,23 Mb.
#24872
1   ...   10   11   12   13   14   15   16   17   ...   47
Əziz Milena xanım! 


 
61
   Sizə Praqadan, sonra da Mirandan yazmışdım. Cavab vermədiniz. Göndərdiyim o qısa 
məktublara qarşılıq gözləməyim yersizdi, bilirəm. Yazmamağınızdan məlum olur ki, 
yaxşısınız, biz, adətən, yaxşı olduğumuz vaxt susuruq, belədisə, gərək sevinəm. Yalnız 
bir şeydən narahatam, xətrinizə dəyməmişəm ki? 
   (Necə qaba bir əlim olmalıdır ki, istəklərimə belə kobud davransın) ya da lap pisi - 
“Bugünlərdə bir az dincəlirəm” demişdiniz, bəlkə də, yaxşı günləriniz keçib, bəlkə, yenə 
problemləriniz başlayıb. Sizin xətrinizə dəymək narahatlığı yersizdi, bilirəm, bu mövzuda 
deməyə sözüm də yoxdu, amma narahatsınızsa, çox pisdi, məsləhət də verə bilmərəm - 
mən hara, məsləhət hara? Ancaq bunu demək istəyirəm. Niyə Vyanadan başqa yerə 
getmirsiniz? Başqaları kimi yurdsuz deyilsiz ki! Bohemyaya gedib istirahət edərsiniz? 
Amma bəlkə bilmədiyim səbəblərə görə Bohemyaya getmək istəmirsiniz, elədisə başqa 
bir yerə gedin. Mirana gəlin da! Bura heç gəlmisiniz? Sizdən iki şey gözləyirəm. Ya bu 
sakitliyiniz davam edəcək, bu o deməkdir ki, “narahat olma, yaxşıyam”, ya da 
yazacaqsınız. 
   Necə qəribədir, üzünüzü tam şəkildə gözümün önünə gətirə bilmirəm, şirniyyat evində 
stolların arasından keçib getməyinizi, çox yaxşı xatırlayıram. Sanki vücudunuzu, 
geyiminizi görürəm. 
 
   Hörmətlə: Frans Kafka 
    
* * 
 

Yüklə 2,23 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin