Ə. A.ƏLBƏndov



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə55/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

Polikondensləşmə

Đki və ya daha çox funksional qruplara 



malik  birləşmələrdən  kiçikmolekullu  birləşmələrin

  (H


2

O,  NH


3

HCl, CH



2

O və s.) alınması ilə müşaiyət olunan yüksəkmolekullu 



birləşmələrin (polimerlərin) sintezi reaksiyaları polikondensləş-

mə reaksiyaları adlanır.

  

Bu funksional birləşmələrin polikondensləşməsini xətti poli-



kondensləşmə  adlandırırlar. Məsələn: 

→ 

← 



 

545


C=O 

C=O 


C=O 

C=O 


C=O 

C=O 


 

2NH


2

–(CH


2

)

5



–COOH→NH

2

–(CH



2

)

5



–CO–NH–(CH

2

)



5

–COOH+H


2

O→ 


aminkapron turşusu 

 

→ NH



2

–(CH


2

)

5



–CO–NH–(CH

2

)



5

–COOH + NH

2

–(CH


2

)

5



–COOH → 

 

→ NH



2

–(CH


2

)

5



–CO–NH–(CH

2

)



5

–CO–NH–(CH

2

)

5



–COOH+H

2

O və s. 



   

Son  məhsul  poli  -

ε

-kaproamıddən



  [–CO–NH–(CH

2

)



5

–]

n



 

ibarətdir. 

Đki və ya daha çox funksiyalı birləşmələrin polikondensləş-

məsi  reaksiyaları  isə  üçölçülü  polikondensləşmə  adlanır.  Mə-

sələn: 

 

             NH



2

–CO–NH


 + CH


2

O → NH


2

–CO–NH–CH

2

OH 


                    karbamid          formaldehid 

 

NH



2

–CO–NH–CH

2

OH + CH


2

O → CH


2

OH–NH–CO–NH–CH

2

OH 


                         2CH

2

OH–NH–CO–NH–CH



2

OH →                 

→ CH

2

OH–NH–CO–NH–CH



2

–O–CH


2

–NH–CO–NH– CH

2

OH + H


2

 



Birinci mərhələdə  xətti quruluşlu oliqomer 

[–CH


2

–NH– CO– 

–NH––CH

2

–O–]



n

 alınır. 

Đkinci mərhələdə turş mühitdə qızdırdıqda 

CH

2



O ayrılması

 və 


torlu  quruluşun  əmələ  gəlməsi  ilə  oliqomerin  sonrakı 

polikondensləşməsi davam edir: 

 

 

                                        



                –N–

CH

2



–N–CH

2

–N–CH



2

–N–CH


2

–N–CH


2

– 

 



 

    


            –N–

CH

2



–N–CH

2

–N–CH



2

–N–CH


2

–N–CH


2

– 

                   



 

C=O 


 

546


Belə  polimerləri  ilkin  hala  qaytarmaq  mümkün  olmur, 

termoplastik xassəyə malik olmurlar və termoreaktiv polimerlər 

adlanır.  Đstehsal  olunan  polimerlərin  təxminən  1/4  polikondes-

ləşmə reaksiyaları vasitəsilə alınır. Bunlara  poli-

ε

-kaproamidi 



(kapron),  po-heksametilenadipinamidi  (neylon

)  [–NH(CH

2

)



NHCO(CH

2

)



4

  CO–]


n

,

poliuretanları 

[–OROCONHR′NHCO–]

n

, poli-


efirləri  (polietilentereftalat)

[–(OC)C


6

H

4



(CO)OCH

CH



2

–]

n



,

  poli-


siloksanları 

[–SiR


2

–O–]


n

,

  poliasetalları 

[–OROCNHR′NHCO–]

n

fenolformaldehid qətranlarını  və s. misal göstərə bilərik. 



                            

 

14.2. POLĐMERLƏRĐN QURULUŞU 

 

Polimer  makromolekullarının  forma  və  quruluşu. 

Poli-


mermakromolekulları  xəttı, şaxalənmiş və torlu  quruluşa malik 

ola bilər. Xətti polimerlər monomerlərin polimerləşməsindən və  

xətti  polikondensləşməsindən  əmələ  gəlir.  Şaxələnmiş  poli-

merləri  həm  polimerləşmə,  həm  də  polikondensləşmə 

reaksiyaları vasitəsilə almaq olar.  

Xətti  və  şaxələnmış  makromolekullar  tərkibindəki  atom  və 

qrupların  birqat  rabitə  ətrafında  fırlanma  qabiliyyətinə  malik 

olması ilə əlaqədar öz fəza formalarını və konformasiyalarını da-

im  dəyişmiş  olurlar.  Odur  ki,  xətti  və  şaxələnmış  polimerlər 

yüksək  elastikliklə  yanaşı,  həmçinin  termoplast  xassəli  olurlar, 

yəni  kimyəvi  təsir  baş  vermədən  qızdırdıqda  yumşalır, 

soyudulduqda isə bərkiyir və əksinə. 

Şaxəli  quruluşlu  polimerlərdə  elastiklik  və  termoplastiklik 

özünü  çox  az  büruzə  verir.  Torlu  quruluşlu  polimerlərdə  isə 

elastiklik tamamilə itmiş olur.  

Xətti makromolekullar nizamlı və nizamsız quruluşa malik 

ola bilər. Nizamlı quruluşa malik (steronizam) polimerlərdə zən-

cirin ayrı-ayrı həlqələri fəzada müəyyən ardıcıllıqla təkrarlandığı 

halda,  qeyri-nizamlı  quruluşa  malik  polimerlərdə  göstərilən 

nizamlılıq  müşahıdə  olunmur.  Misal  olaraq  polipropilenin 

nizamsız (a) və nizamlı (b) quruluşu ilə tanış olaq:  


 

547


CH

CH



CH



CH

CH



CH



CH

CH



CH



CH









               

 

 



         a)   …–CH

2

–C–CH



2

–C–CH


2

–C–CH


2

–C–CH


2

–C– 


 

 

 



         a)   …–CH

2

–C–CH



2

–C–CH


2

–C–CH


2

–C–CH


2

–C– 


 

 

Nizamlı  quruluşa  malik  polimerləri  adətən  kompleks  kata-



lizatorların  iştirakı  ilə  ion  metodu  ilə  alırlar.  Steronizam  poli-

merlərə kauçuku, polietileni, poliizobutileni, polipropileni misal 

göstərə bilərik. 

Polimerlərin  kristal  halı. 

Əksər  polimerlər  amorf  şəkildə 

olurlar. Bəzi polimerlər müəyyən şəraitdə kristal quruluşa malik 

olur.  Kristal  polimerləri  steronizam  polimerlər  əmələ  gətirirlər. 

Belə polimerlərin nizamlı quruluşa və çevikliyə malik olmaları 

ilə  əlaqədar  müəyyən  şəraitdə  makromolekullar  bir-birinə  kifa-

yət qədər yaxınlaşaraq molekullararası qüvvələrlə rabitələnirlər. 

Bu qüvvələr molekulların nizamlanaraq kristal quruluşun əmələ 

gəlməsinə səbəb olur. Kristal polimerlər aralarında amorf sahə-

lər olan çoxlu sayda kristallardan təşkil olunur. Bəzi polimerlər 

maye kristallar əmələ gətirir. 

 

                 



14.3. POLĐMERLƏRĐN XASSƏLƏRĐ 

  

Polimerlərin  kimyəvi  xassələri. 

Polimerlərin  xassələri 

onların  tərkibindən,  molekul  kütlələrindən  və  quruluşlarından 

asılıdır. 

Polimerlər  üçün  yan  rabitələrdən  birləşmə,  funksional 

qruplarla kiçik molekullu birləşmələrlə qarşılıqlı təsirdə olma və 

destruklaşma reaksiyaları xarakterikdir. 

Makromolekulun  tərkibində  ikiqat  rabitələrin  və  fuksional 

qrupların olması onların reaksiyaya girmək qabiliyyətini artırır. 


 

548


–CH

2

–CH–CH–CH



2

– 

–CH



2

–CH–CH–CH

– 



׀ 

׀ 



׀ 

Bu  səbəbdən  ayrı-ayrı  makromolekullar  yan  rabitələrlə  bir-

biriylə  əlaqələnə  bilirlər.  Yan  rabitələrin  əmələ  gəlməsinə  kau-

çukun vulkanlaşmasını misal göstərə bilərik. Vulkanlaşdırma za-

manı makromolekulların tərkibinə daxil olan ikiqat rabitələr qı-

rılaraq  vulkanlaşdırıcı  maddə  kimi  kükürd  atomları  ilə 

molekulların  bir-biriylə  rabitələnməsinə  səbəb  olur.  Nəticədə 

xətti  quruluşa  malik  olan  kauçuk  torlu  quruluşa  malik  olan 

rezinə (0,5-5% S) və  ya ebonitə (20% və daha  çox S) çevrilir. 

Məsələn: 

 

   


    

 

2[–CH



2

–CH=CH–CH

2

–]

n



 + nS →  

                                                                                             

                                                                                         

                                                          

                                                                                            

Funksional  qrupların  kiçik  molekullu  birləşmələrlə  təsirinə 

poliolefinlərin halogenləşməsini, poliakrilatların hidrolizini və s. 

misal göstərə bilərik. 

Polimerlər həmçinin oksigenin, işığın, istiliyin, şüalanmanın 

təsirindən  destruksiyaya  (dağılmağa)  məruz  qala  bilər.  Bir  sıra 

hallarda  destruksiya  bir  neçə  amilin  eyni  zamanda  təsirindən 

meyadana çıxa bilər. 

Destruksiya zamanı makromolekulların molekul kütlələrinin 

azalması, polimerlərin fiziki və kimyəvi xassələrinin dəyişməsi 

baş verir. Bu proseslər nəticə etibarı ilə polimerin yararsız hala 

düşməsinə səbəb olur. 

Destruksiya  nəticəsində  polimerin  xassələrinin  zamandan 

asılı  olaraq  pisləşməsi  polimerin  köhnəlməsi  (qocalması) 

adlanır. 

Polimerin  destruksiyasının  qarşısını  almaq  üçün  onun  tər-

kibinə  stabilləşdiricilər  daxil  edilir.  Bu  məqsədlə  əsasən 

׀ 


 

549


antioksidantlardan istifadə olunur. Belə birləşmələrə fosforidləri, 

fenolları, aromatik aminləri və s. misal göstərmək olar. Antiok-

sidantlar  polimerin  oksidləşmə  prosesində  əmələ  gələn  sərbəst 

radikalla təsirdə olub zəncirin qırılmasına səbəb olur. 



Polimerlərin  mexaniki  xassələri.

  Polimerlərin  mexaniki 

xassələri onların element tərkibindən, molekul kütlələrindən, qu-

ruluşundan  və  fiziki  xassələrindən  asılıdır.  Mexaniki  xassələr 

baxımından  polimerlər  bir  sıra  xüsusiyyətlərə  malik  olurlar. 

Bunlara müəyyən şəraitdə polimerlərin  yüksək elastiklik halına 

malik 

olması, 


mexaniki 

şüşələnmə, 

termoreaktiv, 

makromolekulların  torlu  quruluş  əmələgətirmə  xassələri 

daxildir. 

Polimerin mexaniki davamlılığı onların molekul kütlələrinin 

artması,  xətti  quruluşdan  şaxələnmiş  və  sonra  torlu  quruluşa 

çevrilməsiylə mütənasib olaraq artır. 

Polimerlərin mexaniki xassələri həmçinin onların kristal və 

amorf  halda  olmasından  da  asılıdır.  Polimer  kristal  halda  özü-

nün amorf halına nisbətən daha davamlı olur. 

Polimerlərin  mexaniki  davamlılığını  onların  tərkibinə 

doldurucular,  məsələn,  qurum,  təbaşir  və  s.  daxil  etməklə 

artırmaq olar. 



Polimerlərin 

elektrik 

xassələri. 

Əksər  polimerlər 

dielektrikdir.  Onların  dielektrik  xassələri  geniş  intervalda 

dəyişir.  Bu  xassə  polimerin  tərkibindən  və  makromolekulun 

quruluşundan  asılıdır.  Polimerlərin  tərkibində  hidroksil, 

karboksil  və  digər  polyar  qrupların  olması  onların  dielektrik 

xassələrini  pisləşdirir.  Odur  ki,  tərkibində  polyar  qruplar 

olmayan  dielektriklər  daha  keyfiyyətli  hesab  olunur.  Bunlara 

ftorplast, polietilen, poliizobutilen, polistirol misal ola bilər. 

Polimerin  molekul  kütləsinin  artması  ilə  onun  dielektrik 

xassəsi də artmış olur. 

Şüşəvari  haldan  yüksək  elastiki  və  özüllü  axıcı  hala  keç-

dikdə polimerlərin xüsusi elektrik keçiriciliyi artır. 


 

550


Dielektriklərin  elektrik  keçiriciliyi  polimerin  destruksiyası 

zamanı əmələ gələn ionların hərəkəti və həmçinin onların tərki-

bində  olan  qarışıqların  (polikondensləşmə  məhsullarının,  həll-

edicilərin,  emulqatorların,  insiatorların  və  katalizatorların) 

dissosiasiyası  ilə  bağlı  olur.  Odur  ki,  polimerin  dielektrik 

xassəsini  yaxşılaşdırmaq  üçün  onu  tərkibindəki  qarışıqlardan 

ayırmaq lazım gəlir. 

Polimerlərin  tərkibində  bəzi  funksional  qrupların,  məsələn, 

hidroksil  qruplarının  olması  onların  hidrofil  xassəyə  malik 

olmalarına  səbəb  olur.  Belə  polimerlər  suyu  udma  xassəsinə 

malik  ol-duqlarından  onların  xüsusi  elektrik  keçiriciliyi 

makromolekulların  tərkibinə  daxil  olan  hidrofil  qrupların 

miqdarından asılı olaraq artır. 

Polimer  dielektriklər  elektrotexnikada,  radiotexnikada,  ka-

bellərin  və  məftillərin  müdafiə  örtüklərinin,  izolyasiya  emalla-

rının və lakların hazırlanmasında geniş tətbiq olunur. 



Üzvi  yarımkeçiricilər. 

Elektrik    keçiriciliyi  10

-10

-10


-3

  Om 


.sm

-1 


tərtibində  olan  maddələr  yarımkeçirici  maddələr  adlanır. 

Onların elektrik keçiriciliyi temperaturun artması ilə və işığın tə-

sirindən artır. 

Bir  sıra  polimerlər  yarımkeçirici  xassəlidir.  Polimerin  ya-

rımkeçirici xassəyə malik olması onun tərkibində qoşulmuş iki-

qat rabitələrin (delokallaşmış 

π

- elektronların) varlığı ilə bağlı-



dır. Müəyyən gərginlikli elektrik sahəsində bu elektronlar zəncir 

boyu hərəkət edərək yükün istiqamətli daşınmasına səbəb olur. 

Üzvi  yarımkeçiricilərə  poliasetileni,  polivinilenləri,  polinit-

rilasetileni, poliakrilnitrilləri və s. misal göstərmək olar. 



     

      

14.4.  POLĐMER MATERĐALLAR VƏ ONLARIN TƏTBĐQĐ 

 

Polimerlər  əsasında  alınan  materiallar.

  Polimerlər  əsa-

sında alınan materiallara liflər, örtuklər (pərdələr), laklar, yapış-

qanlar,  plastik  kütlələr  və  kompozisiya  materialları  (kompo-

zitlər) daxildir. 


 

551


Lifləri

 polimer məhlulunu kiçik deşiklərdən (filerlərdən) ke-

çirtməklə alırlar. Lif əmələgətirici polimerlərə poliamidlər, poli-

akrilnitrillər, poliefirlər və s. daxildir. 



Polimer  örtükləri 

polimer  məhlulunu  təzyiq  altında  yarıq-

vari  deşiklərə  malik  filerlərdən  keçirtməklə  və  ya  polimer 

məhlulunu hərəkətdə olan lentin üzərinə çəkməklə  əldə edirlər. 

Polimer  örtüklər  elektroizolyasiya  və  qablaşdırma 

materialları kimi, həmçinin maqnit lentlərinin  hazırlanmasında 

əsas kimi tətbiq olunur və s. 

Laklar 

örtük  əmələgətirici  maddələrin  üzvi  həlledicilərdə 

məhlullarından  ibarətdir.  Polimerdən  başqa  lakların  tərkibinə 

plastifikatorlar, həll olan boyalar və s. əlavə edilir.  

Laklar elektroizoliyasiya materialları kimi, lak-boya emalla-

rının hazırlanmasında tətbiq edilir və s. 



Yapışqanlar

 müxtəlif materialları bir-birinə birləşdirmə qab-

iliyyətinə malik polimet materialdır. Yapışqan əşyanın səthi ilə 

davamlı rabitələr əmələ gətirməklə onları birləşdirmək xassəsinə 

malik olurlar. 

Yapışqanlar  termoplast,  termoreaktiv  və  rezin  yapışqanlara 

ayrılır. 

T e r m o p l a s t yapışqanlar axıcılıq temperaturundan otaq 

temperaturuna qədər soyutduqda bərkiyərək əşyayla rabitə yara-

dır. 


T e r m o r e a k t i v yapışqanlar bərkimə zamanı təmasda  

olduğu səthlə yan rabitələr (tikilmələr) əmələ gətirməklə əlaqə-

lənir. 

R e z i n  yapışqanlar vulkanlaşma hesabına səthlə əlaqələ-



nirlər. 

Termoreaktiv yapışqanlarda polimer əsas kimi fenol- və kar-

bamid-formaldehid və epoksid qətranlarından, poliefirlərdən və 

digər  polimerlərdən,  termoplast  yapışqanlarda  isə  poliakrillər-

dən, poliamidlərdən, polivinilxloriddən və s. istifadə edilir. 

Plastik  kütlələr.

  Əşyanın  formalaşdırılması  prosesındə 

özüllüaxıcı, istismar prosesində isə şüşəvari halda olan polimer 


 

552


əsaslı materiallar plastik kütlələr adlanır. Bütün plastik kütlələr 

reaktoplastlara və termoplastlara ayrılır. 

R  e  a  k  t  o  p  l  a  s  t  l  a  r  ı  formalaşdırdıqda  torlu  quruluş 

əmələ  gətirərək  dönməyən  bərk    hala  keçir.  Fenolformaldehid, 

karbamid-formaldehid,  epoksid  və  digər  qətranlar  əsasında 

hazırlanmış plastik kütlələr reaktoplastlara aiddir. 

T e r m o p l a s t l a r qızdırıldıqda özüllüaxıcı, soyudulduq-

da  isə şüşəvarı hala və əksinə çevrilmə xassəsinə malik olurlar. 

Polietilen, politetraftoretilen, polipropilen, polistirol, poliamidlər 

və  s.  əsasında  hazırlanan  polimer  materiallar  termoplastlara 

misal ola bilər. 

Polimerlərdən 

başqa 

plastik 


kütlələrin 

tərkibinə 

plastifikatorlar (məsələn, dioktilftalat, xlorlaşdırılmış parafin və 

s.),  doldurucular,  antioksidantlar,  boyalar  daxil  edilir. 

Plastifikatorlar polimerin axıcılıq qabiliyyətini artırır, şüşələşmə 

temperaturunu azaldır. Antioksidantlar polimerin destruksiyasını 

ləngidir.  Doldurucular  (qrafit,  qurum,  təbaşir,  metal,  kağız, 

parça  və  s.)  isə  polimerlərin  fiziki-kimyəvi  xassələrini 

yaxşılaşdırır. 

Plastik kütlələrin xüsusi qrupunu k o m p o z i t l ə r təşkil 

edir.  Kompozitlər  doldurucu  kimi  yüksəkdavamlı  liflərlə  və 

sapabənzər  kristallarla  armaturlaşdırılmış  polimer  əsaslı 

materiallardır.  Armaturlaşdırıcı  lif  və  kristallar  rolunu 

polimerlər,  metal  və  qeyri-üzvi  maddələr  (şüşə,  karbidlər, 

nitridlər,  boridlər  və  s.)  oynaya  bilər.  Armaturlaşdırıcı 

doldurucular  polimerin  mexaniki,  istilik,  fiziki,  elektrik 

xassələrini müəyyən edən əsas komponentlərdən biridir. Bir çox 

kompozitlər möhkəmliyinə görə metallardan geri qalmır. 

Polimerlər  əsasında  alınan  kompozitlər  konstruksiya, 

elektro-  və  istilik  izoliasiya,  korroziyaya  davamlı,  antifriksion 

materiallar  kimi  aviasiyada,  elektrotexnika,  radiotexnika, 

dəzgahqayırma  işlərində,  dağ-mədən  sənayesində,  kosmik 

texnikada, tikintidə və s. geniş tətbiq edilir. 


 

553


CH

C



6

H



CH

      



C

6

H





Polimerlərin  tətbiqi. 

Polimerlər  çox  müxtəlif  və  geniş 

tətbiq sahələrinə malikdir.  

Polietilen 

[–  CH


–  CH


–]

n

.  Termoplastdır,

 

320



0

S-ə  qədər 

temperaturda  və  120-320  MPa  təziqdə  (yüksək  təzyiq 

polietileni)  və  ya  5  MPa-a  qədər  təzyiqdə  kompleks 

katalizatorların  iştirakı  ilə  (aşağı  təzyiq  polietileni)  radikal 

polimerləşmə metodu ilə alınır. Aşağı təzyiq polietileni yüksək 

təzyiq  polietileninə  nisbətən  daha  yüksək  davamlılığa,  sıxlığa, 

elastikliyə  və  yumşalma  temperaturuna  malikdir.  Polietilen  bir 

çox  mühitlərə  qarşı  davamlıdır,  lakin  oksidləşdiricilərin 

təsirindən  tədricən  dəyişikliyə  məruz  qalır.  Dielektrikdir,  -20-

dən  100

0

S  intervalında  istismar  oluna  bilər.  Polietilendən 



borular,  elektrotexniki  əşyalar,  radiocihazların  hissələri,  kabel-

lərin  örtükləri,  elektroizolyasiya  materialları,  örtüklər,  məişət 

əşyaları və s. hazırlanır.  

Polipropilen. 

Etilen  karbohidrogenlərinin  ikinci  nümayən-

dəsi olan  propilenin polimerləşmə məhsuludur: 

 

              nCH

2

= CH  →    –CH



2

–CH– 


                                                                                                                      

                                     

 

Yüksək  temperatura  (120-240



0

S)  və  mexaniki  davamlılığa 

malikdir. Boruların, elektroizolyasiya materiallarının, pərdələrin, 

boruların,  şlanqların,  cihazların  hissələrinin,  kimyəvi  davamlı 

liflərın (kanatların, balıq torlarının və s.), məişət əşyalarının və s. 

hazırlanmasında tətbiq olunur. 



Polistirol. S

tirolun  radikal polimerləşməsindən alınır: 

 

                nCH



2

= CH   →    –CH

2

–CH– 


                                                                                                                      

 

                                    



Oksidləşdiricilərin,  turşuların  təsirinə  davamlıdır,  aromatik 

həlledicilərdə  həll  olur.  Üzvi  şüşənin,  yüksək  keyfiyyətli 





       stirol                   polistirol 



 

554


materialların,  elektroizolyatorların,  kabellərin  və  məftillərin 

örtüklərinin hazırlanmasında, cihazqayırmada, elektrotexnikada, 

radiotexnikada, məişət texnikasında və s. istifadə olunur. 

   


 

555


COOCH

3

 



COOCH

3

 



CH

3

 



polimetilakrilat 

polimetilmetakrilat 

polimetilakrilnitril 

 





Cl     


 

Cl

 



       n 

vinilxlorid 

polivinilxlorid 

C≡N 


Polivinilxlorid

. Vinilxloridin polimerləşməsindən alınır: 

 

            nCH



2

= CH   →    –CH

2

–CH– 


                                                                  

                                          

           

 

Turşuların,  qələvilərin  və  oksidləşdiricilərin  təsirinə 



davamlıdır.  Tsikloheksanda  həll  olur,  mexaniki  davamlıdır. 

Đzolyasiya  materiallarının,  süni  dərinin,  linoleumun  və  s. 

alınmasında istifadə olunur. 

Politetraftoretilen

  (ftorplast).  Tetraftoretilenin  radikal  poli-

merləşməsindən alınır: 

 

                           n

CF

2

 =CF



2

→ [– CF


2

 – CF


2

 –]


n

 

 

                               tetraftoretilen        politetraftoretilen 



 

Turşuların,  qələvilərin  və  oksidləşdiricilərin  təsirinə  çox 

davamlıdır.  Yaxşı  dielektrikdir,  -270-dən  +260

0

S-yə  qədər 



temperatur intervalında istismar oluna bilər. 400

0

S-də parçalanır, 



su ilə islanmır. Kimyəvi maşınqayırmada və elektrotexnikada və 

s. tətbiq olunur. 



Poliakrilatlar və poliakrilnitril.

 Doymamış akril CH

2

=CH– 


–COOH və metakril CH

2

=C(CH



3

)–COOH  turşularının polimer-

ləri,  xüsusən  də  metil  efirləri:  metilakrilat  və  metilmetakrilat, 

həmçinin akril turşusunun nitrili 

 

CH



= CH–C ≡ N böyük əhə-

miyyət kəsb edir. Bu polimerlərdən ən mühümlərinin formulları 

ilə tanış olaq: 

 

 



   

 

 

–CH



2

–CH–                   –CH

2

–C–                    –CH



2

–CH– 


   

                                                                                                                          

 

 



 

 

556


OH 

CH

2



 

Polimetilakrilat  və  polimetilmetakrilat  bərk,  rəngsiz 

qızdırılmaya  və  işığa  davamlı,  ultrabənövşəyi  şüaları  buraxan 

poli-merlərdir.  Onlardan  davamlı  və  yüngül  üzvi  şüşənin 

alınmasında  istifadə  olunur.  Poliakrilnitrildən  nitron  (və  ya 

orlon

)  adlanan  sintetik  lif  alınır.  Belə  lifdən  parçaların 

hazırlanmasında, trikotaj istehsalında istifadə olunur.  

Poliamidlər

. Bu tip polimerlər zülalların sintetik analoqları- 

dır.  Poliamid  zəncirlərində  zülallarda  olduğu  kimi  çox  dəfə 

təkrarlanan amid – CO – NH –  qrupları vardır. Zülal zəncirində 

bu  qruplar  bir-birindən  bir  karbon  atomu  ilə  ayrıldığı  halda, 

poliamidlərdə  dörd  və  ya  çox  karbon  atomları  ilə  ayrılmış 

olurlar. Poliamid qətranlarından alınan sintetik liflərdən: kapron,  

poliheksametilenadipinamid  (naylon)  [–CO–(CH

2

)

2



–CO–NH–

(CH


2

)

6



–NH–]

n

,  enant  və  s.-dən  toxuculuq  sənayesində  parçalar 

və trikotaj məmulatları istehsalında tətbiq edilir. Texnikada kap-

ron və  ya naylon liflərindən  kəndirlər, kanatlar, torlar, texniki 

parçalar və s. hazırlanır. 

Poliefirlər. 

Poliefirlərin  ümumi  formulunu  HO[–R–O–]



n

və  ya  [–OC–R–COO–R



–O–]


n

  şəklində  göstərmək  olar.  Tsiklik 

oksidlərin,  məsələn,  etilenoksidin,  laktanların  (oksiturşuların 

mürəkkəb  efirləri)  polimerləşməsindən,  eləcə  də  qlikolların, 

diefirlərin  və  digər  birləşmələrin  polikondensləşməsindən 

alırlar.  Alifatik  poliefirlər  qələvilərin,  mineral  turşuların  və 

duzların  təsirinə  davamlıdır.  Lakların,  emalların,  örtüklərin, 

liflərin, koaqulyantların və s. istehsalında tətbiq olunur.  



Fenol  formaldehid  qətranları.

  Bu  qətranlar  yüksək  mole-

kullu  birləşmələr  olub  turşuların  (HCl  və  s.)  və  ya  qələvilərin 

(NaOH və s.) iştirakı ilə fenol C

6

H

5



OH ilə formaldehidin CH

2



polikondensləşməsindən alınır:  

 

 



 

                                                           n 

 

557


CH

3

 



CH

3

 



Fenolformaldehid qətranları əsasında alınan plastik kütlələr 

fenoplastlar adlanır. Fenoplastlarda doldurucu kimi kağız və ya 

kartondan,  parçadan,  ağacdan,  kvars  və  silyuda  unundan  və  s. 

istifadə olunur. Fenoplastlar turşuların, əsasların, üzvi həlledici-

lərin, atmosferin təsirinə davamlıdırlar, yaxşı dielektrikdirlər. 

  Sintetik  kauçuklar.  Elastiki  materiallardır,  kükürdlə 

vulkanlaşdırdıqda yüksək elastikliyə malik rezinə çevrilir.  

  Təbii  kauçuk tərkibində çoxlu sayda ikiqat rabitələr olan 

yüksəkmolekullu birləşmə olub izoprenin polimeridir:  

 

     



        

      nCH

2

=C–CH=CH


2

 → –CH


2

–C=CH–CH


2

–  


                                                                                            

 

 



Təbii  kauçuk  tropik  bitkilərın,  məsələn,  haveya  bitkisinin 

süd  şirəsindən  alınır.  Lakin  belə  təbii  ehtiyatlar  məhdud  oldu-

ğundan kauçuku əsasən sintetik yolla alırlar.  

Əksər  sintetik  kauçuklar  iki  və  ya  daha  çox  monomerlərin 

soplimerləşməsindən  alınır.  Kauçukları  umumi  və  xüsusi  təyi-

natlı kauçuklara  ayırırlar. Ümumi  təyinatlı  sintetik  kauçuklara 

butadien  [–CH

2

–CH=CH–CH



2

–]  və  butadienstirol  [–CH

2



CH=CH–CH



2

–]–[–CH


2

–CH(C


6

H

5



)–]

n

  kauçukları aiddir. Bunlar 



əsasında  alınan  rezinlər  kütləvi  əhəmiyyət  kəsb  edən  məmu-

latların (şinlərin, kabellərin və məftillərin örtüklərinin, müxtəlif 

sənaye mallarının, tibbi ləvazimatların, lentlərin və s.) hazırlan-

masında  tətbiq  olunur.  Xüsusi  təyinatlı  kauçuklar  elastikliklə 

yanaşı müəyyən xüsusi xassələrə malik olmalıdırlar.  

Məsələn, butadiennitril kauçuku:  

[–CH

2

–CH=CH–CH



2

–]–[–CH


2

–CH(CN)–]



n

 

benzinə,  yağa 

davamlılığı, xlorpren kauçuku [–CH

2

–CCl=CH–CH



2

–]

n



 

benzinə, 

yağa, istiliyə davamlılığı ilə xarakterizə olunur.  

     izopren                         poliizopren 



 

558


Təbii  və  kimyəvi  liflər.  Toxuculuqda  tətbiq  olunan  bütün 

liflər təbii və kimyəvi liflərə ayrılır.    

Təbii liflərə pambıq, kətan və sellülozadan ibarət olan digər 

liflər, yun və ipək daxildir.  

Süni yolla alınan liflər kimyəvi liflər adlanır. Kimyəvi liflər 

öz növbəsində  təbii xammalların işlənilməsindən alınan süni və 

sintez olunmuş kimyəvi materiallardan hazırlanan sintetik liflərə 

ayrılır.  Süni  liflərə  sellülozanın  işlənilməsindən  alınan  viskoz, 

asetat və mis-ammonyak ipəyi, sintetik liflərə isə yuxarıda gös-

tərdiklərimiz  polimerləşmə  (xlorin,  nitron),  polikondensləşmə 

(lavsan, kapron, naylon, enant və s.) qətranlarından alınan liflər 

daxildir.  

 

                                   


 

559


On beşinci fəsil 

 

Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin