Ə. A.ƏLBƏndov


Üzvi  birləşmələrin  rabitənin  parçalanma  xarakterinə



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə52/62
tarix31.01.2017
ölçüsü6,87 Mb.
#6788
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

Üzvi  birləşmələrin  rabitənin  parçalanma  xarakterinə 

görə  təsnifatı. 

Kimyəvi  reaksiyalar  zamanı  üzvi  birləşmələrdə 

kovalent  rabitə  homolitik  və  ya  heterolitik  mexanizmlə  parça-

lana bilər. Homolitik parçalanmada rabitəni əmələ gətirən elek-

tron cütü iki elektrona parçalanır. Nəticədə qoşalaşmamış (açıq 

spinli) elektrona malik iki atom və ya  iki atomlar qrupu əmələ 

gəlir. Belə atom və ya atomlar qrupu radikallar adlanır. Radikal-

ların  əmələ  gəlməsi  yolu  ilə  baş  verən  reaksiyalar  radikal 



mexanizmli reaksiyalar

 adlanır. Belə reaksiyalara üzvi birləşmə-

lərin polimerləşmə, yanma və s. reaksiyalarını misal göstərmək 

olar. 



 

513


 

Cədvəl 13.1 Üzvi birləşmələrin əsas sinifləri - törəmələri 

 

Rabitənin heterolitik parçalanmasında isə elektron cütü ra-



bitədə  istirak  edən  atomlardan  və  atomlar  qrupundan  birinə 

keçir. Nəticədə reaksiyanın sonrakı gedişində iştirak edən kation 

və  anionlar  əmələ  gəlir.  Rabitənin  heterolitik  parçalanması  ilə 

gedən reaksiyalar heterolitik və ya ion reaksiyaları  adlanır. 

Müsbət  ionlar,  məsələn,  karbonilionu  (– 

C

+



   


  ) 

reaksiyanın 

gedişi  zamanı  özlərinə  elektron  birləşdirməyə  cəhd  göstərdik-

lərindən onları elektrofil və ya  elektronoakseptor  reagentlər ad-

landirirlar.  

Rabitənin heterolitik parçalanmasından əmələ gələn anionlar 

isə, məsələn, 

I

-



, CH

3

COO



 elektron  verməyə və ya reaksiyada iş-

tirak  edən  molekulun  müsbət  yük  daşıyan  hissəsi  ilə  qarşılıqlı 

təsirdə olmağa meyl göstərir. Odur ki, onlar elektronodonor və 

ya nuklefil reagentlər adlanır. Əksər üzvi reaksiyalar heterolitik 

mexanizmlə baş verir. 



                        

                         

Üzvi birləşmələrin 

sinifləri 

 

Üzvi birləşmələrin 

sinifini müəyyən 

edən funksional 

qruplar 

Üzvi birləşmələrin 

sinifləri 

Üzvi birləşmələrin  

sinifini müəyyən 

edən  funksional 

qruplar 

 

Halogenli törəmələr  

Spirtlər, fenollar 

Aldehidlər 

Ketonlar 

Sadə efirlər 

Mürəkkəb efirlər  

Karbon turşuları  

Tiospirtlər 

Tioefirlər 

Sulfoturşular 

–Hal (Cl, Br, F, I)          

   –OH 

   –CHO 

  >C=O 

   –O–R 

  –COOR 

   –COOH 

   –SH 

   –SR 

   –SO

3



  

 

Aminlər 

Đminlər 

Amidlər 

Nitrillər 

Nitrobirləşmələr 

Nitrozobirləşmələr 

Hidrazinlər 

Hidrazobirləşmələr 

Azo-və diazobirlləş 

mələr 

N-hidrooksiamid-

lər 

–NH

2

 

=NH 

–CONH

2

 

–C





–NO

2

 

–NO 

–NH–NH

2

 

–NH–NH– 

–N=N– 

–CONHOH 

 

 

514


 

 

 



 

C–C 




  



H  H 



H  C 



13.2. KARBOHĐDROGENLƏR 



 

Karbohidrogenlərdə  kimyəvi  rabitələrin  təbiəti. 

Karbon 


atomu  həyəcanlanmış  halda  dörd  qoşalaşmamış  elektrona  ma-

likdir:  

                      

                         C*    ↑       ↑    ↑   ↑            



 

2s               2p 

 

Kimyəvi rabitə zamanı karbonun atom orbitallarının sp



3

, sp

2

 

və sp- hibridləşməsi baş verə bilər.   

Karbonun sp

3

hibridləşməsindən fəzada biri-birinə nəzərən  

109

0

28΄



 

bucaq altında istiqamətlənmiş eyni enerji və  simmetri-

yaya malik tetraedrik düzülüşlü dörd hibrid orbital əmələ gəlir. 

Hər  karbon  atomu  digər  karbon  və  hidrogen  atomları  ilə  dörd 

σ

-rabitə əmələ gətiməklə alkanlar adlanan doymuş karbohidro-



genlərin  meydana çıxmasına səbəb olur (a):   

   


    

  

          —                                           



H

2

C      CH



2

                   

                                               

                                                                            

       

 

                                     



                 a                                                  b 

Birqat (


σ

-rabitə) rabitə silindrik simmetriyaya malık oldu-

ğundan  karbon-karbon  rabitəsi  öz  oxu  ətrafında  fırlanma  qa-

biliyyətinə malik olur.  Bununla əlaqədar molekulların formala-

rının daim dəyişməsi (konfarmasiya) baş verir. Molekullarda be-

lə daxili hərəkətlərin nəticəsi olaraq karbon zəncirləri qapanaraq 

alitsiklik birləşmələri (tsikloalkanları) əmələ gətirmək xassəsinə 

malik olurlar (b). 



sp

2

- hibridləşmədə karbon atomu eyni müstəvi üzərində yer-

ləşən  və  bir-birinə  nəzərən  120

bucaq  altında  istiqamətlənmiş  



    H

2

C       CH





 

515


üç hibrid orbital əmələ gətirir. Hibridləşmədə iştirak etməyən p-

orbitalları  isə  molekulun  müstəvisinə  perpendikulyar  yerləşir. 

Hibrid orbitallardan biri digər karbon atomunun sp

2

-hibrid orbi-

talı ilə, digər ikisi isə hidrogenlə 

σ

-rabitələrin əmələ gəlməsinə 



sərf olunur. Hər karbon atomundan hibridləşmədə iştirak etmə-

miş  bir  p-orbitalı  isə  rabitə  oxunun  üst  və  alt  tərəfindən  qapa-

naraq 

π

-rabitənin  əmələ  gəlməsinə  səbəb  olur.  Nəticədə  tərki-



bində  bir  ədəd  ikiqat  rabitə  olan  doymamış  karbohidrogenlər, 

yəni etenlər (alkenlər) əmələ gəlir.  

Karbob-karbon rabitələrinin əmələ gəlməsində sp

2

-hibridləş-

mədə dörd karbon atomu iştirak edərsə, onda tərkibində iki ədəd 

ikiqat  rabitə  olan  doymamış  karbohidrogenlər:  dienlər  (alka-



dienlə

r) meydana çıxır. Məsələn: 

 

           H



2

C = CH


2

             H

2

C = CH – CH = CH



2

 

           E



ten (etilen)                            Butadien -1,3 

      

Altı  karbon  atomunun  sp



2

-hibridləşməsi  altı  üzvlü  (kar-

bonlu) həlqənin qapanmasına və müstəvi quruluşlu benzol mo-

lekulunun  əmələ  gəlməsinə  səbəb  olur.  Hər  karbon  atomundan 

hibridləşmədə iştirak etməmiş p-orbitalı 

π

-qapanma əmələ gə-



tirərək bütovlükdə benzol həlqəsini əhatə edən altı mərkəzli de-

lokallaşmış

π

-rabitə  əmələ  gətirir  (bax  2.3.  Delokallaşmış  π-



rabitə).  Odur  ki,  benzol  molekulu  sxematik  olaraq  adətən  aşa-

ğıdakı kimi təsvir olunur: 

 

        


 

Karbonun sp-hibridləşməsindən 180

0

-bucaq altında yerləşən 



iki  hibrid  orbital  əmələ  gəlir.  Bunlardan  biri  sp-hibridləşmədə 

olan ikinci karbonun sp-hibrid orbitalı, digəri isə hidrogenin s-

orbitalı  ilə  qapanaraq 

σ

-rabitələri  əmələ  gətirir.  Hər  karbon 



atomundan  hibridləşmədə  iştirak  etməyən  iki  p-orbitalı  rabitə 

oxuna  perpendikulyar  yerləşdiyindən 

π

-qapanmalar  əmələ 



 

516


gətirməklə karbon-karbon arasında 

σ

-rabitə ilə yanaşı iki ədəd 



π

-rabitəsinin  əmələ  gəlməsinə  səbəb  olur.  Nəticədə  karbon 

zəncirində  üçqat  rabitə  olan  doymamış  karbohidrogen,  yəni 

alkin

 əmələ gəlir: 

 

                        H – C  ≡  C – H                   



                              

etin (asetilen) 



 

Alkanlar. 

Alkanlar  (və  ya  parafinlər)  adlanan  doymuş 

karbohidrogenlərin  homoloji  sırasının  ümumi  formulu  C

n

H



2n+2 

 

şəklində göstərilir. Alkanların aşağı nümayəndələri (C



1-

C

4



)

 

qaz, 



aralıq nümayəndələri (C

6

-C



15

) maye, ali nümayəndələri isə bərk 

maddələrdən ibarətdir. Alkanlarda rabitələr doymuş və az polyar 

olduğundan  onlar  adi  şəraitdə  kimyəvi  xassəcə  inertdirlər.  Al-

kanlar birləşmə reaksiyalarına daxil olmurlar, qələvilər və turşu-

larla reaksiyaya girmirlər. Onlar üçün hidrogen atomlarının ha-

logenlər  və  digər  atomlarla  əvəz  olunma  reaksiyaları  xarakte-

rikdir. Belə reaksiyalar adətən zəncirvari mexanizmlə baş verir. 

Alkanlar  müxtəlif  növ  yanacaqların  tərkib  hissələri  və  sürtgü 

materialları kimi tətbiq olunurlar. 



Alkenlər. 

Alkenlər  tərkibində  bir  ədəd  ikiqat  rabitə  olan 

doymamış karbohidrogenlər olub ümumi şəkildə C

n

H



2n

 formulu 

ilə ifadə olunurlar. Onları həmçinin olefinlər və ya etilen karbo-

hidrogenləri  adlandırırlar.  Alkenlərin  əsas  alınma  üsullarından 

biri  neftin  krekinqidir.  Tərkibində  ikiqat  rabitə  olduğundan  al-

kenlər  yüksək  reaksiyaya  girmək  qabiliyyətinə  malikdirlər. 

Đkiqat  rabitədə 

π

-rabitənin  asanlıqla  qırılması  ilə  əlaqədar  al-



kenlər üçün birləşmə reaksiyaları xarakterikdir. Məsələn: 

 

CH



3

 – CH = CH

2

 + HCl → CH



3

 – CHCl – CH

3

 

        



propen                                                  xlorpropan-2

 

         (propilen) 



   

 

CH



3

 – CH = CH

2

 + HOH → CH



3

 – CHOH – CH

3

 

                                                                          propanol-2 



 

517


Alkenlər  nisbətən  asanlıqla  polimerləşirlər,  onların  bu  xas-

səsindən  texnikada  polimer  materialların  alınmasında  istifadə 

olunur.  Alkenlərdən  bir  hidrogenin  ayrılmasından  əmələ  gələn 

radikalları  oxuduqda  müvafiq  karbohidrogenin  adına  enil  son-

luğu  əlavə  edilir.  Məsələn,  –  CH  =  CH

2

  etenil  (və  ya  vinil),  – 



CH

– CH = CH



2

 propenil radikalı adlanır. 



Dienlər (alkadienlər). 

Tərkibində iki ədəd ikiqat rabitə olan 

karbohidrogenlər dienlər və ya alkadienlər adlanır. Ümumi for-

mulu C


n

H

2n-2



 şəklində göstərilir. Dien karbohidrogenləri alkenl-

ər kimi nisbətən asan birləşmə reaksiyasına daxil olurlar. Alken-

lərlə  alkadienlərın  kimyəvi  xassələri  arasındakı  əsas  fərq  alka-

diendə ikiqat rabitələr qoşulmuş vəziyyətdə, yəni bir ədəd birqat 

rabitəylə  təcrid  olunmuş  vəziyyətdə  olduqda  meydana  çıxır. 

Qoşulma  effekti  nəticəsində 

π

-rabitələrin  delokallaşması  baş 



verir və bunun nəticəsində 

π

-elektron buludu molekulda bəra-



bər  paylanmış  olur.  Məsələn,  butadien-1,3-ün  molekul  qurulu-

şunu aşağıdakı kimi göstərirlər.

 

 

 



                    

                          H

2

C – CH – CH – CH



2  

 

Molekulda 



π

-rabitələrin  delokallığı  molekulun  davam-

lılığını artırır. Verilmiş butadien molekulunun quruluş  sxemin-

dən göründüyü kimi 

π

-rabitənin elektron buludu karbon atom-



larının dördünü də əhatə edərək dörd mərkəzli 

π

-rabitənin əmə-



lə gəlməsinə səbəb olur. Odur ki, qoşulmuş rabitəli alkadienlər-

də  delokallaşmış 

π

-rabitənin  əhatə  etdiyi  karbonlar  arasındakı 



rabitə uzunluğuna və enerjisinə görə birqat rabitə ilə ikiqat rabitə 

arasında aralıq mövqe tutur. Halogenlər və digər elektrofil rea-

gentlər  dienlərlə  qarşılıqlı  təsirdə  olduqda  1,4  və  ya  1,2  vəziy-

yətində olan karbonlara birləşir. Reaksiya nəinki partlayışla mü-

şahidə  olunur,  eyni  zamanda  rabitələrin  qruplaşması  baş  verir. 

Məsələn: 

 

… 

…  … 



 

518


CH



2

=CH–CH=CH

2

 + Br


2

 → CH


2

Br–CH=CH–CH

2

Br 


 

Qoşulmuş ikiqat rabitəli alkadienlər asanlıqla polimerləşmə 

reaksiyalarına daxil olurlar. Kauçukun alınması onların bu xas-

səsinə əsaslanır.  



Alkinlər. 

Alkinlər ümumi formulu C

n

H

2n-2



 olan üç qat rabi-

təli  doymamış  karbohidrogenlərdir.  Ən  sadə  nümayəndəsi  etin 

və  ya  asetilendir  (HC≡CH).  Alkinlər  doymamış  birləşmələr 

olduğundan  yüksək  reaksiyaya  girmə  qabiliyyətinə  malikdirlər. 

Onlar  asanlıqla  birləşmə  reaksiyasına  daxil  olaraq  alkenlərə  və 

ya alkanlara və onların törəmələrinə çevrilir. Məsələn,  

 

        HC ≡ CH + HCl → ClHC=CH



2

 

          



etin                               xlorvinil

 

 



               HC ≡ CH + H

2

 → H



2

C=CH


2

 

                                                     eten 



 

        HC ≡ CH + HOH → CH

3

–C 


                                                  

etanal 


                                                   

 

Etinlər  həmçinin  polimerləşmə  reaksiyasına  daxil  olurlar. 



Asetilen  metalların  kəsilməsində  və  qaynaq  edilməsində  geniş 

tətbiq olunur. 



Aromatik  karbohidrogenlər  (arenlər). 

Aromatik  karbo-

hidrogenlər müstəvi quruluşlu tsiklik birləşmələr olub, qoşulmuş  

elektronlar sisteminə malikdirlər. Benzol və onun homoloqları-

nın ümumi formulu C

n

H



2n-6

 ilə göstərilir. Aromatik karbohidro-

genlərin tipik nümayəndəsi benzoldur. Əvvəllərdə göstərdiyimiz 

kimi benzolda karbon atomları bir-birilə 

σ

 rabitəylə yanaşı altı 



mərkəzli delokallaşmış 

π

-rabitə ilə əlaqələnirlər. Benzolda kar-



bon  atomları  arasında  bütün  rabitələr  uzunluğuna  və  enerjisinə 

görə bir-birinə bərabər olub, ikiqat rabitə ilə birqat rabitə arasın-

da  aralıq  mövqe  tutur.  Odur  ki,  benzol  və  onun  homoloqları 

kifayət qədər davamlıdırlar. Oksidləşmə və birləşmə reaksiyala-



 

519


rına çətin daxil olurlar. Aromatik karbohidrogenlər üçün hidro-

genin  digər  atom  və  ya  atomlar  qrupu  ilə  elektrofil  əvəzləmə 

reaksiyaları xarakterikdir: 

                                                           Br 

                           + Br

2

 →                       + HBr 



 

                                                              NO

                           + HNO



3

 →                         + H

2

O  


 

Benzolda hidrogeni həmçinin sulfo –SO

3

H, hidrookso –OH 



və  alkil  radikalları  ilə    əvəzləmək  olar.  Nəticədə    tərkibinə  

C

6



H

5

– (fenil qrupu) daxil olan birləşmələr əmələ gəlir. Aromatik 



radikallar arillər ( Ar) adlanır.  

Monotsiklik  aromatik  birləşmələrlə  yanaşı  politsiklik  aro-

matik birləşmələr də mövcuddur. Məsələn:   

 

 



 

 

              



                Naftalin                                   Antrasen

 

 



Politsiklik aromatik karbohidrogenlər üzvi sintezdə, o cüm-

lədən  boyaların,  kristalların  alınmasında,  sintilyasiya  sayğacla-

rında  istifadə olunur. Zəhərli maddələrdir. Bütün politsiklik aro-

matik  karbohidrogenlər,  xüsusən  benzapiren  olduqca  zəhərli 

maddədir. 

 

 



 

    


      

 

                                  Benzapiren (BP)



 

 


 

520


CH

2

 



CH

2

 



CH

2

 



CH

2

 



H

2



H

2



CH

2

 



H

2



CH

2

 



CH

2

 



CH

2

 



CH

2

 



CH

2

 



H

2



H

2



Benzapirenin  havada  icazə  verilən  maksimal  hədd  qatılığı 

(ĐHQ) 10


-9

 q/m


qəbul edilmişdir. Politsiklik aromatik birləşmə-

lər havaya əsasən avtomobillərin işlənmiş qazlarından və koks-

kimya sənayesinin tullantılarından daxil olur. Siqaret tüstüsündə 

də politsiklik aromatik karbohidrogenlər vardır.  

Alitsiklik  karbohidrogenlər. 

Tərkibində  aromatik  nüvələr 

olmayan tsiklik karbohidrogenlər alitsiklik karbohidrogenləri tə-

şkil  edir.  Doymuş  alitsiklik  karbohidrogenlər  tsikloalkanlar  və 

ya naftenlər adlanır. Məsələn:  

 

 



                                  

                               və ya                                                         

 

         Tsikloheksan



                                      

Tsiklopropan

 

 

Alitsiklik  karbohidrogenləri  bəzi  növ  neftlərdən  (məsələn,                     



Bakı  neftindən)  alırlar.  Bu  karbohidrogenlərdə  tsikldə  karbon 

atomlarının sayı azaldıqda valent bucaqlarının kiçilməsi nəticə-

sində tsikldə gərginlik artır. Tsikloalkanlar üçün xarakterik reak-

siya əvəzetmə reaksiyasıdır. Kiçik tsikllər parçalanmaqla birləş-

mə reaksiyalarına daxil olmağa meyl göstərirlər. Tsikloalkanlar-

da hidrogeni radikallarla əvəz etdikdə yan zəncirlər əmələ gəlir. 

Bununla əlaqədar C

n

H



2n

 formulu ilə ifadə olunan homoloji sıra 

ilə  yanaşı  yan  zəncirlərlə  əlaqədar  olan  homoloji  sıra  da  mey-

dana çıxır. Bu zaman yan zəncirlər doymuş və doymamış karbo-

hidrogen radikalı ola bilər. 

Doymuş  tsikloalkanlar  ilə  yanaşı  doymamış  tsiklik  karbo-

hidrogenlər, məsələn, tsikloalkenlər də mövcudur.  

                                                             

 

                    



 

 

                                     tsikloheksen



       

 

521


13.3. KARBOHĐDROGENLƏRĐN  TÖRƏMƏLƏRĐ

 

 



Kabohidrogenlərdə bir və ya bir neçə hidrogenin funksional 

qruplar adlanan digər atom və ya atomlar qrupu ilə əvəz edilmə-

sindən alınan birləşmələr karbohidrogenlərin törəmələri adlanır. 

Bunlara  halogenli  törəmələr,  spirtlər,  aldehidlər,  ketonlar,  tur-

şular  və  s.  daxildir.  Karbohidrogenə  bu  və  ya  digər  funksional 

qrup daxil etdikdə onun xassələri kökündən  dəyişmiş olur. Mə-

sələn, karbooksil

 

qrupu daxil etdikdə üzvi birləşmə turşu xassəsi 



kəsb edir. Karbohidrogenlərin törəmələrini sxematik ola-raq R–

FQ şəklində göstərə bilərik. Burada R-karbohidrogen radikalını, 

FQ-isə  funksional  qrupu  göstərir.  Məsələn,  birəsaslı  karbon 

turşular,  biratomlu  spirtlər  ümumi  şəkildə  uyğun  olaraq  R–

COOH, R–OH kimi göstərilə bilər.  

Karbohidrogenlərin halogenli törəmələri. 

Karbohidrogen-

lərin  halogenli  törəmələrini  ümumi  şəkildə  RHal

n

  formulu  ilə 



göstərmək olar. Burada Hal.-halogeni, n-isə halogen atomlarının 

sayını göstərir. C–Hal rabitəsi polyar olduğundan halogen digər 

funksional  qruplar  ilə  asanlıqla  əvəz  oluna  bilir.  Odur  ki, 

halogenli  törəmələrdən  üzvi  sintezdə  geniş  istifadə  olunur.  C–

Hal  rabitəsinin  davamlılığı  I→F  istiqamətində  artır  (E

C-I 


=  299 

kC/mol, E

C-F

 = 536 kC/mol). Odur ki, ftorüzvi birləşmələr yük-



sək kimyəvi davamlılığa malik olurlar. Karbohidrogenlərin halo-

genli törəmələri texnikada geniş tətbiq olunur. Bunlardan bir ço-

xu:  dixlormetan  CH

2

Cl



2

,  tetraxlormetan  CCl

4

,  dixloretan 



C

2

H



4

Cl

2



 və s. həlledicilər kimi tətbiq edilir. 

Yanmayan maddələr olmaqla yanaşı yüksək buxarlanma is-

tiliyinə  malik  olmaları,  zəhərli  olmamaları  və  kimyəvi  inertliyi 

baxımından  karboftoridlər  və  qarışıq  halogenli  törəmələr  soyu-

ducu  qurğularda  işçi  maddə  kimi  tətbiq  olunur.  Bu  maddələr 

ümumi  şəkildə  xladonlar  (freonlar)  adlanır.  Bunlara  misal  ola-

raq, CF

2

Cl



2

 (xladon-12), CF

2

ClBr (xladon-12B1), CHF



2

Cl (xla-


don-22),  C

2

H



4

Cl

2



  (xladon-114)-nü  göstərə  bilərik.  Xladonlar 

həmçinin  yanğın  söndürmədə  də  tətbiq  olunur.  Xladonların 

(freonların)  kütləvi  tətbiqi  müəyyən  ekoloji  problemlərin 


 

522


yaranmasına  səbəb  olmuşdur.  Belə  ki,  buxarlanma  hesabına 

xladonlar atmosferin yuxarı təbəqələrində toplanaraq  parçalan-

maqla  yanaşı  ozon  qatı  ilə  qarşılıqlı  təsirdə    olurlar.  Odur  ki, 

beynəlxalq səviyyədə tərkibində xlor olan freonların  tətbiqinin 

tədricən  azaldılması  və  onların  karboftoridlərlə  əvəz  olunması 

qərara alınmışdır. 

Doymamış  karbohidrogenlərin  halogenli  törəmələri  (məsə-

lən,  CH


2

=CHCl  və  CF

2

=CF


2

)  qiymətli  polimerlərin,  məsələn, 

polivinilxloridin,  ftorplastın  alınmasında  monomer  kimi  tətbiq 

olunur.  

1940-1970-ci  illərdə  kənd  təsərrüfatı  ziyanvericilərinə  və 

xəstəlik keçiricilərinə qarşı mübarizədə DDT-dən [dixlordifenil-

trixloretan  -  CCl

3

CH(C



6

H

4



Cl)

2

]  geniş  istifadə  olunmuşdur. 



DDT-nin tətbiqi malyariya ağcaqanadlarının, se-se milçəklərinin 

və digər qorxulu xəstəlik keçiricilərinin sayının kəskin azalması-

na  səbəb  olmuşdur  ki,  bu  da  milyonlarla  insanların  ölümünün 

qarşısını almışdır. Ancaq bu preparatın nəzarətsiz kütləvi tətbiqi 

ətraf  mühitin  davamlı  zəhərli  maddə  ilə  qlobal  çirklənməsinə 

səbəb  olmuşdur.  Odur  ki,  1970-ci  ildən  DDT-nin  tətbiqi  qada-

ğan edilmişdir. Sonralar müəyyən edilmişdir ki, təmiz halda bu 

preparatın  90  %-i  bitkilərdə  1  aydan  sonra  parçalanır,  texniki 

preparat  isə  180  ilə  qədər  öz  davamlılığını  saxlayır.  Tətqiqat 

göstərmişdir  ki,  bu  preparatın  davamlı  zəhərli  komponentləri 

polixlorfenillərin  qarışığından  ibarətdir.  DDT-nın  texnologiyası-

nın vaxtında dəyişdirilməsi göstərilən  ağır nəticələrın qarşısını al-

mış  olardı.  Hal-hazırda  az  zəhərli  və  tez  parçalanan  pestisidlər-

dən, məsələn, piretroidlərdən, ditiokarbamatlardan istifadə olunur.  



Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin