DAYANIQLI İNKIŞAF VƏ STİRPAT ÇƏRÇİVƏSİ1
UOT: 330.341:316.4; 330.35:316.4
C.Mikayılov
Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, Qafqaz Universiteti/Bakı, Azərbaycan
F.Həsənov
Sosial İqtisadi Tədqiqatlar Mərkəzi, Qafqaz Universiteti/Bakı, Azərbaycan
S.Yusifov
Dövlət və Bələdiyyə İdarəçiliyinin Tədqiqatları Mərkəzi, Qafqaz Universiteti/Bakı, Azərbaycan
XÜLASƏ
Məqalədə dayanıqlı inkişaf konsepsiyası və onun mühüm elementərindən biri olan ətraf mühitin mühafizəsinin digər iki elementdən, iqtisadi böyümə və sosial amillərdən asılılığını ifadə edən IPAT, ImPACT və STIRPAT adlı modelləşdirmə konsepsiyalarından bəhs edilir. Qeyd edilir ki, IPAT və ImPACT kimi konsepsiyalar etraf mühitin çirkləndirilməsi səviyyəsinin rifah, əhali və texnologiya kimi amillərdən asılılıgını deterministik araşdırdıgından emirik tədqiqatlarda o qədər də geniş tətbiq dairəsi tapmamışdır. Bu çatışmazlığı aradan qaldırmaq üçün qeyd edilən bu iki konsepsiya bazasında Dietz və Rosa tərəfindən baxılan asılılıqıarı stoxastik və qeyri proporsional tədqiq etməyə imkan verən STIRPAT konsepsiyası inkişaf etdirilmişdir. Daha sonra məqalədə STIRPAT modelləşdirmə çərçivəsində ekoloji elastiklik əmsallarının mahiyyətindən, istifadə edilə bilən asılı və izahedici göstəricilərdən bəhs edilir.
Açar sözlər: Dayanıqlı inkişaf, İPAT, İmPACT, STİRPAT, Ekoloji iz
Dostları ilə paylaş: |