Beynəlxalq magistratura və doktorantura məRKƏZİ



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   2   3   4   5   6   7   8   9   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

NƏTİCƏ VƏ TƏKLİFLƏR......................................................................................72 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI.................................................75 
ƏLAVƏLƏR..............................................................................................................79 
SUMMARY................................................................................................................82 
РЕЗЮМЕ...................................................................................................................83 
REFERAT..................................................................................................................84 




GİRİŞ 
Mövzunun aktuallığı. Azərbaycan Respublikasında təsərrüfat fəaliyyətinin 
başlıca dairəsi kimi turizm böyük vacibiyyət kəsb edir və bir sıra xarakterik cəhətlərə 
malikdir. Turizm əhalinin, bütövlükdə cəmiyyətin istəklərin ifadəçisi, mikro və makro 
səviyyələrdə gəlirlərin əsası kimi çıxış edir.Turizm sahəsi qeyri - neft sektoru kimi 
dəyərləndirilə bilər və neftden sora region iqtisadiyyatı üçün ən gəlirli sferadır. Bu 
səbəbdən, ölkələr dünya turizm bazarından daha çox pay əldə etmək üçün rəqabət 
içərisindədir. İnkişaf etmiş bir dövrdə müştərilərlə əlaqə vasitələrinin artması, 
istehlakçının alıcılıq qabiliyyətinin artması, bir çox ölkələrin oxşar turizm fəaliyyətləri 
təklif etməsi, turizmdə rəqabətin daha da artmasına səbəb olmuşdur. Buna səbəblə də 
hər bir ölkə rəqiblərindən önə keçmək və özünü fərqli şəkildə mövqeləndirmək üçün 
“markalaşma” – ya doğru yönəlmişdir. Artıq, digər məhsul və xidmətlər kimi turizm 
destinasiyaları (turizm mərkəzləri) da brendləşmə stategiyaları həyata keçirirlər. 
Ölkəmizdə turizm üzrə brendləşmə hələ yeni öz inkişaf yolunu keçirir. Qeyd etmək 
lazımdır ki, Azərbaycan turizm inkişafı üçün zəngin potensiala malikdir. Həm maliyyə 
ehtiyyatları, həm də turizm imkanlarımız bunu deməyə əsas verir ki, ölkəmizdən gözəl 
bir turizm brendi çıxa bilər. Lakin, burda ən önəmli məqam düzgün planlaşdırılmış 
fəaliyyət və böyük maliyyə ayrılışıdır. Müasir dövrdə bir çox xarici ölkə 
vətəndaşlarından Azərbaycan barəsində soruşanda ya Orta Asiya ölkəsi, və ya da 
səhralardan ibarət bir ölkə, vəhşi qafqaz kimi cavabları eşidirik və hətta ilk dəfə bu ad 
barəsində eşidənlər də olur. Burada problemin mahiyyətinin əsas səbəbi isə ölkəmizin 
düzgün brendinq fəaliyyətinin aparılmaması, imic fəaliyyətinin zəif olmasıdır. 2014-ci 
il tarixindən başlayaraq ölkəmizdə birinci avopa oyunları, İslam oyunları, Formula 1 
Grand Prix maşın yarışlarının keçirilməsi turist axınında canlanma yaratmışdır. Bu 
tanıtım vasitələri vahid bir brendin, ”Azərbaycan” brendinin, “İçərişəhər” brendinin 
gücləndirilməsinə gətirib çıxarmalıdır. 



Qədim şəhər Azərbaycan əhalisinin mədəni irs nadir incisi, hər bir Azərbaycanlı 
fərdinin qürur mənbəyidir. Onun tarixi abidələri və turizm potensialının geniş spektri 
İçərişəhəri turizm üçün maraqlı məkanlardan birinə çevirilmişdir. İçərişəhər istirahət 
üçün çox romantik bir yerdir ki, siz orta əsrlər dövrünə səyahət edəcək, o dövrün 
ruhunu duyacaq və müsbət enerjialacaqsınız.

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin