Beynəlxalq magistratura və doktorantura məRKƏZİ


Turizm marketinq ünsürü – Məhsul



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə8/38
tarix14.10.2022
ölçüsü1,48 Mb.
#65149
1   ...   4   5   6   7   8   9   10   11   ...   38
Seyidzad-N-zak-t-Mirna-q-z-

1.3.1.Turizm marketinq ünsürü – Məhsul 
Turizm məhsulu səyahət edənlərin ehtiyyac duyduqları xidmətlərdən ibarətdir. 
Turizm məhsulu turistlərin daimi yaşadıqları məkandan ayrılmalarından başlayaraq və 
təkrarən eyni yerə qayıtmaları ilə başa çatan həmçinin, səyahət müddətində 
yararlanılan bütün xidmətlər yer tutur. Turoperatorlar, turargentlər, yerləşdirmə 
müəssisələri, restoranlar, əyləncə yerləri, muzeylər, shopping üçün əlverişli olan 
mağazaların təqdim etdikləri bütün xidmətlər turizm məhsulu anlayışını ifadə edir. 
Həmçinin, turizm məhsulu toxunulmayan, eyni zamanda istehsal olunub istehlak 
olunan və müştərinin istehsal prosesinə daxil olması, xidmət keyfiyyəti anlayışını çox 
önəmli anlayış halına gətirməsidir [12,səh.11]. 
 1.3.2.Turizm marketinq ünsürü – Qiymət 
Turizm marketinqində ən önəmli anlayışlardan biri qiymətdir. Müəssisələrin 
qazancını müəyyən edən ən önəmli məvhumdur. Çünki qiymət istənilən faydanın əldə 
edilməsi üçün vacib olan maliyyənin bütünüdür. Digər yandan, tələbatının bir çox 
ölkədə həm turizm xidmətlərinə, həm də digər məhsullara çox olması qiymət 
anlayışının əhəmiyyətini artırmaqdadır [12,sə.11]. 
1.3.3.Turizm marketinq ünsürü – Bölgü
Turizm 
marketinqində 
xidmətlərin 
paylanılması adi məhsulun bazara 
çıxarılmasından fərqlidir. İlk növbədə, turizm məhsullarından yararlanmaq istəyən 
müştəri, xidmətin təqdim olunduğu məkana gəlməlidir. Turizm marketinqində 
yayılma ünsürü məhsulu müştəri üçün əldə ediləbilən bir fəliyyətdir [12,səh.12].


13 
1.3.4.Turizm marketinq ünsürü – stimullaşdırma 
Turizm marketinqində stimullaşdırma müştəriləri cəlb etmək məqsədilə mövcud və 
ya yeni xidmətlər və imkanlar üçün pozitiv imic və ya maraq yaratmaqdan ibarətdir. 
Məhsulun bazara çıxarılmasında istifadə olunan reklam turizm xidmətlərində fərqlidir 
[12,səh.13]. 
“7P”-ə daxil edilmiş ünsürlər barəsində məlumat versək; 
İnsan amili, turizm marketinqinin ən təməl ünsürlərindən biri də insandır çünkü 
turizm ünsürlərini yaradanlar, yəni iş qüvvəsi birbaşa insanların özləridir. Eyni 
zamanda yaradılan məhsulları və ya xidmətləri istehlak edən də elə insanların özləridir. 
Müştərilər eyni zamanda istehlak müddətinin də bir hissəsidirlər. Qeyd etmək lazımdır 
ki, işçilər və müştərilər arasındakı münasibət və ünsiyyətin sağlam qurulması turistlərə 
göstərilən xidmət keyfiyyətinə təsir etməkdədir. Digər tərəfdən müəssisədə idarəetmə 
qaydalarına riaət etmə, həmçinin xidmət keyfiyyətinə yaxından təsir edir. Yaradılacaq 
müştəri mədəniyyəti öz növbəsində insan münasibətlərindən təsirlənir. İstər turistlər 
olsun, istər də daxili müştərini əmələ gətirən işçilər və idarəetmə heyyətinin xidmət 
keyfiyyətinin yaradılmasında və qorunub saxlanılmasındakı təsirləri turizm 
marketinqində insan amilinin önəmini daha da artırmaqdadır. 
Fiziki sübutlara, turizm məhsulunun istehsal olunduğu bütün yerlər və sübutlar 
aid edilməkdədir. İstər səyahət argentliklərinin sahib olduqları avadanlıqlar, braşuralar, 
kataloqlar, avtobus, qatar, təyyarə bileti, yerləşdirmə müəssisələrində istifadə edilən
ön büro ləvazimatları, nömrələrdəki lazımi avadanlıqlar, pərdələr, duş kabinalar, 
sanitar ləvazimatlar, işçilərin uniformaları, restoranlardakı süfrələr, çəngəl, bıçaq, 
nimçələr, hovuz, dəniz sahillərindəki ləvazimatlar və s vasitələr fiziki sübut anlayışına 
aiddirlər. Bunlara əlavə olaraq müəssisələrin rahatlığı, atmosferası, səs – küy olmayan 
yerləri və mövcud olan digər fiziki sübutlar aid ola bilər. 


14 
Müddət, turizm məhsulunun istehsalı və müştəriyə təqdimatı əsnasındakı bu amil 
mühüm olaraq qiymətləndirilməkdədir. Buna misal olaraq, bir turizm müəssisəsinə 
giriş (check – in), və çıxış (check – out) proseduralarının müştərini gözlətmədən 
edilməsi və ya restoranda sifarişi verilən bir yeməyin hazırlanması müddətində 
müştərinin sıxılmasının qarşısının alınması üçün (məsələn: aperatiflərin təqdimatı) 
tədbirlərin görülməsi aiddir. Digər yandan, müştəriyə təqdim edilən xidmətlərin 
standartlara uyğun istehsalı, işçilərin davranışları, səs tonları da müddət ünsürünə 
aiddir. Müddət amilinə aid olan digər amil isə məhsulun hazırlanma və təqdimatı 
mərhələlərində birbaşa iştirakıdır. Müştərinin özünə təqdim edilən məhsul ilə bağlı 
təcrübəsi , həmçinin zaman ünsürünə təsir etməkdədir [12,səh.24]. 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin