Mirzə Məhəmməd
Axundov (Hatif)
(1888-1926)
M.M.Axundov peşəkar bir müəllim olsa da, həyatı boyu Bədii
yaradıcılıqla məşğul olmuşdur. O, bəzən xırda şeirlər, bəzən Nizami
şeirini təbliğ və böyük şairin məqbərəsini təsvir edən mənzumələr
yazır, bəzən el ədəbiyyatından seçib topladığı lətifələri "Məclis
yaraşığı"
1
adı ilə çap etdirirdi.
Mirzə Məhəmməd Axundovun şeirlərində müasirlərinin çoxunda
olduğu kimi maarifə, elmə çağırış, cəhalətdən, qəflətdən şikayət
başlıca mövzudur. "Müsəlman aləminin" geridə qalması,
həmvətənlərinin iyirminci əsrdə də "qafil olması" müəllifi
kədərləndirir. O, həyatda, həqiqət aləmində görə bilmədiyi bir çox
ictimai istək və arzularını yuxuda görməyə, bununla təsəlli tapmağa
məcbur olur.
2
Mirzə Məhəmməd ictimai mühitdə gördüyü və nifrət
etdiyi köhnə adətləri rədd etmək istəyir. Ancaq buna qüdrəti çatmır.
Düşmənini özündən güclü görüb təəssüf və şikayətə başlayır. Hətta
"Xaliqdən xaliqə şikayət"
3
edir:
1
Mirzə Məhəmməd Axundov. Məclis yaraşığı, Bakı, 1917.
2
Mirzə Məhəmməd Axundov. Röyam, yaxud həqiqətə təsadüf, Gəncə, Əhməd Hacı
Həsənzadə mətbəəsi, 1910.
3
Müəllifin bu maraqlı şeiri əlyazmasıdır, qızı Pakizə xanımdadır.
361
Nə feyz var idi bu kərəmdə,
Asudə gəzər ikən ədəmdə.
Kim dedi sənə, məni yaratdın,
Dəryayi-qəmü bəlayə atdın.
Şairin bu şikayətində xəyyamanə bir etiraz vardır. O, yoxluğu
qəm, qüssə dəryasından ibarət olan mühitindən üstün tutur.
Ancaq bunlar və buna oxşar bir çox parçalar Mirzə Məhəmmədin
yaradıcılığı üçün səciyyəvi deyildir. O, dram yazmağa daha çox
əhəmiyyət verirdi. Mirzə Məhəmməd Axundovun çap olunmuş və
olunmamış, lakin rayon, məktəb səhnələrində oynanmış bir sıra
dramları vardır. Bunlar içərisində "Hər nə əkərsən, onu biçərsən"
komediyası (1909), "Sədi Vəqqas" (1911) və "Analıq" (1916)
faciələri daha çox yayılmış, tanınmış əsərlərdir.
Müəllif bir pərdəli komediyasında ailə həyatından, ər və arvad
arasındakı sədaqətin pozulmasından bəhs edir. Səlimbəy öz qadını
Xurşid xanıma xəyanət edərək qonşusu Rəşidbəyin qadını Diləfruza
vurulursa, Diləfruzun əri Rəşidbəy də öz növbəsində Xurşid xanım
ilə aranı düzəldir. Səlimbəyin nökəri Qurban isə hər iki tərəfin, həm
qadınların, həm də kişilərin sirdaşı vəzifəsini məharətlə yerinə
yetirir.
Maraqlı qurulan əhvalatın faciəli və ya müdhiş nəticəsi
gözləndiyi halda, hadisə tamam əksinə bir rəng alır. Kişilər də,
qadınlar da öz qəbahətlərini etiraf edir, tövbə deyib dağılırlar. Öz
qadınına xəyanət etmiş Səlimbəy, qadını kişiyə xəyanətinin nə qədər
acı olduğunu duyur və bu həqiqəti anlayır.
Bu əsərdə maraqlı qurulmuş, ərin arvaddan, arvadın ərdən xəlvəti
işlərini açıb göstərən adi bir əhvalatdan başqa diqqətəlayiq heç nə
yoxdur. Səlimbəyin, eləcə də Xurşid xanımın ancaq adı, ünvanı
vardır. Bu adamlar canlı insan, yadda
362
qalan tip olmaqdan çox uzaqdırlar. Bu pyes bir əsər, bir Bədii lövhə
təsvirindən daha çox, bir sözbaz qadının gündəlik qiybətini andıran
söhbəti xatırladır. Biz belə hadisənin və əhvalatın yalanlığını, ya
qeyri-təbiiliyini iddia edə bilmərik. Ancaq bunun sənət lövhəsi
deyil, həyatdan surəti çıxarılmış, foto şəkli alınmış bir hadisə
olduğunu iddia edə bilərik. Buna görə də komediya adlandırılan bu
səhnəcikdə sənətə aid çox az şey tapmaq olar.
"Sədi Vəqqas" faciəsində isə
1
müəllif daha geniş və məsu-liyyətli
bir mövzu götürmüşdür. O, islam tarixinin parlaq səhi-fələrindən
birini - xilafət fütuhatını, islam sərkərdələrinin ən məşhurlarından
olan Sədi Vəqqası göstərmək istəmişdir.
Burada da Mirzə Məhəmməd Axundov hadisənin əslinə sadiq
qalmağa və tarixi Bədii fənər ilə işıqlandırmaq əvəzinə, həmin
hadisənin sadəcə təbliğatı ilə kifayətlənmişdir.
Məzmun etibarilə bu əsər M.S.Ordubadinin "Əndəlisin son
günləri" əsərinə çox oxşayır. Orada da islam xilafət fütuhatı
tərənnüm olunur. Burada da yerlilər ilə işğalçılar arasında mübarizə
göstərilir. Fərq orasındadır ki, birinci əsər ərəblərin süqutu dövrünü
təsvir etdiyi halda, ikinci əsərdə Sədi Vəqqas böyük bir təntənə ilə
İran qoşununu sındırır, ölkəni fəth edir.
Lakin bu fərqlər hər iki müəllifm Bədii məqsəd birliyinə mane
olmur. Mirzə Məhəmməd Axundov da M.S.Ordubadi kimi ərəb
işğalma bəraət qazandırır, yerli əhalinin öz vətəninin müdafıəsinə
"cəhalət" kimi baxır. İran sərkərdəsi şücaətli Rüstəm ağır
vuruşmalarda, qoşununu, mübarizə yoldaşlarını itirəndən sonra
meydanda tək qaldığını görüb peşman olur. O, peşman olur ki, nə
üçün müsəlmanların çağırışına qulaq asmadı, nə üçün "vəfasız"
dünyaya bel bağladı. Bu təsir ilə dünyaya xitab edən Rüstəm deyir:
1
Mirzə Məhəmməd Axundov. Sədi Vəqqas, Gəncə, Əhməd Hacı Həsənzadə mətbəəsi,
1911.
363
"Ey gələcəyinə bel bağlamayan dünya! Bizi sən qucağına aldın,
cürbəcür nemətlər ilə aldatdın. Gözəl ləzzətli təamları, baği-irəm
kimi bağçaları, pəri kimi gözəlləri nəzərimizdə böyük göstərdin.
Bizi uşaq kimi yallandırdın, bizi aldatdın. Biz də sənin sözünə
allandıq, işin gələcəyini düşünmədik. Əhvalımız belə qalacaqdır
ümidi ilə məhrur olduq. Bizi indi yumşaq döşəklərdən qaranlıq
qəbrəmi buraxacaqsan. Budur sənin yalançı işlərinə, aldadıcı
gülüşlərinə aldanıb ümidi-mənəvidən ləzzət almayanlar, insanlıq
kəlamından bixəbər olanlar üçün axırda qara torpağa qarışmaqdan
özgə çarə yolu yoxdur...".
1
Rüstəm bu etirafı ilə bütün ömrünün, apardığı vətənpərəstlik
mübarizələrinin puç olduğunu, ərəblərin haqlı, özünün isə qafıl
olduğunu təsdiq edir.
Burada tarixi həqiqət təhrifi olduğu kimi bədii həqiqətin, yəni
sənət qanunlarının da pozulmasına yol verilmişdir. Ömrünü, həyatını
vətəni və milləti yolunda verən qocaman bir qəhrəman həyatının son
dəqiqəsində düşmən qarşısında bunu deməz. Xüsusilə iranlılar ilə
ərəblər arasındakı o zamankı düşmənçilik və barışmaz ədavəti,
həmçinin böyük Firdovsinin dərin nifrət və təəssüflə dediyi məşhur
beytləri xatırlasaq
2
, Rüstəm kimi bir sərkərdənin təsvirindəki bu
süniliyi seçə bilərik.
1Mirzə Məhəmməd Axundov. Sədi Vəqqas, Gəncə, Əhməd Hacı Həsənzadə mətbəəsi, 1911.
2 Zi şiri-şotor xordəni susimar,
Ərəbra ba cahi rəsidəst kar:
Ka təxti-kayanra konəd arizu,
Tfu bər tö ey çərxi-gərdun, tfu!
Tərcüməsi:
Dəvə südü içib, kərtənkələ yeyən
Ərəbin işi o yerə çatıb ki,
Kəyan taxtı əldə etmək arzusundadır,
Fırlanan fələk sənə lənət olsun, lənət!
364
O zamanın əyləncəli roman və dramlarında dəb düşdüyü kimi, bu
əsərdə də ictimai hadisələrlə müvazi sevgi macərası cərəyan edir.
Ərəb ordusunda sərkərdə Zərraf əsgər qızı Müslümə ilə sevişir.
Ancaq bu məhəbbət vəzifə sevgisindən, "işdən" sonraya qoyulur.
Müslümə sərkərdəni sevsə də zahirdə onun xahişlərinə qulaq asmır,
o nəyi isə gözləyir. Gözlədiyinin nə olduğun axırda ordu qalib
gələndə bilirik. Zərraf İran ordu komandalarından olan pəhləvan
Dərəfşi-Kaviyanin başını kəsib gətirir, sevgilisinin ayağı altına
ataraq məğrurluqla deyir:
"Al, budur iranlıların milyonlarca qiyməti olan, əsla basılmaz
deyib, etiqad etdikləri Dərəfşi-Kaviyani, sənin, sən Müslümənin
ayağının altındadır. Məndən istədiyin də bu deyilmi idi? İndi məni
sevdiyini söyləməzsənmi. Söylə, söylə?".
Ancaq burada Müslümə məhəbbətini izhar edərək "aşiqanə bir
tövr ilə" "sevirəm" deyir.
Müəllif ictimai münaqişələri sxemaya düzdüyü, canlı insanlar
əvəzinə əmr ilə, müəllifin işarəsi ilə oyan-buyana hərəkət edən bu və
ya başqa söz deyən əşxas yaratdığı kimi, gənclər arasındakı sevgini,
bu təbii və insani ehtiyacı da əsgəri vəzifəyə çevirmiş, qurutmuş və
sadələşdirmişdir.
"Sədi Vəqqas" pyesində, zahirən "hər şey öz yerindədir".
Vuruşan cəbhələr, qəhrəmanlar, qoşunlar, ixtilafiar, monoloqlar,
mükalimələr, səhnə tələbləri və sairə. Ancaq bir şey, əsas bir şey
sənətə məxsus olan daxili hərarət, ürək, alovlu hiss yoxdur. Hiss ilə,
ilham ilə yox, soyuq mühakimə ilə tərtib olunmuş olduğu halda
dərhal gözə çarpır. Buna görə də "Sədi Vəqqas" səhnədə qoyulanda
və çap edilib yayılanda heç bir rəğbət qazanmadı. Buna nisbətən
müəllifin "Analıq" faciəsi
1
miyana bir səviyyədə yazılmış əsərdir.
1
Mirzə Məhəmməd Axundov. Analıq, 1916. Əlyazması Nizami adına Ədəbiyyat
İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 222.
365
Hadisənin özü sənətə, qələmə layiq hadisədir. Ögey ana, yaxud
Mirzə Məhəmmədin dediyi kimi "analıq" keçmişdən rəhmsiz və
qəddar bir simada təsvir olunardı. Bu əsərdə də həmin məsələ
qoyulmuşdur. Müəllim Mirzə Səmədin arvadı ölür, artıq dərəcədə
sevdiyi səkkiz yaşlı oğlu İlyas yetim qalır. Mirzə Səməd heç vaxt
Ziba xanımdan sonra evlənmək istəməzdi, qəlbini başqa bir kəsə
verməyi mərhuməyə xəyanət sayardı. Amma əlac yoxdur, evi
dağıtmaq, uşağı avara qoymaq olmaz. Bu ümid ilə dostlarının
xahişinə razılıq verir, yenidən evlənir ki, oğluna tərbiyə verən olsun.
Xurşid xanım Mirzə Səmədin ikinci arvadı, bədəsil, nanəcib
adam olduğundan yazıq atanın ümidləri boşa çıxır, daha da
peşmançılığa bais olur. Xurşid xanım İlyasa nəinki analıq edir, hətta
onu nökərdən də aşağı tutur. Onu ac saxlayır, döyür, təhqir edir. İş o
dərəcəyə çatır ki, uşaq dərdini heç kəsə deyə bilmir. Çünki atasına
söz deməyi, Xurşid xanım ona qadağan etmişdir. Nəhayət, uşağın
müsibəti bütün şəhərə yayıldığı halda, Mirzə Səməd yenə bundan
xəbərsiz qalır. Bu barədə ona deyilən sözləri qərəz hesab edir. Yetim
İlyas dərsdən fürsət tapanda qəbristanlığa qaçır, anasının qəbrini
qucaqlayıb ağlayır.
Bu təsirli hadisənin axırını müəllif nə intiqam, nə də faciə ilə
qurtarır. Əvvəlki əsərlərində olduğu kimi burada da müəllimlik hissi
və üsulu üstün gəlir. Mirzə Səməd Xurşid xanımın İlyasa etdiyi
cinayətləri biləndən sonra qadını danlayır. Xurşid xanım öz
qəbahətini anlayıb tövbə edir, üzr istəyir. Mirzə Səməd onun
təqsirini bağışlamaq istəməyəndə, yumşaq qəlbli İlyas irəli yeriyib
atasına yalvarır ki, "ağa, bacımı bağışla". Mirzə Səməd oğlunun
xatirinə Xurşid xanımın günahından keçir. Xurşid xanım da bundan
sonra İlyasa övlad kimi baxmağa başlayır.
Göründüyü kimi, "Analıq" pyesinin həm süjeti, həm məzmunu,
həm də nəticəsi pis deyildir. Burada həyat şirəsi, həqiqət
366
mayası vardır. Ancaq sənətkarlıq məsələsində müəllifin zəifliyi yenə
gözə çarpmaqdadır. Ən təsirli və həyəcanlı yerlərdə belə müəllif
soyuqqanlılıq, nəsihət üsuluna keçir. Dramaturji münaqişələr də
sadələşdirilmişdir. Müəllif bir evdə baş verən və bütün şəhərə səs
salan müsibəti qəsdən süni olaraq ailə başçısından, Mirzə Səməddən
gizlədir ki, əhvalatın davamına imkan olsun. Halbuki, nə oxucu, nə
də tamaşaçı buna inanmır və inana bilməz.
Mükalimələr də təbii cızığından çıxarılmışdır. 89 yaşlı uşaq,
anasının qəbri üstündə özünəməxsus uşaq dili ilə yox, səhnə
qəhrəmanlarına məxsus monoloq cümlələri ilə, bir sözlə, kitab dili
ilə danışır:
"Ana. Axır mənim bikef olmağıma razı olmazdın. İndi məni bu
gündə görüb də, qəbirdə necə rahət yatırsan. Ana, mənim əzizliyim
səninlə getdi. Atam məni analığın dırnağına verdi. Dur məni qurtar,
qurtarmasan da qəbrini aç, məni də yanına apar...".
1
Əsərin əsas münaqişələri ilə az əlaqədar olan, elmli cavanlar
Nəsir, Rəhim də süni düşünür, süni danışırlar. Bunlar bütün ictimai
mühakimələrini qəbristanda danışır, baş daşlarını oxuyaraq, birbiri
ilə mübahisə edirlər. Rəhim deyir: "Nədəndirsə, yaxşı adam bu
zəmanədə az yaşayır...".
Nəsir bu "hikməti" belə izah edir: "Çünki, zəmanəmiz öylə bir
zamandır ki, onda könül açası heç bir şey yoxdur. Hər yana baxırsan
cəhalət, buz, ədavət, zülm, nifaq, fıtnə, fəsad....
Qardaş qanı tökmək füqəranı sızıldatmaq, məzlumlar ahı
eşitməkdən başqa bir şey görünməyir...".
Bu sözlər yeni məktəbdə oxuyan gənclərin yox, dünya görmüş,
zəmanəsini təcrübədən keçirmiş bir adamın, həm də bişmiş bir
siyasət adamının sözüdür.
1
Əlyazması Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 222.
367
Mirzə
Məhəmməd Axundovun dramlarında surətlərin
xarakterindən doğmayan, müəllif mühakimələrinin nəticəsi olan, heç
bir Bədii əhəmiyyəti olmayan belə lövhələr, təsvirlər və nitqlər
çoxdur. Bunlar müəllifin həyatı dərin, realistcəsinə, sənətkaranə
təsvir bacarığında aciz olduğunu, daha çox hadisələrin surətini
çəkməyə meyl etdiyini göstərir. Bu da həmin əsərləri xırda,
naturaüst səhnəciklər, əyləncəli və az təsirli tamaşalar səviyyəsindən
yuxarı qalxmağa qoymur.
Mirzə Məhəmmədin dram dili şeir dilindən daha sadə və
aydındır. Bu işdə ona müəllimliyi kömək etmişdir. O fikirlərini açıq
deməyi, izah etməyi bacarır.
368
Rəşid bəy Əfəndiyev
(1863-1944)
R.Əfəndiyev hələ keçən əsrin 80-ci illərində Qori darül
müəllimində (seminariyada) oxuyarkən dram ilə maraqlanmış, ilk
"Qan ocağı" pyesini yazıb məktəb səhnəsində tamaşaya qoymuşdur.
O, M.F.Axundovdan sonra ilk dram yazanlardan sayılır. İlk əsərinin
müvəffəqiyyətindən ruhlanan müəllif sonralar da ardıcıl olaraq Bədii
yaradıcılıqla məşğul olmuşdur. On il Qutqaşendə müəllimlik etdiyi,
8 il Tiflis idarəyiruhaniyyəsində katib müavini vəzifəsində çalışdığı
və nəhayət, 16 il Qori darülmüəlliminində müəllim olduğu
zamanlarda heç vaxt yazıçılıqdan uzaqlaşmamış, xüsusilə
təlimtərbiyəyə aid səhnə əsərləri yazmağa səy etmişdir. Rəşid bəy
Azərbaycanın məşhur və çalışqan müəllimlərindən idi. Ömrünü
məktəb, tərbiyə işinə, dərs kitablarının, uşaqların marağını oxşayan
pyeslərin yaranmasına sərf etmişdir. Onun "Uşaq bağçası" adlı
əlifba kitabı və "Bəsirətülətfal" adlı qiraət kitabı Azərbaycanda
şöhrət qazanmış ilk dərs kitablarındandır. O, varlı ailədən olan
qadının maddi köməyindən istifadə ilə dəfələrlə İstanbula gedir,
düzəltdiyi dərs kitablarını min zəhmət ilə çap etdirirdi.
1
Bununla
yanaşı səhnə əsərləri
1
Bu barədə bax: Rəşid bəy Əfəndiyevin tərcümeyi-halı, 1924. Əlyazması
Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları şöbəsindədir, inv. № 8161.
369
yazır, bunların birinci növbədə məktəb səhnələrində qoyulmasını
təşkil edir, hətta şəxsən artist kimi iştirak edirdi. Rəşid bəyin "Qan
ocağı"ndan başqa, "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız
ərə gedər"
1
, "Pul dəlisi", "Bir saç telin qiyməti", "Tiflis səfirləri",
"Diş ağrısı", "Təbiətdə əhvaliməişət"
2
adlı dramları vardır.
Rəşid bəy elmi, maarifi, məktəbi təbliğ edən bir sıra mənzumələr
yazmış, rus klassiklərindən (Puşkin, Lermontov, Krılov) dərs
kitablarına münasib parçalar seçib tərcümə etmişdir. Eləcə də
farscadan "Rüstəm və Söhrab" əhvalatım (Firdövsidən), "Cam" adlı
mənzuməsini (Şillerdən) tərcümə etmişdir. Rəşid bəy istər şeir
tərcümələrində və istərsə müasir mövzularda yazdığı şeirlərində
klassik şeir üslubu və yolu ilə genişdir. Hətta Şilleri də Firdövsinin
işlətdiyi vəzndə, mütəqarib ilə tərcümə etmişdir. Rəşid bəy
Əfəndiyevin ədəbi və Bədii əhəmiyyəti olan əsərləri, demək olar ki,
ən çox pyesləridir; xüsusilə əsrimizin əvvəllərində yazılan
komediyalarıdır.
Bu məzhəkələr nəinki üslub etibarilə, həm də mövzu etibarilə bir
silsilə və bir vəhdət təşkil edən əsərlərdir. Bunların hamısında köhnə
dünya, köhnə məişət, köhnə zehniyyət təsvir olunur. Əgər "Qan
ocağı"nda bir ailə içərisindəki nifaq, fəsad, ədavət, köhnə ailənin
çürük bünövrəsi, məktəbə olan cahil və vəhşi əlaqələr göstərilir və
ailəyə dəhşətli bir ad: "Qan ocağı" adı verilirsə, "Qonşu-qonşu olsa,
kor qız ərə gedər" adlı komediyasında qadın alqı-satqısı, qadınların
hüquqsuzluğu və gülünc evlənmək qaydaları təsvir olunur.
Bu əsərdə müəllif maraqlı, həm də təbii əhvalat qurmuşdur.
Sövdəgər Qaçay bəy şəhərə çox gəlib gedir. Karvansaralarda,
1
Bu əsərlərin hər üçü çap olunmuşdur.
2
Axırıncı pyeslərin hamısı əlyazmasıdır.
370
ya qonaq yerində rahatlıq görmür, evlənmək, burada da bir arvad
saxlamaq istəyir. El içində məşhur olan dəllal qadın Cici xanım işə
düşür. Zərbəli bəyin qocalmış, çirkin, heç kəsin tamah salmadığı
qızı Sonanı ona ərə vermək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib
Sonanı ərə vernmək fikrinə düşür. Qonşu qız Dilbəri göstərib Sonanı
verirlər. Qaçay bəy aldanır və xərci hədər gedir. Bu əsərdə Sonadan
da, Qaçay bəydən də canlı verilmiş surət Mələk arvaddır. Belə
qadınlar hamının, varlının da, yoxsulun da, böyüyün də, kiçiyin də
evinə məhrəm olan, hər yerə yol tapan, zirək, hiyləgər, lotu,
macəraçı qadınlar keçmişdə Azərbaycanın şəhər və kəndlərində
məclis, mərəkə axtarırdılar. Təzə xəbəri, ya toy, ya vay xəbərini bu
qadınlar bilərdilər. Xüsusilə kənardan gəlmələr, qız almağa, ya
oğlan evləndirıməyə gələnlər belə qadınlar üçün yağlı bir şikar kimi
mənfəətli müştəri olardılar. Mələk də belə tiplərdəndir.
Qaçay bəyə tor quran da, ondan xələt və peşkəş alan da Mələk
olur. Qaçay bəy puluna, malma güvənən, heç bir ehtiyacı olmayan,
qoçusifət bir mülkədardır. Onu aldatmaq hər adamın hünəri deyil,
Mələk də buna cəsarət etməzdi. Ancaq Zərbəli bəyin qızı Sona üçün
olan xeyr işdə heç bir qorxu ola bilməz. Çünki qızm qardaşı hər
barədə Qaçay bəydən artıq adamdır.
Əsərin ən qüvvətli cəhəti məişət, etnoqrafık səhnə və əlamətlərin
zənginliyidir. Burada verilən bayatılar, atalar sözü və məsəllərin
çoxu ehtimal ki, birinci dəfədir ədəbiyyata, kitaba düşür. Bu
parçalarda milli kolorit, adət, ənənə, qədim qaydalar bütün əlvanhğı
ilə görünməkdədir. Bu əlvanlığı tiplərin dilinə də aid etmək olar.
Rəşid bəy, xüsusilə mükalimələrdə həddən artıq çılpaqlığa,
biədəb ifadələrdən geniş istifadəyə imkan verir. Mələk arvadm
danışıqlan tamam ədəb və nəzakət dairəsindən kənardır. Müəllif
bunlarla guya etnoqrafıya, məişət əlaqələrini
371
yazıya köçürmək istəyir. Halbuki, bunlar əsərin naturalist
meyillərini daha da qəlizləşdirir, qüvvətləndirir.
"Saqqalın kəraməti"ndə ruhanilərin fırıldaqlarından bəhs olunur.
Göyçay çölündə yağışa düşən bir dəstə sövdəgər daldalanmağa yer
axtarırlar. Heç kəsin bu yaxınlarda qonaq yeri yoxdur. Çünki, bu
yerlərin əhalisi (tərəkəmə) köçəri camaatıdır, deməli oturub məskən
salmırlar.
Çarvadarların deməyinə görə bu yerin əhalisi ancaq molla, seyid
və mərsiyəxanlara hörmət edib qonaq saxlarlar. Qərara gəlirlər ki,
sövdəgər Hacı Söhrabı uzun saqqalına, qiyafəsinə görə molla
qələmə versinlər və onun sayəsində bir qonaq yeri tapsınlar. Bu
"vəzifə" Hacı Söhrab üçün çətin olsa da razılıq verir. Gəldikləri
kəndli evində isə sanki "molla"nı çoxdan gözləyirmişlər. Kənd
mollası ilə deyişmə təklif edirlər. Kənd mollası Qulaməli ilə
sövdəgər Hacı Söhrab üzüzə gəlib deyişməli olur.
Bu əsərdə də müəllif gülünc vəziyyət yarada bilmişdir. Adamlar
bu vəziyyətdən çıxmaq üçün təlaş edib çarə aradıqda isə daha
gülünc olurlar. Bu mənada ancaq iki surət Hacı Söhrab və Molla
Qulaməli seçilir, komediyanın mərkəzində durarlar.
Ancaq əvvəlki pyeslər haqqındakı fıkri burada da təkrar etməyə
məcburaq. Çünki hər gülməli əhvalat və hətta gülməli vəziyyət
mühüm ictimai hadisəyə toxunmur, həyatda çox rast gəlinən maraqlı
və gülməli bir əhvalatı göstərməklə kifayətlənən müəllif
komediyanın ictimai məna tərəfinə lazımi diqqət yetirməmişdir.
Bu pyeslər oxucu və tamaşaçıya ağızlarda gəzən yüzlərlə maraqlı
lətifələrin buraxdığı təsirdən artıq heç nə vermir və verə bilməz.
Çünki bu hadisə yalnız sövdəgərlərin deyil, məmurların da başma
gələ bilər, yalnız Göyçayda deyil, Xaçmazda da baş verə bilər.
Burada canlı insanlar, tamamlanmış xarakterlər olmadığından
əhvalat Bədii əsər səviyyəsinə
372
qalxmır. Bu əhvalat bir dərəcəyə qədər Haqverdiyevin "Acından
təbib" hekayəsini xatırladır. Orada müəllif iki yarpaqlıq bir yumor
ilə kifayətləndiyi halda, Rəşid bəy Əfəndiyev burada bunu, bir
komediya mövzusu və materialı etmişdir.
373
Mir Mahmud Kazımovski
(1888-1940)
M.Kazımovski Bakıda doğulmuşdur. İlk təhsilini mollaxanada
almış, on yaşında 3-cü şəhər məktəbinə daxil olmuşdur. Məktəbdə
ikən teatr ilə maraqlanmış, Ərəblinski, Əlvəndi, Zeynalov kimi
səhnə həvəskarlarının dərnəyində iştirak etmişdir. İlk dəfə
M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında
nökər rolunu oynayıb.
Kazımovski ədəbi yaradacılığa "Daşım-daşım" vodevili ilə
başlamışdır.
M.Kazımovski Sovet hakimiyyəti qurulduqdan sonra Xalq
Maarif Komissarlığı tərəfindən qəzalara ezamiyyətə göndərilmiş,
orada kütləvi dram dərnəklərinin təşkil edilməsində iştirak etmişdir.
1932-ci ildə Bakıya qayıdaraq "Tənqid və təbliğ" teatrına (Satir-
aqit) daxil olmuş, kiçik həcmli əsərlər yazmışdır. Sonralar
Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında çalışmış,
teatrdakı fəaliyyətinə görə Respublikanın əməkdar artisti adını
almışdır.
Mir Mahmud Kazımovski xırda pyes müəllifləri arasında ən çox
yazan və əsərləri ən çox oynanan müəlliflərdəndir. Kazımovski
yalnız yazıçı deyil, həm də musiqişünas idi. Operettalarının
musiqisini özü tərtib edirdi. Nizami adına Ədəbiyyat İnstitutunda
Kazımovskinin bir sıra əsərləri saxlanmaqdadır:
374
"Vəfasız məşuqə" (1915), "Məndən olub, mənə oxşamayan",
"Daşim-daşim" (1905), "Həmşəri mənzili" (1912), "Yaftüməli"
(1917), "Cüm-Cümbəy" (1916) adlı pyeslər əlyazması şəklindədir.
Hamısının oynanılmasına senzuradan icazə əlavə olunmuşdur.
"Vurhavur" (1915) və "Molla Cəbi" (1912) çap olunmuş əsərləridir.
Müəllif bu əsərlərinin demək olar ki, hamısında məişət mövzuları
götürmüş, evlənmək, köhnə adətlər, molla, mərsiyəxan, falçı və sair
istismarçı, müftəxor ünsürləri bədii istehzaya tutmuşdur.
Ən çox şöhrət tapmış və həm də ictimai əhəmiyyətli əsərlərindən
biri olan "Molla Cəbi"nin müqəddiməsində müəllif "Molla Cəbi"
haqqındakı tənqidinin dindarlar arasında, bəlkə şiddətli təsir
buraxdığını güman edib yazır:
"Mən özümə lazım bildim ki, bu növ din və dünyamıza rənglər
vuran şəxslərin üzərlərinə çəkilən pərdələrdən bir neçəsini götürüm.
Əgər cəmiyyətimizdə inad etməsələr, o vaxt boylə lotuların
aralıqdan çəkiləcəyinə şübhə ola bilməz.
1
Doğrudan da "Molla Cəbi"nin adından və camaatın avamlığından
istifadə edən fırıldaqçıların rüsvay edilməsinə kömək edən bir
əsərdir. Ancaq burada müəllifin başqa əsərlərində olduğu kimi,
tənqid yüngülləşdirilmiş, sadələşdirilmiş, məsxərə yolu ilə
aparılmışdır. Molla Cəbinin hərəkətləri tamaşaçım güldürürsə də
nifrət oyatmır. Çünki Molla Cəbi bir xarakter, bir ictimai zümrə, bir
ictimai xəstəlik təmsil edən hədəf kimi alınmamışdır. Əsərdə əhali,
kəndlilər də Molla Cəbi üsulu ilə, yəni məsxərə yolu ilə təsvir
edilməkdədir. Müəllif Molla Cəbinin fırıldaqlarına rəvac vermək
üçün şərait olsun deyə, kəndliləri çox sadəlövh, bəzən də axmaq
1
Mir Mahmud Kazımovski. Molla Cəbi, Bakı, 1912, səh.3.
375
kimi göstərir. Kəndlilərin nümayəndəsi Nəsir kişi Molla Cəbini
kəndə aparmaq üçün vədələr verir:
"Molla əmi, biləsən nə var. Bizə bir molla lazımdır ki, həmi
mərsiyəxan olsun, həmi pəsməzarda-zadda lazım olsun, həmi də
dərviş toyu-zad olanda lap qaluruq məhəttəl. Onu da bil ki, bizim
kənddə həmişə kəndxuda üstdə iki-üç tirəlik düşərdü. Ona görə
istiyərdük ki, kəntxuda əvvəli bir qeyri yerli olsun və ikincisi
allahdan qorxan olsun...".
1
Molla Cəbi də bunların sözünə inanır və şələpələsini
yığışdırmağa, kəndə molla, kəntxuda getməyə hazırlaşır. Kəndlilər
oxu oxutmamış, səsinə və "elminə" qulaq asmamış aparmırlar.
Nəhayət, Molla Cəbi mollalıq əvəzinə camaata "kef verməkdə,
məsxərədə məşhur olur.
M.Kazımovskinin pyesləri səhnə quruluşunun, əhvalatın
maraqlılığı cəhətindən müvəffəqiyyətli əsərlərdir. Əyləncəli pyes
olaraq bu əsərlər on illərlə Azərbaycan səhnəsindən düşməmişdir.
1
Mir Mahmud Kazımovski. Molla Cəbi, Bakı, 1912, səh.13.
|