Azərbaycan texniKİ universitetiNİN nəzdində baki texniKİ kolleci “ÜmumiXTİsas” fənn birliyi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix20.01.2023
ölçüsü1,07 Mb.
#79871
1   ...   4   5   6   7   8   9   10   11   ...   54
Əməliyyat sistemi təsnifatı. ƏS-lərini müxtəlif əlamətlərə görə təsnif etmək olar: 
❖ 
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili; 
❖ 
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: 
birməsələli, çoxməsələli; 
❖ 
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu; 
❖ 
prosessorun mərtəbələrinin sayına görə: 8-mərtəbəli, 16-mərtəbəli, 32-mərtəbəli, 64-
mərtəbəli; 
❖ 
interfeysin tipinə görə: əmrli və obyektyönlü; 
❖ 
informasiya emalı rejiminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı; 
❖ resurslardan istifadənin tipinə görə: şəbəkə və lokal. 
Birinci əlamətə görə, biristifadəçili ƏS-dən fərqli olaraq, çoxistifadəçili əməliyyat 
sistemləri kompüterdə eyni vaxtda müxtəlif terminallarla bir neçə istifadəçinin işləməsinə 
imkan verir. 
İkinci əlamətə görə, çoxməsələlik anlayışı mövcud hesablama sistemi çərçivəsində 
eyni vaxtda bir neçə proqramın paralel yerinə yetirilməsidir. Birməsələli ƏS isə eyni 
vaxtda yalnız bir proqramın yerinə yetirilməsinə imkan verir. 
Üçüncü əlamətə görə, bir prosessorludan fərqli olaraq, çoxprosessorlu ƏS bu və ya 



digər məsələnin həlli üçün bir neçə prosessor resurslarının paylanması rejiminə imkan 
verir. 
Dördüncü əlamətə görə, ƏS-lər 8, 16, 32 və 64 mərtəbəlilərə bölünürlər. Əməliyyat 
sisteminin mərtəbəliliyi prosessorun mərtəbəsi ilə təyin olunur. 
Beşinci əlamətə görə, ƏS istifadəçi interfeysinin tipinə görə obyekt- yönlü (qrafiki 
interfeysli) və əmrli (mətn interfeysli) kimi iki sinfə bölünür. 
Altıncı əlamətə uyğun olaraq, ƏS-lər aşağıdakı növlərə bölünürlər: 
- paket emalı: kompüterdə yerinə yetirilməli olan proqramlara uyğun olaraq 
tapşırıqlar paketi formalaşdırılır və mümkün üstünlük dərəcəsini nəzərə almaqla növbəli 
yerinə yetirilir; 
- vaxt bölgülü: müxtəlif terminallardan bir neçə istifadəçinin eyni vaxtda kompüterə 
müraciətini yerinə yetirmək üçün ƏS xidmət tapşırıqlarına uyğun maşın resurslarım növbə 
ilə seçir; 
- real vaxt miqyaslı: kompüterə nəzərən bu və ya başqa dərəcədə xarici olan hadisə, 
proses və ya obyektlərlə idarə olunan istifadəçi sorğularına müəyyən olunmuş vaxt ərzində 
kompüterin cavabını təmin edir. 
Yeddinci əlamətə görə ƏS-lər şəbəkə və lokal olmaqla iki hissəyə bölünür. Şəbəkə 
ƏS verilənlərdən birlikdə istifadə etmək məqsədilə şəbəkədə birləşdirilmiş kompüter 
resurslarının idarəolunması üçün nəzərdə tutulub. Burada həmçinin şəbəkə resurslarının 
istifadəsi üçün çoxlu sayda servis imkanları mövcuddur. 
Şəbəkə ƏS-lər əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya 
daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-lər lokal sayılır və ixtiyari 
kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də 
istifadə oluna bilər. 
Hal-hazırda geniş yayılan əməliyyat sistemlərindən DOS, OS/2, UNIX, Linux və 
Windows-un müxtəlif versiyalarını qeyd etmək olar. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin