52
proqramlar yazan böyük bir mühəndis (developper) qrupuna sahibdir. Android üçün hal-
hazırda 1 milyondan çox proqram vardır. Android əməliyyat sitemi ilə işləyən proqramlar
müxtəlif yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından
da də yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android
əməliyyat sistemi ilə təchiz olunmuşdur. 2014-cil boyunca 1 milyarddan çox android cihaz
satılmışdır.
2005-ci ilin iyulunda Google korporasiyası Android Inc şirkətini aldı. 5 noyabr
2007- ci il şirkət rəsmən Open Handset Alliance (OHA) yaradılmasını və Android açıq
mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası
olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi. 23 sentyabr
2008- ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin ilk tam mühəndis
paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından etibarən sistemin bir
neçə yeniləməsi oldu. Bu yeniləmələr,
bir qayda olaraq, aşkar edilmiş səhvlərin
düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə əlaqədar idi.
2009- cu ildə platforma üçün 4 tam yeniləmə (update) təqdim olundu. Nəhayət
fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı. Aprel
və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 «Cupcake»və 1.6 «Donut» təqdim edildi.
«Cupcake» yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi. Bunlar - virtual klaviatura,
videoların oynadılması və qeydə alınması,brauzer və s. idi. «Donut»da isə ilk dəfə olaraq
müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və CDMA şəbəkələrinin dəstəklənməsi
mümkün oldu. Həmin ilin oktyabr ayında Android 2.0 «Eclair» versiyası təqdim olundu.
Bu versiya bir neçə Google hesabının dəstəklənməsi, HTML5brauzerin dəstəklənməsi və
həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının
istifadəsi ilə əlamətdar
oldu.
2010- cu ilin ortalarında Google, Android 2.2 versiyasını «Froyo», 2010-cu ilin
sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo»
yeniləməsindən sonra smartfonu giriş nöqtəsi (acces point) kimi istifadə etmək, ekran
kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək mümkün
oldu. «Gingerbread» yeniləməsi isə kopyalama və yapışdırma üzərində tam nəzarət,
cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri özü ilə gətirdi.
22 fevral 2011-ci ildə Planşetlər üçün uyğunlaşdırılmış Android 3.0 «Honeycomb»
rəsmən təqdim edildi. Android 4.0 «Ice Cream Sandwich» 19 oktyabr 2011ci ildə çıxan ilk
universal platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə
tutulmuşdu.Həmçinin bu versiya özü ilə yeni «Holo» interfeysini gətirmişdi .
2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 «Jelly Bean» təqdim olundu.
Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri
gəldi.
31 oktyabr 2013-cü
ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan
Android 4.4 təqdim etdi hansı ki, adını Nestle kompaniyası ilə olan müqailəyə əsasən
«KitKat» şokoladından götürmüşdü. İlk olaraq Kitkat Nexus 5 cihazlarında görülmüşdür.
25 iyun 2014-cü ildə Google Android Lollipop-u mühəndislər üçün elan etdi.
2014-cü ildə geyilə bilən cihazlar üçün Android Wear əməliyyat sistemi
təqdim
olunmuşdur. Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV
təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistem
olmadığını sübut etmişdir.
15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim
53
olundu. Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu.
Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş HTC ream
smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçıları da Android siteminə
keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün uyğunlaşdırılmış
«Honeycomb»un çıxışından sonra Android sisteminə keçən smartfon istehsalçılarının sayı
daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri ilə əməkdaşlıq edən
Google şirkəti öz «Google Nexus» seriyasında şəxsi qurğularını istehsal edir. Məhz bu
qurğular Android üçün olan yeniləmələri birinci alır. Google Nexus seriyasında nəinki
yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə işləyən Nexus Q mediaplayer
də var. Smartfonlar və planşetlərdən başqa android əməliyyat sistemi digər qurğularda da
istifadə olunnur. 2011-ci ilin iyun ayında italyan şirkəti Blue Sky android əməliyyat
sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-I təqdim etdi. 2012-ci ilin avqustunda
Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə işləyən fotoaparatını təqdim etdi.
Bundan başqa Android həvəskarları digər məhşur qurğulara
da Android sistemini tətbiq
etməyi (port etmək) başarmışlar. Məsələn, Windows Mobile platformasında olan HTC
Touch Dual və HTC TyTN II smartfonları emulyator rejimində Android əməliyyat
sistemində işləyə bilir. Həmçinin Maemo platformasıyla işləyən Nokia N810 planşeti,
Nokia platformasında işləyən Nokia N9 və Windows Mobile platformasında işləyən HTC
HD2 smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur.Androidi bu
qurğularda həm microSD kartdan həm də daxili NAND yaddaşdan çalışdırmaq olar.Bu cür
Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmr.Bundan basqa iphone,İpod
touch,İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi mövcuddur. 2012-
ci ilin oktyabrında Google-un icraçı direktoru Larri Peyc artıq 500
milyondan çox
smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayınhər gün 1.3 milyon
daha artdığını bildirdi. 2013-cü il sentyabrın əvvlində isə artıqdünyada 1 milyarddan çox
android cihazın aktivləşdirildiyi elan olundu.
22 oktyabr 2008-ci ildə Google şirkəti Android ƏS üçün “Android Market” adlı
onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%-ni
mobil operatorlar isə 30%ni alırlar. 2009-cu ilin fevralında ABŞ-dan və Böyük
Britaniyadan olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv oldu.
İlk dəfə olaraq Sony Ericson şirkəti Android Market onlayn mağazasında kanal açaraq öz
oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr ayından etibarən
Android Marketdən 10 milyarddan çox proqram yüklənilib. 2012-ci ilin mart ayında
Google «Google Books», Android Market, Google Music və digər servislərin vahid bir
servisdə - Google Playdə birləşdirdi. Google Play internet mağazası 190 ölkədə fəaliyyət
göstərir və 700 mindən çox proqramdan ibarətdir. Yarandığı
gündən bu günə kimi
mağazadan 25 milyard yükləmə edilmişdir.
Bəzi həvəskar cəmiyyətlər vardır ki, bunlar Androidin modifikasıyası ilə məşğul
olurlar. Bu modifikasiyalara CyanogenMod, MIUI, AOKP (Android Open Kang Project)
və s. göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar, seçimlər, tənzimləmələr
əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android
yükləmək üçün smartfon Root
(Superuser) səlahiyyətlərinə malik olmalıdır. Qeyd etmək lazımdır ki düzgün şəkildə
yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə, həmçinin qurğunun zəmanətinin
itirilməsinə səbəb ola bilər.