Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti



Yüklə 214,74 Kb.
səhifə1/3
tarix21.05.2023
ölçüsü214,74 Kb.
#118572
  1   2   3
Laboratoriya isi 1




Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Azərbaycan Texniki Universiteti
Kafedra: Enerji effektivliyi və yaşıl enerji texnologiyaları
Fakültə: Maşınqayırma və Robototexnika
Laboratoriya işi 1.
Qrup: 582A
İxtisas: Mexanika mühəndisliyi
Müəllim: Məmmədova Esmira
Tələbə: Şükürzadə Əli


Laboratoriya işi 1.
Qazların (Havanın) sıxlığı və molekul kütləsinin təyini
İşin məqsədi:
Piknometr vasitəsilə havanın (qazın) sıxlığının və molekul kütləsinin təyini.



Piknometr yunan sözü olub (puknos) həcm və sıxlığı ölçmək mənasını verir. Ölçmə ən etibarlı və mütləq metoddur. Boyl qanununa əsaslanmışdır (həcm təzyiq münasibəti). Dəqiq və nizamlanmış ölçülü, məsaməli və qeyri- məsaməli nümunələr üçün istifadə olunur. Yuxarıda şəkildə təsvir olunan qaz piknometridir. Qaz piknometri həmçinin helium piknometri də adlanır. Cihaz təcrübələri 20 dəqiqədən də az müddətdə aparmağa imkan verir.
Molekulyar kütlə və sıxlıq haqqında ümumi məlumat.
Maddənin fiziki və kimyəvi xassələrini özündə daşıyan ən kiçik hissəciyə molekul deyilir. Elementin kimyəvi xassəsini daşıyan ən kiçik hissəciyinə atom deyilir. Verilmiş maddədəki molekulların sayının Avaqadro sabitinə olan nisbətinə maddə miqdarı deyilir. Maddə miqdarının vahidi 1 mol adlanır və əsas vahiddir. Kütləsi 0.012 kq olan karbondakı atomların sayı qədər molekullardan təşkil olunmuş maddə miqdarına bir mol deyilir. İstənilən maddənin bir molunda eyni sayda molekul (və ya atom ) vardır. Bu say Avaqadro sabiti adlanır.
Burada m istənilən maddənin kütləsidir, N isə m kütləli maddədə olan molekulların sayıdır.
Bir mol miqdarında götürülmüş maddənin kütləsinə molyar kütlə deyilir. Molyar kütlə molekulun kütləsi ilə Avaqadro sabitinin hasilinə bərabərdir.
(1)
Molyar kütlənin vahidi
Burada - bir molekulun (və ya atomun ) kütləsidir.
Molekulları arasındakı təsir nəzərə alınmayacaq dərəcədə kiçik olan qaza ideal qaz deyilir. İdeal qazın molekullarının enerjisi ancaq onların kinetik enerjisindən ibarətdir. Seyrəldilmiş real qazlar özlərini ideal qaz kimi aparır.
Qaz halının parametrləri arasındakı əlaqəni ifadə edən tənliyə ideal qazın hal tənliyi və ya Mendeleyev-Klapeyron tənliyi deyilir.
və ya (2)
Burada:
P- təzyiq
V- həcm
m-havanın kütləsi
µ-molyar kütlə
R-universal qaz sabiti
T- mütləq (termodinamik) temperatur
(2) düsturu ilə molyar kütlənin təyin olunması üçün havanın kütləsi ölçülməlidir. Bu da mövcud olan qurğuda mümkün deyil. Bunun üçün kolbadan havanın tamamilə sorulmasına ehtiyac yoxdur, yalnız qazın kütləsini bir qədər dəyişmək kifayətdir.

Yüklə 214,74 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin