Azərbaycan respublikasi əlyazması hüququnda


Mövzunun  işlənmə  dərəcəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   2   3   4   5   6   7   8   9   ...   19
AVTOREFERAT

Mövzunun  işlənmə  dərəcəsi.  Azərbaycanda  müstəqillik 

illərində mövzu ilə bağlı məqalələr, araşdırmalar, kitablar dərc edilsə 

də, Mərkəzi Asiyanın türkdilli ölkələri ilə əlaqələrin yaxın keçmişini 

əhatə  edən  və  bu  əlaqələrin  siyasi,  iqtisadi  və  mədəni  sahələrini 

kompleks  araşdıran  elmi  işlərə  təsadüf  edilmədiyi  üçün  mövzunun 

işlənilməsinə ehtiyac yaranmışdır. 

Mövzu ilə bağlı diqqəti çəkən tədqiqatlardan biri M.Qasımlının 

“Azərbaycan  Respublikasının  Xarici  Siyasəti  (1991-2003)”  adlı 

kitabıdır.  Kitab  Azərbaycan  Respublikasının  diplomatiya  tarixinin 

1991-2003-cü illərinin öyrənilməsinə həsr olunmuşdur

4



A.Abbasbəyli  2011-ci  ildə  nəşr  olunan  “Dünya  siyasəti” 



dərsliyində  dünya  siyasəti  ilə  bağlı  ümumi  məlumat  verdiyi 

fəsillərdən  sonra  Avropa,  Qafqaz,  Asiya  və  Amerika  regionlarında 

aparılan geostrategiya məsələlərini araşdırır

5



S.Ruintən  “Azərbaycan  türk  dövlətləri  ilə  siyasi  əlaqələr 

sistemində” adlı monoqrafiyasında Azərbaycanın türkdilli dövlətlərlə 

olan siyasi əlaqələrinin ilk onillik tarixini tədqiq edir

6



Tədqiqatçılardan Ə.Əhmədоv 2009-cu ildə nəşr olunan “Аzərbаycаn 

bеynəlхаlq  münаsibətlərdə  (Türkdilli  dövlətlərlə  əlaqələr  ХХ  əsrin  90-cı 

illəri)”  adlı  monoqrafiyasında  ХХ  yüzilliyin  90-cı  illərində  Аzərbаycаn 

Rеspublikаsının türkdilli dövlətlərlə münаsibətlər tаriхini araşdırır

7



                                                           



4

  Qasımlı,  M.  Azərbaycan  Respublikasının  xarici  siyasəti  (1991-2003).  [2  hissədə]  / 

M.Qasımlı. - Bakı: Mütərcim, - c. 2. – 2015. - s. 12. 

5

 Abbasbəyli, A. Dünya siyasəti / A.Abbasbəyli. - Bakı: Nurlar nəşriyyat, - 2011. –  



s. 425-433. 

6

  Ruintən,  S.  Azərbaycan  türk  dövlətləri  ilə  siyasi  əlaqələr  sistemində  (XX  əsrin 



90-cı illəri) / S.Ruintən. - Bakı: Adiloğlu nəşr, - 2005.  

7

Əhmədоv, Ə. Аzərbаycаn bеynəlхаlq münаsibətlərdə (Türkdilli dövlətlərlə əlaqələr 



ХХ əsrin 90-cı illəri) / Ə.Əhmədоv. - Bаkı: Еlm və təhsil, - 2009.  – s. 8-10.  


 

Mövzu  ilə  bağlı  aparılan  tədqiqatlardan  E.Hacalıyevin 



“Azərbaycan  Respublikası  və  Orta  Asiyanın  türk  dövlətləri  arasında 

siyasi  münasibətlər”    adlı  dissertasiya  işində  türkdilli  dövlətlərin  siyasi 

inkişaf  prosesi

8

;  G.Babayevanın  “Azərbaycanın  türkdilli  dövlətlərlə 



münasibətlərinin inkişafında siyasi əlaqələrin rolu” adlı dissertasiya işində 

isə Xəzər hövzəsində yaranmış yeni geosiyasi şəraitdə siyasi münasibətlər 

elmi-praktiki baxımdan araşdırılır

9



Mövzu ilə bağlı diqqəti çəkən tədqiqatlardan biri C.Feyziyevin, 

“Türk dövlətləri birliyi, qlobal inteqrasiyanın Avrasiya modeli” adlı 

kitabıdır. Kitab türk dünyasının taleyi ilə bağlı aktual bir problemə-

Türk dövlətləri birliyinin yaradılması zərurətinə həsr olunur

10



Azərbaycan  Respublikasının  xarici  siyasətində  Mərkəzi  Asiyanın 



türkdilli dövlətləri ilə əməkdaşlığı məsələlərini əhatə edən işlər arasında 

2017-ci ildə nəşr olunan “Azərbaycan Respublikasının xarici siyasətinin 

əsas  istiqamətləri  (1991-2016)”  adlı  məqalələr  toplusu  ciddi  bir  elmi-

siyasi dəyərə malikdir

11



Həmçinin  tədqiqatçılardan  N.Məmmədov,  Ə.Muxtarova, 



H.Məmmədova  və  digərlərinin  əsərlərində  mövzu  ilə  bağlı 

problemlər öz ifadəsini tapmışdır

12

.  


Türkdilli dövlətlər arasında əməkdaşlıq məsələlərini əhatə edən 

elmi  işlər  təkcə  azərbaycanlı  tədqiqatçılar  tərəfindən  deyil,  eyni 

                                                           

8

 Hacalıyev, E. Azərbaycan Respublikası və Orta Asiyanın türk dövlətləri arasında siyasi 



münasibətlər: / siyasi elmlər namizədi alimlik dissertasiyası) / - Bakı, 2005. - 164 s. 

9

  Babayeva,  G.  Azərbaycanın  türkdilli  dövlətlərlə  münasibətlərinin  inkişafında  siyasi 



əlaqələrin rolu: / siyasi elmlər üzrə fəlsəfə doktoru dissertasiyası ) / - Bakı, 2014. - 

s. 42-43. 

10

 Feyziyev, C. Türk dövlətləri birliyi Qlobal inteqrasiyanın Avrasiya modeli, Bakı: 



Şərq-Qərb, 2013. – s. 26-27. 

11

Qəribov,  A.  Azərbaycan–Mərkəzi  Asiya  münasibətləri  //  Azərbaycan 



Respublikasının  xarici  siyasətinin  əsas  istiqamətləri  (1991-2016)  /məqalələr 

toplusu / - Bakı: Poliart MMC, - 2017. - s. 299-300 

12

  Məmmədov,  N.  Xarici  siyasət:  reallıqlar  və  gələcəyə  baxış  /  N.  Məmmədov.  - 



Bakı: Qanun nəşr., - 2013. - 264 s.; Muxtarova, Ə. Türk xalqlarının tarixi (Qədim 

dövr və orta əsrlər) / Ə. Muxtarova. –Bakı: TTM,- 2002. – 386 s.; Məmmədova, H. 

Azərbaycan  Respublikasının  Xarici  Siyasətində  Ermənistan  Azərbaycan  Dağlıq 

Qarabağ Münaqişəsi / H. Məmmədova. – Bakı: Elm, - 2009. - 359 s. 




 

zamanda 



Türkiyədən, 

Qazaxıstandan, 

Özbəkistandan 

və 


Qırğızıstandan olan araşdırmacılar tərəfindən də öyrənilmişdir.  

Türk  müəlliflərindən  İ.Doğan  “Ulusal  ve  uluslararası  alanda 

değişen  algılar”  adlı  elmi  məqaləsində  türk  dövlətlərinin  qarşı-

qarşıya olduqları struktur problemlərinə diqqət yetirir

13



J.Sobirov,  “Türkdilli  dövlətlər  arasında  beynəlxalq  əlaqələr” 



adlı məqaləsində 160 milyon əhalisi olan, iqtisadiyyatlarının ümumi 

daxili məhsulu 1 trilyon 150 milyard dolları keçən türkdilli ölkələrin 

“Böyük  turan”  adı  altında  vahid  mərkəzləşmiş  bir  dövlət 

yaradılmadan da birləşə bilməsinin əhəmiyyətini vurğulayır

14



Z.Baizakova,  “Mərkəzi  Asiyada  sərhəd  məsələləri:  mövcud 



münaqişələr, mübahisələr və güzəştlər” adlı elmi məqaləsində Sovet 

İttifaqının  süqutundan  sonra  Mərkəzi  Asiyanın  türkdilli  dövlətləri 

arasında yaranan sərhəd mübahisələrinə toxunur

15



Həmçinin  tədqiqatçılardan  H.Alkan,  Ş.Akıner,  M.Laumulin, 

F.Aminjonov  və  başqalarının  əsərləri  türkdilli  dövlətlər  arasındaki 

əməqdaşlıq  məsələlərinə  və  regionu  əhatə  edən  mövzulara  həsr 

edilmişdir

16



Qeyd  edək  ki,  ümumiyyətlə  Xəzər  hövzəsi  öz  geosiyasi 



əhəmiyyətinə  və  zəngin  karbohidrogen  ehtiyatlarına  görə,  dünya 

siyasətində mühüm rol oynamaqda davam edəcəkdir. Təsadüfi deyil ki, 

                                                           

13

Doğan,  İ.  Ulusal  ve  uluslararası  alanda  değişen  algılar  //  Küreselleşme  ve  Türk 



Dünyası Değerlendirmesi Bölgesel ve Küresel Politikalarda Orta Asya (Edt. Savaş 

Kafkasyalı)  /-  Ankara-Türkistan:  Hoca  Ahmet  Yesevi  Uluslararası  Türk-Kazak 

Üniversitesi, - 2012, - s. 242-245. 

14

Sobirov,  J.  International  relations  between  turkic  speaking  states  //  The  American 



journal of political science law and criminology, - 2020, 2(12), - p. 146. 

15

Baizakova,  Z.  Border  issues  in  central  asia:  current  conflicts,  controversies  and 



compromises // Revista UNISCI / UNISCI Journal, -2017, No: 45, - p. 223. 

16

Alkan,  H.  Orta  Asya  türk  Cumhuriyetlerinde  siyasal  hayat  ve  kurumlar  / 



H.Alkan.  -  Ankara:USAK  yayınları,  -2011.  -  466  s.;  Akıner,  S.  Kazakhstan’s 

relations with the South Caucasian states // Caucasus International,  - Spring 2012. 

2(1), - p.157-175.; Laumulin, M. Limits and opportunities of Eurasian integration / 

International  science  complex  “Astana”,  http://isca.kz/ru/analytics-ru/3247; 

Aminjonov,  F.  Central  Asian  Regional  Economic  Cooperation  Program  as  Driver 

of Regional Energy Projects to Promote Energy Security in the Post Soviet Central 

Asia //  Post-Soviet Issues, - 2019, 6(1), - p. 53-64.  



 

Qərb və Rusiya politoloji fikri regionda gedən prosesləri daim gündəmdə 



saxlamaqdadırlar.  Belə  ki,  A.Duqin,  S.İ.Çernyavski,  S.Jiltsov, 

M.M.Lebedeva  və  başqalarının  əsərləri  türkdilli  dövlətlərin  siyasi-

iqtisadi  inkişafı  və  Rusiyanın  region  siyasətinin  konturlarının 

müəyyənləşdirilməsi kimi məsələlərə həsr edilmişdir

17



Qərb  tədqiqatcılarıdan  R.Pomfret,  “Orta  Asiya  ölkələrinin 



iqtisadiyyatları”  adlı  kitabında  keçmiş  Sovet  İttifaqındaki  Mərkəzi 

Asiya ölkələrinin iqtisadiyyatının xüsusiyyətlərini araşdırır

18

.  


B.Shaffer  “Müstəqillikdən sonra Azərbaycanın  xarici  siyasəti” 

adlı  məqaləsində  Azərbaycan  xarici  siyasət  strategiyasına  diqqət 

yetirir

19

.  



Bununla  belə,  mövzu  ilə  bağlı  elmi  ədəbiyyatın  təhlili  və 

dəyərləndirilməsi göstərir ki, bu sahədə boşluqların doldurulması və 

ümumiləşdirmələrin  aparılması  üçün  əsaslı  və  kompleks  tədqiqat 

işlərinə ehtiyac vardır. 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin