Azərbaycan respublikasi əlyazması hüququnda


Asiyanın  türkdilli  dövlətləri  ilə  diplomatik-siyasi  əlaqələrinin



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix31.12.2021
ölçüsü0,7 Mb.
#50027
1   ...   11   12   13   14   15   16   17   18   19
AVTOREFERAT

Asiyanın  türkdilli  dövlətləri  ilə  diplomatik-siyasi  əlaqələrinin 

inkişafı»  adlanır.  Fəslin  «Azərbaycan  Respublikasının  Mərkəzi 

Asiyanın  türkdilli  dövlətləri  ilə  ikitərəfli  əlaqələri»  adlanan  1-ci 

yarımfəslində  göstərilir  ki,  Azərbaycanın  Mərkəzi  Asiyanın  türkdilli 

dövlətləri  ilə  diplomatik-siyasi  əlaqələrinin  qurulması  1991-1992-ci 

illərə təsadüf edir. Ancaq dövlət müstəqilliyi bərpa edildikdən sonraki ilk 

illərdə türk dövlətlərinin qarşılıqlı münasibətləri real əməkdaşlığa çevrilə 

bilməmişdir. Bu dövrdə hər dövlətin özündə daxili problemlər yaşanmış 

və  türkdilli  dövlətlər  öncəliyi  həmin  probləmlərin  həllinə  vermişdir. 

İkitərəfli  və  çoxtərəfli  əlaqələrin  çoxşaxəli  inkişafı  isə  sonrakı  illərdə 

genişlənməyə başlamışdır. 

Müstəqillik  illərində  Аzərbаycаnın  Mərkəzi  Аsiyаnın  türkdilli 

dövlətləri ilə münаsibətlərində Qаzахıstаn Rеspublikаsı mühüm çəkiyə 

malik  olmuşdur.  2005-ci  ildə  “Strateji  tərəfdaşlıq  və  müttəfiqlik 

münasibətləri haqqında müqavilə” imzalayan iki qardaş ölkə arasındaki 

münаsibətlər Mərkəzi Аsiyаnın digər dövlətlərinə nisbətən dаhа sаbit və 

prоblеmsiz olmuşdur.  

Müstəqillik  illərində  “Хəzərin  huquqi  stаtusu”  məsələsi 

Аzərbаycаnlа  Türkmənistаn  аrаsındа  mövcud  оlаn  problemin  əsas 

səbəbi  olmuş  və  1991-1996-ci  illər  arasında  ikitərəfli  əməkdаşlığın 

hüquqi  əsаslаrını  muəyyənləşdirəcək  hər  hansı  bir  sənəd 

imzalanmamışdır.  Lakin,  Q.Berdiməhəmmədovun  2006-cı  ildə 

Türkmənistanın  yeni  prezidenti  seçilməsindən  sonra  iki  Xəzəryanı 

ölkənin  siyasi  əlaqələrində  yenidən  canlanma  hiss  olunmağa 

başlamışdır. 2018-ci il avqustun 12-də “Xəzər dənizinin hüquqi statusu 

haqqında  Konvensiya”nın  Xəzəryanı  dövlətlərin  başçıları  tərəfindən 

imzalanması  isə  Azərbaycan-Türkmənistan  əlaqələrində  yeni  bir 

səhifənin başlanğıcı kimi qəbul edilməlidir. Məhz, həmin Razılaşmadan 

sonra Prezident İlham Əliyevin noyabrın 21-22-də Türkmənistana rəsmi 




17 

 

səfər etməsi və iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrində 20 



müqavilənin  imzalanması bundan xəbər verir

26

.  



Müstəqilliyin  ilk  illərində  Azərbaycan  rəsmilərinin  Özbəkistanda 

baş  verən  siyasi  proseslərə  münasibət  bildirməsi  isə  Azərbaycan-

Özbəkistan  münasibətlərində  bir  müddət  soyuqluq  yaşanmasına  səbəb 

olmuşdur


27

.  Lakin  bu  uzun  çəkməmiş,  Ulu  öndər  Heydər  Əliyev 

Prezident seçildikdən sonra ikitərəfli münasibətlər yenidən inkişaf etməyə 

başlamışdır.  İki  ölkənin  dövlət  başçılarının  qarşılıqlı  səfərlərinin 

gedişində əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və götürülmüş 

öhdəliklər  iki  dövlət  arasında  münasibətləri  strateji  əməkdaşlıq 

səviyyəsinə  yüksəltmişdir.  2016-cı  il  sentyabrın  2-də  İslam  Kərimovun 

vəfatından  sonra Şavkat Mirziyoyev Özbəkistanda Prezident seçilmiş və 

az  sonra  ölkədə  ciddi  islahatlara  başlamışdır.  Siyasi  sahədə  daha  çox 

mövcud problemləri həllinə yönələn xarici siyasət strategiyası qəbul edən 

Özbəkistanın  Azərbaycanla  olan  əlaqələrini  qarşılıqlı  etimad  və 

əməkdaşlıq  çərçivəsində  davam  etsə  də,  indiyə  kimi  Ş.Mirziyoyevin 

Azərbaycana birbaşa rəsmi səfəri olmamışdır. 

Azərbaycanla  Qırğızıstan  arasında  diplomatik  münasibətlər 

1993-cü ilin əvvəllərində qurulmuş, lakin bu əlaqələr ilk vaxtlar arzu 

edilən səviyyədə olmamışdır. İki ölkə arasında səfirlik əlaqələri digər 

ölkələrlə müqayisədə qismən gec qurulmuşdur. Belə ki, Azərbaycan 

Respublikasının  Qırğızıstandaki  səfirliyi  2007-ci  il  mayın  16-da 

açılmış,  2012-ci  il  avqustun  10-da  isə  Bakıda  Qırğızıstan 

Respublikasının  diplomatik  missiyası  fəaliyyətə  başlamışdır. 

Missiya,  Qırğızıstan  Respublikası  Prezidentinin  fərmanına  uyğun 

olaraq  2014-cü  il  oktaybrın  24-də  səfirlik  statusuna  yüksəlmişdir. 

Dövlət  başçılarının  mütəmadi  görüşləri,  imzaladıqları  sənədlər 

Azərbaycanla türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır. 

 

Fəslin  «Azərbaycan  Respublikasının  Mərkəzi  Asiyanın 




Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin