Kənd təsərrüfatında, o cümlədən üzümçülük sahəsində risklər. Mövcud elmi-
təcrübi ədəbiyyatın və dünya təcrübəsinin təhlili göstərir ki, kənd təsərrüfatı, o cümlədən
üzümçülüklə bağlı potensial riskləri aşağıdakı cədvəldəki kimi qruplaşdırmaq mümkündür:
Risk qrupları
Risk amilləri
Təbii-iqlim
Dolu, don vurma, daşqın, külək, quraqlıq, yanğın, zəlzələlər, vulkan püskürmələri və s.
Sanitar
Xəstəliklər və epidemiyalar
Nəzarətdə saxlanıla bilən
Nəzarətdə saxlanıla bilməyən
Bazar
Yerli və beynəlxalq qiymətlərdəki fərqlər, keyfiyyət standartlarındakı dəyişikliklər
Siyasi, hüquqi,
sosial, iqtisadi
Müharibələr, maliyyə böhranları, ins-titusional
mexanizmlərin zəifliyi və s.
Nəzarətdə saxlanıla bilən
Nəzarətdə saxlanıla bilməyən
Bəzi ədəbiyyatlarda (Hardaker et al. 1997; Boehlje and Trede 1977; Fleischer 1990)
kənd təsərrüfatı ilə əlaqədar riskləri aşağıdakı kimi də qruplaşdırırlar:
- istehsal riskləri;
- qiymət və ya bazar riskləri;
- institusional risklər;
- maliyyə riskləri;
- fərdi risklər (insan amili).
Yaxın keçmişdə bir çox ölkə kənd təsərrüfatı məhsulları istehsalçılarını bu risklərdən
qorumaq və onları dəstəkləmək üçün onları birbaşa subsidiyalaşdırmaq və məhsulun
qiymətinə dəstək kimi alətlərdən istifadəyə üstünlük verirdilər. Belə siyasət, bir çox hallarda
izafi məhsul istehsalı və digər neqativ halların yaranmasına səbəb olurdu. Odur ki, bir çox
ölkələrdə daha çox məhsul istehsalından çox, istehsalçıların normal mənfəət əldə etmələrini
təmin etməyə yardım edəcək dəstək mexanizmlərinin tətbiqinə üstünlük verilməsinə
başladılar. Bu fermerlərə əkdikləri sahənin miqyası və ya istehsal etdikləri məhsulun həcminə
uyğun müəyyən səbəblərdən əldən verdikləri qazancı kompensiya etməyi nəzərdə tutur. Bu
zaman qiymət bazarda formalaşdığından istehsal həcmi də bazar tələbinə uygunlaşdırılır və
bazar mexanizminə təhrifedici təsirlər olmur. Belə alətlərdən biri də kənd təsərrüfatı üzrə
sığortanın həvəsləndirilməsi və dəstəklənməsidir. Məlumdur ki, kənd təsərrüfatı nəzarətdə
saxlanıla bilməyən risklərə daha çox qaldığından iqtisadiyyatın ən riskli sahələrindən hesab
olunur və ona görə də kommersiya sığorta şirkətləri kənd təsərrüfatı üzrə sığortaya elə də
həvəs göstərmirlər. Lakin, mütərəqqi dünya təcrübəsi göstərir ki, bu sahədə düşünülmüş
dövlət dəstəyi mexanizminin yaradılması vəziyyəti köklü surətdə dəyişə bilər.
Müasir yanaşmalara görə kənd təsərrüfatı müəssisələrində sığortanın obyektləri
aşağıdakılar ola bilər:
-
kənd təsərrüfatı bitkilərinin məhsulları;
-
kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar, xəzli vəhşi heyvanlar, arı ailələri;
-
kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar, maşınlar, nəqliyyat
vasitələri və digər əmlak növləri;
-
fermerlərin və ya kənd təsərrüfatı müəssisələrinin gəlirləri;
-
kənd təsərrüfatı kreditləri.
Odur ki, bu sahə üzrə tətbiq edilən sığorta alətləri də çox istiqamətlidir. Bu sırada
aşağıdakılar nümunə kimi göstərilə bilər:
-
Vahid risk sığortası. Bu sığorta müqaviləsi adətən bir, bəzən iki növ risk hadisəsini
(daha çox dolu düşməsi riski, yaxud dolu düşməsi və yanğın riski) əhatə edir.
-
Birləşdirilmiş risk sığortası. Bu sığorta müqaviləsi iki və daha çox risk hadisəsini
əhatə edir.
-
Məhsul sığortası. Təbii fəlakətlər nəticəsində məhsul istehsalının həcminə təsir edə
biləcək əsas riskləri (məsələn, dolu, quraqlıq) sığortalayır.
-
Qiymət sığortası. Bu müqavilə məhsul istehsalının bir hissəsini qiymətlərin
müəyyən edilmiş səviyyədən aşağı düşməsi riskinə qarşı sığortalayır.
-
Məhsul satışından daxil olmaların sığortası. Bu sığorta müqaviləsi hər hansı məhsul
növü üzrə istehsal həcminin və ya qiymətin aşağı düşməsi halında gəlirlərin
itirilməsi riskini sığortalayır.
-
Əmlakın sığortası. Kənd təsərrüfatı təyinatlı binalar, tikililər, qurğular, avadanlıqlar,
maşınlar, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı heyvanları, ev quşları, dovşanlar,
xəzdərili vəhşi heyvanlar, arı ailələri və digər əmlak növlərinin sığortasını nəzərdə
tutur.
-
Fermer təsərrüfatının bütövlükdə sığortalanması. Hər hansı fermer təsərrüfatında
istehsal olunan müxtəlif növ kənd təsərrüfatı məhsullarının bütövlükdə
sığortalanmasını nəzərdə tutur.
-
Gəlir sığortası. Gəlir sığortası məhsul və qiymət risklərini, həmçinin istehsal
xərclərini əhatə edir. Adətən, gəlir sığortası təkcə bir məhsul növü üzrə deyil, bütün
ferma üzrə ümumi gəliri sığortalayır. Gəlir sığortası digər sığorta növlərinə
(məsələn, məhsul sığortası, qiymət sığortası) nisbətən fermerlər üçün potensial
olaraq, daha cəlbedicidir, çünki o, fermerlərin maddi rifahına birbaşa olaraq, təsir
edən itkiləri sığortalayır.
-
İndeksə əsaslanan sığorta. İndeksə əsaslanan sığorta məhsulları alternativ sığorta
növü olmaqla burada ödənişlərin verilməsi ferma məhsullarının həcmi əsasında
deyil, hökumət agentlikləri və ya digər təşkilatlar tərəfindən hesablanan indekslər
əsasında həyata keçirilir.
-
Kreditlərin sşğortalanması. Fermerlərin cəlb etdiyi kreditlər üzrə faiz və əsas borcun
vaxtında qaytarılması ilə bağlı risklərin sığortalanmasını nəzərdə tutur.
Son zamanlar, inkişaf etmiş ölkələrin sığorta bazarlarında baş verən maliyyə və
texnoloji dəyişikliklər kənd təsərrüfatı risklərinin, xüsusilə iqlimlə bağlı risklərin
sığortalanmasında yeni effektiv metodların tətbiqinə imkan vermişdir. Belə ki, kənd
təsərrüfatı istehsalı ilə bağlı risklərin iştirakçı tərəflər arasında bölüşdürülməsi mexanizmi
kimi sığorta bazarlarında “Fəlakət istiqrazları”, “Əlverişsiz hava şəraitindən sığorta indeksi”
və “Ərazi-məhsul indeksinə əsaslanan müqavilələr” formasında maliyyə-sığorta alətləri tətbiq
edilir. Eyni zamanda, peyk sistemi vasitəsilə havanın proqnozlaşdırılması, kosmik təsvirlərin
çəkilməsi, “Erkən xəbərdarlıq sistemi” modelləri kimi texnoloji innövasiyalar aqrar sığorta
mexanizminin inkişafına maneə olan bir sıra amillərin aradan qaldırılmasına kömək etmişdir.
Beynəlxaq təcrubə göstərir ki, kənd təsərrüfatının, o cümlədən üzümçülüyün inkişaf
etdirilməsi məqsədilə bu işlə məşğul olan fiziki və ya huquqi şəxslərə dövlət tərəfindən
müəyyən dətək verilir. Bu dəstəyə, təbii fəlakət nəticəsində zərər cəkmiş kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dəymiş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi, onların
banklara olan borclarının ödənilməsi və ya ödəmə vaxtının müəyyən müddətə uzadılması,
bütün növ vergilərdən azad olunması və s. daxil edilir. Dünya təcrubəsində kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşgul olan vətəndaşlara verilən dövlət dəstəyinin digər forması
isə, istehsal edilən kənd təsərrüfatı məhsullarının müəyyən risklərdən icbari sığorta
etdirilməsi, ödəniləcək sığorta haqqının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi,
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin gəlir və xərclərinə və
yaxud kənd təsərrüfatı məhsullarının sığortası ilə məşğul olan sığorta təşkilatlarının bu növ
üzrə zərərlərinə dövlətin ortaq olması və s. ibarətdir.
Aparılmış tədqiqatlar əsasında bu qənaətə gəlinmişdir ki, inkişaf etmiş ölkələrdə kənd
təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vətəndaşlara onların məhsullarını sığorta
etdirdikləri zaman dövlət dəstəyi ən əlverişli vasitədir. Belə ki, qeyd olunan formada dövlət
dəstəyi təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan
şəxslərə dəymiş zərərlərin aradan qaldırılması məqsədi ilə xərclənən büdcə vəsaitinə qənaət
etməklə yanaşı, aqrar sektorun, həmcinin bu sahə üzrə aparılan sığorta işinin inkişafına da oz
müsbət təsirini göstərmiş olur.
Özəl sığorta şirkətlərinin kənd təsərrüfatı istehsalının sığortalanmasında maraqlı
olmamaları dövlətin birbaşa və ya dolayı vasitələrlə bu sahəyə müdaxiləsini zəruri edir.
Məsələn, ABŞ, İspaniya, Fransa və İtaliya kimi yüksək gəlirli ölkələrdə həyata keçirilən kənd
təsərrüfatı məhsulları istehsalının dövlət tərəfindən sığortalanması mexanizmi hökumətin
aşağıdakı tədbirləri həyata keçirməsini nəzərdə tutur:
•
sığorta ödənişlərində fermerlərə güzəştlərin edilməsi;
•
kənd təsərrüfatı məhsullarının sığorta müqaviləsindən irəli gələn risklərin
qiymətləndirilməsi prosesi ilə əlaqədar, yüksək inzibati xərclərin bir hissəsinin
ödənilməsi məqsədilə özəl sığorta şirkətlərinə subsidiyaların verilməsi;
•
subsidiyalaşdırılan təkrar (yenidən) sığorta.
Bir sıra ölkələrdə (İspaniya, Türkiyə və s.) kənd təsərüfatı, o cümlədən üzümçülük
sahəsində sığortanın genişləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə dövlətin
dəstəyi və ya birbaşa iştirakı ilə kənd təsərrüfatı sığortası və ya zəmanət fondları yaradılır. Bu
barədə dünya təcrübəsinə həsr olunmuş ikinci bölmədə daha ətraflı məlumat verilir.
Tədqiqatlar göstərir ki, müasir dövrdə üzümçülük və şərabçılıq kimi kapitaltutumlu
istehsal sahələrində sığortanın əhəmiyyətli növlərindən biri də bu sahələrə verilən kreditlərin
sığortalanması və ya onlara zəmanət verilməsi ola bilər. Bir çox ölkələrdə aqrar sahə üzrə
kredit qoyuluşlarına görə risklərin azaldılması və beləliklə bu sahəyə kredit ayrılmasının
stimullaşdırılması məqsədilə isə “Kreditlərin sığortalanması fondu” və ya “Kreditlər üçün
zəmanət fondu” kimi institutlar yaradılır. Bu institutların müxtəlif ölkələr üzrə təcrübəsi
göstərir ki, onların fəaliyyətinin əsasını müxtəlif təsərrüfatçılıq subyektlərinin kənd təsərrüfatı
məqsədilə aldıqları kreditləri ödəyəcəklərinə dair banklara zəmanətin verilməsi təşkil edir.
Aydındır ki, ümumilikdə aqrar sektorda sığorta mexanizmlərinin inkişaf etmiş olması kənd
təsərrüfatı kreditlərinin sığortalanması və ya ödənəcəyinə dair zəmanətin alınması
imkanlarını da genişləndirir.
Kredit bazarlarında bəzi kredit növləri üzrə Ödəmə Təminatı Sığortası (Payment
Protection Insurance, həmçinin Credit Protection Insurance və ya Loan Repayment
Insurance) kimi fərqli müddət və şərtləri ehtiva edən müxtəlif mexanizmlər tətbiq olunur.
Sığorta çərçivəsində müqavilə şərtlərinə uyğun olaraq, müəyyən hallarda kredit borcları
tamamən və ya müqavilədə göstərilən müddət boyunca sığorta şirkəti tərəfindən ödənilir.
Bundan əlavə həm ixrac, həm də daxili bazarlarda kreditə mal və xidmət satışlarının
sığortalanması mexanizmi də geniş şəkildə tətbiq olunur ki, bu mexanizmdə sığorta şirkəti
satıcı firmanın müəyyən müddəti əhatə edən kreditor borclarını sığortalayır.
Aqrar kreditlərə zəmanət mexanizmi ABŞ, Yaponiya, Fransa, Kanada, Almaniya,
İtaliya, İspaniya kimi inkişaf etmiş ölkələrdə, həmçinin bir sıra inkişaf etməkdə olan
ölkələrdə fəaliyyət göstərir. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrdə kredit zəmanət
mexanizminin yayğınlaşdırılması məqsədilə son illərdə Dünya Bankı tərəfindən müxtəlif
layihələr tətbiq edilir. Məsələn, bu çərçivədə 1997-1998-ci illərdə Dünya Bankının yardımı
və Yapon Hökumətinin qrantı ilə Rusiya Federasiyasının Nijniy Növqorod Vilayəti üçün
Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti Sxemi hazırlanmışdır. Məqsəd kommersiya
banklarından kredit alarkən təminatı (girov) az olan fermerlərə kömək etməkdən ibarət
olmuşdur. Sxem akkreditasiya olunmuş kommersiya bankına dövlət təşkilatı olan - Kənd
Təsərrüfatı Kreditləri Zəmanəti Fondu vasitəsilə kreditin 60 faizi həcmində təminatın
verilməsini nəzərdə tutur. Layihəyə əsasən sxem həm dövriyyə vəsaiti, həm də əsas vəsaitlər
üçün ayrılan kreditlərə təminat verməlidir. Belə hesab olunur ki, təminatın verilməsi
məsələsinə hər bir kredit üçün ayrı-ayrılıqda baxılmalıdır. Maliyyə modelinə əsasən, orta
kredit həcmi 50 min ABŞ dolları ətrafında olmalı, kredit məbləğinin 3 faizi həcmində illik
təminat ödənişi Fonda köçürülməlidir.
Sxem 1.1: Zəmanətlə kreditin verilməsi mexanizmi
Ümumiyyətlə, dünya təcrübəsinin təhlili bir çox ölkələrdə aqrar sektorun və Kiçik və
Orta Sahibkarlığın (KOS) inkişafına vəsaitlərin yönəldilməsi məqsədilə kreditlər üçün
zəmanət fondunun yaradıldığını göstərir. Xüsusilə, Avropada bu çərçivədə fəaliyyətlər son
illərdə sürətlənmiş və müxtəlif ölkələrin kredit zəmanət qurumları 1992-ci ildə mənfəət
güdməyən “Avropa Qarşılıqlı Zəmanət Assosiasiyası”nı (AECM) formalaşdırmışdır. Hər
hansı bir maliyyə qurumuna bağlı olmadan müstəqil şəkildə fəaliyyət göstərən AECM, 18
ölkədə (Avstriya, Belçıka, Çex, Estoniya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya,
Latviya, Litva, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya İsveç və Türkiyə) 34
zəmanət təşkilatını təmsil edir.
Nizamnaməsinə görə, zəmanətlərin rolunu artırmaq və şəffaflığı təmin etmək, KOS-
ların maliyyə imkanlarının artırılmasına xidmət göstərən “Müştərək zəmanət”ləri bir
investisiya aləti kimi inkişaf etdirmək, üzv qurumlar arasında informasiya şəbəkəsini
gücləndirmək və s. kimi məqsədləri olan AECM-yə üzv zəmanət quruluşları 4 milyard avro
sərmayələri ilə təqribən 40 milyard avroluq bir gücü təmsil edir.
Məqbul
İlk
in
ar
aşd
ır
m
ad
an
s
o
n
ra
q
ey
ri
-m
əqbul
Öd
ən
iş
Kreditin qaytarılmasında
problem
Qey
ri
-m
əq
b
u
l
Yetərsiz zəmanət
Kredit tələbi
Kredit ödənişi
Birbaşa
zəmanət tələbi
Kredit təşkilatı
KOS və ya Fermer
Zəmanət tələbi
Kredit Zəmanəti
Fondu
Tələbin
dəyərləndirilməsi
ZƏMANƏT
Risk müşahidəsi
Fondun məsuliyyət
bölməsinə müraciət
Hüquqi təhqiqat
Müvafiq tədqiqatların nəticələrinə əsaslanaraq, bu qənaətə gəlmək olar ki, Kredit
zəmanəti fondları aşağıdakı kimi bəzi ümumi cəhətlərə malikdirlər:
-
Kiçik və ya orta sahibkarlıq subyekti kredit üçün birbaşa bank müraciət edir. Əgər
zəruri təminatı göstərməkdə çətinlik yaranarsa, ya müraciət etdiyi bank, ya da sahibkar
birbaşa özü əlavə təminat üçün Zəmanət Fonduna müraciət edə bilər.
-
Əsas risk qiymətləndirilməsi krediti verən qurum tərəfindən aparılır. Çünki Zəmanət
Fondu edilən müraciətə “Qeyri-məqbul” cavabı verdiyi təqdirdə belə bank risk
qiymətləndirilməsinin nəticələrinə əsaslanaraq, kreditin ayrılması barədə müsbət qərar
qəbul edə bilər.
-
Zəmanət Fondu isə öz daxilində risk müşahidəsi bölməsi formalaşdırır. Riskləri
minimuma endirmək və daha sağlam qərarların verilməsi məqsədilə adətən Fond
sərmayəsinin formalaşdırılmasında özəl sektorun, xüsusilə bankların və sığorta
şirkətlərinin iştirakı təmin edilir.
-
Zəmanət Fondlarının adətən regional bölmələrinin yaradılmasına ehtiyac olmur. Çünki
regionlarda sahibkarlarla münasibəti birbaşa banklar qurur.
-
Zərurət yarandığı təqdirdə ölkə səviyyəsində deyil, sadəcə bir və ya bir neçə regionu
əhatə edən və ya konkret bir sahə üzrə ixtisaslaşmış Zəmanət Fondu da yaradıla bilər.
Fikrimizcə, yuxarıda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycanda tezliklə müvafiq
fondun yaradılması və gələcəkdə bu fondun imkanlarının daha da genişləndirilməsi məqsədi
ilə AECM-ə üzvlüyünün təmin olunması ölkədə kənd təsərrüfatı, o cümlədən üzümçülük və
şərabçılıq sahəsində sığortanın inkişafı və kredit təminatının yaxşılaşmasına ciddi müsbət
təsir göstərərdi.
1.2.
Lizinq xidmətlərinin təşkilinin nəzəri-metodoloji əsasları
Tədqiqatlar göstərir ki, müasir dövrdə üzümçülük və şərabçılıq kimi kapitaltutumlu
istehsal sahələrində maliyyə təminatının yaxşılaşdırılmasında mühüm vasitələrdən biri də
mütərəqqi lizinq alətlərindən istifadənin genişləndirilməsi ola bilər. Müvafiq ədəbiyyatlarda
lizinq özündə
bank krediti
, icarə,
investisiya
elementlərini cəmləşdirən münasibətlər
kompleksi kimi xarakterizə olunur. Lizinq - lizinq verənlə lizinq alan arasında, əksər hallarda,
uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq müqaviləsinə görə lizinq verən
lizinq alana lazım olan əmlakı satıcıdan mülkiyyət hüququ ilə əldə etməli və lizinq alanın
müvəqqəti sahibliyinə və istifadəsinə verməlidir. Lizinq -
sənaye avadanlıqların
ın,
maşınlar
ın, yeni texnologiyaların, istehsal təyinatlı bina və tikililərin istifadəsinin xüsusi
sahibkarlıq fəaliyyəti formasıdır.
Tarixi mənbələrə görə, lizinq ideyası qədim tarixə malikdir. Belə ki, bu mənbələrdə hələ
eramızdan əvvəl qədim
Şumerd
ə lizinqə oxşar əməliyyatalrın istifadə olunduğuna dair
məlumatlara rast gəlinir (qədim Şumerin Ur adlı şəhərinə aid gildən hazırlanmış cədvəllər
tapılmışdır və bu cədvəllərdə həmin dövrdə kənd təsərrüfatı alətlərinin, torpağın, su
mənbələrinin, mal-qaranın və başqa heyvanların icarəyə verilməsi haqqında məlumatlar əks
olunmuşdur). Tarixçilər bilidirirlər ki,
Aristotel
də
e.ə. 350
-ci ildə yazdığı "Sərvət mülkiyyət
hüququnda yox, ondan istifadədədir" adlı əsərində lizinq ideyasına toxunub. Amma ingilis
müəllifi T. Klark iddia edir ki, lizinq münasibətləri daha qədimdir. Çünki O, miladdan öncə
yazılmış Hammurapi qanununda icarəyə aid bir neçə müddəanı müəyyən etmişdir.
Venesiyada
isə
XI əsrd
ə lizinq sövdələşmələrinə bənzər sövdələşmələr olub. Belə ki,
venesiyalılar ticarət gəmilərinin sahiblərinə o zamanlar baha sayılan
lövbərl
ərini icarəyə
verirdilər. Səyahət başa çatdıqdan sonra isə lövbərlər sahiblərinə geri qaytarılırdı və yenidən
icarəyə verilirdi.
İqtisadi leksikona lizinq (
ingiliscə
"lease" – icarəyə vermək) sözünün daxil
olması
Bell
telefon şirkətinin fəaliyyəti ilə bağlıdır. Şirkət rəhbərliyi 1877-ci ildə öz
telefonlarını satmaq əvəzinə, onları icarəyə vermək qərarına gəldi. Lakin əsas fəaliyyəti lizinq
əməliyyatları olan ilk cəmiyyət 1952-ci ildə
San-Fransisko
şəhərində yaranmış "United States
Leasing Corporation" olmuşdur. Beləliklə
Amerika Birləşmiş Ştatları
yeni bir biznes
növünün vətəni oldu. XX əsrin 60-cı illərinin ortalarında lizinq əməliyyatlarının dövriyyəsi
bu ölkədə 1 milyard
ABŞ dolları
, 80-ci illərin axırına isə 110 milyard ABŞ dollarını
keçmişdir. Bu o deməkdir ki, bir əsr
rüb
ü ərzində lizinq əməliyyatlarının ümumi dövriyyəsi
100 dəfə artmışdır. Bu artım lizinq sövdələşmələrində hər iki tərəfin qazandığını göstərir.
Hazırda İEÖ-də təsərrüfat subyektləri tərəfindən istehsalın texniki təchizatının 30-40%-i
lizinq yolu ilə həyata keçirilir.
Artıq, XX əsrin 80-ci illərinin əvvəllərindən lizinq fenomeni sadə uzunmüddətli icarə
kimi deyil, özündə icarə münasibətləri, təminatlı kredit maliyyələşdirilməsi elementlərini,
borc öhdəlikləri üzrə hesablaşmaları və digər maliyyə mexanizmlərini birləşdirən əlavə
perspektivli maliyyələşdirmə sistemi kimi qəbul olunur. Lizinq əməliyyatları bank
strukuturları ilə sahibkarları istehsalın maliyyələşdirilməsi üçün əməkdaşlıq etməyə sövq
edir.
Lizinq biznesi
sahibkarl
ıq fəaliyyətinin xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər
lizinqdən geniş surətdə istifadə olunarsa, o istehsalın texniki təchizatının, ölkə
iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli mallarla doldurulmasının
güclü impulsu kimi çıxış edə bilər. Lizinq sövdələşmələrinin effektivliyi özünü investisiya
prosesinin aktivləşdirilməsində lizinqalan müəssisənin maliyyə durumunun yaxşılaşmasında,
xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir.
Lizinq – ixtisaslaşmış lizinq şirkətinin, firmasının, bank şöbəsinin lizinqalan üçün
əmlak olaraq, həmin əmlakın müəyyən müddətə icarəyə verilməsi ilə əlaqədar olaraq əsas
vəsaitlərə investisiya qoyuluşunun maliyyələşdirilməsidir. Müddətindən asılı olaraq 3 növ
icarə müqaviləsi mövcuddur:
1.
Qısamüddətli icarə (rentinq,
ing:
renting) – 1 gündən 1 ilə qədər müddətə;
2.
Ortamüddətli icarə (hayrinq,
ing:
hiring) – 1 ildən 3 ilə qədər müddətə;
3.
Uzunmüdəətli icarə (lizinq,
ing:
leasing) – 3 ildən 20 ilə qədər.
Lizinq dedikdə maşın və avadanlıqların uzunmüddətli icarəsi başa düşülür. Bu zaman
istehsal məqsədilə avadanlıq və maşınlar icarəçi tərəfindən icarədara verilir. Müqavilənin
bütün müddəti ərzində mülkiyyət hüququ icarəçidə qalır.
Bundan başqa, lizinqə üçüncü şəxs üçün əmlak əldə edib, bu əmlakı ona uzunmüddətli
icarəyə verən, əsas fondlara edilən qoyuluşları maliyyələşdirmənin xüsusi formasında
vasitəçilik edən ixtisaslaşmış şirkət kimi də nəzərdən keçirmək olar. Beləliklə, lizinq şirkəti
icarədara kredit verir. Buna görə də, lizinqə bəzən "kredi-bay" (fransızcadan tərcümədə -
kredit-icarə) deyirlər. Mülkiyyət hüququnun satıcıdan alıcıya keçdiyi alqı-satqı
müqvilələrindən fərqli olaraq lizinq müqvilələrində mülkiyyət hüququna icarəçi sahib olur.
İcarədar isə, onun müvəqqəti sahibi olur. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra
lizinq alan müqvilə obyektini razılaşdırılmış qiymətlə əldə edə, lizinq müqviləsinin vaxtını
uzada və ya avadanlığı və ya maşını sahibinə geri qaytara bilər.
İqtisadi nöqteyi-nəzərdən lizinq avadanlıq alınması üçün təqdim olunan kreditlə
oxşardır. Kredit vermə zamanı borc alan borcu bağlamaq üçün müəyyən edilmiş tarixlərdə
əsas fondlaraödənişlər daxil edir, bununla belə ssidanın tam ödənilməsinə qədər kreditə
verilən obyektin mülkiyyət hüququnu bank özündə saxlayır. Lizinq zamanı icarədar
müqavilənin müddəti bitdikdən sonra, icarəyə götürülmüş əmlakın qiyməti tam ödənildikdən
sonra əmlakın sahibi olur. Amma bu deyilənlər yalnız maliyyə lizinqinə aiddir. Lizinqin digər
bir növü olan operativ lizinq avadanlığın klassik icarəsinə daha çox oxşayır.
Hüquqi nöqteyi-nəzərdən lizinq müqaviləsi investisiya qiymətlilərinin uzunmüddətli
icarəsinin xüsusi növüdür.
Lizinq və icarə anlayışları arasında oxşar cəhətlər çoxdur. Lakin onlar eyni anlayışlar
sayıla bilməzlər. Belə ki, icarə əmlakın başqa şəxsin (icarəçinin) müvəqqəti sahibliyinə və
istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə
götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır. Lizinq - əmlakın
başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq
üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən
əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır.
əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq
münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir. Lizinqin xüsusiyyətlərindən biri də
lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli
sürülməsi hüququna malik olmasıdır.
Lizinq əməliyyatlarının tətbiqi aşağıda göstərilən yollarla iqtisadi inkişafa kömək edir:
-
Lizinq istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunu təklif
edir. Kiçik və orta müəssisələrinkredit qabiliyyəti aşağı olduğuna, onlar likvid
girovun təklif edilməsi imkanına malik lmadıqlarına görə həmin müəssisələrin
maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.
-
Lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin
maliyyələşdirilməsindən aşağı riskli olanlizinq bank kreditindən daha ucuz
maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf etməkdə
olan ölkələrdəlizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm
lizinqdən, həm də bank kreditindən istifadə ediləməsinə və təmin edilmiş borcun
məbləğinin aşmamasına imkan yaradır. - Lizinq ümumiyyətlə iqtisadiyyata kapital
qoyuluşlarının həcmini artırır.
-
Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici
mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir.
Lizinq əməliyyatlarının dəqiq müəyyənləşdirilməsinin böyük praktiki əhəmiyyəti var,
belə ki, qanunvericiliklə müəyyən edilmiş sənədləşdirmə qaydalarına riayət olunmazsa,
müqvilənin hər iki iştirakçısı maliyyə itkilərinə məruz qalarlar.
Lizinq müqaviləsinin əsasını aşağıdakılar təşkil edirlər:
-
Müqavilənin obyekti;
-
Müqavilənin subyektləri (lizinq müqviləsinin tərəfləri);
-
Lizinq müqviləsinin müddəti;
-
Lizinq ödənişləri;
-
Lizinq üzrə təklif olunan xidmətlər.
Lizinq müqaviləsinin obyekti rolunda istehsal zamanı məhv olmayan istənilən növ
maddi sərvətlər çıxış edə bilər. İcarəyə götürülmüş obyektin təbiətinə görə daşınmaz və
daşınan obyektin lizinqi fərqləndirilir.
Lizinq müqaviləsinin subyektləri rolunda lizinq müqviləsinin obyektinə bilavasitə
aidiyyatı olan tərəflər çıxış edirlər. Bununla belə onları birbaşa və dolayı iştirakçılara bölmək
olar. Lizinq müqaviləsinin birbaşa iştirakçılarına aiddir:
-
lizinq firmaları və ya şirkətləri(lizinq verənlər və icarəçilər);
-
istehsal (sənaye və kənd təsərrüfatı), ticarət və nəqliyyat müəssisə və işçiləri
(lizinqalan və icarədarlar);
-
müqavilə obyektinin tədarükçüsü – istehsal (sənaye) və ticarət şirkətləri. Lizinq
sövdələşmələrinin dolayı iştirakçıları aşağıdakılar sayılırlar:
-
Lizinqverəni kreditləşdirən və müqvilənin zamini rolunda çıxış edən kommersiya
və investisiya bankları;
-
Sığorta şirkətləri;
-
Broker və digər vasitəçi şirkətlər.
Lizinqin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirlətləri
də lizinq münasibətlərinə qatılırlar.
Lizinq şirkətləri icarə növündən asılı olmayaraq (qısamüddətləri, ortamüddətli və
uzunmüddətli) icarə münasibətləri həyata keçirən bütün şirkətlər sayılır. Öz fəaliyyət
xarakterinə görə onlar dari xtisaslaşdırılmış və universal kimi təsnifləşdilirlər.
Dar ixtisaslaşdırılmış şirkətlər adətən bir növ əmlakla (yüngül avtomobillər,
konteynerlər) və ya standart növ eyni qrup əmlaklarla (tikinti avadanlıqları, tekstil maşınları)
iş görürlər. Adətən bu şirkətlər maşın parkı və avadanlıq ehtiyatlarına malik olurlar və
müştərinin ilk tələbinə uyğun olaraq onları təqdim edirlər. Lizinq şirkətləri adətən özləri
texniki xidməti həyata keçirirlər və obyektin normal istismar vəziyyətində saxlanmasına
diqqət yetirirlər. Universal lizinq firmaları icarəyə müxtəlif növ maşın və avadanlıqlar
verirlər. Onlar müştəriyə (icarədara) lazımi avadanlığın tədarükçüsünü seçməyi, sifarişin
yerləşdirilməsi və müqavilə obyektinin yerləşdirilməsi məsələlərini sərbəst buraxırlar.
Texniki xidmət və icarə predmetinin təmiri məsələlərini ya tədarükçü ya da ki, lizinq
alanyerinə yetirir. Beləliklə, lizinqverən yalnız müqavilənin maliyyələşdirilməsi funksiyasını
yerinə yetirir. Beləliklə lizinq verən yalnız müqvilənin maliyyələşdirilməsi funksiyasını
yerinə yetirir. Lizinq firmaları çox nadir hallarda başqa şirkətlərlə qohum əlaqəsində olmayıb
sərbəst olurlar. Çox zaman onlar sənaye və ticarət şirkətlərinin, bank və sığorta
cəmiyyətlərinin filialları və ya törəmə şirkətləri olurlar. Bununla bərabər əksər hallarda lizinq
şirkətləri banklar tərəfindən idarə olunurlar. ABŞ-ın kommersiya bankları XX əsrin 60-cı
illərinin əvvəllərindən başlayaraq lizinq əməliyyatlarında bilavasitə iştirak etmməyə
başlayıblar. Növbəti illərdə lizinq biznesinin genişlənməsinə səbəb 1971-ci ildə Federal
Rezerv Sisteminin qəbul etdiyi qərar oldu. Bu qərar banklara xırda mülkiyyət və avadanlığın,
sonradan isə daşınmaz əmlakın icarəyə verilməsi üçün törəmə şirkət təsis etmək hüququ
verdi.
Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır:
1.
Lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri
sayılırlar.
2.
Lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır
və axırıncının özünəməxsus alternativdir.
Maliyyə bazarlarında olan rəqabət, bankları bu əməliyyatları genişləndirməyə sövq edir
ki, bu da banklaılizinq əməliyyatları həyata keçirən şirkətlər arasında birinci yerə çıxarmışdır.
Bununla bərabər banklar müstəqil lizinq şirkətlərini, kredit vermə yolu ilə idarə edə bilər.
Lizinq cəmiyyətlərinə kredit təqdim etməklə, onlar lizinqalanları əmlak krediti formasında
maliyyələşdirirlər.
Lizinq əməliyyatlarını həyata keçirən digər kateqoriya şirkətlər sənaye və tikinti
şrkətləridirlər. Onlar icarəyə öz istehsal etdikləri əmtəələri verirlər.
Digər bir qrup şirkətlər də var ki, onlar müqavilələri lizinq əsasında həyata keçirirlər.
"Liz"-in dövrü adı altında lizinq müqaviləsinin qüvvədə olduğu müddət başa düşülür. Lizinq
uzunmüddətli icarənin xüsusi bir forması olduğundan müqavilə obyektininyüksək qiyməti və
uzun istifadə müddəti liz dövrünün müvqqəti çərçivələrini müəyyən edir.
Lizinq müqviləsinin müddətini müəyyənləşdirərkən lizinqalan və lizinqverən
aşağıdakıları nəzərə almalıdırlar:
-
Avadanlığın texniki iqtisadi göstəriciləri ilə müəyyən olunan istifadə müddəti.
Lizinq müqviləsinin müddəti avadanlığın mümkün istismar müddətini (icarədar
tərəfindən istismar şərtləri nəzərə alınmaqla) aşmamalaıdır;
-
Müqavilənin müddəti qanunvericiliklə məhdudlaşdırıla bilər;
-
Avadanlığın amortizasiya periodu dövlət orqanları tərəfindən müəyyən edilir.
Maliyyə lizinqi zamanı müqavilənin müddəti ilə amortizasiya dövrü üst-üstə düşür;
-
Müqavilənin daha səmərəli və ucuz analoqunun meydana çıxması. Bu faktor əsasən
buraxılan məhsulu tez-tez dəyişdirilərək yeniləşdirilən sahələr üçün vacibdir;
-
İnflyasiya prosesinin dinamikası. Lizinqverən üçün sürətlə artan inflyasiya zamanı
təsbit edilmiş müddətlərdə ödənişlərlə uzun müddətli müqavilə imzalamaq sərfəli
deyil. Qiymətlər aşağı düşdüyü zaman isə lizinqverən uzunmüddətli dövrə müqvilə
bağlamağa səhd göstərir;
-
Borc kapitalı bazarının konyukturası və inkişaf tendensiyaları. Lizinq şirkətləri bank
kreditlərindən geniş istifadə etdiklərinə görə, lizinq faizinin əsasını təşkil edən,
uzunmüddətli kreditlər üzrə faiz stavkası lizinq müqaviləsinin müddətinə birbaşa
təsir göstərir.
Lizinq əməliyyatları sistemində ən çətin məqam lizinqverənə çatacaq lizinq
ödənişlərinin ümumi məbləğinin müəyyən olunmasıdır. Qısamüddətli və ortmüddətli lizinq
zamanı icarə ödənişlərinin məbləği icarəyə götürülən əmlakın bazar konyukturası ilə
müəyyən olunur. Uzunmüddətli lizinq zamanı lizinq ödənişlərinin hesablanması özündə
lizinq müqaviləsi obyektinin dəyərini və müqavilənin müddətini ehtiva edən hesablanma
metodikası əsasında həyata keçirirlir. Lizinq və kredit arasında mövcud olan oxşarlıqlara
baxmayaraq lizinq şərtlərinin hazırlanması və sənədləşdirilməsi daha çətin iş olub, xüsusi
hazırlıq tələb edir. İstənilən lizinq ödənişinə daxildir:
-
amortizasiya
;
-
müqavilənin lizinqverən tərəfindən həyata keçirilməsi üçün istifadə olunan
resursların ödənişi;
-
lizinq marjası – bura lizinqverənin göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlir
daxildir (1-3%);
-
riskin məbləği – bu məbləğ lizinqverənin aid olduğu müxtəlif risklərin
səviyyəsindən asılıdır
Resursların qiyməti, lizinq marjası və risk məbləği birlikdə lizinq faizini təşkil edirlər.
Lizinq müqaviləsi aşağıdakı 11 mərhələdən ibarət olan bir mürəkkəb prosesdir:
1.
Lizinq müraciəti – potensial lizinq alan onu maraqlandıran obyektin geniş təsvirini
verməklə lizinq müraciətinin formasını doldurur;
2.
Müraciətə baxılması – müraciətə lizinq şirkəti tərəfindən baxılır;
3.
Müraciətin təsdiqlənməsi – müraciət lizinq şirkətinin kredit komitəsi tərəfindən
təsdiq edilir;
4.
Lizinq müqaviləsinin bağlanması – lizinq alanın müraciəti təsdiq edildikdən sonra
lizinq verən və lizinq alan arasında lizinq müqaviləsi bağlanır;
5.
Alqı-satqı müqaviləsinin bağlanması - lizinq verən və satıcı arasında alqı-satqı
müqaviləsi bağlanır;
6.
Lizinq obyektinin əldə edilməsi – lizinq verən lizinq obyektini lizinq alanın
müvəqqəti sahibliyinə və istifadəsinə vermək üçün onu mülkiyyət hüququ ilə əldə
edir;
7.
Sığorta – lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmadıqda satıcı lizinq
obyektini sığortalamalıdır;
8.
Lizinq obyektinin lizinq alana verilməsi - lizinq verən və lizinq alan lizinq
obyektinin lizinq alana verilməsini təsdiq edən qəbul protokolunu imzalayırlar;
9.
Lizinq ödənişləri – lizinq alan lizinq obyektindən istifadəyə görə mütəmadi olaraq
lizinq ödənişlərini həyata keçirir;
10.
Monitorinq maliyyə nəzarəti – lizinq verən lizinq obyektinin vəziyyətini və lizinq
alanın maliyyə vəziyyətini lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada
yoxlayır;
11.
Mülkiyyət hüququnun lizinq alana keçməsi – lizinq müqaviləsi ilə nəzərdə
tutulmuş hallarda lizinq obyekti lizinq alanın mülkiyyətinə keçə, yaxud lizinq alan
lizinq obyektini satın ala bilər.
Müəssisələr, adətən, istifadə etdikləri əsas vəsaitlərin həm də sahibidirlər və bu vəsaitlər
onların balansında da əks olunur. Bu, müəssisələr üçün hər zaman müsbət hal kimi
qarşılanmır. Lizinqin yaranması ilə müəssisələr əsas vəsaitlərini satınalma ilə yanaşı kiralama
yolu ilə də qazanmaq imkanını əldə etmişdir. Lizinq münasibətlərində əmlakın mülkiyyətinə
sahib olmanın ortaya çıxardığı xərclər Lizinq Şirkətinə aid olduğu üçün lizinq yolu ilə
avadanlıq əldə edən müəssisələr qazanclı çıxmaqdadır. Bəzən hətta, müəssisələr sahib
olduqları avadanlıqları lizinq şirkətlərinə satıb eyni avadanlıqları həmin şirkətdən yenidən
maliyyə lizinqi yolu ilə icarəyə götürmək üsullarına belə müraciət etmişdirlər və beləliklə
lizinqin qaytarılan lizinq növü ortaya çıxmışdır.
Ümumiyyətlə, lizinqin ən geniş istifadə edilən aşağıdakı növləri vardır:
Operativ lizinq (operating leases).Lizinqin bu növündə, maliyyə lizinqi ilə müqayisədə
müqavilə müddəti daha qısa müddətli, lizinq ödənişləri isə daha yüksək olur. Bu lizinq
növündə lizinq şirkəti avadanlığın bütün cari və əsaslı təmir xərclərini özü çəkir və bu xərclər
lizinq ödənişlərinə əlavə edilir. Operativ lizinqdə müqavilə sonunda avadanlığın mülkiyyəti
lizinq şirkətində qalır. Buna görə də, operativ lizinqdə müqavilə müddəti adətən çox qısa olur
və lizinqalan tərəfindən ödənilən lizinq ödənişləri avadanlığın dəyərini tam əhatə etmir.
Lizinq şirkətləri operativ lizinqə verdikləri avadanlıqları ya ikinci dəfə lizinqə verməklə və ya
satmaqla avadanlığın tam qiymətini əldə edirlər. Müəssisələr tərəfindən operativ lizinq əsasən
çox sürətlə inkişaf edən texnika vasitələrinin əldə edilməsində istifadə olunur. Belə ki, bəzi
avadanlıqların texniki cəhətdən saz vəziyyətdə olmasına baxmayaraq, bazara yeni modellərin
təqdim edilməsi ilə bu avadanlıqların mənəvi köhnəlməsi hadisəsi baş verir və nəticədə bir
müəssisə üçün istehsal avadanlıqlarının hamısının yenilənməsi böyük ölçüdə maliyyə
vəsaitləri tələb edir.Operativ lizinqdə isə bu avadanlıqlar icarəyə götürülərək rahatlıqla belə
vəziyyətlərdən çıxış yolu əldə edilir.
Operativ lizinqdə avadanlıq lizinq şirkəti tərəfindən müştərinin (lizinqalanın)
əvvəlcədən razılığı olmadan alınır və bununla bağlı bütün riskləri lizinq şirkətiöz üzərinə
götürür.
Maliyyə lizinqi lizinqin ən geniş yayılan formasıdır. Maliyyə lizinqində avadanlığın
uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu avadanlığın müqavilədə
əvvəlcədən nəzərdə tutulmuş simvolik bir dəyərlə lizinqalana satılması nəzərdə tutulur. Bu
lizinq növündə lizinq müqavilələrinin müddəti adətən avadanlıqların amortizasiya müddətləri
ilə eyni olur. Maliyyə lizinqində avadanlıqları adətən müştəri (lizinqalan) seçir və lizinq
şirkətinə bu avadanlığın alınması üçün sifariş verir. Maliyyə lizinqində avadanlığın cari və
əsaslı təmiri lizinqalan tərəfindən öz vəsaiti hesabına həyata keçirilir. Maliyyə lizinqi daha
çox bir maliyyələşdirmə növüdür və müştəri tərəfindən seçilən avadanlığın lizinq şirkəti
tərəfindən yalnız satın alınmasından ibarətdir. Lizinq şirkəti alınacaq avadanlıq haqqında heç
bir məlumata sahib deyil və hətta çox vaxt alınan avadanlıq satıcı tərəfindən birbaşa
müştəriyə (lizinqalana) təqdim edildiyi üçün lizinq şirkəti avadanlığı görmür.
Sublizinqdə lizinqə götürülən avadanlıq lizinq şirkətinin (lizinqverənin) razılığı ilə
lizinqalan tərəfindən digər müəssisələrə yenidən lizinqə verilə bilər. Bu zaman sublizinq
müqaviləsinin müddəti əsas lizinq müqaviləsinin müddətindən çox ola bilməz. Sublizinq
müqavilələrinin şərtləri də hər cəhətdən maliyyə lizinqi müqavilələrinin şərtlərinə bənzəyir.
Hazırda lizinq ixtiyari istehsalın inkişafı üçün kapital qoyuluşlarının edilməsində əsas
maliyyə mənbələrindən biri hesab olunur. Bu lizinqin üstün cəhətləri ilə şərtlənir. Onlardan
əsasları kimi aşağıdakıları göstərmək olar:
-
Lizinq 100% maliyyələşmədir. Lizinqdən istifadə zamanı birdəfəlik şəxsi
maliyyə xərcləri çəkmədən, kapital qoyuluşları etmədən və borc, xüsusilə bank
krediti almadan istehsal genişləndirilə, mənəvi aşınmış avadanlıqları müntəzəm
olaraq yeniləşdirilə və avadanlıqlara qulluq həyata keçirilə bilər.
-
Lizinq üzrə maliyyələşdirmə bank kreditlərindən daha uzunmüddətlidir. Belə ki,
əksər hallarda, Azərbaycan banklarında 18 aydan artıq olan müddət üçün kredit
verilmir, lakin lizinq üzrə kreditlərin verilməsində ən azı üç illik müddət nəzərdə
tutulur.
-
Maliyyə lizinqi, sürətli amortizasiya hesabına, kredit alana onun öz vergi borcları
yükünü yüngülləşdirməyə imkan verir.
-
Lizinq üzrə öhdəliklər maliyyə-kredit təşkilatlarından yeni kreditlərin
alınmasının qarşısını almır.
-
Qərar qəbulu sistemi çevikdir. Müqavilənin imzalanması zamanı müştərini
narahat edən bütün nüanslar nəzərə alınır. Bank kreditinin tərtib edilməsi zamanı
bu praktiki olaraq mümkün deyil.
-
Lizinq alanın likvid vəsaitlərinin məhdudlaşdırılması probleminin kəskinliyi
nisbətən azalır, avadanlıqlarının alınması üçün xərclər lizinq müqaviləsinin
qüvvədə olacağı bütün dövr ərzində bərabər bölüşdürülür.
-
Müəssisənin balansında şəxsi və borc kapitalının optimal nisbəti (proporsiyası)
müəyyən edilir və saxlanılır, belə ki, yeni əlavə borc vəsaitləri cəlb edilmir.
-
Lizinq əməliyyatlarına tətbiq edilən vergi güzəştləri (məsələn, lizinq obyektinin
ƏDV-dən azad olması) və başqa investisiya üstünlükləri lizinqin bank faizindən
aşağı olmasına səbəb olur ki, bu da lizinqi bankçılıqdan üstün edir.
-
Lizinq əsas kapitalı təzələməklə isthehsalın müəyyən sahələrində bazar
konyunkturunun cari dəyişməsinə operativ reaksiya vermək imkanı yaradır.
Operativ lizinqin burada rolu böyükdür. Bu zaman avadanlığın alınmasına sərf
olunmayan xərclər vəsait şəklində dövriyyə kapitalının artırılmasına, cari
xərclərinizin ödənilməsinə və marketinqə yönəldilə bilər.
-
Qiymətqoymanın adekvatlığı təmin edilir, belə ki, lizinq şirkətlərinin sənaye
avadanlıqlarını tədarükçü firmalardan optimal qiymətlər üzrə alması elə
tədarükçü firmaların özləri üçün də maraqlıdır.
-
Beynəlxalq Valyuta Fondunun qaydalarına görə icarə müqavilələrindən irəli
gələn məcmu ödəniş öhdəlikləri ölkənin məcmu xarici borcları göstəricisinə
daxil edilmir. Buna əsasən lizinqdən istifadə ölkənin xarici ödəniş mövqeyini və
ödəniş balansını pozmur.
-
Lizinq makrosəviyyədə də ölkə iqtisadiyatına dolayı yolla müsbət təsir göstərir,
belə ki, ölkədə əmtəə və xidmət istehsalı genişlənir, ixrac potensialı artır, yeni iş
yerləri açılmaqla işsizliyin səviyyəsi və büdcədən maliyyə investisiyasına ayrılan
vəsaitin miqdarı azalır.
-
Lizinq maliyyələşdirmənin əlavə resursudur (vasitəsi) ki, bu da banklar və
onların qız lizinq təşkilatları (müəssisələri) üçün müntəzəm fəaliyyət sahələrinin
fəallaşdırılması və diversifikasiyası üçün çox vacibdir.
-
Lizinq
maliyyələşdirilməsində
girov
təminatı
tələb
olunmadığından
uzunmüddətli bank ssudalarından daha az risklərlə bağlıdır.
-
Avadanlıq istehsalçıları ilə daha sıx əlaqələr lizinq verənlər üçün işgüzar
tərəfdaşlıq üçün yeni imkanlar yaradır.
-
Lizinq yolu ilə ölkəyə gətirilən yeni texnika və texnologiya yerli sahibkarlar
üçün həm də yeni ideyadır. Yerli sahibkarlar həmin tip məhsulların nümunəsinə
əsasən ya onun elə özünün, ya da alternativinin istehsalını həyata keçirə bilərlər.
-
Lizinq bankçılıq və sığorta ilə sıx bağlı olan fəaliyyət növüdür. Lizinq xidmətləri
icarə və bank kreditləşməsi ilə bağlıdır. Elə Azərbaycanda bugün lizinq
şirkətlərinin təsisçilərinin əksəriyyəti banklardır.
-
Ümumiyyətlə, bankçılıqdan fərqli olaraq, lizinq birbaşa sahibkarlığın inkişafının
stimullaşdırılmasına hesablanıb.
Lizinqin üstünlükləri ilə yanaşı, aşağıdakı kimi çatışmazlılıqları da qeyd olunur:
-
Maliyyə lizinqində avadanlıq sıradan çıxanda ödənişlər avadanlığın
vəziyyətindən asılı olmayaraq müqavilə müddəti bitənə kimi dəyişmir.
-
Operativ lizinqdə köhnəlmiş avadanlığın riski lizinq verənin üzərinə düşür, o da
lizinq alandan böyük ödəniş alır.
-
Lizinq müqaviləsinin obyekti iri və nadir obyektdirsə saziş şərtlərinin
müxtəlifliyi ilə əlaqədar olaraq müqavilənin bağlanılması çox vaxt və vəsait tələb
edir.
-
İnflyasiya nəticəsində lizinq ödəmələrinin artması ilə bağlı itkilər çoxalır.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inflyasiya səviyyəsi yüksək olanda, vergi
qanunvericiliyi tez-tez dəyişdikdə, lizinq əməliyyatlarını tənzimləyən hüquqi mexanizmlərdə
qeyri-müəyyənliklər və böşluqlar olanda lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur.
XX əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq beynəlxalq lizinq xidmətləri bazarı ən
dinamik bazarlardan biri sayılır. Ekspertlərə görə. 1988-ci ildə lizinq şərtləri ilə əsas fondların
reallaşdırılma məbləği 250 milyard ABŞ dolları olub. Müqayisə üçün bildirək ki, 1979-cu
ildə bu rəqəm 5 dəfə az idi.
Hazırda lizinq kənd təsərrüfatında da geniş yayılmışdır. Bir çox ölkələrdə Aqrolizinq
şirkətləri fəaliyyət göstərir.
Müasir dövr üçün beynəlxalq lizinq institutlarının yaradılması xarakterikdir.
Avropa
Lizinq Cəmiyyətləri Birliyi
(qərargahı Brüsseldə yerləşir) 17 Avropa ölkəsinin cəmiyyət və
birliklərini əhatə edir.
Bir sıra ölkələrdə dövlət orqanları lizinqi kiçik biznesin dəstəklənməsi üçün istifadə
edirlər. Məsələn, Yaponiyada kiçik müəssisələrə lizinq xidmətlərini təklif edən orqanlar
sistemi yaradılıb. Xüsusilə də, 1966-cı ildə təsis edilmiş lizinq təchizatı sistemində kreditor
rolunda milli və prefektura hökumətləri çıxış edirlər.
Azərbaycanda
da lizinq xidmətləri bazarı getdikcə inkişaf edir. Hazırda Azərbaycan
lizinq xidmətləri bazarında Qafqaz lizinq, AG lizinq, Azərlizinq, Azərlizinq İLŞ, Günay-
Lizinq,
Unilizinq
, Atalizinq,
Muğanlizinq
kimi şirkətlər fəaliyyət göstərir.
Hazırda ölkədə bu istiqamətdə aparılan siyasətin əsas məqsədi lizinq xidmətləri
bazarının inkişafı, kiçik və orta sahibkarlığın maliyyələşdirmə vasitəsi kimi lizinqdən geniş
istifadə edilməsinin həvəsləndirilməsi, həmçinin Azərbaycanın lizinq sektoruna xarici və
daxili investisiyaların cəlb edilməsi üçün əlveişli mühit yaradılmasından ibarətdir.
Dostları ilə paylaş: |