Fəsil 3. Kənd təsərrüfatı bitgilərinin məhsuldarlığına təsir edən amillər.
3.1. Kə nd tə sə rrüfatı bitgilə rinin qidalanması və mə hsuldarlığ ı.
1840-cı ildə U.Libixin «Bitgilərin mineral qidalanması haqqında» təliminin
(Libix, 1940) nəşri bitgilərin qidalanması və gübrələrin tətbiqi sahəsində təcrübi-
tədqiqat işlərinin genişlənməsinə təkan verdi. Hələ 19-cu əsrin ortalarında
bitgilərin böyüməsi və inkişafında 10 kimyəvi elementin (N, C, H, O, P, K, Ca,
Mg, Fe, Cl) rolu məlum idi. Hesab edilirdi ki, bitgilərin normal həyat və fəaliyyəti
üçün bbu elementlər kifayətdir və onları «Zəruri» adlandırırdılar. Sonralar belə
zəruri elementlərin miqdarı kifayət qədər çoxalır və buraya mikroelementlər də
aiddir.
Bitgilərin əsas mineral qida mənbəyi torpaq hesab edilir. Torpaq mühitində ayrı-
ayrı elementlərin çatışmaması bitgilərin böyüməsi və inkişafını zəiflədir, onların
xəstəliyə dözümlülüyünü və məhsuldarlığı azaldır. Buna görə də çatışmayan
elementlərin gübrə şəklində torpağa verilməsi zəruridir.
Qida elementlərinin mənimsənilməsi də müxtəlif faktorlardan asılıdır: mühit,
temperatura, nəmlik, torpağın hava buraxması, gübrənin tərkibi və bitginin kökünə
nisbətən onların torpaqda yerləşmə xarekteri. Yüksək məhsuldarlığın təmin
edilməsi üçün bu faktorların optimal hüdudlarda olması vacibdir.
Bitgilərin qida elementlərini udmasında fotosintezin, tənəffüsün, elementin
yerdəyişməsinin, assimilyasiya borularının və başqa fizioloji bioximik proseslərin
rolu böyükdür. Bu proseslər nə qədər intensiv baş verirsə, bir o qədər çox mineral
maddə mənimsənir. Bitgilərin qida elementlərinə tələbi, böyümə və inkişaf
prosesinin aktiv olduğu dövrlərdə daha çox olur.
Müxtəlif elm xadimlərinin çox illik tədqiqatları nəticəsində sübut edilmişdir ki,
məhsuldarlığın yüksəldilməsi üçün bitgilərin vaxtında mineral gübrələrlə (azot,
fosfor və kalium) və habelə mikroelementlərlə (bor, marqanis, mis, sink, molibden,
kobalt və s.)təmin edilməsi vacibdir. Bu elementlər asılı deyil və onların hər hansı
birinin çıxarılması bitginin böyüməsini dayandırır.
Azot bitginin qidalanmasının əsas elementidir. O,azotsuz əmələ gəlməsi
mümkün olmayan zülalların, turşuların və bir çox orqanik maddələrin tərkibinə
daxildir. Torpaq məhlulundan əsasən azot nitratı(NO
3
anionu) şəklində sorulur.
Azot gübrələrində, əsasən, ammonyak və nitrat formaları mövcud olur. Bundan
ə
lavə tərkibində 80%-dən çox azot olan maye ammonyakvəya ammonyak suyu,
sidik cövhəri gübrə kimi istifadə edilir.
Azot qidalanmasının şəraiti bitginin böyüməsi və inkişafına kəskin təsir edir.
Yarpaqlar intensiv yaşıl rəng alır- xlorofill və zülalların əmələ gəlməsi sürətlənir,
yarpagın ömrü uzanır. Bitginin geniş yarpaqları, yoğun və hündür gövdəsi olur.
Azot çatışmamazlığında (azlığında) yarpaqlar sarı yaşıl olur, bitginin böyüməsi
gecikir. Düzgün istifadə edilmiş azot gübrələri bitginin məhsuldarlığını artırır,
məhsulun keyfiyyətini yüksəldir.
Azotun fizioloji qiyməti zülalların, fermentlərin xlorofillərin və başqa orqanik
birləşmələrin sintezində onun istifadəsidir.
Səpin zamanı gübrələrin yüksək dozası müxtəlif tədqiqatçılar (Q.N.Ustenko,
V.L.Brovtsıp 1963; U.I.Tikalov, L.Çermenko, 1959) tərəfindən tətbiq edilmişdir.
Bir sıra müəlliflərin (Brilliant, 1949; Doroxov, 1957; Mamedov, 1970)
ə
sərlərində göstərilmişdir ki, azot, kalium, və fosfor çatışmamazlığı fotosintezin
intensivliyini azaldır. L.M.Doroxovun əsərlərində (1957) göstərilir ki, azot, fosfor
və kaliumun kökdənkənar təsiri altında Şəkər çuğunduru yarpaqlarının
fotosintezinin intensivliyi 30-40% artır.
Q.Rəhimov, T.M.Buşevoyun noxud və yem bitgiləri ilə apardığı təcrübələr
(1964) göstərir ki, azot çatışmamazlığı zamanı fotosintezin intensivliyi 15-18%
azalır.
Bitgilər tərəfindən fosfor, torpaq məhlulundan hidrofosfor ionları şəklində
sorulur. Fosforla normal qidalanma zamanı bitgilərin cüccərməsi və inkişafı
sürətlənir, məhsuldarlıq kifayət qədər yüksəlir, məhsulun keyfiyyəti yaxşılaşır.
Orqanik fosforun torpaqda əsas mənbəyi humus hesab edilir. Fosfor
çatışmamazlığı zamanı bitginin inkişafının ilk dövrlərində onun böyüməsi kəskin
zəifləyir. Belə bitgilərin sonradan fosforla təchiz edilməsi ilkin inkişaf dövrundəki
çatışmazlığın mənfi təsirini tam aradan qaldıra bilmir.
Fosfor bitgilərdə fotosintez proseslərini uqlevodların yığılmasını və hərəkətini,
zülal birləşmələrinin yaranmasını sürətləndirir. O, Azot və kükürdlə birlikdə
zülalların tərkibinə daxil olur.
Kalium, protoplazmanın hidrofilliyini su saxlama qabiliyyətini artırır, onun
normal vəziyyətinin saxlanması üçün əlverişli şərait yaradır. Cavan yarpaqlarda,
qabığın canlı toxumlarında, tumurcuqlarda kalium xüsusən çox olur. O, bitgilərin
köhnə orqanlarında çox az olur. Kalium zülalların, kraxmalın, xlorofilin, yağların
sintezinə müsbət təsir edir, fotosintez prosesini gücləndirir.
3.2. Mikroelementlər.
Çoxsaylı elm xadimlərinin tədqiqatlarında mikroelementlərin bitgilərin həyatına
təsiri və kənd təsərrüfatında tətbiqi öyrənilmişdir. Bundan başqa müəyyən
edilmişdir ki, mikroelementlərin bitgilərin böyüməsi, inkişafı və məhsuluna
təsirinin effekti təkcə «katalitik» və «stimullaşdırıcı» rolu ilə məhdudlaşmır. Onlar
kalium, azot, fosfor və başqaları kimi, bitgilərin zəruri qida elementləridir. Qeyd
etmək lazımdır ki, PK-nın torpaqda kifayət qədər olmasına baxmayaraq, onun
torpağa əlavə verilməsi bitginin məhsuldarlıgını artırır. Eyni vaxtda
mikroelementlərlə qidalanma da bitgilərin məhsuldarlığını artırır.
Bitgilərin normal böyüməsi və inkişafı üçün azot, fosfor və kaliumdan başqa
maqnezium,dəmir və mikroelementlər də (marqanis, bor, sink, yod, mis,
alüminium, molibden, kobalt) vacibdir. Bitgidə onların miqdarı çox olmayıb, quru
maddənin 0,02%-dən artıq deyil.
Dəmir və maqnezium makro- və mikroelementlər arasında aralıq mövqe tutur.
Mikroelementlərin də fizioloji qiyməti makroelementlər qədər vacibdir.
Mikroelementlərin kənd təsərrüfatı istehsalında istifadəsi onların bitginin həyat
fəaliyyəti prosesindəki fizioloji rolu və torpaqdakı miqdarı ılə müəyyən edilir.
Onlar, bitgi orqanizmindəki bioximik proseslərdə iştirak edən bir çox fermentlərin,
vıtaminlərin tərkibinə daxil olub, bu proseslərin aktvləşdiriciləridirlər. Tənəffüsün
aktivliyinə, turşu- bərpa reaksiyalarının sürətinə və fotosintez proseslərinə aktiv
təsir edir. Marqanis, bor, kobalt, molibden və başqaları bitginin yarpaqlarında
xlorofilin sintezinə əlverişli təsir edir.
Azərbaycanın müxtəlif torpaqlarında mikroelementlərin miqdarı bir-birindən
kifayət qədər fərqlənir. A.N.Güləhmədov mikroelementlərin miqdarına görə
azərbaycan torpaqlarını 6 əsas qrupa bölür. O, müəyyən etmişdir ki, pambıqçılıq
zonalarında sorula bilən mikroelementlərin miqdarı azdır. Bir kiloqram torpaqda
bor üçün bu miqdar əlamətlərdən 0,25 mq-a qədər, marqanis 0,6-dan 9,5 mq-a, mis
0,02-dən 1,5 mq0a, sink əlamətlərdən 1,8 mq-a, molibden 0,06-dan 1,85 mq-a
qədərdir.
Ə
lbəttə, belə şəraitdə yüksək məhsul əldə etmək mümkün deyil. Buna görə də
kənd təsərrüfatı bitgilərinin məhsuldarlığının yüksəldilməsi üçün diferensial
qaydada makro və mikro gübrələr tətbiq etməklə torpağın məhsuldarlığını
qaldırmaq lazımdır. Bitgilərin mineral qidalanması üzrə ədəbiyyatların məlumatları
sübut edir ki, fotosintetik fəaliyyətin yaxşılaşdırılmasında, bitgilərə mikro- və
makrogübrələrin verilməsinin optimal doza və vaxtının müəyyən edilməsi əsasında
məhsuldarlığın artırlması metodlarının hazırlanması üçün böyük sahələrdə, istehsal
və qeyri istehsal şəraitində, çoxsaylı və müxtəlif variantlarda eksperimentlər
keçirilməsi vacibdir.
Makro- və mikroelementlər tətbiq etməklə bitgilərin mineral qidalanmasının
öyrənilməsi üçün laboratoriya və çöl şəraitində Z.Məmmədovun apardığı
təcrübələr göstərir ki, bitgilərə əsas lazım olan elementlər (Azot, fosfor, kalium) və
habelə bəzi mikroelementlər (bor, marqanis, mis, sink, kobalt, molibden) öyrənilən
bitgilərin fotosintetik fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu elementlər,
habelə, fotosintez proseslərinin nizamlanması üçün də lazımdır. Digər bərabər
şə
raitlərdə, bitgilərin makro- və mikroelementlərlə mineral qidalanması
məhsuldarlığın artırılması üçün vacib faktordur.
3.3. Iqlim şəraitini xarakterizə edən parametrlər və onların məhsuldarlığa
tə siri.
Kənd təsərrüfatı bitgilərinin məhsuldarlığına təsir edən əsas amillərdən biri də
iqlim şəraitidir. Bitgilərin əsas mineral qida mənbəyi torpaq hesab edilsə də qida
elementlərinin mənimsənilməsi iqlim şəraitindən (mühit, temperatura, nəmlik,
torpağın hava buraxması) asılıdır.
Iqlim şəraiti aşağıdakı göstəricilərlə xarakterizə olunur:
1.
Ə
razinin işıqlanma şəraiti.
2.
Havanın temperaturu.
3.
Atmosfer yağıntıları və qar örtüyü.
4.
Havanın rütubətlələyi.
5.
Bəzi zəruri atmosfer hadisələri.
Ə
razinin işıqlanma şəraiti 3 göstərici ilə xaraktkrizə edilir:
1.
Günəş şüalanması.
2.
Ümumi günəş radiasiyası.
3.
Fotosintetik aktiv radiasiya.
Günəş şüalanmasının müddəti buludluluq rejimindən, ərazi səthinin
xarakterindən və başqa faktorlardan asılıdır. Buna görə həm bütün il ərzində
ümumi, həm də bitginin vegetasiya (boy atma, göyərmə və yetişmə dövrü)
dövründə günəş şüalanması Respublika ərazisində mürəkkəb xarakter daşıyır.
Ə
razidən asılı olaraq ümumi günəş şüalanmasının qiyməti 1350-2350 saat
intervalında dəyişirki, bunun 65- 80%- i vegetasiya dövrünə düşür.
Ümumi günəş radiasiyasının illik qiyməti 139- 174 kvt saat/m
2
intervalında
dəyişir. Bunun 73- 79%-i ilin isti yarımhissəsinə düşür.
Fotosintetik aktiv radiasiyanın (FAR) qiyməti respublika ərazisində yerləşən
aktinometrik stansiyaların (yeddi stansiya) məlumatları əsasında müəyyən edilir və
aşağıdakı kımı hesablanır:
Q
F
=0,42S+0,60D
Burada, S- üfqi səthin birbaşa günəş radiasiyası,
D- səpələnmiş günəş radiasiyasıdır.
Respublika ərazisində onun illik qiyməti bir kvadrat metrə 65,9- 79 kvt saat
intervalında dəyişir.
Havanın temperaturu, başqa sözlə termik şərait aşağıdakı göstəricilərlə
xarakterizə edilir:
1.
Havanın orta illik temperaturu.
2.
Ən soyuq ayın orta temperaturu.
3.
Ən isti ayın orta temperaturu.
4.
Yüksək temperaturlu (35 dərəcə selsidən çox) günlərin miqdarı və s.
Atmosfer yağıntılarının miqdarı aylıq, illik və ayrı-ayrı dövrlərdə yağıntının
miqdarı ilə xarakterizə edilir.
Qar örtüyü – onun dərinliyi və qar örtüyü olan günlərin miqdarı kimi müəyyən
edilir.
Havanın rütubətliliyi bitgiçilik nöqteyi nəzərindən çox vacib olub aşağıdakı
kəmiyyətlərlə xarakterizə edilir:
1.
Mütləq rütubətlilik,
2.
Orta illik nisbi rütubətlilik,
3.
Gündüz vaxtı (13 saat) havanın nisbi rütubətliliyi,
4.
Rütubətliyi az (30%-dən az) və yüksək (80%-dən çox) günlərin
miqdarı,
5.
Rütubət çatışmazlığının orta illik qiyməti.
Bəzi zərərli atmosfer hadisələrinə quraqlıq, qara yel (isti quru külək), dolu
aiddir. Onun qiyməti il ərzində belə günlərin miqdarı ilə müəyyən edilir.
Qeyd etmək lazımdır ki, göstərilən parametrlərin tərkibi və məhsuldarlığa təsiri
konkret bitginin növündən asılı olaraq müxtəlif olur. Ə.S.Əyyubov, X.Ş.Rəhimov
və N.D.Ulxanovun üzümçülük üzrə apardığı tədqiqatların nəticəsi aşağıdakı
kimidir.
1.
Üzüm tənəyinin bar verməsi kolun gözcüklərinin miqdarından çox
asılıdır. Aydınlaşdırılmışdır ki, zoğların ümumi miqdarı kolun gözcüklərinin
birbaşa asılıdır. Eyni zamanda gözcüklərin həddən artıq çox olması da həm
məhsul verən zoğların, həm də salxımların miqdarının azalmasına səbəb olur.
Müxtəlif üzüm növlərinin bar vermə göstəriciləri kifayət qədər geniş
diapazonda dəyişir. Bir növ üzrə bu göstəricinin dəyişməsi torpaq iqlim şəraiti
ilə əlaqədardır. Aydınlaşdırılmışdır ki, a) kolda salxımların miqdarı yaz
yağıntıları (mart-may) vəgözcüklərin miqdarı ilə kifayət qədər sıx əlaqəlidir.
Mədrəşə texniki sortunda 60-160 mm yaz yağıntıları və 20-60 gözcüklə
salxımların miqdarı 15 dən artıq olur. Süfrə üzümü Təbrizidə isə salxımların
maksimum miqdarı (25-dən çox) 70-140 mm yağıntı və 45-70 gözcük
olduqda mümkündür. Barın yetişmə dövrndə aktiv temperaturların cəmi
2450-2650 dərəcə vəgözcüklərin miqdarı 22-25 olduqda bir salxımın orta
çəkisi 250 q-dan çox olur. B) Yaz yağıntılarının miqdarının artması
(çıçəklənmə dövrünə qədər) Mədrəsə sortunun məhsuldarlığının artmasına
səbəb olduğu halda, Bayan şirə sortunun məhsuldarlığı apreldə 80 mm-dən və
aprel-mayda 120 mm-dən artıq yağıntı olması ilə azalır. Iyun ayında düşən
yağıntıların miqdarı isə Mədrəsə sortunun məhsuldarlığı ilə tərs mütənasibdir.
Bayan şirə sortunun məhsuldarlığıisə iyun ayında yağıntının miqdarı 80 mm-
dən çox olduqda azalır.
2.
Yağıntının az olması və ya olmaması (apreldə 30-40 mm-dən az,
aprel-mayda 50-60 mm-dən az) hətta sonrakı suvarılmaya baxmayaraq,
məhsulu kəskin azaldır.
3.
Üzümdə şəkərin toplanma dinamikası aktiv temperaturların cəmi ilə
düz, havanın rütubət çatışmazlığı ilə tərs mütənasibdir. Atmosfer
yağıntılarının artması məhsulun turşuluğunu artırır. Iyun-avqust aylarında
yağıntının miqdarı 70 mm-dən çox olmadıqda turşuluq 6%-dən çox olmur.
4.
Üzüm meyvələrinin ən çox şəkərliliyi cənub yamaclarında, snra qərb
yamaclarında, daha sonra isə şimal və şərq yamaclarında əldə edilir.
5.
Cənub yamaclarında kolların məhsuldarlığı (salxımların miqdarı)
ş
imal yamaclarına nisbətən 4 dəfəyə qədər artıqdır. Lakin kolun yarpaqlarının
vahid sahəsinə düşən məhsula görə belə fərq azdır (bir m
2
yarpaq sahəsinə 1-
1,5 salxım).
3.4. Bitgi sortları və mə hsuldarlıq.
Kənd təsərrüfatı bitgilərinin məhsuldarlığı xarici mühitin təsiri vəaqrotexniki
tədbirlərdən əlavə (torpaq, iqlim, gübrə, səpin vaxtı, yığım vəs.) bitgilərin bioloji
xüsusiyyətləri ilə də (məsələn, sort, toxumun keyfiyyəti) bilavasitə əlaqədardır.
Şə
raitdən asılı olaraq düzgün seçilmiş sort məhsuldarlığı 2-4 s-ə qədər artırmağa
imkan verir.
Hər bir sortun bitgiləri bir qayda olaraq özünəməxsus morfoloji, bioloji və
təsərrüfat xüsusyyətlərinə malik olur. Məsələn, saratovskaya-29 yazlıq taxıl
sortunun aşağıdakı əlamət və xüsusiyyətləri vardır: orta boylu, qılçıqsız, ağ rəngli
sünbülü var. Sünbülcüklər yumurta-lansetvari formada, tüksüzdür, dənin rəngi
qırmızı, şüşəvari, oval formalı, orta boylu, möhkəm, yerə yatmağa qarşı davamlı
budağı vardır. O, quraqlığa davamlı, orta yetişkən, sürmə və pas xəstəliklərinə çox
zəif yoluxan, yüksək məhsuldar, əla un vəçörək bişirmə keyfiyyətinə malik sortdur.
Müxtəlif sortlar təsərrüfat nöqteyi nəzərindən bir-birindən birinci növbədə ona
görə fərqlənirlər ki, eyni şəraitdə müxtəlif məhsul verirlər. Məsələn, dənli
bitqilərdə bu fərq bir hektardan 2-4 s, bəzən isə 8-10 s olur. Ikinci fərq məhsulun
keyfiyyət göstəriciləri ilə əlaqədardır. Məsələn, şəkər çuğundurunun qədim
sortlarının (1802-ci il) tərkibində 4-6% şəkər var idisə, seleksiya nəticəsində əldə
edilmiş hazırki şəkər çuğundurunun tərkibində 20% və daha artıq şəkər vardır.
Məzlumov tərəfindən yaradılan «Romanskaya-06» şəkər çuğunduru sortunun
tərkibində 21% şəkər vardır. 1933-cü ildə ən yaxşı pambıq sortunda lifin uzunluğu
27 mm-ə çatırdısa bu gün pambıq şortlarının lifinin uzunluğu 33-43 mm-ə çatır.
Üçüncü fərq bitgilərin bəzi təsərrüfat və bioloji əlamətləri ilə əlaqədardır.
Ş
axtaya davamsızlıq, gec yetişkənlik, xəstəlik və ziyanvericilərə qarşı davamsızlıq
və s. belə əlamətlərdəndir. Məsələn, tək buğda bitgisini 125 növ xəstəlik və bir o
qədər də ziyanverici yoluxdurur. Ən təhlükəli xəstəlik pas xəstəliyidir. Həmin
xəstəlik şiddətli yayılan illərdə bugda bitgilərinin məhsuldarlığı və keyfiyyəti 1,5-2
dəfə aşağı düşür. Lakin «Qılçıqsız-1» buğda sortunun məhsuldarlığı azalmır və
zülalın miqdarı daim 14-15% arasında qalır.
3.5. Gübrə məhsuldarlığın artırılmasının əsas amilidir.
Torpağa gələn və torpaqdan çıxan qida elementlərinin fərqi qida elementləri
balansını təşkil edir.
Torpaqdan qida elementlərinin çıxması vahid sahədən əsas və əlavə məhsulla
çıxan qida elementlərinin miqdarı ilə təyin edilir. Qida elementlərinin torpağa
qayıtması toxumla, torpaq-kök çürüntüləri ilə, gübrələrlə və s. torpağa verilmiş
qida elementlərinin miqdarı ilə təyin edilir.
Kənd təsərrüfatı bitgiləri, qida elementlərinə tələbin və torpaqdan çıxardığı qida
elementlərinin miqdarının müxtəlifliyi ilə fərqlənir. 3 t/ha buğda yetişdirilməsi
üçün 110 kq N, 40 kq P
2
O
5
, 70 kq K
2
O tələb olunur. 30 t/ha kartofla 1ha-dan 150
kq N, 60 kq P
2
O
5
, 270 kq K
2
O çıxarılır. Gübrə tətbiq etmədikdə bitgilər torpağı
zəiflədir və ildən ilə məhsul azalır.
Bütün dünyada torpaqşünaslığın təcrübəsi sübut edir ki, məhsuldarlığın
səviyyəsi tətbiq edilən gübrələrin miqdarı ilı sıx əlaqəlidir. Mütəxəssislərin
hesablamalarına görə məhsuldarlığın artımının 50%-i gübrə tətbiqi ilə, təqribən
50%-i isə başqa tədbirlərlə – aqrotexnika, sort, meliorasiya və s. əlaqədardır. ABŞ-
ın elmi tədqiqat müəssisələrinin məlumatına görə 1945-ci ildən sonrakı illərdə
məhsuldarlığın artımının 41%-i mineral gübrələrlə, 15-20%-i herbisidlərlə və
bitgilərinmühafizəsinin başqa kimyəvi vasitələri ilə, 15%-i təkmilləşdirilmiş
aqrotexnika ilə, 8%-i hibrid toxumlarla, 5%-i irriqasiya ilə, 11-18%-i isə başqa
faktorlarla əlaqədardır.
Lakin məhsuldarlıq artımı ilə gübrə normaları artımının birbaşa asılılığı
müəyyən səviyyəyə qədər mümkündür.
Gübrə və aqrotexnik tədbirlərin kartofun məhsuldarlığına təsiri cəd.3.1-də
verilmişdir.
Payızda şum altına verilmiş gübrə şəkər çuğundurunun məhsuldarlığını, yazda
kultivasiya altına verilmiş gübrəyə nisbətən 2 dəfə çox artırır.
Cədvəl 3.1.
Gübrə və aqrotexniki tədbirlərin kartof məhsuluna təsiri.
Təcrübə variantı.
Məhsuldarlıq.
(t/ha)
Artım.
(t/ha)
1.Gübrəsiz, gecikən, xırda kartof, pis qulluq.
2.Gübrə.
3.Gübrəsiz aqrotexnikanın artması.
4.Gübrə ilə aqrotexnikanın artması.
9,1
16,0
15,4
27,4
-
6,9
6,3
18,3
Ulmi tədqiqat müəssisələrinin məlumatlarına əsasən qeyri qaratorpaq zonalarda
1 ha sahəyə 20-30 t peyin verilməsi dənli bitgilərin məhsuldarlığını 0,6-0,7 t,
kökümeyvəlilərin 15 t-a qədər, yem bitgilərinin məhsuldarlığını isə 15-20 t artırır.
Bundan əlavə onun təsiri 4-5 il davam edərək məhsul artımını təmin edir.
Fə sil 4. Torpaqların mə hsuldarlığ ının ekspert sistemlə tə yin edilmə si.
4.1. Torpağ ın mə hsuldarlığ ının qiymə tlə ndirilmə si tarixi.
Bitkiçilik təsərrüfatları fəaliyyətini müqayisəli təhlil edərkən torpaqların
keyfiyyət göstəriciləri obyektiv səbəb kimi nəticəyə təsir edir. Obyektiv səbəbin
nəticəyə təsirini aradan qaldırmaq üçün onların bu xüsusiyətlərinin öyrənilməsi və
təhlil zamanı nəzərə alınması vacibdir. Buna görə də torpağın xüsusiyətlərindən
asılı olaraq onun məhsuldarlığının öyrənilməsi həmişə diqqəti cəlb etmişdir.
Torpaqların keyfiyyətcə qiymətləndirilməsi məsələləri ilə Qərbi Avropada hələ
XVIII-XIX əsrlərdə məşğul olmuşlar.
Almaniyada otlaq torpaqlarının bonitirovkası zamanı şumlanan torpaqlar üçün
istifadə olunan torpaq göstəricilərindən əlavə orta illik tempratura və rütubətlilik
dərəcəsi istifadə edilirdi.
Polşada şumlanan torpaqların, biçənək və otlaqların, meşə massivlərinin
bonitirovkası aparılır. Bonitirovka zamanı vacib diaqnostik göstəricilər nəzərə
alınır: qranulometrik tərkib, quruluş, turşuluq və s. torpağın bonitirovkası zamanı
ş
umlanan torpaqlarda alınmış məhsul və ya yemlik otun miqdarı, torpağın
ziyanverici bitkilərlə korlanma dərəcəsi və torpağın yaxşı istifadəsinə maneçilik
törədən digər səbəblər nəzərə alınır.
Rusiyada torpağın bonitirovkası üzrə ilk işlər 1951-ci ildə aparılmışdır. Bu
işlərdə torpaqların bonitirovkası “birbaşa təsərrüfat əhəmiyyətli olan və torpaqları
bitkilərin yaşayış yeri kimi xarakterizə edən xüsusiyətlərin təyin edilməsi” kimi
qəbul edilir.
Keçmiş SSRI-də torpaqların bonitirovkası üzrə aparılan tədqiqatları şərti olaraq
iki qrupa bölmək olar:
Ş
umlanan torpaqların və meşələrin bonitirovkası üzrə tədqiqatlar,
Yemlik məhsul torpaqlarının bonitirovkası üzrə tədqiqatlar.
Azərbaycanda torpaqların bonitirovkasının inkişafını 3 mərhələyə bölmək olar.
I mərhələ- 1965-ci ilə qədər torpaqların bonitirovkası üzrə tədqiqatların
keçirildiyi dövrü əhatə edir. Bu vaxt respublikanın torpaqşünas alimləri torpağın
keyfiyyətini aqrar-istehsal qruplarının genetik-istehsal əsasları əsasında əks
etdirirdilər.
II mərhələdə (1966-1975) bir sıra dissertasiya işləri üzrə tədqiqatlar aparılmış və
Azərbaycan respublikasında müxtəlif bitkilər üçün torpaqların bonitirovkası üzrə
metodik göstərişlər hazırlanmışdır.
III mərhələdə Azərbaycan respublikası Elmlər Akademiyasının torpaqşünaslıq
və aqrokimya institutunun aqroekologiya və torpaqların bonitirovkası
labaratoriyasında torpaqların məhsuldarlıq modellərinin və torpaq örtüyü
quruluşunun qiymətləndirilməsi, torpaqların aqroekoloji tədqiqatı və bonitirovkası
üzrə geniş işlər aparılır.
Azərbaycanda torpaq kadastrının inkişafının müəyyən yekunları
aparılmışdır. Bu yekunları əhəmiyyətli hesab etmək olar. Çünki onlar artıq
respublikanın kənd təsərrüfatı istehsalına, xalq təsərrüfatının planlaşdırılması,
proqnozlaşdırılması, və təbiətin qorunması məsələlərinin qoyuluşuna təsir edir. Bu
yekunlar nəzəri və tətbiqi kadastrın gələcək inkişafı və onun praktikada istifadəsi
üçün əsaslar verir.
|