20
Lakin, Suppiluliumasın oğlu Sanlansas Misir sarayında bir qrup əyan tərəfindən qəsd yolu ilə öldürülür.
Bununla da Anxesenpaamunun Xet şahzadəsini özünə ər və firon etmə cəhdi boşa çıxır.
Məlum olduğu kimi, Xet dövlətinin Suriyaya işğalçılıq yürüşləri firon Exnatonun dövrünə təsadüf edir.
Exnatonun islahatlara başı qarışması və xarici siyasətdəki səhvləri Misirin Suriya - Fələstin torpaqlarının Xet
dövləti tərəfindən tutulmasına gətirib çıxartmışdı və Misirlə Xet arasında toqquşma baş vermişdi.
Şahzadə Sanpansas öldürüldükdən sonra Suriyada hərbi əməliyyatlar yenidən başlandı. Suppiluliumasın
oğlu Arpuvandasın başçılığı ilə Xet dəstələri yenidən Amka ölkəsinə soxuldular. Bir müddət sonra Xet
ordusunda Misir əsirlərindən yayılmış taun epidemiyası baş vergi, və Xet ordusu hücumu dayandırmağa məcbur
oldu. Tezliklə Suppiluliumas özü də taun xəstəliyindən öldü. Bu hadisələrdən üç il sonra Misir taxt-tacına
Xoremxeb sahib oldu.
Xoremxebin şahlığı dövründə Misirin beynəlxalq mövqeləri xeyli möhkəmləndi.
Onun müharibələri
haqqında məlumat o qədər də çox deyil. O, Efiopiya və Suriyaya yürüşlər etmişdir. Suriyaya girərkən firon Xet
şahlığı ilə toqquşmaya bilməzdi. Fironun məğlub etdiyi şəhərlərin və ölkələrin siyahısında Fələstin və Suriya
şəhərləri, Şimali Finikiyada Uqarit və nəhayət, Xet şahlığı və Cənubi Anadoluda Artsava ölkəsinin adı vardır.
Lakin firon şimalda öz uğurlarmı möhkəmlədə bilmədi.
Suriyada Misir hökmranlığını bərpa etmək XIX sülalənin üzərinə düşdü. Bu sülalənin ilk fironu
Xoremxebin varisi I Ramses sonra isə I Seti oldu. I Seti şahlığının əvvəllərində Suriya
- Fələstinə yürüşə
başlayır. I Setinin yürüşünün bilavasitə məqsədi Fələstinin sakitləşdirilməsi idi. Misirin şimal torpaqları olan
Fələstində hərcmərclik hökm sürürdü və bunun başlıca səbəbkarı köçəri tayfalar idilər. Onlar firona qarşı
qiyama səbəb olur, bir-biri ilə müharibə aparır və ölkədə nizamsızlıq yaradırdılar. Fələstin məsələsində Setinin
siyasəti III və IV Amenxoteplərdən fərqli olaraq uzaqgörənliklə həyata keçirilirdi.
Arxada sakitləşdirilməmiş Fələstin ola-ola Xet şahlığı ilə mübarizə aparmaq qorxulu idi və buna görə
də firon Fələstini susdurdu. Buna baxmayaraq, Fələstinin sakitləşdirilməsi hələ XVIII sülalənin «dünyəvi»
dövlətinin bərpa edilməsi demək deyildir. Növbədə Suriyada ağalıq edən Xet şahlığı və ondan asılı vəziyyətdə
olan Amuru dururdu.
I Setinin Xet dövləti ilə müharibəsi həm də ondan asılı vəziyyətdə olan Suriya şahlıqları ilə müharibə
idi. Fironun qələbə yazılarında onun Xet torpağından qiyamçı ölkələri məhv edib suriyalıları qıraraq
qayıtmasından danışırlar. Firon Xet şahlığının hakimiyyətində olan və Suriya şəhərlərindən ən başlıcası
Amurrun darmadağın edəndən sonra Kadeş şəhərini tutdu.
Het dövləti və onun müttəfiqləri ilə müharibə Misir üçün uğurlu oldu. Fiv şəhəri şahın Amon silahına
hədiyyə kimi gətirdiyi Anadolu və Suriya əsirləri və müxtəlif növ qiymətli əşyalarla doludur. Fironun məğlub
etdiyi xalqlar və tutduğu şəhərlər arasında Fələstin və Cənubi Finikiya şəhərləri, orta Suriyada Kadeş, Kata,
Ullaza, Nahrima, Tunib var idi. Xet mixi yazılı mənbələrindən məlum olur ki, Suriyadakı Amuru şahlığı Misirin
tərkibinə daxil edilmişdir, yəqin ki, müəyyən vaxt Misir dövlətinin tərkibinə Oroit çayı üzərindəki Kadeş şəhəri
də daxil edilmişdi. Onun oğlu və varisi II Ramses bütün qələbələrinə baxmayaraq özündən əvvəlki şahlığının
sərhədlərinin şimal hissəsini saxlaya bilmədi.
Misirlə Xet şahlığının müharibəsi II Ramsesin hakimiyyətinin 5-ci ili (e.ə. 1300-cü il) başlandı. Bu ilin
hərbi əməliyyatlarmı firon özünün «ikinci qalibiyyətli yürüşü» hesab edirdi.
Misir yazılarının birində deyilir ki, şimal xalqları əlahəzrətin «sərhədlərinə hücum etmək üçün»
gəlmişdilər. Hər halda onu Xet dövlətinin fitnələri məcbur etsələr də hücum edən tərəf firon özü olmuşdur.
Bütün hadisələr Kadeş yaxınlığında baş vermişdi. Yadımıza salaq ki, I Setilin vaxtında Kadeş Misir dövlətinin
tərkibinə daxil edilmişdir, Ramsesin hakimiyyətinin 5-ci ili onun Misirə düşmən ittifaqın tərkibində olması bu
ərəfədə onun Misirdən qoparıldığını göstərir.
Xet şahı Muvattalis Misir ordusu ilə açıq döyüşdən çəkinirdi. Onun ordusu o dövrə görə çox saylı (28
min döyüşçü və 6 mindən çox at) olsa da, nizamsız idi və əsasən muzdlulardan ibarət idi. Ordunun əsasını Xet
dövlətinin döyüşçüləri təşkil edirdilər. Lakin onlardan başqa orduda öz qala bütün Anadolu və Suriya şahlarının
nümayəndələri var idi: Artsava, Luka, Kussuvadna, Aravana, Fəpətboyu, Suriya, Kapkemiş, Amino, Uqarit,
Nuxaşik, Kadeş köçəri tayfalar və s. Bu müttəfiqlərin hər biri öz hökmdarlarının başçılığı ilə hərəkət edirdi və
bu orduya rəhbərlik etmək Muvattalist üçün çox çətin idi.
Belə nizamsız ordu ilə mütəşəkkil Misir ordusuna qalib gəlmək çox çətin idi. Sonrakı 16
illik mübarizə
göstərdi ki, Xet ordusu açıq döyüşdən çəkinir daha çox Suriya qalalarında otururdu. Hətta Kadeş yaxınlığındakı
döyüşün də gedişi göstərirdi ki, Xet şahlığı hərbi gücdən çox hiylə ilə qalib gəlməyə ümid bəsləyirdi.
Mənbələrdən məlum olur ki, Ramses Kadeş şəhərini tuta bilmir. Rəqiblər bir-birinə güc gələ bilmədilər
və gözlənildiyi kimi, Xet şahı Muvatalis firona sülh təklif etdi. Bu haqda Kadeş yaxınlığındakı döyüş
haqqında yazılmış povestdə məlumat vardır. Burada Xet nümayəndələrinin məktubla Ramsesin yanına gəlməsi,
misirlilərin hərbi müşavirəsi və fironun düşmənin xahişinə «xeyirxahlıqla mərhəmət» göstərməsi haqqında
yazılır.
Ramsesin şahlığının 8-ci ili Misir ordusu yenidən Suriya - Fələstinə yürüş edir. Misir ordusunun
zərbələri altında Fələstin qalaları və tayfaları məğlub olurdular. Ramsesin qələbə abidələrində cənubda Aşkelon,
21
Ölü dənizdən şərqdə Moav, Finikiyada Akka, Livanın cənub sərhədi yaxınlığında yaxınlığında İenam və onlarla
naməlum torpaqlar göstərilir.
Müharibə Xet dövlətinin ərazisində keçdi və firon Amuru ölkəsindəki Dapur qalasına yaxınlaşdı. Firon
qalanın alınmasında şəxsən iştirak etdi və Xet qoşunu məğlub edildi. Mixi yazılı mənbələrdəki məlumata görə,
nəticədə yenə də Şimali Suriya və hətta Amuru şahlığı Xet şahlığının əlində qaldı.
II Ramsesin hakimiyyətinin 2I-ci ili sülh bağlanmasının mümkünlüyünü misirlilər düşmən qüvvələrinin
tamamilə gücdən düşməsi ilə izah edirdilər. Misirin güzəştə getməsi haqqında isə belə bir fərziyyə irəli sürmək
olar. Yeni Şahlıq fıronları Suriya-Fələstin təbəələrindən xərac alırdılar. Xəracın ağırlığı həmişə qiyamçı əhval-
ruhiyyəyə səbəb olurdu. Suriya -Fələstin torpaqlarına uzaqdan - uzağa sahiblik etmək orada güclü rəqib
olmadığı halda mümkün idi. Misirin belə bir rəqibi güclənmiş Het dövləti oldu.
II Ramses dövründə Misirin Xet şahlığı ilə münasibətləri III Tutmos dövrünün
Misirin Mitanni ilə
münasibətlərini xatırladırdı. Fərq bunda idi ki, Xet şahlığı Mitannidən xeyli güclü idi. Mitanni şahını öz
ölkəsində məğlub etmək olardı və Suriyadan əl çəkməyə məcbur etmək olardı. Xet dövlətini məğlub etməyə isə
Misirin gücü çatmadı və 16 illik üzücü mübarizədən sonra Ramses başa düşdü ki, Fələstin və Suriyanın bir
hissəsinə yalnız şimaldakı işğallardan imtina etdikdən sonra yiyələnmək olar.
Mənbələrin məlumatına görə, Misirlə Xet çarlığı arasında sülh müqaviləsi II Ramzesin çarlığının 17-ci
ilində - e.ə. 1280-cı ildə imzalanmışdır. Müxtəlif ədəbiyyatlarda fərqli tarixə də rast gəlmək mümkündür.
Sülh müqaviləsi II Ramses ilə Muvatallisin varisi III Hattusilis tərəfindən bağlandı. Bu müqavilə sülh,
qardaşlıq, xarici təcavüzün və daxili siyasi konfiliktlərin dəf edilməsində əməkdaşlıq haqqında məlum olan ən
qədim müqavilələrdən biridir.
II Ramsesin şahlığınm 2I-ci ilin qışın əvvəlində Xattusilisin səfiri, misirli tərcüməçinin müşayiəti ilə
fironun paytaxtı Per - Ramses şəhərinə gəldi və Misir şahına öz hökmdarı adından üzərində müqavilənin mixi
yazılı mətni olan gümüş lövhəciyi təqdim etdi. Bu lövhəcikdən müqavilə Misir dilənə tərcümə edildi və
sonradan Misir heroqrifləri ilə daş üzərinə həkk edildi. Müqavilənin qısa mətni belədir: «Qoy gələcəkdə,
əbədiyyətə qədər tanrı Misirin böyük hökmdarı və Xet ölkəsinin böyük hökmdarı arasında bu müqaviləyə
uyğun olaraq düşmənçilik yaranmasına imkan verməsin. Qoy Het ölkəsinin böyük hökmdarının övladları
Misirin böyük hökmdarı Ramses Meriamunun övladları ilə qardaş olsunlar və sülh şəraitində yaşasınlar. Qoy
Misirin böyük hökmdarı Ramses hər hansı bir yeri tutmaq məqsədi ilə heç vaxt Xet ölkəsinə hücum etməsin».
Müqavilənin mətnində daha sonra deyilirdi:
- Əgər hər hansı bir düşmən Misirin böyük hökmdarı Ramsesin torpaqlarına hücum edərsə və o, Xet
ölkəsinin böyük hökmdarına «Mənimlə düşmənə qarşı qalibiyyətli qoşununla birgə çıxış et deyə müraciət
edərsə, Xet ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın edəcək. Və əgər Xet ölkəsinin
böyük hökmdarı şəxsən
özü gəlmək istəməsə, o, ləngimədən öz piyada və cəng arabalarından ibarət qoşunu
göndərəcək və onlar onun düşmənbrini darmadağın edəcək.
- Əgər Misirin böyük hökmdarı Ramses Meriamun öz xidmətçilərinə qəzəblənərsə və ya onlar Ramsesə
qarşı hər hansı bir çıxış edərlərsə və o, onları darmadağın enmək istəyərsə Xet ölkəsinin hökmdarı onunla
birlikdə olacaq və Ramsesin qəzəblənməsinə səbəb olanların hamısını məhv edəcək.
- Əgər hər hansı bir düşmən Xetin böyük hökmdarının torpaqlarına hücum edərsə və o, Misir ölkəsinin
böyük hökmdarına müraciət edərsə, Misir ölkəsinin böyük hökmdarı gələcək və onun düşmənlərini darmadağın
edəcək.
- Əgər böyük Xet hökmdarının qulluqçuları ona qarşı qalxarlarsa, onda, Ramses Meriamun da
müqaviləyə uyğun olaraq onunla birlikdə olacaq. Və əgər Xet ölkəsinin hökmdarı «Mən öldükdən sonra qoy,
Ramses Meriamun böyük Xet hökmdarının varisinə köməyə gəlsin, » - deyərsə onda, o gəlsin.
- Əgər hansı bir əyan Misir torpağından Xet ölkəsinin hökmdarının yanına qaçarsa və yaxud Ramses
Meriamuna tabe olan Asiyadakı hər hansı bir şəhər ondan ayrılarsa və o, Xet hökmdarına müraciət edərsə qoy,
böyük Xet hökmdarı onları qəbul etməsin və əmr etsin ki, onları ağaları Ramses Meriamuna qaytarsınlar. Və
əgər hər hansı bir əyan Xet ölkəsindən qaçaraq böyük Misir hökmdarı Ramsesin yanına gələrsə yaxud hər hansı
bir şəhərli, hər hansı bir kəndli... Ramsesin yanına gələrsə, qoy, Ramses onları qəbul etməsin və əmr etsin ki,
onları Xet hökmdarına qaytarsınlar.
- Əgər Misir torpaqlarından I, 2 və ya 3
adam qaçarlarsa, və Xet hökmdarın yanma gələrlərsə, qoy, Xet
hökmdarı onları tutsun və böyük Misir hökmdarına qaytarmağı əmr etsin. Ramses Meriamuna qaytarılacaq
adama gəldikdə isə qoy, ona qarşı bu cinayətlə bağlı heç bir iş qaldırılmasın. Qoy, onun evini, arvad və
uşaqlarını məhv etməsinlər, qoy, onun özünü öldürməsinlər. Qoy onun gözlərinə, qulaqlarına, ayaqlarına xətər
yetirməsinlər. Qoy ona qarşı hər hansı cinayətə görə də iş qaldırmasınlar. Eyni qaydada Xet ölkəsindən adamlar,
fərdi yoxdur, I, 2 və ya 3 nəfər olsun, qaçıb böyük Misir hökmdarının yanına gələrlərsə, qoy böyük Misir
hökmdarı Ramses onları tutsun və böyük Xet hökmdarına qaytarmağı əmr etsin və qoy böyük Xet hökmdarı da
onların cinayətləri ilə bağlı heç bir iş qaldırmasın, evlərini, arvad və uşaqlarını məhv etməsin, özünü
öldürməsin, qulaqlarına, ağzına, ayaqlarına
heç bir xətər gətirməsin, ona qarşı başqa bir cinayət işi
qaldırmasın».