27.Dialektikanın qanunları Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə qarılıqlı keçməsigerçəkliyin ən ümumi, obyektiv qanunlarından biridir. Bu qanunun mahiyyətini və fəaliyyət mexanizmini başa düşmək üçün “keyfiyyət”, “xassə”, “kəmiyyət”, “ölçü”, “sıçrayış” və s. Anlayışları bir-birindən fərqləndirmək və mənimsəmək lazımdır.
Keyfiyyət – predmet və hadisəyə daxilən xas olan, onu başqa predmet deyil, məhz həmin predmet edən, saysız-hesabsız başqa predmetlərdən fərqləndirən ən başlıca cəhətdir, bütün mühüm xassələrin, qabiliyyət və cəhətlərin məcmusudur.
Xassə - predmet və hadisənin ancaq konkret bir cəhətini, bir xüsusiyyətlərini ifadə edir.
Kəmiyyət – predınet və əşyanın məkanda ölçüsünü, çəkisini, yerləşmə ardıcıllığını, böyüklüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyini, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır.
Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir.
Əksliklərin vəhdəti və mübarizəsi qanunununmahiyyətini, inkişaf prosesində rolunu və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik , “ziddiyyət”, “əkslik”, “münaqişə” (“konflikt”) və s. Anlayışların mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir.
Eyniyyət.hadisə və proseslər və onların öz daxili tərəfləri arasındakı əlavə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümumi eyniyyət təşkil edən cəhətlərinin ifadəsinə deyilir.
Fərqlilik – predmet, hadisə və prosesin daxili tərəf və meyllərini bır-birindən və başqa xarici hadisələrdən ayıran, fərqləndirən cəhətlərin ifadəsinə deyilir. Eyniyyət və fərqlilik anlayışları nisbidir, müəyyən şərait dəyişdikdə bir-birinə keçə, çevrilə bilərlər.
Ziddiyyət – predmet, hadisə və proseslər və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi, kəskinləşməsidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir. Ziddiyyət əksliyə, əkslik də ziddiyyətə çevrilə bilər.
Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi, toqquşması səviyyəsi münaqişədir. Onu deyək ki, yeninin meydana çıxması müəyyən müddət (bəzən uzun zaman ərzində) köhnənin içərisində, lakin köhnə ilə yeninin mübarizəsi şəraitində baş verir.