Verilənlər bazasının modelləri Sahələrin xüsusiyyətləri. Verilənlərin tipləri Verilənlər bazası sisteminin arxitekturası 5



Yüklə 0,74 Mb.
səhifə25/30
tarix24.12.2023
ölçüsü0,74 Mb.
#191392
1   ...   22   23   24   25   26   27   28   29   30
Veril nl r bazas n n modell ri Sah l rin x susiyy tl ri. Veril n

24. Aqreqat funksiyaları


Verilənlər bazasının idarə edilməsi zamanı müəyyən hesabat xarakterli funksiyaların (cəm, orta qiymət və s.) istifadə edilməsi lazım olur. Bunu yerinə yetirmək üçün Aqreqat funksiyalardan istifadə olunur. Aqreqat funksiyalar ya tam cədvəl üçün ya da hər hansı bölümə görə yerinə yetirilə bilər. Bu Aqreqat funksiyaların ən geniş istifadə olunanları aşağıdakılardır:



  1. SUM – müəyyən bölümlər üzrə cəmlərin tapılmasına imkan verir. Bunun üçün Design(Конструктор) rejimində bir sorğu qurmaq lazımdır. Alish cədvəlində Alish qiymətlərinin cəmini tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq lazımdır:

Select SUM(Alish_qiy)
FROM Alish;
QEYD 1: Alınan sütunun adını təyin etmək üçün AS(as) açar sözündən istifadə olunur. Bu zaman SQL kodu aşağıdakı kimi olur:
Selecet SUM(Alish_qiy) AS Cəm
FROM Alish;
QEYD 2: Конструктор rejimində Aqreqat funksiyalarından istifadə olunması üçün “Sahələr bölü­mün­də” konteks menyunu açaraq Груп­по­вые опе­рации əm­ri­ni yerinə yetirmək lazımdır.
Alish cədvəlində alış tarixinə görə alış qiymətlərin cəmini tapmaq üçün aşağı­dakı SQL kodunu yazmaq lazımdır:
Select SUM(Alish_qiy) AS [Qiymət], Alish.Alish_tarixi
FROM Alish
GROUP BY Alish.Alish_tarixi;
Bir bölümə nəzərən cəm funksiyalarını tapan zaman həmin bölümün adı GROUP BY operatoru vsitəsilə mütləq göstərilməlidir.

  1. AVG – orta qiymət

Cədvəl üzrə və ya onun lazım olan bölümü üzrə orta qiymətin tapılmasına imkan verir. Məs: Alish cədvəlində alış qiymətlərinin orta qiymətini tapmaq üçün aşağıdakı SQL kodundan istifadə etmək olar:
Select AVG(Alish_qiy) AS Orta_qiymət
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların orta qiymətini tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
Select AVG(Alish_qiy) AS Orta_qiymət, Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;

  1. MINminimum qiymət

Cədvəl və ya seçilmiş bölümləri üzrə min. qiyməti tapmağa imkan verir. Alish cədvəlində alış qiymətinin minumunu tapmaq üçün aşağıdakı SQL kodundan istifadə etmək lazımdır:
Select MIN(Alish_qiy) AS Minimum
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların minimum qiymətini tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
Select MIN(Alish_qiy) AS Minimum, Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;

  1. MAX – maxsimum

Cədvəl və ya seçilmiş bölümləri üzrə max. qiyməti tapmağa imkan verir. Alish cədvəlində alış qiymətinin minimumunu tapmaq üçün aşağıdakı SQL kodundan istifadə etmək lazımdır:
Select MAX(Alish_qiy) AS Maxsimum
FROM Alish;
Alış cədvəlində tarixə görə alınan malların maxsimum qiymət tapmaq üçün aşağıdakı SQL kodunu yazmaq olar:
Select MAX(Alish_qiy) AS Maxsimum, Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;.

  1. COUNT -

Cədvəl və ya cədvəlin müəyyən bölümləri üzrə yazıların sayını tapmağa imkan verir. Məs: Alish cədvəlində alış qiymətlərin ümümi sayını tapmaq üçün aşağıdakı SQL kodunundan istifadə olunur:
Select COUNT(Alish_qiy) AS Sayı
FROM Alish;
Cədvəl və ya cədvəlin müəyyən bölümləri üzrə yazıların sayını tarixə görə tapmaq üçün aşağıdakı SQL kodunundan istifadə olunur:
Select COUNT(Alish_qiy) AS Sayı ,Alish_tarixi
FROM Alish
GROUP BY Alish_tarixi;


  1. Yüklə 0,74 Mb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin