Verilənlər bazasının konsepsiyası


Atributlar arasındakı asılılıqlar



Yüklə 207,95 Kb.
səhifə8/23
tarix05.12.2022
ölçüsü207,95 Kb.
#72458
1   ...   4   5   6   7   8   9   10   11   ...   23
İbadov Adil

Atributlar arasındakı asılılıqlar


Nisbətin atributları arasında 3 cür asılılıqlar ola bilər: funksional, tranzitiv və çoxmənalı.


Funksional asılılıq atributlar arasındakı asılılıq növlərindən biridir. Funksional asılılıq bir tərəfdən onu göstərir ki, nisbətin açar olmayan hər bir atributunun qiyməti açar atributunun qiyməti ilə təyin olunur, digər tərəfdən isə açarın hər bir qiymətinə açar olmayan atributun yalnız bir qiyməti uyğun gəlir. Fərz edək ki, X və Y R nisbətin atributlarıdır. R nisbətində Y atributu X atributundan o vaxt funksional asılı olur ki, X atributunun hər bir qiymətinə Y atributunun yalnız bir qiyməti uyğun olsun. X atributunun Y atributundan funksional asılılığı (f) belə göstərilir:
f : X → Y
Adətən X əsas açar rolunda çıxış edir. Əgər X → Y və Y → X olarsa, onda X və Y atributları arasında birmənalı tam uyğunluq mövcuddur. 𝑋 ↦ 𝑌 işarəsi X və Y atributları arasında funksional asılılığın olmamasını göstərir.
Natamam asılılıq ona deyilir ki, tərkibli açara daxil olmayan atribut açardan bütövlükdə yox, onun bir hissəsindən asılı olsun.
Tam funksional asılılıq ona deyilir ki, tərkibli açara daxil olmayan atribut açardan bütövlükdə asılı olsun. Əgər X atributlar yığımı R nisbətinin tərkibli açarıdırsa, Y atributu X-in bir hissəsidirsə (Y X) və A atributu açara daxil deyilsə (AX), onda
XA və Y A
olduqda A atributu X-dən tam funksional asılı olur, əks halda, yəni X→A və Y→A olduqda A atributu X-dən natamam asılı olur.
Z atributu X atributundan o vaxt tranzitiv asılı olur ki, X, Y, Z atributları üçün X→Y, Y→Z şərti ödənilsin və eyni zamanda əks asılılıqlar (Y→X, Z→Y) olmasın.
Əgər R nisbətində X atributunun hər bir qiymətinə Y atributunun bir neçə qiyməti uyğun gəlirsə və Y-in digər atributlarla əlaqəsi yoxdursa, onda Y atributu X-dən çoxmənalı asılı olur. Çoxmənalı asılılıq 3 tipdə ola bilər: “birin - çoxa” (1:M), “çoxun – birə” (M:1) və “çoxun – çoxa ” (M:N). Onlar uyğun olaraq belə göstərilir:
X→→ 𝑌 𝑋 ← ← 𝑌 𝑋 ← ← → → 𝑌
Məsələn, eyni müəllim bir neçə qrupda və hər qrupda bir neçə fəndən dərs deyə biləcəyini nəzərə alaraq Müəllim (Soyad, Qrup, Fənn) nisbətində “Soyad” atributu ilə “Qrup” və “Fənn” atributları arasında 1:M tipli çoxmənalı asılılıq mövcuddur:
Soyad →→ Qrup Soyad →→ Fənn
.

  1. Yüklə 207,95 Kb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin