UŞaqlarin hüquqlari və jurnaliSTİka praktikasi hüquqlara əsaslanan perspektiV


BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı 10



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/18
tarix22.04.2017
ölçüsü1,25 Mb.
#15608
1   2   3   4   5   6   7   8   9   ...   18

BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

10

Uşaq Hüquqları haqqında 

Konvensiya

20 noyabr 1989-cu il tarixində Birləşmiş Millətlər 

Təşkilatı Uşaq Hüquqları haqqında Konvensiya-

nı təsdiq etdi. Bu, hazırda ölkələr tərəfindən imza-

lanmaqla və ratifikasiya edilməklə qanuni surətdə 

riayət olunması tələb edilən bir sazişdir. Sözü 

gedən sənəd insan haqlarının tam əhatəsinin 

birləşdirilməsi üçün ilk qanuni icbari beynəlxalq 

vasitədir. Dünya ölkələrinin hamısı Somali və Ame-

rika Birləşmiş Ştatları istisna olmaqla bu sənədi ra-

tifikasiya etmişdir. Somalinin hökuməti tanınmadı-

ğına görə ratifikasiya prosedurunu davam etdirə 

bilməmişdir.

Konvensiyanı imzalamaqla Amerika Birləşmiş 

Ştatları onu ratifikasiya etmək niyyətini bildirmişdir – 

lakin onun icrasını hələ də təmin etməmişdir. 

 Konvensiya əsasında uşaqlar öz ilkin ehtiyac-

larının yerinə yetirilməsi hüququna malik olacaqlar: 

yaşama, müdafiə, səhiyyə, qida və su. Həmçinin 

onlar özlərinin tam potensialının əldə olunması-

na kömək edən imkanlardan istifadə hüququna 

malikdirlər: təhsil, oyun, idman növləri, fikir azadlı-

ğı və onlara təsir edən qərarlara cəlb olunma. Kon-

vensiya vurğulayır ki, bütün uşaqlar eyni hüquqlara 

malikdirlər və həmin hüquqlar qarşılıqlı əlaqədədir 

və bərabər əhəmiyyət daşıyır. Həmçinin bu, uşaqla-

rın digərlərinin, xüsusən öz valideynlərinin hüquqla-

rına hörmət etmək məsuliyyətinə aiddir. 

BMT-nin Uşaq Hüquqları haqqında Konvensi-

yası 54 maddədən ibarətdir; hər biri müxtəlif hüqu-

qu təsvir edir. Bu hüquqlar dörd qrupa bölünür; ya-

şamaq, müdafiə olunmaq, inkişaf etmək və iştirak 

etmək. 

Yaşamaq hüquqları uşağın həyatda qal-

maq hüququnu və mövcud olmaq üçün ilkin ehti-

yaclarını qəbul edir. Bunlara qidalanma, sığınacaq, 

münasib yaşayış norması və səhiyyədən istifadə 

daxildir. 

İnkişaf hüquqları uşaqların özlərinin tam 

potensialını əldə etmək üçün nəyə ehtiyac duyduq-

larını təsvir edir; məsələn, təhsil, istirahət, mədəni 

fəaliyyət növləri, məlumat almaq və fikir, vicdan və 

din azadlığı. Müdafiə hüquqları uşaqların zorakılı-

ğın, laqeydliyin və istismarın bütün formalarından 

qorunmasını tələb edir. Onlar qaçqın uşaqlar üçün 

xüsusi müdafiəni, işləyən uşaqlar üçün müdafiə 

vasitələri və zorakılıq və ya istismarın hər hansı for-

masından əziyyət çəkən uşaqların qorunması və 

bərpası kimi məsələləri əhatə edir. 

İştirak hüquqla-

rı bütün uşaqlara öz icmalarında və cəmiyyətlərində 

Щюкумятин фяалиййяти вя йа фяалиййятсизлийи ъямиййятдяки щяр щансы диэяр тябягяйя нисбятян 

ушаглара даща эцълц тясир едир: Демяк олар ки, щюкумят сийасятинин щяр бир сащяси (мясялян, 

тящсил вя йа сящиййя) ушаглара мцяййян дяряъядя тясир эюстярир. Ушаглары нязяря алмайан 

гейри-узагэюрян сийасят ъямиййятин бцтцн цзвляринин эяляъяйиня хялял эятирир. 

Ушагларын фикирляри надир щалларда динлянилир вя сийаси просесдя нязярдян кечирилир: Цмумиййятля 

ушаглар сийаси просеслярдя сяс вермирляр вя йа иштирак етмирляр. Онларын фикирляриня хцсуси диггят 

йетирмядян - евдя вя мяктяблярдя, йерли иъмаларда вя щятта щюкумятлярдя ифадя олундуьу 

кими – бир чох мцщцм мясяляляря даир ушагларын фикирляри динлянилмядикъя щазырда онлара тясир 

едир вя эяляъякдя дя тясир едяъякдир. 

Ъямиййятдяки бир чох дяйишикликляр ушаглара гейри-мцтянасиб вя тез-тез мянфи тясир эюстярир: 

Аиля тяркибинин дяйишмяси, глобаллашма, мяшьуллуг нювляриндя йердяйишмяляр вя чохсайлы 

юлкялярдя сосиал рифащ щяъминин азалмасы ушаглара эцълц тясир едир. Бу дяйшикликлярин тясири 

хцсусян силащлы тоггушма вя диэяр фювгяладя щалларда даьыдыъы ола биляр. 

Ушагларын саьлам инкишафы щяр щансы ъямиййятин эяляъяк рифащы цчцн щялледиъи амилдир: Щяля

дя инкишаф етмякдя олдугларына эюря - йашлылара нисбятян даща чох - ушаглар йохсуллуг, гейри-

адекват сящиййя, гейри-гянаятбяхш гидаланма, ичмяли су чатышмамазлыьы, пис мянзил шяраити 

вя ятраф мцщитин чирклянмяси кими йохсул йашайыш шяраитиня хцсусян щяссасдырлар. Хястялийин, 

зяиф гидаланманын вя йохсуллуьун тясирляри ушагларын эяляъяйини вя бунунла онларын йашадыглары 

ъямиййятин эяляъяйини тящлцкя алтында гойур. 

Юз ушагларыны итирян ъямиййятин хяръляри чох бюйцкдцр: Сосиал-игтисади нятиъяляр эюстярир ки, 

ушагларын илкин тяърцбяляри онларын эяляъяк инкишафына хейли тясир эюстярир. Онларын инкишаф курсу 

щяйат бойунъа онларын ъямиййятя тющфясини вя йа зярярини мцяййян едир.


Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

11

fəal rol oynamaq üçün imkan verilməli olduğu-

nu qəbul edir. Bu hüquqlara uşaqların özlərinin 

həyatına toxunan məsələlərdə fikir və söz azadlığı 

daxildir. Onların bacarıqları inkişaf etdikcə, uşaqlar 

həmçinin məsuliyyətli yeniyetməlik dövrünə hazır-

lıq üzrə öz cəmiyyətlərində iştirak etmək imkanları-

na malik olmalıdırlar. 

 Konvensiyanın 41 mühüm maddəsindən 

dördünə xüsusi diqqət yetirilmişdir, çünki onlar 

əhatə olunan bütün hüquqların icrası üçün ilkin he-

sab edilir. Konvensiyanın «ümumi prinsipləri» kimi 

tanınmaqla, bu maddələr aşağıdakılardan ibarətdir: 

  Maddə 2: Konvensiya ilə zəmanət verilən bütün 



hüquqlar hər hansı növə ayrı-seçkilik qoyulma-

dan bütün uşaqlara verilməlidir. 

  Maddə 3: Uşağın ən yaxşı maraqları uşaqlarla 



bağlı bütün tədbirlərdə başlıca olaraq nəzərdən 

keçirilməlidir. 

  Maddə 6: Hər uşaq həyatda qalmaq, yaşamaq 



və inkişaf etmək hüququna malikdir. 

  Maddə 12: Uşağın fikri ona təsir edən bütün 



məsələlərdə nəzərdən keçirilməli və nəzərə  

alınmalıdır. 

Uşaq Hüquqları haqqında Konvensiyanın iki 

Fakültətiv Protokolu yaxın illərdə yaradılmışdır: 

  Uşaqların satışı, uşaq fahişəliyi və uşaq por-



noqrafiyasına dair Fakültətiv Protokol, 18 yan-

var 2002-ci il tarixli (A/RES/54/263, 25 may 

2000-ci il tarixli) 

  Silahlı toqquşmaya uşaqların cəlb olunması-



na dair Fakültətiv Protokol. Qəbul edilmişdir (A/

RES/54/263, 25 may 2000-ci il tarixli) 

Konvensiya uşağın və uşaqlığın yeni görü-

nüşünü əks etdirir. Uşaqlar nə öz valideynlərinin 

mülkiyyəti, nə də ki köməksiz mərhəmət obyektləri 

hesab olunurlar. Onlar insan varlıqlarıdır və öz 

məxsusi hüquqlarının predmetidirlər. Konvensi-

ya uşağın yaşına və inkişaf mərhələsinə uyğun hü-

quqlar və öhdəliklər ilə güclü, səriştəli fərd kimi  

ailənin və icmanın üzvü kimi uşaq təsəvvürünü 

canlandırır. Bu yolla uşaqların hüquqlarının tanın-

ması ilə konvensiya qəti surətdə bütövlükdə uşaq 

üzərində cəmləşir.   

 

Uşaq Hüquqları Komitəsi

Konvensiyanı ratifikasiya edən hökumətlər 

dövlətlərin konvensiyanı necə həyata keçirdiyinin 

monitorinq edilməsinə məsul olan ekspertlərdən 

ibarət bir quruma, Uşaq Hüquqları Komitəsinə 

(UHK) müntəzəm surətdə hesabat verməlidirlər. 

Bu hesabatlar ölkədə uşaqların vəziyyətini təsvir 

edir və uşaqların hüquqlarının reallaşdırılması 

sahəsində dövlətin yerinə yetirdiyi tədbirləri izah 

edir. Dövlətlərin hesabatlarının təhlilində UHK si-

yasi kursun müəyyən olunmasında və icrasında 

bir təlimat kimi hökumətin bütün səviyyəli orqanla-

rını konvensiyadan istifadə etməyə sövq edir. İn-

san haqlarının qorunması xarakterinə görə sonsuz 

bir proses olduğundan, təkmilləşdirmə üçün həmişə 

imkan vardır. 

Uşaqlar üzrə hüquqlara cavabdeh qurumun ya-

radılması və uşaqların hüquqlarının real olaraq 

nəyi kəsb etdiyi və necə reallaşa biləcəyinə dair 

məsələ mübahisə doğurmaqda davam edir. Uşaq-

ların hüquqlarının təmin olunması qismən belə 

bir faktın qəbul edilməsinə əsaslanır ki,  uşaqla-

rın həssaslığı barədə məlumatlılıq və bununla xü-

susi müdafiəyə olan tələbat onların ətrafındakı yaş-

lı nəsil tərəfindən qəbul edilən qərarlar nəticəsində 

əziyyət çəkməsinin qarşısını almamışdır. Uşaqların 

çətin vəziyyətində dərdinə şərik olma öz gücü və 

köməyi, öz tələbatları və hüquqları ilə fərdi şəxslərə 

nisbətən onların tez-tez kollektiv şəkildə nəzərdən 

keçirilməsinə və mərhəmət obyektləri kimi davranıl-

masına gətirib çıxarmışdır.

Nəticə etibarilə, uşaqları əhatə edən məsələlər 

çox vaxt qeyri-siyasi olaraq hesab edilmiş və həll 

olunmamışdır. Uşaq hüquqlarının əsas prinsi-

pi ondan ibarətdir ki, cəmiyyət uşaqların köklü eh-

tiyaclarının yerinə yetirilməsini və uşaqların fərdi 

xüsusiyyətlərinin, istedadlarının və bacarıqlarının 

inkişaf etdirilməsinə dəstək verilməsini öz üzərinə 

götürmüşdür. Uşaq Hüquqları haqqında Konven-

siyanın yaradılması hüquqlar barədə məlumatlılıq 

ilə müqayisədə daha geniş tərzdə ümumi qəbul 

olunmuş qaydanı və uşaqların qorunması üçün 

daha çox şansın olduğunu əks etdirir. Uşaq Hü-

quqları haqqında Konvensiya vasitəsilə uşağın in-

san hüquqları aydın, ardıcıl və müfəssəl şəkildə 

səciyyələndirilir. Onlara hörmət göstərilməsi və 

dəstək verilməsi üçün ilkin şərait vardır. 



Qiymətləndirmə təlimatı

BMT-nin Uşaq Hüquqları Komitəsinə və onun 

hesabatlara dair icmalına nəzərən ölkənizin mil-

li hesabatlarını hazırlayın və BMTUHK və onun 

yerli səviyyədə təsiri üzrə monitorinq mexanizmini 

müzakirə edin. 



Sonrakı şərh və resurslar

BMT Uşaq Fondu: Uşaq Hüquqları haqqında Kon-

vensiya: 

http://www.unicef.org/crc/index_index.html 

Uşaqların Hüquqları üzrə İnformasiya Şəbəkəsi 

(UHİŞ): 


http://www.crin.com/resources/treaties/CRC.asp? 

catName=International+Treaties&flag=legal&ID=6  

Uşaqların Hüquqları Birliyi

http://www.childrensrights.ie/convention.php  



BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

12

Oslo Çağırışı

1999-cu ilin noyabr ayında media layihələrinə 

cəlb olunan gənclər, media peşəkarları və uşaq 

hüquqları sahəsində çalışan mütəxəssislər beş 

sərlövhə altında bütün dünyadakı uşaqların hü-

quqlarının inkişaf etdirilməsində medianın oynaya 

biləcək rolunu müzakirə etmək məqsədilə Norveçin 

paytaxtı Osloda toplaşdılar: 

  uşaqların mediadan, o cümlədən yeni media-



dan istifadə etmək hüququ  

  uşaqların media maarifləndirməsinə və savadı-



na malik olmaq hüququ  

  uşaqların mediada iştirak etmək hüququ 



  mediada uşaqların zərərdən müdafiə olunmaq 

hüququ və zorakılığın ekranda göstərilməsi 

  uşaqların hüquqlarının qorunmasında və 



gücləndirilməsində medianın rolu.  

Onların müzakirələrindən «Oslo Çağırışı» mey-

dana gəldi. Bununla qəbul edilmişdir ki, «uşaq/me-

dia bağlılığı uşaqların geniş və çoxsahəli aləminə 

doğru giriş mərhələsidir və onların hüquqları-

nın – təhsil, fikir azadlığı, oynamaq, şəxsiyyət kimi 

formalaşmaq, səhiyyə, ləyaqət və özünə hörmət, 

müdafiə – və uşaq hüquqlarının hər bir aspektində, 

uşaq həyatının hər bir elementində uşaqlar ilə me-

dia arasındakı əlaqə özünəməxsus rol oynayır».

Oslo Çağırışı tədbirə doğru bir səda olmuş-

dur. Bu, uşaqlar ilə media arasındakı kompleks 

əlaqənin öyrənilməsi, inkişaf etdirilməsi, monito-

rinq edilməsi və həmin əlaqədə iştirak edilməsi 

ilə məşğul olan hər kəsə qarşı yönəlmişdir. Buna 

hökumətlər və təşkilatlar və uşaqlarla işləyən fərdi 

şəxslər, kütləvi informasiya vasitələrinin bütün 

səviyyələrində və bütövlükdə media peşəkarları 

və özəl sektor, o cümlədən media sahibləri, 

uşaqlar və gənclər, valideynlər, müəllimlər və 

tədqiqatçılar daxildir. (BMT Uşaq Fondunun Sehrli 

vebsaytı bu çağırışa bir cavabdır və digər kanallar 

və məlumatlar ilə yanaşı bütün dünyadakı uşaqlar 

tərəfindən, ilə və üçün media layihələrini 

nümayiş etdirir.)

UHK-nın ayrı-ayrı əsas maddələri media və 

uşaqlardan bəhs edir. Uşaq Hüquqları Komitəsi 

nəzərdən keçirilməsi üçün üç başlıca sahəni 

müəyyənləşdirmişdir:

  media reportajı vasitəsilə uşaq obrazının 



təkmilləşdirilməsi yolları  

  mediada uşaqların fəal iştirakının 



stimullaşdırılması  

  mediada uşaqların zərərli təsirlərdən



qorunması  

Maddə 17 məlumatın yayılmasında media-

nın mühüm rolunu müfəssəl izah edir ki, bu da 

üzv dövlətlərə spesifik tapşırışlar verməklə daha 

geniş mənada uşağın rifahını yüksəldir. Bu, onu 

şərtləndirir ki, dövlət «kütləvi media tərəfindən 

yerinə yetirilən vacib funksiyanı qəbul etməli» 

və «xüsusən uşağın sosial, ruhi və mənəvi rifa-

hı və fiziki və əqli sağlamlığının gücləndirilməsinə 

yönəlmiş müxtəlif milli və beynəlxalq mənbələrdən 

məlumat və material əldə etdiyinə təminat 

verməlidir».

Uşaq Hüquqları haqqında Konvensiyanın 12-ci 

Maddəsi uşaqlara toxunan məsələlərdə öz fikirlərini 

ifadə etmək üçün uşaqların hüququnu tanıyır. 

Maddə 13 fikir azadlığı hüququnu qoruyur: «Bu hü-

quq incəsənət formasında və ya uşağın seçiminə 

dair hər hansı vasitə ilə şifahi, yazılı və çap olun-

muş səviyyələrdən asılı olmayaraq, bütün növ 

məlumatları və ideyaları axtarmaq, əldə etmək və 

vermək sərbəstliyini ehtiva edir»

 Bu maddələr nəinki yaxşı məlumatlandırılmış 

vətəndaşların inkişaf etdirilməsinə, kütləvi infor-

masiya vasitəsilə gənclərin fikirlərinin daha yax-

şı dinlənilməsinə töhfə verməlidir. Bu, uşaqların 

məlumat dövriyyəsinin iştirakçılarından və benefisi-

arlarından ibarət olması barədə açıq bir mesajdır. 

Son iki onillikdə xüsusən yeni medianın artımı 

və internetin yaranması ilə uşaqlar və gənclər üçün 

media qlobal gündəlikdə getdikcə inkişaf etmişdir. 

Bəzi vasitəçilər media ilə uşaqların hüquqlarını re-

allaşdırmağa başlamışlar – məsələn, gənc audito-



ЯСАС АРАШДЫРМА ПРЕДМЕТЛЯРИ 

 Медианын эянъляря тясирляри  



 Ушагларын медиада ишыгландырылмасы  

 Ушагларын медиада иштиракы



3. UŞAQLARIN HÜQUQLARI VƏ MEDİA 

Uşaqların Hüquqları və Jurnalistika Praktikası – Tələbənin İstiqamətləndirilməsi

13

riyanın yüksək keyfiyyətli media tərkibindən istifadə 

etdiyinə təminat verməklə, gənclərin fikirlərinin 

dinlənilməsinə imkanlar yaratmaqla və uşaqlara 

nəzərən etik davranışların işıqlandırılmasını tələb 

etməklə. 



Medianın gənclərə təsirləri 

Medianın təsirləri – xüsusən uşaqlarla bağ-

lı mediada zorakılıq barədə çoxsaylı tədqiqatlar 

yerinə yetirilmişdir. Miçiqan Universitetinin pro-

fessoru L. Rauvel Hyusman (2000) kimi bəzi 

ekspertlərin mühakiməsinə görə, əlli illik dəlil onu 

göstərir ki, «media zorakılığına qarşı müdafiə 

olunmama uşaqların daha aqressiv rəftar 

etməsinə və sonrakı illərlə yaşlılar kimi onlara təsir 

göstərməsinə səbəb olur». Hər halda, Toronto 

Universitetinin professoru Conatan Fridman kimi 

digərlərinin qənaətinə görə, «elmi dəlil zorakılı-

ğın müşahidə edilməsinin insanlarda zorakılıq do-

ğurduğunu və ya ona qarşı həssaslığı azaltdığını 

sadəcə göstərmir». 

Medianın yayılması və qloballaşması hazır-

da müasir gənclik mədəniyyətinin xüsusiyyətlərini 

müəyyən edən amillər arasında yer tutur. Bir 

çox ölkələrdə gənclər əvvəlki ənənəvi, peyk 

və kabel televiziyası kanalları, radiostansiya-

lar, qəzetlər və jurnallar internet, kompüter və 

video oyunlara nisbətən çoxsaylı multimedia 

seçimlərindən istifadə edirlər. Hazırda dünyanın 

əksər bölgələrində xarici proqramlaşdırma və me-

dia üçün geniş imkanlar, eləcə də daha az sen-

zura və nəzarət mövcuddur. Məlumatlar, e-mail 

və kadrlar əvvəlkilərlə müqayisədə dünyada daha 

tez və daha sərbəst yayılır. Müdafiə, habelə iştirak 

məsələləri nəzərdən keçirilməlidir. 

Uşaqların mediada 

işıqlandırılması

Uşaqların mediada işıqlandırılması uşaqlara 

və uşaqlığa olan münasibətlərə dərin təsir edir və 

yaşlıların uşaqlara qarşı davranışına mühüm nü-

fuz edir. Media təsvirləri gənclərin münasibətlərinə 

və ümidlərinə təsir göstərərək onlar üçün təqlidi 

modelləri təmin edir. Medianın təcəssüm etdirdiyi 

və ya hətta diqqət göstərmədiyi üsulla uşaqlar on-

ların adından qəbul edilən qərarlara və cəmiyyətin 

qalan təbəqəsinin onlarla necə hesablaşdığına təsir 

edə bilərlər. Media tez-tez uşaqları sakit «qurban-

lar» kimi təsvir edir. 

Uşaqları və gəncləri özləri üçün danışmaq im-

kanları ilə təmin etməklə – öz ümidləri və qorxu-

ları, nailiyyətləri və yaşlıların davranışının onların 

həyatına təsiri barədə – media peşəkarları uşaqla-

rın fərdi insan varlıqları kimi hörmət göstərilməsinə 

layiq olduğunu ictimaiyyətə xatırlatmalıdır. 

Beynəlxalq Jurnalistlər Federasiyasına əsasən, 

uşaqların mediada işıqlandırılması əfsanələr toplu-

sunu daimiləşdirir:

  İnkişaf etməkdə olan ailələr, yoxsulluq 



şəraitində yaşayan uşaqlar və müharibə 

və fəlakət qurbanları öz fərdiyyətini və in-

sanlığını itirirlər. Onlar çox vaxt hərəkət 

etmək, düşünmək və ya özləri üçün da-

nışmaq qabiliyyətində olmayan köməksiz 

zərərçəkmişlər kimi təsvir edilir.

  Uşaq Hüquqları haqqında Konvensiyada təsvir 



olunduğu kimi, uşaqlarla toqquşan məsələlərin 

geniş kütləsini nəzərə almayaraq uşaqla-

ra dair məsələlərin işıqlandırılması sensasiya 

üzərində cəmləşir.

  Uşaqlar haqqında media hesabatları çox vaxt 



kiçik təhlil və ya heç bir təhlil və ya müşahidə 

olmadan birdəfəlik əhvalatlaran ibarətdir.

  Uşaqların məxfiliyinə həmişə hörmət 



göstərilmir.

 



  Uşaqlar xəbərlərdə aktual mövzuya 

çevrildikdə, onlar tez-tez «Afrikada aclıq çəkən 

uşaqlar» və «məsuliyyətsiz yeniyetmələr» ola-

raq stereotiplər kimi canlandırılır. 

Uşaqların hüquqları, o cümlədən oynamaq, 

əyləncə/istirahət və idman hüququna dair ge-

niş məsələlərin çox vaxt xəbər üçün maraqlı ola-

raq hesab edilmədiyinə baxmayaraq, uşaq zorakı-

lığı, cinayətə cəlb olunan uşaqlar və küçə uşaqla-

rı haqqında əhvalatlar üstünlük təşkil etməyə meyl 

göstərir. Nəticə isə «uşaqların qurbanlar kimi» ta-

razlaşdırılmamış təəssüratına gətirib çıxarır. 

Media istehsalında uşaqları və gəncləri əhatə 

edən Uşaqların Fikri adlı Britaniya təşkilatı onla-

rın özləri üçün qəzet materiallarının yazılması və 

redaktə edilməsi ilə 1998-ci ildə bir həftə üzrə mil-

li qəzet buraxılışını monitorinq etdi. Tədqiqatçılar 

«yeddi ölümcül stereotipi» aşkar etmişlər. Dövrilik 

qaydasında onlar belə olmuşdur:  

   


 ‘Körpələr qurbanlar kimi’: 31,5% 

 ‘Ağıllı körpələr’ (sərbəst obrazlar): 26,7% 



 ‘ Balaca şeytanlar’ (‘şeytanlaşan’ uşaqlar): 

10,8% 



 ‘Körpələr parlaqdırlar’ (qeyri-adi uşaqlar): 9,7% 



 ‘ Körpələr ləvazimatlar kimi’ (yəni, valideynlərin 

mülkiyyəti): 8,4% 

 ‘ Körpələr hazırkı günlərdir!’ (yaşlıların keçmiş 



həsrəti): 7,5% 

 ‘Balaca mələklər’ (səhv edə bilməyənlər): 5,4% 



Stereotipin sübutu 2004-cü ildə Britaniya-

nın Müasir Gənclər jurnalı üçün Beynəlxalq Ba-

zar və Rəy Tədqiqatı (BBRT) tərəfindən aparı-

lan araşdırmada göstərilir. Araşdırmada qeyd edil-



BÖLMƏ 1: Uşaqların Hüquqlarının Təqdimatı

14

mişdir: «Bu qruplar [gənclər] mətbuatdakı mənfi 

stereotipləri qavrayırlar və hiss edirlər ki, onlar öz 

dostları ilə ictimai yerlərdə olduqda yaşlıların on-

lara necə münasibət bəsləməsi baxımından bu, 

gündəlik həyat tərzinə təsir edir. Həmçinin on-

lar inanırlar ki, jurnalistlər gənclərin davranışları-

nın qiymətləndirilməsi baxımından yüksək mənəvi 

əsaslanmaya malik olmaqda çevikdirlər.» Onlar 

buna riyakar mövqe kimi baxmışlar, nəzərə ala-

raq ki, onların inandıqları jurnalistlər qəzetləri sat-

maq və pul qazanmaq üçün məlumatı həddindən 

artıq şişirtməyə meyl etmişlər: «Əgər onların yaz-

mağa bir mövzusu olmasa, təqdim edilməsi üçün 

nəsə tapacaqlar. Bunun kimsənin nüfuzuna xələl 

gətirdiyinin onlar üçün heç bir fərqi yoxdur.» Sözü 

gedən araşdırma əvvəlki BBRT tədqiqatına (2003) 

uyğundur ki, bu da 11-18 yaşlı 914 nəfərin üçdə iki-

sinin (64%) həqiqəti onlara söyləmək üçün heç bir 

jurnalistə inanmayacaqlarını bildirdiyini aşkar et-

mişdir. 

Beləliklə, uşaqların hüquqları barədə ictimai 

məlumatlılığın artırılmasında medianın mühüm rol 

oynamasına baxmayaraq, onlar qeyri-müəyyən 

tərəfdaş ola bilərlər. 

Mediada uşaqların istismarı

Başqa bir həlledici məsələ xüsusən pop musi-

qisinin və modanın işıqlandırılması vasitəsilə me-

dianın uşaqları vaxtından əvvəl cinsi fəal olmağa 

və ya cinsi fəal kimi görünməyə stimullaşdırıb-

stimullaşdırmamasından ibarətdir. 

Bir tərəfdən, kütləvi informasiya vasitələri qəzet 

məlumatları, fotoşəkillər, sənədli filmlər və dram 

əsərləri ilə zorlanan və zorlayanın əhvalatlarını 

açıqlayır. Digər tərəfdən, onlar xəbərlər və reklam 

ilə uşaqların cinsi təhrikedici obrazlarının yaradıl-

ması ilə özləri istismarçıya çevrilə bilərlər. 

Media peşəkarları uşaqların hüquqlarının 

müdafiəsinə yönələn səyləri diqqətlə nəzərdən 

keçirərək və uşaqların qarşısında öz öhdəliklərini 

yerinə yetirməyənləri tənqid edərək, bu hüquqla-

rın xəbərlərin gündəliyində saxlanılmasına hazır ol-

duqlarını bildirmişlər. Lakin kommersiya təzyiqləri 

bu məsuliyyətdən yayınmaq üçün mediaya təsir 

edə bilər. Etika kodeksi kommersiya öhdəliklərinə 

qurban verildikdə, maraqların qeyri-münasib taraz-

lığı üstünlük təşkil edir. 



Mediada uşaqların iştirakı 

 Xüsusən gənclərin onlara toxunan məsələlər 

barədə tam mənada öz fikirlərini ifadə etmək 

imkanı olduqda, gənclərin mediada iştirakı-

nın nümunələri onların ətraf mühitindəki maraq-

larına dəlalət edir. Maraq qruplarının və media 

təşkilatlarının artan sayı gənclərə mediada iştirak 

etmək üçün geniş imkanlar yaradır.



Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin