Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi Macarıstanın Semmelveis Universiteti ilə anlaşma memorandumu imzalanıb



Yüklə 245,63 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix28.11.2016
ölçüsü245,63 Kb.
#346
  1   2   3

Uroloqlar 

Assosiasiyasının 

növbəti tədbiri 

keçirildi

Macarıstanın Semmelveis Universiteti ilə 

anlaşma memorandumu imzalanıb

İ.İSMAYILOV: 

“ƏMƏKDAŞLARIMIZ YÜKSƏK İXTİSASLI MÜTƏXƏSSİSLƏR KİMİ 

KAFEDRANIN KLİNİK BAZALARINDA MÜALİCƏ İŞLƏRİNƏ 

RƏHBƏRLİK EDİR”

 

 



 

 

                  



Qəzet 1933 -cü ildən çıxır.                 № 05 (1623) 15 mart 2016 - cı il                           Qiyməti 50 qəpik

Tədris Cərrahiyyə klinikasında «ilkin yardım 

haqqında maarifləndirmə» tədbiri keçirilib

ÜMUMDÜNYA BÖYRƏK 

GÜNÜ QEYD OLUNDU

İmtahan sessiyasının yekunları 

müzakirə olundu

BU  SAYIMIZDA 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban 

Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları Forumun rəsmi açılışın-

da iştirak ediblər.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal 

Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası di-

aloqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən 

qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilir. 

Bundan başqa, enerji və qlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də 

Forumun gündəliyinə daxildir.

Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı 

Forumda 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla, 53 ölkədən 

300-dən çox nümayəndə iştirak edib.

*** 


Dövlətimizin başçısı rəsmi açılışda nitq söyləyib.

Martın 10-da Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” 

mövzusunda IV Qlobal Bakı Forumunun rəsmi açılışı olub.

2, 4

4

6

3

5

7

Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında iştirak edib

http://www.amu.edu.az

15 mart  2016-cı il

2

B Ö   Y Ü K   E L   M İ   Ş U   R A D A



Sonra ATU-nun tədris hissə müdiri, 

dosent Nəsimi Qasımovun “2015- 

2016-cı tədris ilinin payız semestrinin 

imtahan sessiyasının yekunları və yaz 

semestrində tədris prosesinin daha da 

yaxşılaşdırılması işində universitet 

kollektivinin vəzifələri” barədə hesabatı 

dinlənildi.

  

Ölkə  başçısı  cənab  İlham  Əliyevin 

Sərəncamı  ilə    «Azərbaycan  Respub-

likasında  Təhsilin  İnkişafı  üzrə  Dövlət 

Strategiyası»na müvafiq Azərbaycan Tibb 

Universitetinin  strateji  inkişaf  planının 

təsdiq edildiyini diqqətə çatdıran məruzəçi 

bildirdi ki, həmin plana əsasən  universitet 

kollektivi  2015-2020-ci  illəri  əhatə  edən 

tədbirlərin həyata keçirilməsi üçün  bir sıra 

strateji məsələləri həll etməlidir.

 

Sözünə  davam  edən  N.Qasımov  dedi 



ki,  bununla  yanaşı  ölkə  Prezidentinin 

«Şəffaflığın  artırılması  və  korrupsiyaya 

qarşı  mübarizə  üzrə  milli  strategiyanın 

təsdiq  edilməsi  barədə»  Sərəncamına 

müvafiq  olaraq  ölkənin  təhsil  sferasında, 

o  cümlədən  ali  təhsil  müəssisələrində 

də  geniş  miqyaslı  tədbirlərin  həyata 

keçirilməsi  davam  etdirilir:  “Azərbaycan 

Respublikası  Millətlərarası  Multikultura-

lizm  və  Dini  Məsələlər  üzrə  Dövlət  Mü-

şavirinin  məktubuna  əsasən  bakalavr  və 

ali  tibb  təhsilinin  əsas  təhsili  pilləsində 

«Multikulturalizmə giriş» fənninin tədrisinə 

başlanılmışdır.  

Cari  tədris  ilinin  payız  semestrinin  im-

tahan  sessiyasının  obyektivlik,  aşkar-

lıq  və  şəffaf  şəkildə  keçirilməsi  ilə  bağlı 

ənənəvi  olaraq  professor-müəllim  heyəti 

ilə  tələbələrin  birgə  yığıncaqları  keçiril-

miş və bu yığıncaqlarda qarşıya çıxan və 

həlli  vacib  olan  bütün  məsələlər  opera-

tiv  qaydada  həll  edilmişdir.  Kafedralarda 

ayrı-ayrı  fənlərdən  test  bankının  yaradıl-

ması  istiqamətində  də  xeyli  iş  görülmüş-

dür.  Universitetin  metodik  və  innovasiya 

şöbəsi tərəfindən test tərtibinə cəlb olunan 

professor-müəllim  heyəti  ilə  seminarlar 

keçirilmiş,  tərtib  olunmuş  testlərin  texniki, 

metodiki ekspertizası aparılmış, fənlər üzrə 

ekspertlər müəyyən edilmiş və onların işti-

rakı  ilə  suallar  sonuncu  dəfə  yoxlanılaraq 

test bankına yerləşdirilmişdir. 

      Cari tədris ilinin əvvəlində  universitet 

rəhbərliyinin  apardığı  gərgin  iş  sayəsində 

keçən  ilki  maliyyə  sıxıntıları  müəyyən 

qədər aradan qalxmışdır. Dövlət sifarişi ilə 

təhsil alan tələbə, magistr və rezidentlərə 

verilən vəsait müəyyən qədər artırılmışdır. 

Bunun  nəticəsidir  ki,  2015-ci  ildə  əmək 

haqqları əldə olunan əlavə vəsaitlərin he-

sabına 2 dəfə, 2016-cı ildə isə 1 dəfə ar-

tırılmış, yeni il qabağı bütün əməkdaşlara 

100 manat məbləğində yardım verilmişdir. 

Cari  tədris  ilindən  universitetin  bütün  ix-

tisas  və  kurslarında  tədris  kredit  sistemi 

ilə aparılır. Yeni sistem ilk illərdə müəyyən 

çətinliklər  yaratsa  da,  ilbəil  tədris  prose-

si  təkmilləşdi,  çətinliklər  aradan  qalxdı, 

professor-müəllim  heyəti  və  tələbələrimiz 

də  bu  sistemə  uyğunlaşdı.  Aparılan  isla-

hatlar nəticəsində məzunlarımız daha yax-

şı bilik və bacarıq əldə edərək bir hissəsi 

təhsillərini ölkəmizdə və ya xarici ölkələrdə 

rezidentura və magistraturada davam etdi-

rir,  digərləri  isə  Səhiyyə  Nazirliyinin  təyin 

etdiyi  ixtisaslar  üzrə  həkimlik  fəaliyyətinə 

başlayırlar. 

2015-ci  ilin  noyabr  ayından  başlayaraq 

universitetin və fakültələrin elmi şuraların-

da, rektorluq şurasında və mərkəzi meto-

dik komissiyanın iclaslarında 2015/2016-cı 

tədris ilinin payız semestrində universitetdə 

tədrisin təşkili və gedişi, payız semestrinin 

imtahan  sessiyasına  hazırlığın  vəziyyəti 

dəfələrlə müzakirə edilmişdir”. 

İmtahan 


sessiyasının 

nəticələrini 

diqqətə çatdıran tədris hissə müdiri bildir-

di ki, təsdiq edilmiş imtahan şəbəkəsinə 

müvafiq olaraq ayrı-ayrı fakültə və kurs-

larda  29  dekabr  2015-ci  il  -  01  fevral 

2016-cı ildə aparılmışdır:

“Sessiyanın  ilkin  nəticələrinə  görə 

klassik  qaydada  imtahan  verən  tibb 

məktəbinin tələbələri 130 halda imtahan-

da iştirak etmiş, 9 - 6,9% halda imtahana 

gəlməmişdir. 

Klassik  qaydada  aparılan  imtahanın 

nəticələrinə görə 38 (29,2%) halda «əla»,  

62  (47,6%)  -  yaxşı,  21  (16,1%)  -  halda 

«kafi» qeyd edilmişdir. 

  Kredit  sistemi  ilə  təhsil  alan  tələbələr 

44019 (keçən il 41262) halda imtahanda 

iştirak etmişdir. 

Sessiya  müddətində  imtahan  verməli 

olan  6033  tələbədən  5965  nəfəri  imta-

handa  iştirak etmişdir. 68 nəfər bu və ya 

digər səbəbdən payız semestrinin imtahan 

sessiyasında  iştirak  etməmişdir  ki,  bu  da 

tələbələrin 1,1%-dən çoxunu təşkil edir.  

İmtahan  sessiyasını  5636  nəfər  tələbə 

müvəffəqiyyətlə  başa  vurmuşdur.  On-

lardan  1015  nəfər  (17%)  sessiyanı  «əla» 

qiymətlərlə,  2549  nəfər  (42,7%)  «əla»  və 

«yaxşı»  qiymətlərlə,  2073  nəfər  (34,7%) 

qarışıq  qiymətlərlə  bitiriblər.  Sessiya-

nın  nəticələrinə  görə  329  nəfər  (5,5%) 

tələbənin akademik borcu (F) qalıb. Onlar-

dan 198 nəfərin yalnız 1 fəndən, 55 nəfərin 

2  fəndən,  76  nəfərin  3  fəndən  akademik 

borcu qalmışdır. 

Universitet  üzrə  mütləq  mənimsəmə 

göstəricisi 94,4% (keçən il 95,1%), keyfiyyət 

göstəricisi 59,7% (keçən il 60,7) olub.  

Payız  semestrinin  imtahan  sessiyasının 

nəticələrinə  görə  universitet  üzrə  əlaçılar 

17% (keçən ilin müvafiq dövründə 10,3%), 

akademik  borcu  qalanlar  isə  5,5%  (4,9%) 

olmuşdur.   

Kredit sistemi ilə 133 fənn üzrə imtahan 

verilmişdir  ki,  onların  90-da  «qeyri-kafi» 

qiymət qeyd olunmamışdır”. 

N.Qasımov  vurğuladı  ki,  universitet 

rəh bərliyi  ayrı-ayrı  klinikalarda  və  ka-

fedralarda  professor-müəllim  heyəti  ilə 

görüşlərində  Azərbaycan  Respublikasın-

da təhsilin inkişafı üzrə Dövlət Strategiya-

sının  ən  vacib  hədəfləri  barəsində,  kredit 

üsulu  ilə  tədrisin  aparılma  qaydaları  haq-

qında,  testlərin  hazırlanması,  tələbələrin 

praktik  məşğələlərdə  və  seminarlarda 

fəaliyyətinin qiymətləndirilməsi, bacarıqla-

rın  öyrədilməsi  ilə  bağlı  müzakirələr  apa-

rılmışdır. Bu məsələlər fakültə şuralarında, 

tələbələrlə istehsalat müşavirələri zamanı 

görüşlərdə də geniş müzakirə olunmuşdur. 

Lakin  bu  məsələlərin  ətraflı  müzakirəsinə 

baxmayaraq  yenə  də  bəzi  kafedralarda 

testlərin hazırlanmasında, imtahan zamanı 

nəzərə  çarpacaq  dərəcədə  qüsurların  ol-

ması aşkarlanıb. 

O, qeyd etdi ki, universitet üzrə 57 tələbə 

appelyasiyaya  ərizə  ilə  müraciət  etmiş-

dir.  Onlardan  40  şikayəti  əsaslı,  qalanla-

rı  isə  əsassız  olmuşdur.  Appelyasiyaya 

ərizələrin  sayı  keçən  illə  müqayisədə  2 

dəfə azalmışdır.

Payız  semestrinin  imtahan  sessiyasının 

nəticələrini  ilkin  araşdırdıqda  tələbələrin 

gündəlik fəaliyyətindən əldə etdiyi bal və 

test üsulu ilə kompyuterlərlə aparılan imta-

hanların birgə nəticəsinə əsasən kəmiyyət 

və  keyfiyyət  göstəriciləri  cüzi  miqdarda 

aşağı olsa da, 94,4% və 59,7% (keçən il 

95,1%  və    60,7%),  «əla»  qiymətlər  xeyli 

yüksək - 41,3% (keçən il31,6%) olmuşdur. 

“2015/2016-cı  tədris  ilinin  əvvəlindən 

başqa universitetlərə keçidlə əlaqədar ola-

raq 45 tələbə (onlardan 35 nəfər Türkiyə 

universitetlərinə keçidlə əlaqədar, 10 nəfər 

isə başqa səbəblərdən) universitetdən xa-

ric  olmuşlar.  Bu  barədə  xarici  tələbələr 

dekanlığı mütəmadi olaraq xarici ölkələrin 

səfirlikləri və  nümayəndələri ilə görüşlərdə 

onlara  şifahi  və  yazılı  olaraq  məlumatlar 

verilmişdir.

Eyni  zamanda  158-hazırlıq  şöbəsinin 

dinləyiciləri payız semestrinin imtahan ses-

siyasında dil fənnindən imtahan veriblər.

Cari  tədris  ilində  test  imtahanları  üçün 

suallar  dəfələrlə  ekspertizadan  keçsə  də, 

yuxarıda  qeyd  etdiyim  kimi,  bir  sıra  ka-

fedralar  tərəfindən  hazırlanmış  testlərdə 

yenə  də  səhvlər  aşkar  olunur.  Keçən  illə 

müqayisədə  bu  xeyli  azalsa  da,  təəssüf 

ki, istər texniki, istərsə də mövzu qüsurları 

hələ də vardır.    

Məruzəçi bildirdi ki, bu il 600-dən çox bal 

toplayan 395 nəfər əlaçı kimi bizim univer-

sitetin I kursuna daxil olmuşlar ki, onların 

da    24  nəfəri  Prezident  təqaüdçüsüdür. 

Tədris  ilinin  əvvəlinə  universitetdə    55  

Prezident  təqaüdçü  təhsil  alırdı.  Sessi-

yanın  nəticələrinə  görə  onların  sayı  45 

nəfərə qədər azalıb. Sessiya müddətində 9   

təqaüdçümüz  sessiyanı  «əla»  qiymətlərlə 

başa  vurmadığına  görə  əlaçılıqdan 

düşmüşlər.  Bünlardan  8  nəfəri  I  kurs,  1 

nəfəri II kurs tələbələridir. 



İmtahan sessiyasının yekunları müzakirə olundu

F

evralın 29-da Böyük Elmi 

Şuranın növbəti iclası 

keçirilmişdir. İclasa sədrlik edən 

ATU-nun rektor əvəzi, tədris işləri 

üzrə prorektoru, professor Sabir 

Əliyev gündəliyə keçməzdən öncə 

universitetin beynəlxalq əlaqələr 

üzrə prorektoru, dosent Rəhimə 

Qabulovanı 50, travmatologiya və 

ortopedik terapiya kafedrasının 

müdiri, professor Əhməd Əhməd-

zadəni isə 70 illik yubiley 



münasibətilə təbrik etdi, onlara 

gələcək işlərində uğurlar arzuladı.  

15 mart    2016-cı il

http://www.amu.edu.az

3

Martın 3-də ATU-nun Tədris 

Terapevtik Klinikasının Tibbi 

Şurasının genişləndirilmiş iclası 

keçirilib. Klinikanın direktoru 

professor Surxay Musayev iclası 

açaraq gündəlikdəki məsələlərlə bağlı 

şura üzvlərini tanış edib. S.Musayev 

klinikada çalışan xanım professor-

müəllim heyətini və əməkdaşları 

qarşıdan gələn 8 Mart Beynəlxalq 

Qadınlar bayramı münasibətilə təbrik 

edib.

Gündəlikdə  olan  birinci  məsələ  ilə 

bağlı baş həkim, dosent Ramin Bay-

ramlı çıxış edib.

O, klinikanın fevral ayındakı müalicə-

diaqnostik fəaliyyəti ilə bağlı hesabatı 

şura üzvlərinin diqqətinə çatdırıb.

Fevral  ayı  ərzində  klinikanın 

şöbələrində  stasionar  və  gündüz 

rejimdə  müalicə  alan  pasiyentlər 

barədə  ətraflı  məlumat  verən  baş 

həkim,  ötən  ayla  müqayisədə  fevral 

ayında daha çox xəstə qəbul olundu-

ğunu bildirib.

Reanimasiya  və  İntensiv  terapiya 

şöbəsinin  fəaliyyətini  xüsusi  vur-

ğulayan  baş  həkim  qeyd  edib  ki, 

fevral  ayında  bu  şöbəyə  çox  ağır 

vəziyyətdə  5  uşaq  gətirilmişdi.  On-

lar  ağciyərlərin  atelektazı  diaqnozu 

ilə klinikamıza gətirildi və həkimlərin 

səyi  nəticəsində  həmin  uşaqlar  çox 

ağır  vəziyyətdən  çıxarılaraq,  müva-

fiq  şöbələrə  köçürüldü.  Ən  müasir 

imkanlara və peşəkar kadrlara malik 

uşaq  reanimasiya  şöbəsinin  yaradıl-

dığını  vurğulayan  baş  həkim  bildirdi 

ki, ağciyərlərin atelektazı, pnevmoni-

ya, pnevmotoraks diaqnozları ilə da-

xil olan və artıq 30 gündür ki, müalicə 

alan daha bir uşağın vəziyyətində də 

yaxşılığa doğru çox ciddi irəliləyişlər 

var, xəstə artıq süni tənəffüsdən ay-

rılıb. O da həkimlərin qərarı ilə yaxın 

günlərdə şöbəyə köçürüləcək.

2015-ci ilin fevral ayı ilə müqayisədə 

xəstələrin  sayında  azalma  müşahidə 

edildiyini  deyən  baş  həkim  onu 

da  qeyd  edib  ki,  klinikada  xəstəlik 

tarixlərinin 

təhlilinin 

aparılma-

sı  zamanı  əslində  bu  göstəricinin 

kəmiyyətcə olduğu, xəstələrin ağırlıq 

dərəcəsinin isə daha geniş profilli ol-

duğu  anlaşılır.  Klinika  ildən-ilə  daha 

ağır xəstələri qəbul edir.

Gündəlikdə  olan  ikinci  məsələ  ilə 

bağlı  Universitetin  Tədris-Metodik 

İnnovasiyalar şöbəsinin rəhbəri, pro-

fessor  Akif  Qurbanov  çıxış  edərək 

tələbələrin  bilik  və  bacarıqlarının 

qiymətləndirilməsindəki  yeni  meyar-

lardan söz açıb.

O bildirib ki, tələbələrin bilik və ba-

carıqlarının 

qiymətləndirilməsində 

müəllimlər  daha  obyektiv  və  düz-

gün mövqe nümayiş etdirməli və ha-

zırlanmış  innovativ  jurnaldan  daha 

çox  istifadə  etməlidirlər.  Bu  jurnalla 

tələbələrin  gündəlik  bilik  səviyyəsi 

qiymətləndirilərsə,  o  zaman  daha 

yaxşı  nəticələr  əldə  etmək  mümkün 

olar.

Qiymətləndirmə  meyarları  haqqın-



da  məlumat  verən  professor  qeyd 

edib  ki,  bu  haqda  universitetin  say-

tında  da  informasiya  yerləşdirilib  və 

müəllimlər  istədikləri  zaman  ordan 

məlumatlar əldə edə bilərlər.

Qiymətləndirmədəki 

problemləri 

aradan  qaldırmağın  yollarından  da-

nışan professor, müəllimlərə tələbəni 

biliyinə  uyğun  qiymətləndirməyi 

və  müvafiq  qaydalara  əməl  etməyi 

məsləhət görüb. 

Gündəlikdəki  üçüncü  məsələ  ilə 

bağlı  professor  Sədaqət  Hüseynova-

nın çıxışı dinlənilib.

O,  Elektromioqrafiya  kabinetinin 

fəaliyyəti barədə danışıb.

S.Hüseynova 

Elektromioqrafiya-

nın  vəzifələri  barədə  danışarkən 

vurğulayıb 

ki, 


burdakı 

müa-


sir  kompyuterləşdirilmə  ilə  geniş-

ləndirilmiş 

müayinə 

üsullarının 

sayəsində  əzələnin  özü  haqda  geniş 

məlumat  əldə  etmək  imkanımız  var 

və biz bu sahədə daha böyük uğurlar 

əldə edəcəyimizə inanırıq.

S.Hüseynova ilk dəfə Klinikada diaq-

nozu təyin edilən xəstələrə dair ma-

raqlı slaydlar nümayiş etdirib.

Daha  sonra  qan  bankı  xidmətinin 

klinikanın fəaliyyətindəki rolu barədə 

Xəyalə Qafarova məlumat verib.

X.Qafarova  bildirib  ki,  qan  ban-

kı  2014-cu  ilin  avqust  ayından  uni-

versitetin  Qan  Bankının  şöbəsi  kimi 

fəaliyyətə başlayıb.

Klinikanın  qan  bankında  ən  müa-

sir  cihazlardan  istifadə  olunduğu-

nu  söyləyən  X.  Qafarova  göstərilən 

xidmətlərdən danışıb, istifadə olunan 

cihazların sayəsində bütün növ tera-

pevtik prosedurları həyata keçirməyin 

mümkünlüyünü vurğulayıb.

Klinikada 

bütün 

növ 


qan 

məhsullarının hazırlanması, həmçinin 

periferik kök hüceyrənin alınması və 

saxlanılması üçün hər cür şəraitin ya-

radıldığı bildirilib.

Çıxışlara  yekun  vuran  direktor 

S.Musayev  bildirib  ki,  yeni  xidmət 

sahələri klinikanın imkanları hesabı-

na yaradılıb və bu iş bundan sonra da 

davam  etdiriləcək.  Burada  ən  ümdə 

məqsədimiz  isə  əhaliyə  keyfiyyətli 

tibbi  xidmət  göstərməklə  yanaşı, 

yüksək səviyyəli tibbi təhsilə nail ol-

maq,  həkim-mütəxəsislər  hazırla-

maqdır.

Daha sonra klinikanın yeni variantda 



hazırlanmış saytının təqdimatı keçiri-

lib.


  Toplantı cari məsələlərin müzakirəsi 

ilə işini yekunlaşdırıb.



Tədris Terapevtik Klinikanın Tibbi 

Şurasının genişləndirilmiş iclasında

Azərbaycanda urologiya 

sahəsi günü-gündən inkişaf 

etməkdədir. Artıq Avropalı 

mütəxəssislər də bu sahədə 

Azərbaycanlı həmkarları ilə 

iş birliyi qururlar.

Mirqasımov  adına  Azər-

baycan  Uroloqlar  Assosi-

asiyası  son  iki  ay  ərzində 

Azərbaycan Tibb Universiteti-

nin Tədris Cərrahiyyə Klinika-

sında silsilə tədbirlər keçirir.

Bu  günlərdə  ATU-nun 

Tədris  Cərrahiyyə  Klinika-

sında  Assosiasiyanın  yekun 

toplantısı baş tutdu. Keçirilən 

tədbirdə  40-dan  çox  uro-

loq  iştirak  edirdi.  Tədbirə 

urologiya  kafedrasının  mü-

diri,  Azərbaycan  Uroloqlar 

Cəmiyyətinin sədri, Akademik 

Südeyf  İmamverdiyev  və  tibb 

elmləri  doktoru,  professor, 

əməkdar həkim Kamal Abdul-

layev sədrlik edirdi.

Tədbirdə  sidik  axarı-

ləyən 


seqmentində 

və 


böyrəyin 

hidronefrozunda 

plastik  əməliyyatlar  zamanı 

aparılan  müdaxilələrin  ef-

fekti  və  alınan  nəticələr,  o 

cümlədən  ayrı-ayrı  klinika-

larda  bu  tipli  əməliyyatların 

aparılma  qaydaları  haqqında 

müzakirələr aparıldı.

Tədbirdə  uroloq  Bəhruz 

Ağayev  hidronifroz  zama-

nı  aparılan  müxtəlif  tip-

li  əməliyyatlar,  ləyən-sidik 

axarı  seqmentinin  dağılma-

sı  zamanı  aparılan  plastik 

əməliyyatlar, o cümlədən An-

derson Haynes üsulu ilə plastik 

əməliyyatların nəticələri haq-

qında məruzə etdi. Məruzələr 

həkimlər  tərəfindən  maraqla 

qarşılandı.

ATU-nun mətbuat xidməti

Uroloqlar Assosiasiyasının növbəti tədbiri keçirildi


http://www.amu.edu.az

15 mart  2016-cı il

4

600-dən  çox  yuxarı  bal  toplayan  395  nəfərdən  isə  yal-



nız 14 nəfəri sessiyanı «əla» qiymətlərlə başa vurmuşdur. 

Onlardan 220 nəfəri «əla» və «yaxşı», 122 nəfəri qarışıq 

qiymətlər əldə etmişlər”. 

N.Qasımov çıxışının sonunda qeyd etdi ki, 2015/2016-cı 

tədris ilinin payız semestrinin imtahan sessiyanın nəticələri 

bir daha göstərir ki, istər dekanlıqların, istərsə də kafedrala-

rın və professor-müəllim heyətinin bu sahədə görəcəyi işlər 

hələ çoxdur. İlbəil kafedraların maddi-texniki bazasının yax-

şılaşması, yeni dərsliklərin və dərs vəsaitlərin nəşr olunma-

sı, professor-müəllim heyətinin keyfiyyətcə yeniləşməsinə 

baxmayaraq tədrisin nəticəsi ona uyğun gəlmir. 

Məruzə ətrafında çıxış edən professorlar Çərkəz Cəfərov, 

Mirzə  Kazımov,  Musa  Qəniyev,  Qayıbverdi  İsgəndərov, 

Akif  Qurbanov,  Çingiz  Rəhimov,  Abuzər  Qazıyev  klassik 

imtahanla  mövcud  kredit  sisteminin  fərqli  cəhətlərindən 

söhbət  açdılar,  qarşıya  çıxan  problemlərdən  danışdılar. 

Onlar  çalışdıqları  kafedralarda  bu  istiqamətdə  aparılan 

işlərin  kəmiyyət  və  keyfiyyət  göstəriciləri  haqqında  ümu-

mi  məlumat  verdilər.  Natiqlər  test    sisteminin  daha  da 

təkmilləşdirilməsi məqsədilə qarşıya çıxan çatışmazlıqların 

aradan  qaldırılması  və  əlverişli  şəraitin  yaradılması  üçün 

təklif və rəylərini irəli sürdülər.

Müzakirələrə  yekun  vuran  Sabir  Əliyev  çıxışlarda 

səslənən fikirlərə və irəli sürülən təkliflərə öz münasibətini 

bildirdi:  ”Elə  etmək  lazımdır  ki,  tələbə  testi  öyrənmək 

məcburiyyətində qalsın. Suallar normativ standartlara uy-

ğun tərtib edilməli, cavablar isə düşündürücü qoyulmalıdır. 

Mən hesab edirəm ki, əgər testlərin sayını bir az da artırıb 

sualları  mürəkkəbləşdirsək  istənilən  nəticəni  əldə  etmək 

olar.  Kafedralarda cavabdeh şəxs kafedranın müdiridi. Onu 

ora təyin ediblər ki, dərsin keyfiyyətini yüksəltsin, müəllim və 

tələbələrin dərsə dəvamiyyətinə nəzarət etsin. Çox təəssüf 

ki, aramızda elələri vardır ki, işlərinə məsuliyyətiz yanaşır, 

üzərinə  düşən  vəzifənin  öhdəsindən  layiqincə  gəlmirlər. 

Lakin işini bacaran kifayət qədər kafedra müdirlərimiz də 

var. Bir il tələbə sizin əlinizdədir öyrədin də, bir semestrin 

mövzusunu  bir  neçə  günə  öyrətmək  mümkün  deyil.  İşini-

zi əsasnaməyə uyğun qurun ki, sonra belə neqativ hallar 

baş verməsin. Kəmiyyət və keyfiyyətin qiymətlədirilməsinə 

çox  ciddi  yanaşılmalı,  dərsə  davamiyyətə  nəzarət 

gücləndirilməlidir. Tibb təhsilində nə qədər yüksək səviyyəli 

infrastruktur,  tədris  vəsaiti,  maliyyə  imkanları  olsa  belə, 

keyfiyyətli  professor-müəllim  heyəti  formalaşdırmadan 

təhsili inkişaf etdirmək mümkün deyil. Təhsilalanın savadlı 

və səriştəli şəxs kimi formalaşması, əsasən müəllimin aka-

demik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq 

səviyyəsindən çox asılıdır.” 

İmtahan    prosesinin  ümumimilikdə  ağır  bir  iş  olduğu-

nu  diqqətə  çatdıran  S.Əliyev  virtuaz  test  mərkəzinin  bu 

sahədəki rolunu qeyd etdi, məruzəni əhatəli və qənaətbəxş 

qiymətləndirdi, müxtəlif məsələlər barədə də şura üzvlərini 

məlumatlandırdı.  

Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz 

işini yekunlaşdırdı. 



Yüklə 245,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin