Uot 338. 49 İstehsal fəALİYYƏTİ VƏ Əsas istehsal amiLLƏRİ XƏLİLBƏYLİ aliYƏ elmar qızı



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə2/3
tarix15.12.2022
ölçüsü0,5 Mb.
#75082
1   2   3
736976(meqale)

Cild 15 № 4 2019 


90 
İstehsalın əmək amillərindən olan işçi qüvvəsi öz tərkibinə görə çox müxtəlifdir. Məsələn, 
əsas və köməkçi fəhlələr, mühəndis- texniki işçilər, rəhbər işçilər və s. Müasir iqtisadiyyat elmi 
sahibkarlıq bacarığını və sahibkarlıq bacarığına malik olan işçiləri xüsusi bir əmək amili kimi 
nəzərdən keçirir. Daha doğrusu, sahibkarlıq qabilliyyəti bütün digər istehsal ünsürlərinin ən 
səmərəli formada istifadə olunmasını təmin edə bilən xüsusi bir insan amilidir. Sahibkar xüsusi 
bacarığı sahibkarlıq istedadı ilə fərqlənən insanlardır. Təcrübə göstərir ki, əmək qabiliyyətli 
insanların yalnız 3-5 faizi sahibkarlıq bacarığına malik olan insanlardır. Sahibkarlıq bacarığının əsas 
fərqləndirici xüsusiyyətlərinə daxildir : 
- liderlik və idarəçilik; 
- tez bir zamanda qərar qəbul etmək; 
- yeniçilik və novatorluq; 
- istehsalda çevikliyi təmin edə bilmək
- lazım gəldikdə risk edə bilmək və s. 
Müasir şəraitdə təsərrüfatçılıq fəaliyyətini həyata keçirməyə başlayan sahibkar nədən 
başlamalıdır? O, istehsal prosesinin səmərəliliyini necə təmin etməlidir? İqtisadi fəaliyyətin əsas 
məqsədi olan mənfəətin maksimallaşdırılmasına necə nail olmaq olmalıdır? Mövcud qaydada 
qeydiyyatdan keçmiş sahibkar seçmiş olduğu istehsal fəaliyyətini həyata keçirmək üçün müəyyən 
miqdarda kapitala malik olmalıdır. Bu kapitalı ilkin kapital da adlandırmaq olar. Belə kapital çox 
zaman pul formasında olur. Çünki pulla istənilən digər kapital formalarını əldə etmək mümkündür. 
Aydındır ki, sahibkarın ixtiyarında olan kapitalın yalnız pul formasında olması vacib deyil. Dünya 
təcrübəsinin göstərdiyi kimi, haızırda 5 əsas istehsal sahəsi mövduddur ki, bu sahələrdə sahibkarlıq 
fəaliyyəti ilə məşgul olmaq gəlirlilik nöqteyi-nəzərdən əlverişli sayılır. Bu sahələrin inkişafına 
yönəldilmiş kapital qoyuluşu tezliklə maliyyə uğurlarının qazanılmasına səbəb olur. Göstərilən 
sahələr aşağıdakılardır: 
- müxtəlif işgüzar xidmət sahələri; 
- ictimai iaşə sahələri
- ticarət; 
- avtomobil təmiri sahəsi; 
- mənzil tikintisi sahəsi. 
Kapitalın hansı istehsal sahəsinə yönəldilməsini qərara almış sahibkar daha sonra istehsal 
prosesinin həyata keçirməsini təmin edə bilən istehsal resurslarını əldə etməlidir. Sahibkar torpaq 
sahiblərindən ya birbaşa alqı-satqı yolu ilə aldığı, ya da uzun müddətə icarəyə götürdüyü torpaq 
sahəsində öz istehsal məqsədlərini həyata keçirmək üçün müvafiq istehsal bazasını təşkil edir. Bu 
məqsədlə sahibkar digər istehsal resurslarını, maşın, mexanizm, alət və avadanlıqları və eləcə də 
məhsuldar qüvvə olan işçi qüvvəsini cəlb etməklə fəaliyyətə başlayır. Sahibkarın bilavasitə 
rəhbərliyi altında işçi qüvvəsi əmək vasitələrinin köməyi ilə əmək predmetlərinə təsir göstərir, 
onları insan təlabatlarını ödəyə bilən formaya salır. Bu zaman son məhsul və xidmətlər istehsal 
edilmiş olur. İstehsal olunmuş məhsullar bazarda satılıb öz istehlakçılarını tapır. Sahibkar satışdan 
əldə etdikləri gəlirin bir hissəsini istehsalın əvvəlki qaydada və ya genişləndirilmiş şəkildə davam 
etdirilməsinə digər hissəsini isə şəxsi istehlaka sərf edir. Bu proses daim təkrar olunur. İstehsalın və 
ya biznesin təşkili ilk baxışdan sadə görünə bilər. Lakin bu heç də belə deyil. Sahibkar bazar 
iqtisadiyyatının əsas qanunları olan tələb, təklif, rəqabət və qiymət qanunlarının tələbləri ilə 
hesablaşmalıdır. O, istehsal ünsürlərinin əldə olunması və istehsal prosesinin təşkili zamanı habelə 
istehsal etmiş olduğu məhsulları bazara çıxararkən, bazar qanunlarının tələblərini nəzərə almalıdır. 
O, bu qanunların tələblərinə əsaslanaraq seçmiş olduğu istehsal sahəsində gözlənilən mənfəəti 
qabaqcadan planlaşdırmalıdır.
Beləliklə, sahibkar milli iqtisadiyyatda istehsalın təşkilinin onun səmərəliliyinin 
yüksəldilməsinin, iqtisadi artımın təmin edilməsinin əsas iştirakçısıdır. Azərbaycan hökumətinin 
müasir şəraitdə qeyri-maddi aktivlərin uçotunun əsas xüsusiyyətləri və auditi iqtisadi siyasətinin 
İstehsal fəaliyyəti və əsas istehsal ünsürləri
 


91 
əsas istiqamətlərindən biri məhz sahibkarlıq fəaliyyətinin təmin edilməsi üçün əlverişli hüquqi 
iqtisadi mühitin yaradılmasıdır.

Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin