Universitetimizin prorektoru Türkiyədə Azərbaycanı təmsil edib Yeni rektor universitetin



Yüklə 281,35 Kb.
səhifə7/19
tarix28.12.2021
ölçüsü281,35 Kb.
#10048
1   2   3   4   5   6   7   8   9   10   ...   19
ATU-nun mətbuat xidməti

Universitetimizin prorektoru Türkiyədə 

Azərbaycanı təmsil edib

 Aprelin 11-12-də Türkiyə 

Cümhuriyyətinin Ərzurum 

şəhəri Atatürk Universitetinin 

ev sahibliyi və sədrliyi ilə Türk 

dilli ölkələrin Universitetlər bir-

liyinin II baş toplantısı keçirilib. 

   Türkdilli ölkələrin Türk Keneşinin 

iştirakı və bilavasitə dəstəyilə keçirilən 

toplantıda Azərbaycan, Qırğızıstan, 

Qazaxıstan və Türkiyənin 14 univer-

sitetinin rəhbərləri və ya səlahiyyətli 

nümayəndələri ilə bərabər TÜRKSOY

Türkiyə Cümhuriyyəti Yüksək Öyrətim 

Kurulu, Türk Akademiyası, müxtəlif 

layihələrin rəhbərləri və konsullar iştirak 

edib. 

Toplantıda Azərbaycan Tibb Universi-



tetini elmi işlər üzrə prorektor, profes-

sor İbrahim İsayev təmsil edib.

Toplantıda  ortaq  ikili  diplomların  ta-

nınması, tələbə təşkilatlarının fəallığının 

artırılması,  qarşılıqlı  tələbə,  müəllim, 

elmi  işçi,  mütəxəssis  mübadiləsini 

nəzərdə  tutan  ORHUN  layihəsinin 

təsdiqi, Avropa Təhsil Proqramına inteq-

rasiyanın sürətləndirilməsi, üzvlüyə yeni 

universitetlərin  qəbulu  kimi  məsələlər 

müzakirə  olunaraq  təsdiq  edilib.  Bun-

larla  bərabər,  yığıncaqda  Türkdilli 

ölkələrin  müstəqillik  qazanmasının  25 

illik  yubileyinə  həsr  olunmuş  tədbirlərə 

hazırlığın  vəziyyəti  barədə  də  məlumat 

verilib.


Təşkilata 

üzv 


universitetlərin 

nümayəndələrinin 

səsverməsi 

nəticələrinə  əsasən,  Türk  Kene-

şi  Türk  Universitetlər  Birliyinin  sədrliyi 

növbəti  iki  il  üçün  Qırğızıstanın  Manas 

Universitetinə keçib.

Qeyd  edək  ki,  təbabət  elminin 

yüksək  templə  inkişaf  etdiyi  indiki 

dövrdə  Azərbaycan  Tibb  Universite-

ti  dünya  elminə  çıxış,  bilik  və  təcrübə 

mübadiləsinin  aparılması  baxımından 

beynəlxalq əlaqələri ildən-ilə gücləndirir. 

Hazırda bu təhsil ocağı dünyanın 80-dən 

çox nüfuzlu ali məktəbi ilə sıx əməkdaşlıq 

edir, fəal tələbə və mütəxəssis mübadiləsi 

aparır.  Türkiyə  Universitetlər  Birliyinin 

üzvü  kimi  Azərbaycan  Tibb  Universiteti 

bir sıra layihələrdə aktiv iştirak edir, elmi 

konfrans və simpoziumlara qatılır.




15 aprel      2016-cı il

http://www.amu.edu.az

5


Yüklə 281,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin