Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 158,05 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix13.11.2022
ölçüsü158,05 Kb.
#68898
növüMühazirə
1   2   3   4
Azerbaycan dili Sevinc Ağayev (Humanitar)

Tədrisin (öyrənmənin) 
nəticələri 
Kursun sonunda tələbələr Azərbaycan dilinin orfoqrafik və orfoepik qaydalarına 
düzgün əməl edəcək, yazı prosesində durğu işarələrinin yerli-yerində işlədilməsi 
bacarığına nail olacaq, rəsmi sənədlərin tərtibi (ərizə, tərcümeyi-hal, akt və s.)
vərdişlərini qazanacaq, Azərbaycan dilində yazılı və şifahi nitq bacarıqlarını daha da 
təkmilləşdirəcək, fikrin düzgün, aydın və dəqiq ifadəsi üçün sözlərdən yerli-yerində 
istifadə etməyi, ən başlıcası, “az sözlə geniş fikir ifadə etmək bacarıqları”nı 
öyrənəcəklər.
 
 
 
 
 
 
 
Qaydalar (Tədris 
siyasəti və davranış, 
qiymətləndirmə meyarı) 
Tələbə 10 dəqiqədən artıq dərsə gecikərsə, qaib yazılacaq. 15-30 dəqiqə arasında 
gecikənlərə qaib yazılmış olsa belə, onların dərsdə iştirakına icazə veriləcək. 30 
dəqiqədən sonra dərsə gecikənlər və dərsi pozmağa təsəbbüs edənlər dərsə 
buraxılmayacaqlar. 
Fəallığa görə bal tələbənin müzakirələrdə iştirakına, sorğu zamanı daha cəld cavab 
verməsinə, natiqlik sənəti, yadda saxlama və yada salma kimi vərdişlərə malik olmasına 
görə veriləcək. 
Davamiyyətə görə veriləcək bal zamanı tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə 
özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzrsüz buraxılan hər dərs üçün 0,5 
bal çıxılacaq.
İmla yazısına görə veriləcək bal zamanı tələbənin yazı vərdişlərinə nə dərəcədə 
malik olması, orfoqrafik qaydaları necə mənimsəməsi, durğu işarələrindən yerli-yerində 
istifadəetmə səviyyəsi nəzərə alınacadır.
Prezentasiyaya görə veriləcək bal zamanı mövzu ilə bağlı elmi araşdırmanın 
səviyyəsinə, şəkil və illüstrasiyalardan yerli-yerində istifadə edilməsinə, plana uyğun 
ardıcıllığa nəzər yetiriləcəkdir.
Sərbəst işə görə veriləcək bal zamanı hər bir tələbənin ayrılıqda dünyagörüşü, 
yaşadığı mühitə münasibəti, valideyn, dost, ətraf aləmə hansı səviyyədə bağlılığı və bu 
cür hallara qarşı ikrah hissi, duyğu, qavrayış, düşüncə, fərdi yanaşma və s. kimi 
məsələlərə münasibətinə diqqət yetiriləcəkdir.
İmtahan haqqında: 
1.İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin 
iş planında göstərilmiş ədəbiyyatlara, eləcə də digər mənbələrə də müraciət etmək 
lazımdır. 
2.İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir. 
3.Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər. 

Yüklə 158,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin