Patoloji anatomiya


) Aşağıda şişlərin hansı atipizmi göstərilmişdir?



Yüklə 0,87 Mb.
səhifə6/325
tarix26.12.2016
ölçüsü0,87 Mb.
#3379
1   2   3   4   5   6   7   8   9   ...   325
17) Autopsiya zamanı daxili üzvlərin çıxarılaraq müayinə edilməsi üçün aşağıdakı hansı üsuldan istifadə edilə bilər?

A) Perls üsulu

B) Hippokrat üsulu

C) Sanitar üsulu

D) Eksperimental üsul

E) Virxov üsulu


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
18) Meyit müayinə edildikdən sonra onun əsasında tərtib edilən sənəd necə adlanır?

A) Təşrih aktı

B) Meyitin dəfn kağızı

C) Meyitə baxış protokolu

D) Təşrih protokolu

E) Meyitin müayinəsi barədə arayış


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

19) Xəstəliklərin stabil nozoloji formalarının klassik gedişlərinin müasir dövrdə müxtəlif xarakterli dəyişilmələrə uğramasına nə deyilir?

A) Metastaz

B) Metamorfoz

C) Patogenez

D) Metaplaziya

E) Patomorfoz


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
20) Ölümə səbəb olmuş, yaxud da xəstənin stasionara daxil olmasına səbəb olmuş xəstəlik necə adlanır?

A) Əsas xəstəlik

B) Yanaşı xəstəlik

C) Fon xəstəliyi

D) Rəqabətediсi xəstəlik

E) Ölümə səbəb olmuş ağırlaşma


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
21) Patoloji anatomiyanın müayinə obyektlərindən biri aşağıda göstərilmişdir. O, hansıdır?

A) Xəstə şəxslər barəsində anamnestik məlumatlar

B) Eksperiment materialları

C) Ekspress biopsiya

D) Meyitin aşkar olunduğu yerdən götürülmüş maddi sübut

E) Patoloji anatomiya haqqında ədəbiyyatlar


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
22) Eyni bir meyitdə hər biri ayrı-ayrılıqda ölümə səbəb ola biləсək 2 xəstəlik aşkar olunmuşdur. Belə halda bu xəstəliklər necə adlanır?

A) Əkiz xəstəliklər

B) Rəqabətediсi xəstəliklər

C) Düşmən (antaqonist) xəstəliklər

D) Qoşa xəstəliklər

E) Yanaşı xəstəliklər


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
23) Əsas xəstəliyin inkişafına səbəb olmuş, onun inkişafı üçün fon yaratmış digər xəstəlik və ya patoloji proses necə adlanır?

A) Fon xəstəliyi

B) Əvvəlki xəstəlik

C) Əlavə xəstəlik

D) Erkən xəstəlik

E) Birincili xəstəlik


Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   325




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin