Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq barəsində azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır


Maddə 18: Alınma barədə xəbərnamə



Yüklə 284,45 Kb.
səhifə2/4
tarix24.04.2017
ölçüsü284,45 Kb.
#15642
1   2   3   4

Maddə 18: Alınma barədə xəbərnamə


  1. Sifarişli göndərişin, nəzarətli çatdırılan göndərişin, bağlamanın və ya qiyməti elan edilmiş göndərişin qəbulu zamanı göndərici, maksimal məbləği Reqlamentlərlə təyin edilmiş tarifi ödəməklə, göndərişin alınması barədə xəbərnamənin ona göndərilməsini tələb edə bilər. Alınma barədə xəbəmamə göndəriciyə həmişə poçtla və ən tez yolla (avia və ya yerüstü) qaytarılır.

  2. Bununla belə Müdiriyyətlər, bağlamalar üçün bu xidməti qiyməti elan edilmiş bağlamalarla, əgər belə məhdudiyyət onun daxili qaydaları ilə nəzərdə tutulmuşdursa, məhdudlaşdıra bilər.



Maddə 19: Şəxsən təslim edilmə
1. Göndəricinin xahişi ilə Poçt müdiriyyətləri arasındakı razılıq əsasında sifarişli göndərişlər, nəzarətli çatdırılan göndərişlər və qiyməti elan edilmiş göndərişlər şəxsən ünvan sahibinə təslim edilir. Müdiriyyətlər bu tipli göndərişlərin yalnız alınma barədə xəbərnamə ilə müşayiət edilməsi haqqında razılaşa bilərlər. Bütün hallarda göndərici göndərişin şəxsən təslim edilməsi üçün maksimal məbləği, məktub korrespondensiyası Reqlamentində təyin edilmiş tarifi ödəyir.

Maddə 20: Tarif və rüsum alınmadan çatdırılan göndərişlər


  1. Poçt müdiriyyətləri arasındakı razılıq əsasında qəbul müəssisəsini qabaqcadan bu haqda xəbərdar etmək şərtilə göndərici məktub korrespondensiyası göndərişlərinin və poçt bağlamalarının təyinat yerində verilməsi zamanı bu göndərişlərə hesablanacaq bütün tarif və rüsumların ödənilməsini öz üzərinə götürə bilər. Məktub korrespondensiyası göndərişi ünvançıya təslim edilməyənə qədər, göndərici qəbuldan sonra onu tarif və rüsum ödənilmədən verilməsi barədə tələb edə bilər.

  2. Göndərici təyinat müəssisəsinin ünvan sahibindən tələb edə biləcəyi bütün məbləği ödəmək öhdəliyini öz üzərinə götürməlidir. Zəruri halda o, qabaqcadan ödənişi həyata keçirməlidir.

  3. Qəbul Müdiriyyəti göndəricidən qəbul ölkəsində ona göstərilən xidmət üçün maksimal ölçüsü Reqlamentlərlə təyin edilmiş tarif götürür.

  4. Məktub korrespondensiyası göndərişi qəbul edildikdən sonra xahiş göndərildiyi halda, qəbul Müdiriyyəti, bundan başqa, maksimal məbləği Reqlamentdə təyin edilmiş əlavə tarif götürür.

  5. Təyinat Müdiriyyəti hər bir göndəriş üçün, maksimal məbləği Reqlamentlərdə təyin edilmiş komission rüsum tutmaq hüququna malikdir. Bu rüsum göndərişin gömrüyə təqdim olunması üçün rüsumdan asılı olmayaraq götürülür. Həmin məbləğ göndəricidən təyinat Müdiriyyətinin xeyrinə olaraq tutulur.

  6. Hər bir Poçt müdiriyyəti tarif və rüsum alınmayan göndərişlər xidmətini sifarişli məktub korrespondensiyası göndərişləri ilə və qiyməti elan edilmiş göndərişlərlə məhdudlaşdırmaq hüququna malikdir.



Maddə 21: Cavablı beynəlxalq kommersiya korrespondensiyası xidməti
1. Poçt müdiriyyətləri öz aralarında "Cavablı beynəlxalq kommersiya korrespondensiyası" (CBKK/CCRİ) adlanan fakültətiv xidmətdə iştirak barədə razılığa gələ bilərlər. Lakin bütün Müdiriyyətlər CBKK göndərişlərinin qaytarılma xidmətini göstərməyə borcludur.

Maddə 22: Beynəlxalq cavab kuponları


  1. Poçt müdiriyyətləri Beynəlxalq büro tərəfindən buraxılan beynəlxalq cavab kuponları satmaq və bu satışı öz daxili qanunvericiliyi əsasında məhdudlaşdırmaq hüququna malikdir.

  2. Cavab kuponunun dəyəri məktub korrespondensiyası Reqlamentində təyin edilir. Maraqlı Poçt müdiriyyətləri tərəfindən müəyyən edilən satış qiyməti bu dəyərdən aşağı ola bilməz.

  3. Cavab kuponları istənilən üzv ölkədə xaricə ünvanlanan sadə prioritet məktub korrespondensiyası göndərişinin və ya sadə avia məktubun minimal

ödəniş haqqına bərabər olan poçt markalarına və əgər mübadilə ölkəsinin daxili qanunvericiliyi qadağan etmirsə, eləcə də ödənişin bütöv poçt nişanlarına və poçt ödəniş nişanları və ya ottisklərinə dəyişdirilir.

4. Bundan əlavə, üzv ölkənin Poçt müdiriyyəti cavab kuponlarının mübadiləsində cavab kuponlarmı və ödənilməli olan göndərişləri eyni vaxtda tələb etmək hüququnu özündə saxlaya bilər.



Maddə 23: Kövrək bağlamalar. İriölçülü bağlamalar


  1. "Kövrək bağlama", içərisində tez sınan əşyalar olan və xüsusi ehtiyatlı davranış tələb edən hər hansı bir bağlamadır.

  2. "İriölçülü bağlama" aşağıdakılara deyilir:

  1. ölçüləri, poçt bağlamaları Reqlamentində müəyyən olunmuş və ya Müdiriyyətlərin qarşılıqlı mübadilədə təyin edə bildiyi hüdudlardan kənara çıxan hər cür bağlamaya;

  2. öz forması və ya strukturuna görə digər bağlamalarla birlikdə asanlıqla yüklənilə bilməyən və xüsusi ehtiyatlılıq tələb edən bağlamaya.

  1. Kövrək və iriölçülü bağlamalar üçün maksimal məbləği poçt bağlamaları Reqlamentində göstərilən əlavə tarif götürülür. Əgər bağlama kövrək və iriölçülü olarsa, əlavə tarif yalnız bir dəfə tutulur. Lakin bu bağlamalar üçün əlavə aviatariflər heç bir artıma məruz qalmır.

  2. Kövrək və iriölçülü bağlamalar mübadiləsi yalnız belə göndərişlərə yol verən Müdiriyyətlər arasında həyata keçirilir.



Maddə 24: Qruplaşdırılmış göndərişlər xidməti "Konsiqnasiya"


  1. Poçt müdiriyyətləri öz aralarında, bir göndərici tərəfindən qruplaşdırılmaqla xarici ölkəyə ünvanlanmış göndərişlər üçün "Konsiqnasiya" adı altında qruplaşdırılmış göndərişlər fakültətiv xidmətində iştirak etmək barədə razılığa gələ bilərlər.

  2. İmkan daxilində bu xidmət poçt bağlamaları Reqlamentində müəyyən edilmiş loqotiplə identifikasiya oluna bilər.

  3. Bu xidmət barədə təfərrüatlar Poçt istismarı şurasının təyin etdiyi müddəalar əsasında qəbul və təyinat Müdiriyyətləri arasında ikitərəfli qaydada müəyyənləşdirilir.



Maddə 25: Yolverilməz göndərişlər. Qadağalar


  1. Konvensiya və Reqlamentlərin tələb etdiyi şərtlərə cavab verməyən göndərişlərə yol verilmir.

  2. Reqlamentlərdə nəzərdə tutulmuş istisnalardan başqa, aşağıda sadalanan əşyaların bütün kateqoriyalı göndərişlərə daxil edilməsi qadağandır:

  1. narkotik və psixotrop maddələr;

  2. partlayıcı, alovlanan və ya digər təhlükəli maddələr, həmçinin radioaktiv maddələr;

2.2.1. bu qadağaya aşağıdakılar düşmür:

  1. məktub korrespondensiyası göndərişlərində yollanılan 44-cü maddədə nəzərdə tutulmuş bioloji maddələr;

  2. məktub keorrespondensiyası göndərişlərində və poçt bağlamalarında göndərilən 26-cı maddə üzrə nəzərdə tutulmuş radioaktiv maddələr.

  1. Ləyaqətsizlik və əxlaqsızlıq təlqin edən əşyalar;

  2. canlı heyvanlar (3-cü paraqrafda nəzərdə tutulmuş istisnalardan başqa);

  3. təyinat ölkəsinə idxalı və ya istifadəsi qadağan olunmuş əşyalar;

  4. xarakteri və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə törədə bilən, digər göndərişləri və ya poçt avadanlığını çirkləndirə və ya korlaya bilən əşyalar;

  5. göndərici və ünvançı olmayan, yaxud göndərici və ya ünvaçı ilə birlikdə yaşamayan şəxslərin mübadilə etdikləri cari və şəxsi xarakterli sənədlər, həmçinin bütün növ korrespondensiya.

3. Bununla belə, aşağıdakıların göndərilməsinə yol verilir:

3.1. qiyməti elan edilmiş göndərişlər istisna olmaqla, məktub korrespondensiyası göndərişlərində:



  1. arıların, zəlilərin və barama qurdlarının;

  2. rəsmən tanınmış təşkilatlar arasında mübadilə edilən və tədqiqat üçün nəzərdə tutulmuş parazitlərin və ziyanverici həşəratların tələfedicilərinin;

3.2. bağlamalarda, müvafiq ölkələrin poçt qaydaları ilə poçta göndərilməsinə icazə verilən canlı heyvanların.

4. Poçt bağlamalarına aşağıdakı əşyaların qoyulması qadağandır:



  1. göndərici və ünvan sahibi arasında və ya onlarla yaşayan şəxslər arasında mübadilə edilən aktual və şəxsi xarakterə malik sənədlər;

  2. göndərici və ünvan sahibindən və ya onlarla birlikdə yaşayan şəxslərdən başqa, digər şəxslər arasında mübadilə edilən hər cür xarakterli korrespondensiya.

5. Sikkələrin, bank biletlərinin, kredit biletlərinin və ya təqdim edənin hər hansı qiymətlisinin, yol çeklərinin, məmulatlarda və ya emal olunmamış şəkildə platin, qızıl və ya gümüşün, qiymətli daşların, zərgərlik məmulatlarının və digər qiymətli əşyaların aşağıdakı göndərişlərin içərisinə qoyulması qadağandır:

  1. qiyməti elan edilməmiş məktub korrespondensiyası göndərişlərinə; lakin əgər qəbul və təyinat ölkəsinin qanunvericiliyi buna yol verirsə, həmin əşyalar sifarişli göndəriş kimi bağlı zərflərdə göndərilə bilər;

  2. qiyməti elan edilmiş bağlamaların yol verildiyi iki ölkə arasında mübadilə olunan qiyməti elan edilməmiş bağlamalarda; bundan əlavə, hər bir Müdiriyyət, onun ölkəsindən çıxan və ya ora daxil olan, yaxud onun ərazisindən keçməklə tranzit göndərilən qiyməti elan olunmuş və ya olunmamış göndərişlərdə külçə şəklində qızıl göndərilməsini qadağan etmək hüququna malikdir; o, bu göndərişlərin həqiqi dəyərini məhdudlaşdıra bilər.

6. Çap nəşrləri və sekoqramların içərisində:

6.1. heç bir annotasiya, cari və şəxsi yazışma xarakterli heç bir sənəd göndərilə bilməz;

6.2. heç bir marka, möhürlü və ya möhürsüz heç bir ödəniş blankı, qiymət kəsb edən heç bir sənəd göndərilə bilməz.

7. Səhvən qəbul edilmiş göndərişlərin işlənilməsi Reqlamentlərdə müəyyənləşdirilir. Bununla belə, içərisində 2.1, 2.2 və 2.3-cü paraqraflarda sadalanmış əşyalar olan göndərişlər heç bir halda nə təyinatı, nə ünvanı üzrə çatdırılmamalı və nə də qəbul yerinə qaytarılmamalıdır.



Maddə 26: Radioaktiv maddələr


  1. Müvafiq Reqlamentlər əsasında bağlanılmış və qablaşdırılmış radioaktiv maddələrin buraxılması, bu göndərişlərə qarşılıqlı mübadilədə, yaxud bir istiqamətdə yol verilməsi barədə razılıq əldə etmiş Poçt müdiriyyətləri arasındakı əlaqələrlə məhdudlaşdırılır.

  2. Radioaktiv maddələr məktub korrespondensiyası göndərişlərində yollanılarkən, onlar üçün prioritet göndərişlərin tarifi və ya məktuba görə və sifarişə görə tarif tutulur.

  3. İçərisində raioaktiv maddələr olan məktub korrespondensiyası göndərişləri və ya poçt bağlamaları ən tez yolla, müvafiq əlavə aviatariflərin ödənilməsi şərtilə, adətən, aviayolla göndərilməlidir.

  4. Radioaktiv maddələr yalnız müvafiq icazəsi olan göndəricilər tərəfindən göndərilə bilər.



Maddə 27: Yerdən-yerə göndərilmə


  1. Alıcının ünvanı dəyişdiyi halda göndəriş, Reqlamentlərdə müəyyən edilmiş şərtlər sasında, dərhal ona yerdən-yerə göndərilir.

  2. Lakin aşağıdakı hallarda göndərişlər yerdən-yerə göndərilmir:

  1. əgər göndərici göndəriş üzərində təyinat ölkəsində anlaşılan dildə müvafiq qeyd etməklə, onun yerdən-yerə göndərilməsini qadağan edirsə;

  2. əgər göndərişin üzərində alıcının ünvanı ilə yanaşı "və ya bu ünvanda yaşayan hər hansı bir şəxsə" qeydi göstərilmişdirsə.

  1. Öz daxili xidmətində yerdən-yerə göndərilmə xahişinə görə rüsum götürən Poçt müdiriyyətlərinə, belə bir rüsumu beynəlxalq xidmətdə də götürməsinə icazə verilir.

  2. Çatdırılmayan məktub korrespondensiyası göndərişlərinin bir ölkədən digər ölkəyə yerdən-yerə göndərilməsi üçün, Reqlamentdə nəzərdə tutulmuş hallar istisna edilməklə, heç bir əlavə tarif götürülmür. Bununla belə, öz daxili xidmətində yerdən-yerə göndərilmə üçün tarif götürən Müdiriyyətlərə, bu cür tarifi onların xidmətlərində yerdən-yerə göndərilən beynəlxalq xidmətin məktub korrespondensiyası göndərişləri üçün də götürməsinə icazə verilir.



Maddə 28: Çatdırılması mümkün olmayan göndərişlər


  1. Poçt müdiriyyətləri hər hansı səbəbdən ünvançıya çatdırıla bilməyən göndərişlərin qaytarılmasını təmin edir.

  2. Göndərişlərin saxlanılma müddəti Reqlamentlərdə təyin edilir.

  3. Ünvançıya verilə bilməyən və ya xidməti qaydada tutulub saxlanılan hər hansı bağlama göndəricinin müəyyən etdiyi təlimat əsasında poçt bağlamaları Reqlamenti ilə təyin olunmuş qaydalar daxilində işlənilməlidir.

  4. Əgər göndərici ünvan sahibinə verilə bilməmiş bağlamadan imtina edirsə, bu halda təyinat Müdiriyyəti həmin bağlama ilə öz daxili qanunvericiliyinə uyğun rəftar edir. Nə göndərici, nə də Poçt müdiriyyətləri bağlama üçün götürülə bilən (lakin götürülməmiş) poçt tariflərini, gömrük və digər rüsumları ödəməyə borclu deyildir.

  5. Bağlamanın içərisindəki əşyalardan yalnız tez xarab olan və ya çürüyə bilənləri qabaqcadan xəbərdarlıqsız və hüquqi rəsmiyyət yerinə yetirilmədən dərhal satıla bilər. Satış, bu bağlamaya hüququ olan şəxsin xeyrinə olaraq, hətta yolda belə (birbaşa və əks istiqamətlərdə) həyata keçirilir. Əgər satış mümkün deyilsə, xarab və ya çürümüş əşyalar məhv edilir.

  6. Çatdırılması mümkün olmayan, qəbul ölkəsinə qaytarılan məktub korrespondensiyası göndərişləri üçün Reqlamentdə nəzərdə tutulmuş istisnalardan başqa, heç bir əlavə tarif alınmır. Bununla belə, öz daxili xidmətində qaytarılma üçün tarif götürən Müdiriyyətlərə eyni tarifi onlara qaytarılan beynəlxalq rejim göndərişləri üçün də tutmağa icazə verilir.

  7. 6-cı paraqrafın müddəalarına baxmayaraq, əgər Müdiriyyət öz ərazisində yaşayan müştərinin kənar ölkədə qəbul edilmiş göndərişini göndəriciyə qaytarılmaq üçün alırsa, bu halda o, göndəricidən və ya göndəricilərdən hər bir göndərişin işlənilməsi üçün tarif götürmək hüququna malikdir. Bu tarif həmin göndərişin, haqqında söhbət gedən Müdiriyyətə çatdırılarkən, alınmalı olan ödəniş tarifindən yuxarı olmamalıdır.

7.1. 7-ci paraqrafın müddəalarına uyğun olaraq, göndərici və ya göndəricilər adları əks ünvanda və ya əks ünvanlarda göstərilən şəxslər və ya təşkilatlardır.

Maddə 29: Qaytarılma. Göndəricinin xahişi üzrə ünvanın dəyişdirilməsi və ya

düzəliş edilməsi


  1. Məktub korrespondensiyasının göndəricisi onun qaytarılması, ünvanın dəyişdirilməsi və ya ona düzəliş olunması barədə Reqlamentdə təyin edilmiş şərtlərlə xahiş edə bilər.

  2. Hər bir Poçt müdiriyyəti, əgər qanunvericiliyi buna yol verirsə, digər Müdiriyyətin xidmətində qəbul olunmuş hər hansı məktub korrespondensiyası göndərişinin qaytarılması, ünvanının dəyişdirilməsi və ya ona düzəliş edilməsi barədə ərizəni qəbul etməyə borcludur.

  3. Hər bir ərizəyə görə göndərici maksimal məbləği Reqlamentlərdə təyin olunmuş xüsusi tarifi ödəməlidir.

  1. Bağlama göndəricisi onun qaytarılmasını və ya üzərində ünvanın dəyişdirilməsini xahiş edə bilər. O, hər hansı yeni göndərilmə üçün tələb edilə biləcək məbləği ödəməyə zəmanət verməlidir.

  2. Bununla belə, Müdiriyyətlər 4-cü paraqrafda göstərilən ərizələri, belə ərizələr onların daxili xidmətlərində qəbul edilmirsə, qəbul etməmək hüququna malikdir.


Maddə 30: Reklamasiyalar


  1. Reklamasiyalar göndərişin qəbulunun ertəsi günündən hesab olunmaqla 6 ay ərzində qəbul edilir.

  2. Hər bir Poçt müdiriyyəti digər Müdiriyyətin xidmətində qəbul olunmuş istənilən göndəriş barədə reklamasiyaları qəbul etməyə borcludur.

  3. Adi bağlamalara və qiyməti elan olunmuş bağlamalara ayrı-ayrı reklamasiyalar tərtib edilməlidir.

  4. Reklamasiyaların işlənilməsi pulsuz həyata keçirilir. Lakin, əgər EMS xidmətindən istifadə barədə sifariş edilərsə, bu halda əlavə xərclər, prinsipcə, həmin sifarişi verən tərəfindən ödənilir.



Maddə 31: Gömrük baxışı


  1. Qəbul ölkəsinin Poçt müdiriyyəti və təyinat ölkəsinin Poçt müdiriyyəti öz ölkələrinin qanunvericiliyinə uyğun surətdə göndərişləri gömrük baxışına təqdim etmək hüququna malikdir.

  2. Gömrük nəzarətindən keçməli olan göndərişlər üçün poçtun xeyrinə, maksimal məbləği Reqlamentlərdə təyin edilmiş gömrüyə təqdim edilməyə görə tarif götürülə bilər. Bu tarif yalnız üzərinə gömrük rüsumları və ya bu cür xarakterli hər hansı digər vergi qoyulan göndərişlərin gömrüyə təqdim edilməsi və gömrük baxışı üçün tutulur.



Maddə 32: Gömrük baxışı üçün tarif
Müştərilər adından gömrük baxışı keçirməyə icazə almış Poçt müdiriyyətləri müştərilərdən əməliyyatın real dəyərinə əsaslanmış tarif götürmək hüququna malikdir.

Maddə 33: Gömrük rüsumları və digər haqlar
1. Poçt müdiriyyətləri, şəraitdən asılı olaraq, göndəricilərdən və ya göndərişlərin ünvan sahiblərindən gömrük rüsumları və bütün digər mümkün vergiləri götürmək hüququna malikdir.
Fəsil 2
MƏSULİYYƏT
Maddə 34

Poçt müdiriyyətlərinin məsuliyyəti. Kompensasiyalar
1. Ümumi müddəalar

1.1. 35-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Poçt müdiriyyətləri cavabdehlik daşıyır:



  1. sifarişli göndərişlərin, adi bağlamaların və qiyməti elan olunmuş göndərişlərin itirilməsi, oğurlanması və ya zədələnməsinə görə;

  2. nəzarətli çatdırılan göndərişlərin itirilməsinə görə.

1.2. Əgər sifarişli göndərişin, sadə bağlamanın və ya qiyməti elan olunmuş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi kompensasiyaya əsas verməyən fors-major şəraitinin nəticəsidirsə, bu halda göndərici, sığorta rüsumu istisna olmaqla, ödədiyi tariflərin kompensasiyası hüququna malikdir.

2. Sifarişli göndərişlər.



  1. Sifarişli göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici məktub korrespondensiyası Reqlamentində təyin edilmiş kompensasiya hüququna malikdir. Əgər göndərici məktub korrespondensiyası Reqlamentində təyin edildiyindən aşağı məbləğ tələb edirsə, bu halda Müdiriyyət həmin aşağı məbləği ödəmək və məsələnin aidiyyəti olduğu digər Müdiriyyətlərdən bu əsasla kompensasiya almaq hüququna malikdir.

  2. Sifarişli göndərişin qismən oğurlanma və ya qismən zədələnməsi halında göndərici, dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya heç bir halda məktub korrespondensiyası Reqlamenti ilə itki, tam oğurlanma və ya tam zədələnmə halları üçün təyin edilmiş məbləğdən artıq ola bilməz. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

3. Nəzarətli çatdırılan göndərişlər

3.1. Nəzarətli çatdırılan göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici ödənilmiş tariflərin kompensasiyası hüququna malikdir.



4. Sadə bağlamalar

  1. Sadə bağlamanın itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici poçt bağlamaları Reqlamentində təyin edilmiş kompensasiya hüququna malikdir.

  2. Sadə bağlamanın qismən oğurlanması və ya qismən zədələnməsi halında göndərici dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya heç bir halda poçt bağlamaları Reqlamentində itki, tam oğurlanma və ya tam zədələnmə halları üçün təyin edilmiş məbləğdən artıq ola bilməz. Dolayısı ilə dəyən ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

  3. Poçt müdiriyyətləri öz aralarında çəkidən asılı olmayaraq hər bir bağlama üçün poçt bağlamaları Reqlamentində təyin olunmuş məbləğin ikitərəfli münasibətlərdə tətbiqi barədə razılığa gələ bilərlər.

5. Qiyməti elan edilmiş göndərişlər

  1. Qiyməti elan edilmiş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsi halında göndərici elan olunmuş qiymətin XAH-la məbləğinə prinsipcə uyğun olan kompensasiya hüququna malikdir.

  2. Qiyməti elan edilmiş göndərişin qismən oğurlanması və ya zədələnməsi halında göndərici dəymiş zərərin həqiqi dəyərinə, prinsipcə, uyğun kompensasiya hüququna malikdir. Bununla belə, bu kompensasiya, heç bir halda, elan olunmuş qiymətin XAH-la məbləğindən artıq ola bilməz. Dolayı ziyanlar və ya realizə edilməmiş mənfəət nəzərə alınmır.

  1. 4-cü və 5-ci paraqraflarda baxılmış hallarda, kompensasiya məbləği eyni tipli əşyaların və ya malların göndərilmə üçün qəbul olunduğu yerdə və anda mövcud preyskurant qiymətləri üzrə XAH-a çevirməklə hesablanır. Preyskurant qiymətləri olmadıqda, kompensasiya əşyaların və ya malların adi qiymətləri üzrə, həmin əsaslarla hesablanır.

  2. Əgər kompensasiya sifarişli göndərişin, sadə bağlamanın və ya qiyməti elan edilmiş göndərişin itkisi, tam oğurlanması və ya tam zədələnməsinə görə təyin edilirsə, bu halda göndərici və ya şəraitdən asılı olaraq ünvançı həm də, sifariş və ya sığorta rüsumu istisna olmaqla, ödəmiş olduğu tarif və rüsumların kompensasiyası hüququna malikdir. Eyni qayda pis vəziyyətə düşməsinə görə alıcının imtina etdiyi və bu zədələnməyə görə poçt xidmətinin məsuliyyət daşıdığı sifarişli göndərişlərə, sadə bağlamalara və ya qiyməti elan olunmuş göndərişlərə də tətbiq edilir.

  3. 2-ci, 4-cü və 5-ci paraqrafların müddəalarından kənara çıxaraq, ünvan sahibi oğurlanmış və ya zədələnmiş sifarişli göndərişi, sadə bağlamanı və ya qiyməti elan olunmuş göndərişi aldıqdan sonra da kompensasiya hüququna malikdir.

  4. Qəbul müdiriyyəti öz ölkəsində göndəricilərə sifarişli göndərişlər və qiyməti elan edilmiş bağlamalar üçün 2.1 və 4.1-ci paraqraflarda göstərilən məbləğlərdən az olmamaq şərtilə, öz daxili qanunvericiliyində nəzərdə tutulmuş kompensasiyaları ödəmək hüququna malikdir. Bu müddəa, kompensasiya ünvançıya ödənildiyi halda, təyinat Müdiriyyətinə də aiddir. Bununla belə, 2.1 və 4.1-ci paraqraflar üzrə təyin edilmiş məbləğlər aşağıdakı hallarda tətbiq ediləcək qalır:

  1. məsul Müdiriyyətə qarşı iddia irəli sürüldüyü halda;

  2. göndərici öz hüquqlarından ünvan sahibinin xeyrinə imtina etdiyi və ya əksinə hallarda.



Maddə 35: Poçt müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi
1. Poçt müdiriyyətləri sifarişli göndərişlərin, nəzarətli çatdırılan göndərişlərin, bağlamaların və qiyməti elan edilmiş göndərişlərin alınıb-verilməsini öz daxili qaydaları ilə uyğun kateqoriyalı göndərişlər üçün təyin olunmuş şərtlər daxilində həyata keçirdikləri hallarda, həmin göndərişlərə görə məsuliyyət daşımaqdan azad edilirlər. Bununla belə, məsuliyyət aşağıdakı hallarda saxlanılır:

1.1. əgər oğurluq və ya zədələnmə, göndəriş təqdim edilənə qədər, yaxud təslim edildiyi anda aşkar edilmişdirsə;



  1. əgər daxili qanunvericilik buna icazə verirsə, ünvan sahibi və ya lazımi halda, göndəriş qəbul yerinə qaytarıldığı zaman, göndərici oğurlanmış və ya zədələnmiş göndərişi qeyd-şərtlə qəbul edirsə;

  2. əgər daxili qanunvericilik buna icazə verirsə, sifarişli göndəriş məktublar üçün yeşiyə qoyulur, lakin ünvançı reklamasiya təqdim edərək göndərişi almadığını bəyan edirsə;

  3. əgər bağlamanın və ya qiyməti elan olunmuş göndərişin ünvan sahibi və ya geri qaytarılma halında onun göndəricisi, göndərişi alarkən düzgün imza verməsinə baxmayaraq, ona göndərişi vermiş Müdiriyyətə zədələnmə aşkar etdiyi barədə dərhal xəbər verirsə; o, oğurluğun və ya zədələnmənin göndərişi aldıqdan sonra baş vermədiyi barədə sübut təqdim etməlidir.

2. Poçt müdiriyyətləri aşağıdakı hallarda məsuliyyət daşımır:

  1. 12.4-cü maddəyə əməl edilməsi şərtilə fors-major şəraitinin təsiri halında:

  2. əgər məsuliyyət başqa cür sübut olunmamışsa, fors-major şəraitinin təsiri nəticəsində xidməti sənədlərin məhv olması səbəbindən göndərişin taleyini müəyyənləşdirə bilmədikləri halda;

  3. əgər ziyan göndəricinin günahı və ya səhlənkarlığı üzündən, yaxud göndəriş tərkibinin xüsusiyyətləri ilə əlaqədar dəymişdirsə;

  4. əgər söhbət, içərisindəkinə 25-ci maddədə nəzərdə tutulmuş qadağaların şamil edildiyi və onların tərkibi ilə əlaqədar, müvafiq hökumətlər tərəfindən müsadirə və ya məhv edilmiş göndərişlərdən gedirsə;

  5. təyinat ölkəsinin qanunvericiliyi ilə göndərişin müsadirə edilməsi barədə həmin ölkənin Müdiriyyətindən məlumat alındığı halda;

  6. əgər qiyməti bilərəkdən, içərisindəkilərin real dəyərindən yüksək elan edilmiş göndərişlərdən söhbət gedirsə;

  7. əgər göndərici göndərişin qəbulunun ertəsi günündən başlamaqla, altı ay müddətində heç bir reklamasiya verməmişdirsə;

  8. əgər söhbət hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamalarından gedirsə.

3. Poçt müdiriyyətləri gömrük bəyannaməsinə görə, onun hansı formada tərtib edilməsindən asılı olmayaraq, heç bir məsuliyyət daşımır. Müdiriyyətlər həmçinin gömrük baxışına məruz qalan göndərişlərin yoxlanılması zamanı gömrük xidmətlərinin qəbul etdiyi qərarlara görə heç bir məsuliyyət daşımır.

Yüklə 284,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin