Münaqişəsiz fövqəladə hadisələrə aşağıdakılar aiddir:
-
Təbii xarakterli fövqəladə hadisələr;
-
Texnogen xarakterli fövqəladə hadisələr;
-
Ekoloji xarakterli fövqəladə hadisələr;
-
Sosial-siyasi xarakterli fövqəladə hadisələr və s.
-
Təbii xarakterli fövqəladə hadisələrin təsnifatı:
-
Meteoroloji təhlükəli hadisələr (9-11 ballıq fırtına, 12-15 ballıq qasırğa, tufan, burul-ğan, leysan yağışı, iri dolu, güclü qar, çovğun, buzlaşma, donvurma, quraqlıq və s.);
-
Geofiziki təhlükəli hadisələr (zəlzələlər, vulkan püskürmələri);
-
Hidroloji təhlükəli hadisələr (su səviyyəsinin qalxması (daşqın) və ya düşməsi, yeraltı suların səviyyəsinin qalxması-subasma);
-
Kənd təsərrüfatı heyvanlarının yoluxucu xəstəliklərə tutulması;
-
İnsanların yolxucu xəstəliklərə tutulması;
-
Kortəbii yanğınlar (yeraltı yanğınlar, meşə yanğınları, zəmi və çöl yanğınları);
-
Kənd təsərrüfatı bitkilərinin xəstəlik və ziyanvericilərin təsirinə məruz qalması;
-
Geoloji təhlükəli hadisələr (torpaq sürüşməsi, sel, marxal, tozlu qasırğa, karst suxurlarında yer səthinin çökməsi);
-
Dənizdə hidroloji təhlükəli hadisələr (tropik qasırğa, sunami, 5 baldan yuxarı güclü dalğalanma, dəniz səviyyəsinin sürətlə dəyişməsi).
2. Texnogen xarakterli fövqəladə hadisələrin təsnifatı:
-
Nəqliyyat qəzaları (fəlakətləri);
-
Yanğınlar (partlayışlar);
-
Binaların qəflətən uçulması;
-
Güclü təsirli zəhərləyici maddələr (GTZM) ətrafa yayılmaqla, baş verən qəzalar;
-
Radioaktiv maddələr (RM) ətrafa yayılmaqla, baş verən qəzalar;
-
Bioloji təhlükəli maddələr (BTM) ətrafa yayılmaqla, baş verən qəzalar;
-
Həyat təminatlı kommunal sistemlərdə (su, kanalizasiya, qaz, istilik və elektrik-enerjisi şəbəkələrində) baş verən qəzalar;
-
Hidrodinamik qəzalar (su bəndlərinin yarılması).
Dostları ilə paylaş: |