Тяхмини тявгим тематик план



Yüklə 1,34 Mb.
səhifə6/47
tarix22.04.2023
ölçüsü1,34 Mb.
#101567
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   47
pedaqoji psixologiyadan mühazirə kursu-2011.02 (2)

ƏDƏBİYYAT


  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002.

  2. Əliyev B.H., Cabbarov R.V. Təhsildə şəxsiyyət problemi. Bakı: 2008

  3. Əliyev B.H. Şəxsiyyətə yeni baxış nəzəriyyəsi. Bakı, 1999.

  4. Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri, Bakı, Ozan, 1998, 368 s.

  5. Əlizadə Ə.Ə., H.Ə.Əlizadə. Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş. Bakı: 479 s.

  6. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, I kitab. Bakı: 2010,320 s.

  7. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya, II kitab. Bakı: 2010,288 s.

  8. Əlizadə Ə.Ə. Əlizadə H.Ə. Pedaqoji psixologiya. Bakı : 2010, 600s.

  9. Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. Bakı, 2002.

  10. Qədirov Ə.Ə. Yaş psixologiyası. Bakı, 2001.

  11. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika. Bakı, Caşıqoğlu, 2003

  12. Vıqotskiy L.S. Pedaqoqiçeskaə psixoloqiə. M., 1996.

  13. Zinçenko V.P. Psixoloqiçeskie osnovı pedaqoqiki. M.: 2002,

  14. Manannikova E.N. Pedaqoqiçeskaə psixoloqiə . M.: 2008



Mövzu 4. Təlimin psixoloji mahiyyəti
Plan:

  1. Təlim haqqında ümumi məlumat

  2. Təlimin strukturu

  3. Təlim prinsipləri

Təlim problemi didaktika və təlim metodikasında müxtəlif aspektdən nəzərdən keçirilir. Təlim problemi bu elmlərdən hər birinin obyektinə daxil olsa da, onlar təlimi özünəməxsus şəkildə öyrənirlər. Əgər pedaqogika təlimin forma və məzmununu, təlim metodlarının təşkili yollarını, xüsusi metodika konkret dərs predmetlərində onların gerçəkləşməsi üsullarını tədqiq edirsə, pedaqoji psixologiya təlimin idarə olunmasının və bu prosesin təşkilinin psixoloji mexanizmlərini, qanunauyğunluqlarını və səbəblərini öyrənir.


Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqəsdəyönlü idrak prosesidir (M.Həmzəyev).
Təlim–biliklərin, bacarıqların və vərdişlərin mənimsənilməsi və şəxsiyyətin formalaşması prosesində (qabiliyyətlər, maraqlar, sərvət dəyərləri inkişaf edir, xarakterin formalaşması və s.) müəllim və şagirdlərin qarşılıqlı fəaliyyətidir. Təlim xüsusi şəraitdə təşkil olunmuş məqsədyönlü öyrənmədir. Təlimi pedaqoq idarə edir.
Pedaqoji ədəbiyyatın və psixoloji mənbələrin təhlili təlimə aşağıdakı yanaşmaları fərqləndirməyə imkan verir:

  • Təlim sosial-psixoloji proses kimi. Bu posesdə informasiya mübadiləsi baş verir, sosial rollar, mövqelər və yönəlişlər fomalaşır.

  • Təlim - ünsiyyət prosesi kimi. Bu prosesdə subyekt-subyekt əlaqələri və qarşılıqlı münasibətlər ortaya çıxır.

  • Təlim - müəllimin və şagirdin yaradıcılıq prosesi kimi. Bu prosesdə müştərək fəaliyyət nəticəsində kreativ davranışın artması və güclənməsi müşahidə olunur.

V.Q.Kazanski qeyd edir ki, təlimin mahiyyətinin psixoloji kontekstdə dərk olunması üçün, onu ilkin olaraq qarşılıqlı təsir və ünsiyyət prosesi kimi təhlil etmək lazımdır.
Məlumdur ki, ünsiyyət – bir neçə adamın öz arasında həyata keçirdiyi idraki və emosional-qiymətləndirici informasiya mübadiləsinin qarşılıqılı təsiri prosesidir. Təlim prosesində şagird və müəllim fəal şəkildə öz fəaliyyətlərinin subyekti kimi çıxış edirlər. Müəllim şagirdlərə, onlar isə öz növbəsində müəllimlərə təsir göstərirlər. Belə qarşılıqlı təsir onların davranışını dəyişir. Onların həm özünə, həm də öz fəaliyyətlərinin predmetinə müəyyən edilmiş münasibəti ortaya çıxır.
Təlim porsesində hər iki tərəf üçün əhəmiyyət daşıyan bərabərhüquqlu didaktik ünsiyyət təzahür etməyə başlayır.
Y.L.Kolominskinin apardığı tədqiqatlar göstərdi ki, müəllim-şagird münasibətləri müxtəlif aspektlərdən nəzərdən keçirilə bilər:

  1. Münasibət +, davranış ­-;

  2. Münasibət -, davranış +-;

  3. Münasibət -, davranış ­-;

  4. Münasibət +, davranış +-;

Təlim müəllimin informasiyanı ötürməsi, şagirdlərin isə həmin informasiyanı işləməsi prosesi kimi də baxıla bilər. Başqa cür deyilsə, pedaqoq tərəfindən verilən informasiya şagird tərəfindən özünün subyektiv təcrübəsi əsasında işlənilir. Bu müəllimdən verilən informasiyanın məzmununa, həcminə və korrektə olunmasına nəzarət etməyi tələb edir.
Məlumat verərkən müəllim özünün emosinal hərəkətləri ilə özü də bilmədən həmin məlumatların şagird üçün əhəmiyyətini artırır. İnformasiyanın verilməsi və qəbulu prosesinə zaman, məkan və digər amillər hərtərəfli təsir göstərir.
Təlim prosesinin sosial-psixoloji hadisə kimi başa düşülməsinə bir sıra psixoloqların - Q.M.Andreyevanın, E.Bernin, A.A.Leontyevin baxışları ciddi təsir göstərmişdir. Bu yanaşmada belə bir nöqteyi-nəzər əsas götürülür ki, münasibətlər sisteminə daxil olan subyektlər özünəməxsus mövqelərə malik olur və hər iki tərəf üçün məqbul sayılan müəyyən situasiya yaradırlar.
E.Bernin fikrincə hər bir şagird təlim fəaliyyətində üç mövqedən birini seçə bilər. Onları şərti olaraq belə göstərə biələrik: valideyn mövqeyi («lazımdır»), yaşlı adam mövqeyi («istəyirəm» və «lazımdır»), uşaq mövqeyi («istəyirəm»).
Qarşılıqlı təsir o zaman effektiv olur ki, seçilmiş mövqelər ümumiləşmiş tələbatlara və hərəkətlərə müvafiq olsun.
Ənənəvi olaraq təlimin üç funksiyasını fərqləndirirlər:

  • Təlimin təhsil funksiyası;

  • Təlimin tərbiyəedici funksiyası;

  • Təlimin inkişafetdirici funksiyası.

Bu funksiyaların hər biri təlimin bütövlüyünün təmin olunmasında və məqsədlərində öz əksini tapır. Təlimə münasibətdə müxtəlif nəzəriyyələr və konsepsiyalar formalaşmışdır.
Təlimin fundamental nəzəriyyələrindən biri, eləcə də təhsilin nəzəri və praktik məsələlərinin həllinə əhəmiyyətli təsir göstərən nəzəriyyələrdən biri təlimin assosiativ nəzəriyyəsidir. Bu nəzəriyyə sensualizmin metodoloji bazası əsasında yaranmışdır. Bu nəzəriyyənin tərəfdarları – F.Bekon, C.Lokk və Y.A.Komenski hesab edirdilər ki, istənilən təlimin əsasında hissi idrak dayanır. Bu o deməkdir ki, insanın şüurunda əyani obrazlar və təsəvvürlər yalnız onun təcrübəsinin genişlənməsinə gətirib çıxarmır, həm də onun ümumiləşdirilməsinə şərait yaradır. Demək olar ki, illüstrativ-şərhedici təlim növü məhz belə yaranmışdır və bu metodoloji prinsiplərə əsaslanır.
Bu təlim növü təlim prosesində sinif–dərs sisteminin təşkilini, biliklərin mənimsənilməsinin və onların tətbiqinin təlimin əsas vəzifəsi olmasını, əyaniliyin aparıcı vasitə olmasını diktə edirdi. Bu ənənəvi təlimin metodoloji əsasları idi. Bu təlim növündən hələ də istifadə olunur.
XX əsrin əvvəllərində iki psixoloji istiqamət - biheviorizm və geştalt psixologiya tərəfindən təlimin yeni məsələləri formalaşdırıldı. Bu yanaşmada təlim anlama kimi, tamın yaradılması kimi, tamın öz hissələri ilə əlaqə və münasibətləri kimi nəzərdən keçirilməyə başlandı.
Geştalt psixoloqlar (M.Vertheymer, V.Keller, K.Koffka və b.) təlim prosesinə uşağın şəxsi təcrübəsinin yenidən təşkili kimi baxırdılar. Bu zaman təcrübə onun müxtəlif aspektləri (motor və sensor) və ya müəyyən struktur kimi təqdim edilirdi. Ətrafdakılarla qarşılıqlı təsirdə uşaq tərəfindən qazanılmış yeni təcrübə keçmiş təcrübənin strukturunun yenidən təşkilinə gətirib çıxarır.
Biheviorizm çərçivəsində «sınaq və səhvlər» nəzəriyyəsinin yaranması təlimə yeni aspektdən yanaşma ilə nəticələndi. E.Torndayk heyvanlarda öyrənmə prosesinin qanunayğunluqlarını tədqiq edərkən öyrənmənin üç qanununu müəyyən etdi: effekt qanunu, məşq qanunu, hazırlıq qanunu. Bu nəzəriyyənin əsasında təlimin proqramlaşdırılmış və alqoritmik modeli yarandı.
Bir qədər sonra koqnitiv psixologiyada C.Bruner tərəfindən yeni təlim konsepsiyası yaradıldı. O müəyyən etdi ki, təlim prosesində subyektə verilmiş informasiyadan kənara çıxmalar müşahidə olunur: şagird informasiyanı işləyərkən onu yenidən qurur, öyrənilən hadisənin səbəb və nəticəsini ayırd etməyə çalışır. Bu müddəa əsasında C.Bruner özünün təlimin spiralvari nəzəriyyəsini (getdikcə mürəkkəbləşən) yaratdı.
Pedaqoji və ümumi psixologiyada müxtəlif təlim konsepsiyaları yaradılmışdır. Onlardan tarixi-mədəni konsepsiya (L.S.Vıqotski), fikri fəaliyyətin mərhələli formalaşması konsepsiyası ( P.Y.Qalperin), inkişafetdirici təlim nəzəriyyəsi (V.V.Davıdov, D.B.Elkonin, Z.İ.Kalmıkov, N.A.Men­çins­kaya, L.V.Zankov və başqaları), problemli təlim nəzəriyyəsi (Q.V.Kud­rya­v­sev, İ.Y.Lerner, A.M.Matyuşkin, M.M.Mahmudov və başqaları), təlimin optimallaşdırılması nəzəriyyəsi Y.K.Babanski, öyrənmənin dərketmə konsepsiyası (B.H.Əliyev, R.V.Cabbarov) və başqalarını qeyd etmək olar.
Təlimin düzgün təşkilində onun prinsiplərinə riayət edilməsi olduqca zəruridir. Pedaqogikada və pedaqoji psixologiyada təlimin prinsiplərini aşağıdakı kimi təsnif edirlər:

  1. Məqsədyönlülük prinsipi;

  2. Təlimin həyatla əlaqələndirilməsi prinsipi;

  3. Təlimdə şüurluluq və fəallıq prinsipi;

  4. Təlimdə əyanilik prinsipi;

  5. Təlimdə biliklərin möhkəmləndirilməsi prinsipi;

  6. Təlimdə yaşauyğunluq prinsipi;

  7. Təlimdə fərdi yanaşma prinsipi;

  8. Təlimdə nikbinlik prinsipi;

  9. Təlimdə hörmət və tələbkarlıq prinsipi;

  10. Təlimdə tələblərin vahidliyi prinsipi;

  11. Təlimdə sistematiklik və ardıcıllıq prinsipi;

  12. Təlimdə fənlərarası əlaqə prinsipi;

  13. Təlimdə demokratiklik və humanizm prinsipi;

  14. Təlimdə kollektivin tərbiyəedici təsirindən səmərəli istifadə prinsipi;

  15. Təlim prinsiplərinin qarşılıqlı əlaqəsi prinsipi.

Pedaqoji psixologiyada təlim prinsiplərindən düzgün, məqsədə müvafiq istifadə edildikdə təlim prosesində müəllimlər və şagirdlərdə yüksək nailiyyətlər əldə oluna bilər, təlim daha effektiv təşkil edilə bilər.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin