Tourism and recreation in the XXI century: problems and prospects


Azərbaycanın mehmanxana və mehmanxan tipli müəssisələrində əmək məhsuldarlığı



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə22/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   18   19   20   21   22   23   24   25   ...   356
Kitab Turizm

 
Azərbaycanın mehmanxana və mehmanxan tipli müəssisələrində əmək məhsuldarlığı 
Mənbə: www.stat.gov.az 
Azərbaycanda turizm sənayesinin inkişaf templərini qiymətləndirmək üçün bu sahədə istifadə 
olunan əsas fondların dəyərinin dinamikasından istifadə edə bilərik. Belə ki, Azərbaycan 
0
100
200
300
400
500
600
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
birgə 
xarici
xüsusi
dövlət
0
5
10
15
20
25
30
2006
2007
2008
2009
2010
2011
2012
2013
2014
2015
2016
2017
İşçilərin orta ilik sayı (min nəfər) 
Əmək məhsudarlığı (min manat/nəfər) 
TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
11
Baku, Azerbaijan


iqtisadiyyatında əsas fondların dəyəri 2016-cı ildə 169,1 milyard manat olmuşdur ki, bu da 2005-ci ilin 
müvafiq göstəricisindən 5 dəfə çoxdur. Turistlərin yerlşdirilməsi və ictimai iaşə müəssisələrinin əsas 
fondlarının dəyəri isə 2016-cı ildə 0,75 milyard manat (ölkə üzrə ümumi göstəricidə payı 0.45%) 
olmaqla 2005-ci ilin müvafiq göstəricisindən 6,3 dəfə çox olmuşdur. Bu sahənin əsas fondlarının artım 
tempinin ölkə üzrə artım tempindən çox olması sahənin investorlar üçün cəlbediciliyinin yüksəlməsi 
barədə mülahizə söyləməyə əsas verə bilər.
Eyni zamanda, turistlərin yerləşdirilməsi və ictimai iaşə müəssisələrində yaradılan ÜDM-in cari 
qiymətlərlə həcminin 2005-ci ildəki 70 miyon manatdan 2017-ci ildə 1,64 milyard manatadək 23 
dəfəlik artımı sahədə məhsudarlığın və gəlirliliyinin artmasını göstərir. Bu sektorun ÜDM-də payının 
2005-ci ildəki 0,56% -dən 2017-ci ildəki 2,3%-dək artması (5 dəfəlik artım) turizmin Azərbaycan 
iqtisadiyyatında əhəmiyyətinin sürətlə artmasını da göstərir. 
Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə turizmin inkişafı mikro və kiçik müəssisələrin 
daha səmərəli olduğu lokal və mövsümi xarakteri tələbatların sürətlə artmasına gətirir. Turizm 
sektorunun klasterial inkişafının təmin edilməsi və və bu sektorun ölkədə həyat səviyyəsinin 
yükksəlməsində rolunun artması mikro və kiçik müəssisələrin bu imkanlardan yararlanma 
qabiliyyətlərinin və imkanlarının mövcudluğu ilə birbaşa bağlıdır.
Bölgələrdə yüksək ixtisasa malik olmayan insanların özünəməşğulluğunun və ümumiyyətlə 
məşğulluğun təmin olunması üçün maliyyə resurslarının əlçatanlığı mühüm əhəmiyyət kəsb edir. 
İqtisadiyyatın liberallaşdırılması adətən daxili maliyyə bazarlarının modernləşdirilməsindən başlayır. 
Tədqiqatlar göstərir ki, açıq və müasir tələblərə cavab verən maliyyə bazarları ilə əhalinin rifahı 
arasında müsbət əlaqələr var.
Mikromaliyyələşmənin əsas istehlakçılarına aşağıdakıarı aid etmk olar: 
-
kiçik əkinçilik, heyvandarlıq və balıqçılıqla məşğul olan fərdi sahibkarların becərmə, gübrələr, 
dərman preparatarı, zəruri texniki vasitələrin alınması və digər xərclərinin maiyyələləşdirilməsi üçün; 
-
aqrar sektor məhsullarının emalı və saxlanması üçün əsas vəsaitlərin və texnologiyaların 
alınması üçün və s;
-
sənətkarlıq, ticarət, nəqliyyat, mehmanxana, turistlərin yerləşdirilməsi, fitnes, restoran və 
digər sahələrdə fəaliyyət göstərən sahibkarlar;
-
bu sahələrdə idarəetmə və marketinq xidmətlərinin ödənilməsi üçün. 
Mikromaliyyə biznesi bir çox kənd və şəhərlərdə uğur qazanmışdır. İqtisad elmində turizmin 
sənayesinin inkişafı ilə yoxsulluğun azaldılması və yoxsulların maliyyə bazarlarına çıxışı praktiki 
olaraq birlikdə təhlil edilməmişdir. Turizmin çox olduğu yerlərdə maliyyə axınları digər yerlərdə 
axınlardan fərqlənirmi? Yoxsulların bu axınlara çıxışlarını təmin etmək olarmı? Maliyyə və turizm 
sektoru yoxsulluğun azaldılması üçün daha çox iş yeri təklif edə bilərmi? 
İnkişaf etməkdə olan ölkələrin son 30 ildəki liberallaşma təcrübəsi göstərdi ki, bu ölkələrin 
müəssisələri azad rəqabətdə inkişaf etmiş ölkələrin müəssisələrinə uduzur və nəticədə liberallaşma 
gəlirlərin daha çox qeyri-bərabər bölgüsünə, eləcə də yoxsulluğun artmasına gətirib çıxarır. İnkişaf 
etməkdə olan ölkələrin hökumətlərinin turizmə xarici sərmayələrin təşviq edilməsi istiqamətində 
səyləri ödəniş balansını yaxşılaşdıra bilər. Bununla belə, bu, özü-özlüyündə iqtisadiyyatın inkişafına 
və ya gəlirlərin daha yaxşı bölgüsünə gətirib çıxara bilməz. 

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin