Avropalı tur operatorları öz destinasiyalarınıza dəvət etməyə çalışın. Təklif oluna bilən ən
yaxşı mədəni tur imkanlarını təklif edin.
Təhlükəsizlik
Sağlamlıq və təhlükəsizlik tədbirləri
Sağlamlıq və təhlükəsizlik Avropalı mədəni tur iştirakçıları üçün vacib meyarlardandır. Onlar tez-
tez getdikləri destinasiyaların təhllüksiziliyini sorğulayırlar. Onlar sürücülər haqqında və onaların nə
dərəcədə təhlükəsziliyə riayət edəcəyi barədə məlumat əldə etmək istəyirlər. Otaqlardakı natəmizlik və
tüstü detektorları destinasiyalardan narahatlıq yaradan səbəblərdəndir. Bu tətildən sonra xoşagəlməz
xatirələrin nəticəsi ola bilər.
Təkliflər:
Sağlamlıq və təhlükəsizliyə diqqət yetirin. Aşağıda göstərilənlərə diqqət edilməlidir:
Maşın və avadanlıqları müntəzəm yoxlanışdan keçirin.
Tüstü detektorları və yanğın çıxışlarının olmasına diqqət edin.
Ilk yardım çıxışlarının istifadəyə yararlılığı yoxlanılmalıdır. İlk yardım çantalarının olmalıdır.
Yaxşı sürücülər seçin.
Siyasi sabitlik
Siyasi sabitlik avropalı turistlər çox
vacib faktordur, çünki bəzi inkşafda olan ölkələrdə bu sabitlik
yoxdur. Əksər kommersiya yönümlü tur operatorlar xarici işlər nazirliyinin qeyri-stabil saydığı
ölkələrə tur təklifi etmirlər. Bu səbəbdən də Mali, Misir, Venezuela
kimi ölkələrə təşkil olunan
tətillərdə kəskin azalma müşahidə olunur.
Təkliflər:
Yaşadığınız bölgənin təhlükəsizlik şəraitinin stabilliyi barədə müştərilərinizi daim
məlumatlandırın. Məsələn, sosial şəbəkələr və işçi heyətiniz vasitəsilə bu tip fəaliyyətləri
gerçəkləşdirə bilərsiniz.
Müştərilərinizin təhlükəsizliklə bağlı təcrübələrini öz internet səhifənizdə paylaşın. Onların
təhlükəsizliyi hansı məqamlarda ehtiyac duyqudlarını öyrənməyə çalışın,
çünki insanlar daha çox
səfərdə olanların fikirlərinə üstünlük verirlər. Əgər sizin regionunuz təhlükəli bölgə hesab edilirsə, tur
operatorlar ora turtəşkil etməkdən çəkinəcəklər. Bu halda könüllü təşkilatlara və ya fərdi səyahət
edənlərə müraciət edin.
Hədəf seçdiyiniz ölkənin,məsələn, Niderlan, İsveçrə, Birləşmiş Krallıq
kimi ölkələrin xarici
işlər nazirliyinin internet səhifələrində öz ölkənizin cari təhlükəsizlik statusunu yoxlayın.
Pul
Mədəni turlar tez-tez qiymət dəyişikliyinə məruz qalır. Pullarına qənaət eləmək üçün Avropalı
turistlər daha ucuz və qısa müddətli tətillərə üz tuturlar. Buna baxmayaraq, inkşafda olan ölkələrə
edilən mədəni turlar üçün bu adi hal deyil.Turistlər anlayırlar ki, bu tətillər çox da baha deyil. Onlar
daha keyfiyyətli bir təcrübə qazanmaq üçün daha çox xərc etməli olduqlarını başa düşürlər.
Təkliflər:
Öz destinasiyanızın orjinal tarixi və mədəni irsi yerlərini ön plana çəkin.
Məhsul qiymətlərində bacardığınız qədər ədalətli olun.
Müştərilərin xoşagəlməz
hallarla(məsələn,reklam olunandan daha çox xərcinin çıxması) qarşılaşmasının qarşısını almağa
çalışın.
Dostları ilə paylaş: