Tikinti müəssisəsində dövriyyə fondları və dövriyyə vəsaitləri


Dövriyyə vəsaitlərinin dövranı və normalaşdırılması



Yüklə 74,55 Kb.
səhifə2/2
tarix10.01.2022
ölçüsü74,55 Kb.
#51155
1   2
Dovriye fondlari

Dövriyyə vəsaitlərinin dövranı və normalaşdırılması

  • Dövriyyə vəsaitlərinin normalaşdırılması dedikdə, onların müəssisədə istehsal prosesinin gedişi üçün lazım olan kafı miqdarı başa düşülür.
  • Planlı iqtisadiyyat zamanı yuxan təşkilat müəssisələr üçün dövriyyə vəsaitlərinin ümumi normativini müəyyən edir. Bu halda müəssisələr həmin normativə nəzarət etməyə məcburdur.
  • Bazar iqtisadiyyatına keçildikcə müəssisələrdə dövriyyə vəsaitləri üzrə normativi heç kim qoymur və nəzarət etmir. Lakin bu o demək deyildir ki, bazar şəraitində müəssisələrin vəsaitlərinə özləri normativi müəyyən etməməli və bu iş nəzarətdən kənarda qalmamalıdır.
  • Dövriyyə vəsaitləri normalaşdırılan və normalaşdırılmayan vəsaitlərə bölünür.
  • Dövriyyə vəsaitlərinin təxminən 80%-i normalaşdırılır. Normalaşdırılan dövriyyə vəsaitləri üçün yuxarı təşkilat müəyyən limit müəyyən edir. Müəssisədə dövriyyə vəsaitlərinin həmin normadan arıtq olması müəssisənin fəaliyyətinin lazımi səviyyədə qurulmadığını göstərir.
  • Bütünlükdə dövriyyə fondları və müəssisənin anbarında olan hazır məhsul normalaşdırılır, Dövriyyə vəsaitlərinin yerdə qalan elementləri normalaşdırılmır.
  • Dövriyyə vəsaitləri həmişə hərəkətdə olur.
  • Dövriyyə vəsaitlərinin dövranı cəmiyyətin iqtisadi qanunlarına uyğun olaraq baş verir. Bu zaman dövriyyə vəsaitl formasını dəyişir. Dövriyyə vəsaitlərinin dövranı üç mərhələni əhatə edir.
  • 26- Birinci mərhələdə müəssisələr pul vəsaitlərini əmək predmetlərinin alınmasına yönəldir. Bu mərhələdə dövriyyə vəsaitləri pul formasından əmtəə formasına, pul vəsaitləri isə tədavül dairəsindən istehsal dairəsinə keçir.
  • İkinci mərhələdə əldə edilmiş dövriyyə fondları bilavasitə istehsal prosesinə keçir və əvvəlcə istehsal ehtiyatlarına və yarımfabrikatlara, istehsal prosesi başa çatdıqdan sonra isə hazır məhsula (əmtəə forması) çevrilir.
  • Üçüncü mərhələdə isə hazır məhsul satılır. Nəticədə dövriyyə fondları istehsal dairəsindən tədavül dairəsinə keçir və yenidən pul formasına düşür. Bu vəsaitlər yeni əmək predmetlərinin alınmasına yönəldilir və yeni dövran başlanır və s.
  • Cari ehtiyat materialların müəssisəyə gətirilməsi dövrləri arasında istehsalın normal gedişini təmin etmək üçün lazım olan xammal və material ehtiyatını əks etdirir.
  • Texnoloji (hazırlıq) ehtiyatı materialları müəssisəyə daxil olduqdan sonra onların istehsal prosesinə buraxılması üçün vaxt tələb olunan hallar (qurutma, biçilmə, və s.) üçün düşünülür. Bu ehtiyatın ölçüsü texnoloji proseslərin xarakterindən asılı olur.
  • Müəssisənin materiallarla təchizatı zamanı baş verən ləngimələrin təsirini aradan qaldırmaq və istehsal prosesinin normal gedişini təmin etmək məqsədilə sığorta ehtiyatı formalaşdırılır. Bu ehtiyatın ölçüsü 3-5 gün olur.

Dövriyyə vəsaitlərinin dövretməsinin sürətləndirilməsi yolları

  • 28-Dövriyyə vəsaitlərinin dövretməsi aşağıdakı yollarla sürətləndirilə bilər:
  • 1) əsas məhsulun istehsalı prosesinin qısaldılması;
  • 2) müəssisənin anbarında material ehtiyatlannın ixtisar edilməsi;
  • 3) satılmayan məhsulun keçici qalığının ixtisar edilməsi;
  • 4) istehsalın ahəngdarlığının təmin edilməsi;
  • 5) məhsul satışının həcminin artırılması.

Yüklə 74,55 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin