Hipoksiyanın dölə qısa müddətli təsirindən nə qeyd olunur? -
Taxipnoe
-
Bradinardiya
-
Apnoe
-
Taxikardiya
-
Bradipnoe
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az daxil olur və O2 aclığı baş verir. Bunun təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
-
Eksikoz dedikdə nə başa düşülür? -
Qan azlığı
-
A/T (arterial təzyiqin) düşməsi
-
İshal
-
Qusma
-
Susuzluq
Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
-
Dostları ilə paylaş: |