UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?
Tirtrətmə
Qarışqa gəzintisi
Vibrasiya
Sancma
Yüngül istilik
UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı toxumalarda endogen istilik əmələ gəlir, bu da xəstədə yüngül istilik hissi yaradır.
Ədəbiyyat: Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980
Abdominal punksiyadan sonra xəstənin qarnını nə üçün dəsmalla sıxırlar?
Xəstə bayılmasın
Beyin qansızması baş verməsin
Ağciyər ödemi baş verməsin
Hipertonik kriz baş verməsin
Qarın boşluğuna maye yenidən yığılmasın
Qarın boşluğundakı maye damar təzyiqinin qalxmasına səbəb olur və bu mayeni birdən – birə xaric edildikdə kəskin damar çatışmazlığı(kollaps) baş verər və xəstə bayıla bilər.
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 81-82. “Çıraq” 1991
Dostları ilə paylaş: |