Texnologiya və onun təDRİSİ metodikasi” fənni üzrə Sİllabus



Yüklə 0,54 Mb.
tarix21.01.2017
ölçüsü0,54 Mb.
#6162
4545.png
TEXNOLOGİYA VƏ ONUN

TƏDRİSİ METODİKASI”
fənni üzrə

SİLLABUS
Müəllim: Alıyeva Gülnaz Nəsib qızı


BAKI – 2015



1. MÜƏLL İM HAQQINDA
MƏLUMAT


Soyadı:

ALIYEVA

Adı:

GÜLNAZ

Atasının adı:

NƏSİB

Təhsili:

ALİ

Elmi dərəcəsi:




Elmi adı:




Vəzifəsi:

Fənn birləşməsinin sədri

Əlaqə rekvizitləri:

e-mail: Tex-ya.A.G.N. tel: (mob) (051) 458-04-05, (012) 421-62-13

Gün ərzində kollecdə olduğu vaxt:

Cədvəl üzrə

Təltiflər

“Müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi” kursunun sertifikatı.

“Dymo” (Mimio İnteraktiv Texnologiyaları ilə tədris” kursunun sertifikatı

“Əmək və rəsmxət” üzrə ixtisasını artırmaq haqqında Azərbaycan Müəllimlər İnstitutunun vəsiqəsi


Xarici dil

İngilis dili

2.FƏNN HAQQINDA ÜMUMİ

MƏLUMAT:

Fənnin kodu: 0101

Fənnin növü:

Fənnin tədris ili: 2014/2015-ci il

Auditoriya:

Fənnin krediti: 4 - İbtidai sinif müəllimliyi,

6 - Ailə ev təhsili

Fənnin tədris yükü (saat): 60 s - İbtidai sinif müəllimliyi,

90 s - Ailə ev təhsili

Fənnin prerekviziti: Fənnin tədrisi üçün öncədən tədrisi zəruri olan fənn yoxdur

Fənnin tədris forması: Nəzəri dərs; təcrübi dərs

3. FƏNNİN ƏSAS MƏQSƏDİ
Texnologiya fənninin əsas məqsədi yeni sosial iqtisadi şəraitdə tələbələrin müstəqil həyata, kütləvi və perspektivli peşələrə hazırlanmalarını, ümuməmək bacarıq və vərdişlərinə yiyələnmələrini, yaradıcı düşüncə və aktiv fəaliyyət əsasında müxtəlif şəraitlərə asanlıqla uyğunlaşmalarını təmin etməkdən ibarətdir.

Gələcək nəslin hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişməsi, yüksək biliyə, savada, bacarığa, geniş dünyagörüşünə malik olması üçün “Texnologiya” fənninin düzgün və dərindən tədris edilməsini, bunu həyata keçirmək üçün gələcəyin müəllimlərinin fənnin özünü yaxşı mənimsəmələrini, həmçinin bu fənnin məktəblərdə tədris edilməsini, şagirdlərə düzgün çatdırılmasını bacarmalarını, “Texnologiya” fənninin tədrisi metodikasının nəzəri məsələlərini dərindən mənimsəmələrini, fənnin anlaşıqlı tədris olunması qaydalarını, prinsiplərini onlara aşılamaqdan ibarətdir.



4. FƏNNİN TƏDRİSİ NƏTİCƏSİNDƏ ƏLDƏ OLUNAN KOMPETENSİYALAR
Fənni mənimsəyən hər bir tələbə:

  • “Texnologiya fənninin tədrisi metodikası” üzrə müasir istehsalatın ümumi elmi əsasları ilə tanış olur;

  • Ən geniş yayılmış alət və avadanlıqlarla rəftar etmək bacarığı əldə edir;

  • Əmək vərdişlərinin yaradılması üçün zəmin yaradır;

  • Tədris prosesində mənimsəmiş olduğu nəzəri bilikləri praktik fəaliyyətdə tətbiq edir;

  • Müxtəlif materialların emal texnologiyaları prosesində praktik bacarıqlara yiyələnir, məmulatları hazırlayarkən yaradıcı fəaliyyətini inkişaf etdirir.

  • Konstruksiyaetmə və modelləşdirmə qabiliyyətlərini üzə çıxarır;

  • Texnologiyaların öyrənilməsi prosesində yaradıcı təfəkkürü inkişaf etdirir, fantaziyaları formalaşdırır və estetik dünyagörüşünü genişləndirir;

  • Müasir təlim metodlarını texnologiyaların öyrədilməsinə tətbiq edir;

  • Nəzəri və praktik məşğələlərə aid bilik və bacarıqlara yiyələnir, məşğələləri düzgün təşkil edir, əyani vəsaitləri seçir;

  • Texnologiya fənni üzrə maddi texniki baza, onun planlaşdırılması, məzmunu haqqında dəqiq təsəvvürə malik olur;

  • Məktəbdə və məktəbdənxaric məşğələlərdə şagirdlərin yaş və fərdi xüsusiyyətlərini nəzərə almaqla onların ictimai faydalı və məhsuldar əməyini düzgün təşkil etməyi bacarır.

5. FƏNNİN XARAKTERİSTİKASI


İbtidai sinif müəllimliyi” ixtisası üçün

Fənnin öyrənilməsinin mövzu-təqvim planı




Bölmələrin və mövzuların adları

Saatların miqdarı

Cəmi

İcmal dərs məşğələləri

Laboratoriya işi, təcrübə




I BÖLMƏ










1

“Texnologiya və onun tədrisi metodikası” fənninin məqsədi, məzmunu və vəzifələri.

2

2

-

2

Texnologiya anlayışı, materiallar, emal texnologiyaları və emal vasitələri.

2

-

2

3

Kağız və kartonun alınması, növləri və xassələri.

2

-

2

4

Müxtəlif materiallardan quraşdırma işləri.

2

-

2

5

Aplikasiyalar.

2

-

2

6

Lifli materiallarla aplikasiyalar.

2

-

2

7

Tikmə materialları, alınması, növləri və xassələri.

2

-

2

8

Parçanın emalı texnologiyası. Əl tikişləri.

2

-

2

9

Naxış, tikmədə ornament, rənglər.

2

-

2

10

Naxışın böyüdülməsi. Parçaların, sapların seçilməsi.

2

-

2

11

Naxışın parçaya köçürülməsi üsulları.

2

-

2

12

Tikmə ilə bəzədilmiş məmulatların emalı.

2

-

2

13

Parçadan quramalar.

2

-

2

14

Məişət, kulinariya və özünə xidmət işləri.

2

-

2

15

Qida məhsulları ilə iş.

2

-

2

16

Məişətdə elektrik cihazlarından istifadə qaydaları.

2

-

2

17

Modelləşdirmə və konstruksiyaetmənin şagirdlərin inkişafında əhəmiyyəti.

2

-

2

18

Müxtəlif obyektlərin konstruksiya edilməsi və modelləşdirilməsi.

2

-

2

19

Sənaye və kənd təsərrüfatı işlərinin texnologiyası.

2

2

-

20

Bitkilərin becərilməsi və onlara qulluq.

2

-

2




II BÖLMƏ










21

Texnologiya üzrə fənn kurikulumunun xarakterik cəhətləri.

2

2

-

22

Texnologiya təliminin təşkilinə verilən əsas tələblər.

2

2

-

23

İnteqrativ kurikulumun mahiyyəti, nəticəyönümlü planlaşdırma.

2

2

-

24

“Texnologiya” fənninin digər fənlərlə inteqrasiyası.

2

-

2

25

Texnologiyanın tədrisində istifadə olunan dərs formaları.

2

2

-

26

Texnologiyanın məzmun xətləri və ümumi təlim nəticələri.

2

2

-

27

Müəllimin “Texnologiya” fənnindən təlim fəaliyyətinin planlaşdırılması.

2

-

2

28

Texnologiyanın tədrisində - fəal təlim mexanizmlərindən istifadə.

2

-

2

29

Texnologiya dərslərində fəal təlim metodlarının tətbiqi.

2

-

2

30

Texnologiya dərslərində meyarlara görə qiymətləndirmənin aparılması mexanizmi.

2

1

1




Cəmi

60

15

45


Ailə və ev təhsili” ixtisası üçün



Fənnin öyrənilməsinin mövzu-təqvim planı






Bölmələrin və mövzuların adları

Saatların miqdarı

Cəmi

İcmal dərs məşğələləri

Laboratoriya işi, təcrübə




I BÖLMƏ










1

“Texnologiya və onun tədrisi metodikası” fənninin məqsədi, məzmunu və vəzifələri.

2

2

-

2

“Texnologiya” anlayışı, materiallar, emal texnologiyaları və emal vasitələri.

2

-

2

3

Kağız və kartonun alınması, növləri və xassələri.

2

2

-

4

Kəsmə əməliyyatları.

2

-

2

5

Kvadratın qatlanması.

2

-

2

6

Kartondan olan həcmli əşyalar.

2

-

2

7

Zərfin hazırlanması.

2

-

2

8

Müxtəlif materiallardan quraşdırma işləri.

2

-

2

9

Xırda daşlardan mozaika.

2

-

2

10

Aplikasiyalar.

2

2

-

11

Rəngli kağızlardan aplikasiyalar üçün ülgünün hazırlanması.

2

-

2

12

Aplikasının elemenlərinin ayrılması, kəsilməsi.

2

-

2

13

Aplikasiyanın quraşdırılması.

2

-

2

14

Lifli materiallarla aplikasiyalar.

2

-

2

15

Tikmə materialları, alınması, növləri və xassələri.

2

2

-

16

Parçanın emalı texnologiyası. Əl tikişləri.

2

-

2

17

Kökləmə tikişinin yerinə yetirilməsi.

2

-

2

18

Zəncirvari tikişin yerinə yetirilməsi.

2

-

2

19

Xaçvari tikişin yerinə yetirilməsi.

2

-

2

20

İlgək tikişlərinin yerinə yetirilməsi.

2

-

2

21

Sadə basdırma tikişinin yerinə yertirilməsi.

2

-

2

22

Naxış, tikmədə ornament, rənglər.

2

2

-

23

Naxışın böyüdülməsi. Parçaların, sapların seçilməsi.

2

-

2

24

Naxışın parçaya köçürülməsi üsulları.

2

-

2

25

Trafaret üsulu ilə naxışın parçaya köçürülməsi üsulu.

2

-

2

26

Tikmə ilə bəzədilmiş məmulatların emalı.

2

-

2

27

Tutqacın hazırlanması və bəzədilməsi.

2

-

2

28

Parçadan quramalar

2

-

2

29

Məişət, kulinariya və özünə xidmət işləri.

2

2

-

30

Qida məhsulları ilə iş.

2

-

2

31

Məişətdə elektrik cihazlarından istifadə qaydaları.

2

2

-

32

Modelləşdirmə və konstruksiyaetmənin şagirdlərin inkişafında əhəmiyyəti.

2

2

-

33

Müxtəlif obyektlərin konstruksiya edilməsi və modelləşdirilməsi.

2

-

2

34

Sənaye və kənd təsərrüfatı işlərinin texnologiyası.

2

2

-

35

Bitkilərin becərilməsi və onlara qulluq.

2

-

2




II BÖLMƏ










36

Texnologiya üzrə fənn kurikulumunun xarakterik cəhətləri.

2

2

-

37

Texnologiya təliminin təşkilinə verilən əsas tələblər.

2

2

-

38

İnteqrativ kurikulumun mahiyyəti, nəticəyönümlü planlaşdırma.

2

2

-

39

“Texnologiya” fənninin digər fənlərlə inteqrasiyası.

2

2

-

40

Texnologiyanın tədrisində istifadə olunan dərs formaları.

2







41

Texnologiyanın məzmun xətləri və ümumi təlim nəticələri.

2

2

-

42

Müəllimin “Texnologiya” fənnindən təlim fəaliyyətinin planlaşdırılması.

2

-

2

43

Texnologiyanın tədrisində - fəal təlim mexanizmlərindən istifadə.

2

-

2

44

Texnologiya dərslərində fəal təlim metodlarının tətbiqi.

2

-

2

45

Texnologiya dərslərində meyarlara görə qiymətləndirmənin aparılması mexanizmi.

2

2

-




Cəmi

90

30

60



6. FƏNN ÜZRƏ SƏRBƏST İŞLƏRİN MÖVZULARI
Fənn üzrə semestr ərzində 10 sərbəst iş verilir. Hər sərbəst iş 1 balla qiymətləndirilir.

Sərbəst işlərin mövzuları:

Sıra sayı

Mövzuların adları

1

Vətənpərvərlik mövzusunda şəklin. Illustrasiyanın esgizinin fon üzərinə çəkilməsi və ya köçürülməsi

2

Kamva üzərində hazır satılan şəklin təsvirin müxtəlif bəzək tikişləri ilə hazırlanması

3

Kamva üzərinə çəkilmiş gül buketinin, çiçəkli budaqların və s. ulduz (krest, xaç) tikişi ilə işlənməsi

4

Mövzu üzrə parça tikələrindən quramaların işlənməsi

5

Həyat bilgisindən bir mövzuya aid maketin papye-maşe ilə hazırlanması

6

Kiçik ölçüdə milli paltarın bəzək vasitələrindən istifadə edərək bəzədilməsi

7

İbtidai sinif dərsliklərindən mövzuya aid əyani vəsaitin hazırlanması

8

Uşaq nağıllarına aid illüstrasiyaların parçadan işlənməsi

9

Xocalıya aid şəklin, təsvirin çəkilməsi və muncuqla işlənməsi

10

Metal məftil (sim) və muncuqdan gül buketinin hazırlanması

Verilmə tarixi: 1-ci həftə

Qurtarma tarixi: sonuncu həftə
Texnologiyadan sərbəst iş A2 formatda yumşaq və ya bərk əsas üzərində işlənilməlidir. Yumşaq əsas-parça üzərində işlərə daha çox üstünlük verilməlidir.

Kollecdə tələbələrin sərbəst işlərindən ibarət sərgi təşkil olunmalıdır (semestrin soninda)

Hər bir sərbəst iş tələbənin fərdi yaradıcılığıdır və başqa tələbə tərəfindən təkrarlana bilməz.

7. TƏLƏBƏNİN NAİLİYYƏTLƏRİNİN

CARİ VƏ ARALIQ QİYMƏTLƏNDİRİLMƏSİ



  • Fənn üzrə krediti toplamaq üçün lazımi balın toplanması aşağıdakı kimi olacaq

  • 50 bal- imtahana qədərki bal;

  • 10 bal dərslərə davamiyyətə görə; (fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır).

  • 10 bal tələbənin sərbəst işinə görə

  • 30 bal seminar dərslərinə görə (fənn üzrə kurs işi və laboratoriya dərsləri nəzərdə tutulmadığı halda);


8. TƏHSİLALMA PROSESİNƏ NƏZARƏT VƏ TƏLƏBƏLƏRİN BİLİYİNİN YEKUN QİYMƏTLƏNDİRİLMƏSİ

Tələbənin biliyinin yekun qiymətləndirilməsi imtahan zamanı 50 bal və imtahana qədər 50 bal. Toplanan ballar cəmi 100 bala bərabərdir. Yekun bal aşağıdakı kimi qiymətləndirilir.


A – “əla” – 91-100

B – “çox yaxşı” – 81-90

C – “yaxşı” – 71-80

D – “kafi” – 61-70

E – “qənaətbəxş” – 51-60

F – “qeyri-kafi” – 51 baldan aşağı


Yekun qiymətləndirmədə 51 bal və ondan yuxarı bal toplayan tələbə fənn üzrə müəyyən olunmuş krediti qazanır və müvəffəqiyyət qazanan tələbə, 51 baldan aşağı bal toplayan tələbə isə həmin fəndən krediti qazanmır və akademik borcu olan tələbə adlanır.

9. İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT


  1. Texnologiya üzrə fənn kurikulumu. 2007

  2. Z.N.Orucov, Y.T.Rzayeva “Texnologiya” 2006

  3. Gülnaz Alıyeva “Parça ilə işlərin texnologiyası”, 2012

  4. Şahrza Ağayev “İbtidai siniflərdə şagirdlərlə əməli işlərin təşkili texnologiyaları”, 2011

  5. Texnologiya dərslikləri 1-4 siniflər

  6. Kurikulum jurnalları

  7. “Texnologiya və onun tədrisi metodikası” üzrə icmallar


10. TƏLƏBƏNİN NİZAM - İNTİZAMINA

QOYULAN TƏLƏBLƏR


  • Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq

  • Təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, ictimai asayiş və daxili intizam, davranış qaydalarının tələblərinə riayət etmək;

  • Auditoriyadaxili təlim məşğələlərində iştirak etmək, müvafiq tədris planlarında və kursların işçi proqramlarında nəzərdə tutulmuş bütün növ tapşırıqları müəyyən edilmiş dövrlərdə yerinə yetirmək;

  • Kollecin otaqlarına, tədris-laboratoriya avadanlığına, cihazlara, dərs vəsaitlərinə, kitablarına və digər əmlakına qayğı və səliqə ilə yanaşmaq, onların korlanmasına, zədələnməsinə və itməsinə yol verməmək, otaqlarda onların təmizliyə və səliqəyə riayət etmək.

Tələbələrin müstəqil işi aşağıdakılardan ibarətdir:

  • Auditoriya dərslərinə (mühazirə, təcrübə, seminar, laboratoriya) hazırlıq məqsədilə müvafiq ev tapşırıqlarının yerinə yetirilməsi;

  • Tədris planlarına uyğun tədris olunan fənlərin ayrı-ayrı mövzuları üzrə sərbəst iş;

  • Təcrübələr üzrə fərdi tapşırıqların sərbəst yerinə yetirilməsi;

  • Kurs və yoxlama işlərinin (layihələrinin) yerinə yetirilməsi;

  • Semestr və buraxılış imtahanlarına hazırlıq;

  • Hesabatların hazırlanması;

  • Seminarlarda, dərnəklərdə iştirak;

  • Kollec tərəfindən təşkil olunmuş digər tədbirlərdə iştirak.

Tələbələrin müstəqil işinə rəhbərlik fənn birləşmə komissiyaları və müəllim tərəfindən həyata keçirilir. Fənn birləşmə komissiyalarının funksiyalarına aşağıdakılar daxildir:



  • Bütün fənlər üzrə müstəqil iş üçün zəruri materialların hazırlanması;

  • Tədris prosesinin dərslik və dərs vəsaitləri ilə təminatı;

  • Müstəqil işin yerinə yetirilməsi üçün fənlər üzrə tədris proqramlarının, dərslik, dərs vəsaitlərinin, metodik göstərişlərin hazırlanması və nəşri;

  • Tələbələri müstəqil işinin təşkili və həyata keçirilməsinin monitorinqi.


TƏŞƏKKÜR EDİRİK


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin