TƏSVİRİ VƏ TƏTBİQİ İNCƏSƏNƏT


T.t.VII.2 Şagird təşəbbüs göstərir və işin yaradılması zamanı müxtəlif



Yüklə 491,17 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix23.02.2017
ölçüsü491,17 Kb.
#9420
1   2   3   4   5   6   7

T.t.VII.2 Şagird təşəbbüs göstərir və işin yaradılması zamanı müxtəlif    

 

material, texnika və proseduru istifadə etmək bacarığını inkişaf  

 

etdirir.

Nəticə əldə edilmişdir, əgər şagird:  

tanış materialla (müxtəlif təsvir, şüşə, metal, ağac, parça üzərində boyalarla və basmalarla 

ornament yaradır)  



kompüter vasitəsilə sadə təsvirlər, ornamentlər, effektləri yaradır

materialı  və  texnikanı  özü  seçir  (məs.  parçanı  seçir,  onu  quaşla  və  temper  rənglərlə 



bəzəyir)


T.t.VII.3 Şagird ətrafda obyektlər arasında əlaqələrə diqqət yetirir və onları  

 

öz işində əks etdirir.

Nəticə əldə edilmişdir, əgər şagird:  

məişət səhnələrini çəkir (məs. məhsul yığımı, ailədə səhər, zooparkda) 



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.VII - 3

əşyanın təsvirinin müşahidəçidən uzaqlıqda necə dəyişdiyini müşahidə edir və işində təsvir 

edir



təbiətdə və onda baş verən hadisələrin müşahidə nəticələrini öz işində təsvir edir (məs. uyğun 

rənglə gecə-gündüzün müxtəlif parçasını ifadə edir, ilin fəsil və havasını).



T.t.VII.4 Şagird duyğularını, əhval-ruhiyyəsi və ideyalarını öz işində əks  

 

etdirir.

Nəticə əldə edilmişdir, əgər şagird:  

əsərlərdə öz fikirlərini daha yaxşı ötürmək üçün təsvir üsullarını seçir

 təsvir növlərini yaradır



həyatda gördüyü maraqlı səhnələri verir, əhəmiyyətli detalları təsvir edir

yaxın adamları (ailənin üzvləri, yoldaşlar və s.) təsvir edir və çalışır ki, öz münasibətlərini 



ötürsün


T.t.VII.5 Müxtəlif növ işləri planlaşdırır və yerinə yetirir

Nəticə əldə edilmişdir, əgər şagird: 

 

yerinə yetiriləcək işlərin ardıcıllığını və iş qrafikini planlaşdırır, funksiyaları bölüşdürür, işin 



davamiyyətinə nəzarət edir, problem olduğu halda strategiyanı dəyişdirir

planın bir neçə variantını müzakirə edir və onlardan birini seçir

alətlərini, materialı seçir



xarab olmuş əşyaları və məktəb ləvazimatını (xəritə, parta) bərpa edir

müxtəlif sinif və məktəb tədbbirlərini bəzəyir, təbrik məktubu və dəvətnamələrini, çərçivələr, 



dibçəklər, divar qəzetləri, şənlik üçün afişa hazırlayır

sinif otağının interyer eskizini hazırlayır

məktəb həyətinin kənarlarını dekorativ şəkildə bəzəyir



məktəb və ya sinif kitabxanası üçün kitabları bağlayır və yeniləşdirir

teatral  kostyumları  və  dekorasiya  detallarını  (papaq,  maska,  pərdə,  çələng)  çəkir  və 



hazırlayır



T.t.VII.6 Şagird özünün məqsədinə, eləcə də ümumi məqsədə çatmaq üçün  

 

başqaları ilə əməkdaşlıq edir

Nəticə əldə edilmişdir, əgər şagird:  

başqaları ilə əməkdaşlıq etmək təşəbbüsünü irəli sürür və sinif yoldaşlarına həvəslə köməklik 

edir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.VII - 4

müxtəlif funksiyaları yerinə yetirir (lider, qrup üzvü)) 

birgə qərar qəbul edilməsində iştirak edir



funksiyaları yerinə yetiriləcək məsələnin məqsədindən irəli gələrək bölür

işin yerinə yetirildiyinin ehtimal müddətini müəyyən edir və müxtəlif növ  fəallıqların yerinə 



yetirilməsi zamanı vaxt limitinə riayət edir

özünün ideyasını həyata keçirmək üçün yardım  istəyir 

konkret problemi həll edərkən başqaları ilə əməkdaşlıq edir və yardım istəyir





K İstiqamət: Kommunikasiya və şərh 

T.t.VII.7 Şagird fərdi və qrup işlərini təqdim edir və başqa fənlərdə əldə  

 

edilən biliyin əsasında bədii əsərlər haqqında müzakirələr aparır 

Nəticə əldə edilmişdir, əgər şagird:  

özünün və başqalarının işləri haqqında söhbət aparır və sübut edir ki, onlardan birini niyə 

bəyənir və ya bəyənmir



söhbət zamanı uyğun terminləri istifadə edir 

auditoriya tərəfindən verilən suallara cavab verir



öz seçimini və düşündüyünü müzakirə edir, hansı ki, başqa fənlərdə keçilən materiala 

əsaslana bilər



tarixdə və ədəbiyyatda keçilən mövzuları və personajları tapır

əsərin məzmunu barədə söhbət aparır



əsərdə istifadə olunan bədii üsulları və elementləri (janr, texnika, material, kolorit, kompozitiv 

bölgü prinsipi və b.) müzakirə edir



əsərdə verilən əhval-ruhiyyə haqqında söhbət aparır



T.t.VII.8 Şagird anlayır ki, incəsənət  - özünü ifadəetmə vasitəsidir.

Nəticə əldə edilmişdir, əgər şagird :  

insanların incəsənət əsərlərini niyə yaratdıqları səbəblərini təyin edir və sadalayır

işdə ötürmək istədikləri haqqında söhbət edir (arzu, emosiya, fikir, təəssürat) 



incəsənəti aludəçilik və peşə kimi müzakirə edir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.VII - 5



T.t.VII.9 Tənqid zamanı başqalarının işlərinə və fikrinə hörmətlə yanaşır.

 Nəticə əldə edilmişdir, əgər şagird :  

başqalarının səhvləri haqqında danışarkən korrektivdir

fərqli ideyalar, üslub, yanaşmaya qarşı tolerantdır



mübahisə zamanı başqasının söhbətinə imkan verir



T.t.VII.10   Şagird müxtəlif növ tədbirlərdə iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:  

sərgidə iştirak edir

səhnəciyin qurulmasında iştirak edir



incəsənətin görkəmli xadimləri ilə görüşür



İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi

T.t.VII.11  Şagird təsviri və tətbiqi incəsənətin müxtəlif sahələrinin      

 

   nümunələrini tarixi, dini və sosial kontekstlə əlaqələndirir.

Nəticə əldə edilmişdir, əgər şagird:  

bu və ya o əsərin hansı sosial təbəqəyə məxsus olduğu haqqda fikirlərini bildirir

məşhur memarlıq abidələrinin yaranmasının bir neçə səbəblərini sadalayır (piramidalar, 



Çin sədləri və s.)

dekorativ-tətbiqi incəsənət əsərlərinin təyinatı barədə söhbət aparır

sosial və dini kontekstin incəsənət əsərinin xarici tərəfinə nə kimi təsir göstərdiyini müzakirə 



edir


T.t.VII.12  Şagird əsərlərin məzmunlarını tarix və mədəniyyətlə əlaqələndirir 

Nəticə əldə edilmişdir, əgər şagird: 

incəsənət əsərində tarixi və dəbi, personajları tanıyır

tarixi hadisə ilə əlaqədar incəsənət əsərini tanıyır



müxtəlif mədəniyyətlərdə  eyni bir mövzuda yaranan əsərləri axtarır və onları bir-birləri ilə 

müqayisə edir



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

vizual detallar (geyim, mebel, qablar və s.) və üslub əlamətlərinə əsasən bu və ya digər 

mədəniyyətə aid olan incəsənət əsərlərini tanıyır



 konkret əsərin yaradıcılığına sövq edən tarixi hadisəni tanıyır



T.t.VII.13.  Şagird gürcü incəsənəti və incəsənət xadimləri ilə tanış olur 

Nəticə əldə edilmişdir, əgər şagird: 

Gördüyü mədəni məişət abidələrini müzakirə edir və öz münasibətini ifadə edir

Məşhur kilsə memarlıq abidələrini bir-biri ilə müqayisə edir



Bir neçə məşhur gürcü rəssamının, heykəltaraşının əsərlərini müzakirə edir



T.t.VII.14.  Şagird ictimaiyyətin həyatında incəsənətin rolunu araşdırır

Nəticə əldə edilib, əgər şagird: 

onun şəhərində/rayonunda/ölkəsində mövcud mədəni müəssisələrin adlarını çəkir (muzey, 

qalereya, kinoteatr) və onların təyinatlarını müzakirə edir



İncəsənət sahəsində kimin və nə ilə onun şəhərinin/kəndinin/ölkəsinin  adını məşhurlaşdırdığı 

barədə informasiya toplayır və təhlil edir



incəsənətin ayrı-ayrı əsərlərinin (heykəl, plakat, afişa, reklam)  ictimai yerlərdə təyinatını 

müzakirə edir



dünya əhəmiyyətli bir neçə incəsənət xadiminin yaradıcılığını və onların mədəniyyətin 

inkişafında oynadıqları rolun öyrənir  



VII sinfin dərs proqramının məzmunu   

            

Təsviri incəsənətin əsas element və prinsipləri:  xətt (nazik, qalın, kontur, əyri, qırıq, dalğalı), 

rəng (əsas, düzəltmə, soyuq, isti, intensiv, yarımton, kontrast), forma (ikiölçülü (mailidə), simmetrik, 

asimetrik); işıq-kölgə, faktura, həcm; bütövlük, ölçülük; məkan (horizontun xətti, perspektiv, nöqtə); 

nəzər nöqtəsi; simmetriya, ritm, tarazlıq, kontrast, dinamika;  xətt, rəng, müxtəlif rəng vasitəsilə 

əhval-ruhiyyənin ötürülməsi.

Material və vəsait:

Tuş, qələm, pastel, quaş, akvarel,  kömür, rəngli kağız, karton,  gil, parça, sap,  kəndir, məftil, dəmir,  

təbii və süni materiallar; müxtəlif materiallar və alətlərlə eksperiment; toxuculuq, tikiş, dülgərlik 

alətləri.



Texnika, prosedur, proses, texnologiyalar: 

T. T. İ.VII - 6



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

Rəssamlığın, qrafikin başqa-başqa texnikaları, basmalar, yonmaq, aplikasiya, kağız plastikası kollaj,  

mozaika,  konstruksiya; kompyuter texnologiyaları; cızmaq, əymək, burmaq, toxumaq, naxış vurmaq, 

toxumaq, tikmək, taxtanı yonmaq. 



İdeyaların ifadə edilməsi: 

Fənlər və onların  fnksiyaları arasındakı  əlaqələrin, assosiasiyaların verilməsi, detalların tanınması 

və təsvir edilməsi: ideya mənbələri: məşhur rəssamların əsərləri, təbiət hadisələri, həyatda görülən 

səhnələr, təsvir, bədii ədəbiyyat, film, konsert, tamaşalar, informasiya vasitələri.



Ehtimal olunan mövzular:

“İlin dörd fəsli”, “Sevimli ədəbi qəhrəmanım”, “Mifoloji motivlər”, “Əfsanələr aləmi”, “Doğma 

guşə”, “Qəhrəmanlıq” və sairə.

Əmək fəaliyyəti:: 

Dekorativ və tətbiqi əşyalar, teatral rekvizitləri (kostyum və dekorativ detallar); interyer eskizləri, 

təbrik məktubları və dəvətnamələri, ziyafət və teatral təqdimatların afişasını hazırlamaq, kitabları 

cildləmək, avadanlığı təmir etmək; müstəqil, cütlərdə və qrupda işləmək.



Kommunikasiya : 

İşin geniş auditoriya qarşısında təqdimatı (düşüncə, emosiya, məqsəd və məsələlərin müzakirəsi);  

təəssüratlarla, müşahidələrlə, təcrübələrlə paylaşmaq, qiymətləndirmək və onları əsaslandırmaq; 

lazımi terminologiyadan istifadə etmək; konkret mədəni xüsusiyyətlər, əsərdən götürülən informasiya 

barədə söhbət aparmaq; sinif və məktəb sərgisi, səhnəcik, aksiya, incəsənət xadimləri ilə görüşlər, 

muzeylərə, qalereyalara, şəhərkənarı ekskursiyalara getmək.



Kontekstdə incəsənətin dərk edilməsi:

Təsviri incəsənətin məşhur nümunələrini (yaxud da onların reproduksiyalarını) nəzərdən keçirmək, 

tanımaq və dövr və mədəniyyətə aid etmək; bədii qərarlara tarixi-dini-mədəni kontekstin təsiri; 

yerli  incəsənət  xadimləri  haqqında  informasiya  toplamaq  və  onların  yaradıcılıqlarının  təhlili; 

mədəniyyətlə əlaqədar müəssisələr (muzey, qalereya, konsert zalı, kinoteatr); sintez incəsəntində 

təsviri incəsənətin rolu; incəsənətlə əlaqədar peşələr. 

T. T. İ.VII - 7


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T. T. İ.VII - 8



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

VIII sinif 

İlin sonunda əldə edilən nəticələr

Praktiki vərdiş-bacarıq və 

ideyaları ifadə etmək

Komunikasiya və şərh

İncəsənətin kontekstdə 

dərk edilməsi 

T.t.VIII.1 İşin yaradılması 

zamanı konkret problemin 

həllində təsviri incəsənətin 

element və prinsipləri 

biliyindən yaradıcılıqla 

istifadə edir 



T.t.VIII.7 Fərdi və qrup 

işlərini təqdim edir və əldə 

edilən biliyə əsaslanaraq 

incəsənət əsərləri haqqında 

fikrini bildirir və sübut edir

T.t.VIII.10 Müxtəlif dövr 

mədəniyyətin incəsənət 

əsərlərini tanıyır və bir-biri 

ilə müqayisə edir



T.t.VIII.2 İşin yaradılması 

zamanı müxtəlif material, 

texnika və proseduru 

məqsədyönlü şəkildə seçir və 

yaradıcılıqla istifadə edir 

T.tVIII.8 İncəsənətin 

mədəniyyətin özünü 

ifadəetmə və kommunikasiya 

vasitəsi olmağını anlayır

 

T.tVIII.11 

İncəsənət əsərlərinin 

yarandığı fərqli kontekstləri 

tanıyır


T.t.VIII.3 İşində ətrafdakı 

obyektlərin arasındakı 

əlaqələrin təsviri yollarını 

genişləndirir



T.t VIII.9 Müxtəlif növ 

tədbirləri planlaşdırır və 

onlarda iştirak edir

 

T.t. VIII.12 Gürcü incəsənəti 

və incəsənət xadimləri ilə 

tanış olur



T.t.VIII.4 Əsərdə öz 

duyğularının, əhval-

ruhiyyəsinin və ideyalarının 

təsviri üsullarını genişləndirir

 

T.t.VIII.13 İctimaiyyətin 

həyatında incəsənətin rolunu 

araşdırır

T.t.VIII.5 Müxtəlif işləri 

planlaşdırır və yerinə yetirir

 

T.t.VIII.6 Fərdi və 

qrup işlərinin müxtəlif 

strategiyalarına müraciət edir

T. T. İ.VIII - 1



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

İlin sonunda əldə edilən nəticələr və onların indikatorları 

İstiqamət: İncəsənətdə praktiki vərdiş-bacarıq və ideyaların ifadə edilməsi

T.t.VIII.1  Şagird işin yaradılması zamanı konkret problemin həllində təsviri  

 

   incəsənətin element və prinsipləri biliyindən yaradıcılıqla istifadə  

 

   edir.

Nəticə əldə edilmişdir, əgər şagird : 

əsərdə  həcmi,  məkanı  göstərmək  üçün  rəng  qradasiyasından,  başqa-başqa  tonallıqdan 

istifadə edir



qrafik üsullarla (məs. konturlar, xətlər, ştrixlər) dekorativ əsərlər yaradır

üslublu bədii növlər yaradır



fırçanın müxtəlif növ (dairəvi, şaquli, horizontal, diaqonal) boyaları ilə miqyaslı əsərlər 

yaradır


formalar, rənglər, xətlər, boyaların təkrarlanması ilə ornamentlər yaradır

gürcü və digər mədəniyyətlərin ornament və simvolikasından istifadə etməklə dekorativ, 



ritmik kompozisiyalar yaradır

məqsdəyönlü şəkildə kontrast rənglərdən istifadə edir

assosiasiyaları, emosiyaları vermək üçün effektlərdən (işıq-kölgə, kontrast, kompozitiv 



bölgü, boya, faktura kolorit) istifadə edir



T.t.VIII.2  Şagird işin yaradılması zamanı müxtəlif material, texnika və   

 

   proseduru məqsədyönlü şəkildə seçir və yaradıcılıqla istifadə edir.

Nəticə əldə edilmişdir, əgər şagird : 

gil, məftil və başqa materiallardan kiçik ölçülü formalar hazırlayır

tuş və mürəkkəblə, müxtəlif ölçü və formalı fırçalarla, qələm və bitki gövdələrinin vasitəsilə  



müxtəlif üsullarda (xətt, ştrix, boya) qrafik nümunələr hazırlayır

gilin, ağacın, dəmirin və başqa materialların xassələrini nəzərə almaqla dekorativ-tətbiqi 

əşyalar hazırlayır



əhval-ruhiyyəni ötürmək üçün mövzu, texnika, uyğun təsviri üsullar, materialı seçir

kompüterdən istifadə etməklə təsvirlər, effektlər, müxtəlif əşyaların dizaynını, kitabların 



maketlərini hazırlayır

T. T. İ.VIII - 2


Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.t.VIII.3  Şagird əsərdə ətrafdakı obyektlərin arasındakı əlaqələrin təsviri  

 

   yollarını genişləndirir.

Nəticə əldə edilmişdir, əgər şagird : 

bir çox detallardan istifadə etməklə portretlər, nartürmort və peyzajı naturadan və yadda 

saxlamaqla çəkir və əsərin bütövlüyünü saxlayır



xarakterik detaldan istifadə etməklə özünü və başqalarını müxtəlif real və uydurma vəziyyətdə 

təsvir edir



T.t.VIII.4   Şagird əsərdə öz duyğularının, əhval-ruhiyyəsinin və ideyalarının  

 

    təsviri üsullarını genişləndirir

Nəticə əldə edilmişdir, əgər şagird 

 

əsərdə emosiyalar nəticəsində yaranan assosiasiyaları, təəssüratları və ideyaları göstərir



əsərin süjeti üçün digər fənlərdə keçilən materialdan istifadə edir

əsərdə əhval-ruhiyyəni yaratmaq üçün boyalar, kontrastlar, aksentlər, detallar, faktura və 



qarışıq materialdan istifadə edir

portretdə xasiyyəti göstərmək üçün mimikadan istifadə edir

öz işini yaratmaq üçün başqa-başqa rəssamın, mədəniyyətin, dövrün əsərlərindən mənbə 



kimi istifadə edir



T.t.VIII.5  Şagird müxtəlif işləri planlaşdırır və yerinə yetirir

 

   Nəticə əldə edilib, əgər şagird :

konkret məsələni həll etmək üçün yerinə yetiriləcək işlərin ardıcıllığını planlaşdırır

məqsədə çatmaq üçün vacib olan əməlləri müəyyən edir



dövlət gerbini, bayrağını, coğrafi, tarixi xəritəni, çərçivəni hazırlayır

məktəb stendlərini hazırlayır



sinif otağının interyerinin eskizlərini düzəldir

məktəbin həyətinin guşələrini dekorativ bəzəyir



məktəb kitabxanasının köhnəlmiş kitablarını bərpa edir

teatral kostyumlar və dekorasiya detallarının (papaq, maska) şəkillərini çəkir və hazırlayır



güllər və ağaclar əkir və onlara qulluq edir

T. T. İ.VIII - 3



Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

T.t.VIII.6  Şagird fərdi və qrup işlərinin müxtəlif strategiyalarına

 

   müraciət edir.

Nəticə əldə edilmişdir, əgər şagird :

gələcək layihənin planlaşdırılması üçün informasiya axtarır və dəqiqləşdirir

qrup işi/funksiyası/vəzifəsini bölür



qrup yoldaşının/yoldaşlarının imkanlarını (potensialını) nəzərə alır və onlardan istifadə 

edir


konkret məsələnin yerinə yetirlməsində başqalarına yardım edir və lazım gəldikdə onlardan 

kömək istəyir



İstiqamət: Kommunikasiya və şərh 

T.t.III.7   Şagird fərdi iş və qrup işlərini təqdim edir və əldə edilən biliyə  

 

 əsaslanaraq incəsənət əsərləri haqqında fikrini bildirir və sübut edir.

Nəticə əldə edilmişdir, əgər şagird:

geniş auditoriya qarşısında əsərini təqdim edir

söhbət zamanı başqalarının işlərinə korrektiv yanaşır



əsərin müzakirəsi zamanı uyğun terminologiyadan istifadə edir

işini təqdim edən zaman düşüncəsi, emosiyaları, nəyi təsvir etmək istədiyi barədə söhbət 



edir 


qrup işini təqdim edən zaman  qrupun məqsəd və məsələləri barədə  söhbət edir

əsərin yaradılmasının əsasları barədə söhbət edir



əsərdə istifadə olunan bədii üsullara əsasən əsəri qiymətləndirir



T.t.VIII.8  Şagird incəsənətin - mədəniyyətin özünü ifadəetmə və  

      

 

   kommunikasiya vasitəsi olmağını anlayır.

Nəticə əldə edilmişdir, əgər şagird:

incəsənət əsərlərinin üslubu, koloriti, mövzusu, kompozitiv qurumuna əsasən bir dövrün iki 

müxtəlif mədəniyyətini bir-biri ilə müqayisə edir



konkret mədəniyyətin bir neçə xarakterini sadalayır, hansı ki, əsərdə təsvir edilibdir (geyim, 

memarlıq, qablar, mebel və s.)



konkret əsərlərin müqayisəsi əsasında müxtəlif mədəniyyətlərin fərqlərini (özünəməxsusluğunu) 

müzakirə edir 



T. T. İ.VIII - 4

Təsviri və tətbiqi incəsənət, əmək təlimi

2009

onun üçün maraqlı olan hər hansı bir ölkənin mədəni abidəsi haqqında material toplayır və 

sinif yoldaşlarına məruzə, əyani vəsait şəklində təqdim edir



bu və ya digər millət haqqında onun incəsənət əsəri ilə tanış olduqda nəyi anladığını müzakirə 

edir



müəllifin düşüncəsi haqqında öz fikrini bildirir

əsərin məzmunu haqqında söhbət aparır



səhnəcikdən, filmdən, rəngli/qrafik əsərdən, kitab illustrasiyalarından əldə etdiyi informasiya 

barədə söhbət aparır



T.t.VIII.9  Şagird müxtəlif növ tədbirləri planlaşdırır və onlarda iştirak edir.

Nəticə əldə edilmişdir, əgər şagird:



 

müxtəlif tədbirlərin mövzu və məqsədlərini müəyyən edir

sərgi təşkil edir (əsərləri özü seçir, ekspozisiyalar təşkil edir)



səhnəciyin qurulmasında iştirak edir

müxtəlif növ aksiyalar təşkil edir və onlarda iştirak edir (məs. ətraf mühitin mühafizəsi)   



incəsənətin görkəmli xadimləri ilə görüş təşkil edir



İstiqamət:İncəsənətin kontekstdə dərk edilməsi

T.t.VIII.10  Şagird müxtəlif dövr və mədəniyyətin incəsənət əsərlərini tanıyır  

 

    və bir-biri ilə müqayisə edir

Nəticə əldə edilmişdir, əgər şagird:

bu və ya digər dövr və mədəniyyətin incəsənət əsərlərinin xarakterik əlamətlərini təyin 

edir



təsviri  incəsənətin  zamanla  birlikdə  necə  dəyişdiyini  müzakirə  edir  (mövzu,  üslub, 

texnologiya, prosedur) 



realistik və şərti əsərləri bir-biri ilə müqayisə edir

müəyyən mədəniyyət və ya dövrün məşhur abidələrini müqayisə edir



müxtəlif dövr və mədəniyyətin təsviri incəsənət əsərlərini bir-biri ilə müqayisə edir və 

müzakirə edir ki, onlar nə ilə bir-birlərinə bənzəyirlər və nə ilə bir-birlərindən fərqlənirlər



müasir və qədim heykəltaraşlığı bir-biri ilə müqayisə edir

Qərbi və Şərqi mədəni abidələri müqayisə edir



T. T. İ.VIII - 5



Yüklə 491,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin