Təsdiq edirəm


Mövzu14.Beynəlxalq menecmentdə strateji qərarların qəbul edilməsi



Yüklə 67,79 Kb.
səhifə13/16
tarix06.04.2023
ölçüsü67,79 Kb.
#93925
1   ...   8   9   10   11   12   13   14   15   16
Fənn sil.Beynəlx.menecment

Mövzu14.Beynəlxalq menecmentdə strateji qərarların qəbul edilməsi
Beynəlxalq menecmentdə idarəetmə qərarları, onların mahiyyəti və məzmunu.
Qərar-insanın təfəkkür fəaliyyətinin nəticəsi kimi, müəssisəni hər hansı bir nəticəyə və ya tələb edilən səviyyəyə çıxarması amili kimi.
İdarəetmə qərarlarının əsas fərqləndirici xüsusiyyətləri:- Məqsəd, Nəticə, Əmək bölgüsü, Peşəkarlıq.
Beynəlxalq menecmentdə idarəetmə qərarlarının əsas növləri:- İntuitiv, insayt və mülahizələrə əsaslanan qərarlar.İmpulsiv, inert, ordinar və rasional qərarlar.
İntuisiya əsasında qəbul edilən intuitiv qərarlar.
Konkret problemin həllinin başa düşülməsi və ya dərk edilməsi nəticəsində qəbul edilən insayt qərarlar, onların məzmunu və qəbul edilməsi şərtləri.
Öz fəaliyyətinə, irəli sürülən mülahizələrə və onların yoxlanılmasına diqqətlə və təkidlə yanaşan rəhbərlərin qəbul etdiyi Tarazlaşmış qərarlar, onların mahiyyəti və tətbiq olunma şərtləri.
Çoxlu sayda ideyalardan doğan, lakin doğruluğu yoxlanılmayan impulsiv qərarlar.
Ehtiyatlı axtarışın nəticəsi kimi qəbul edilən inert qərarlar.
Keçmiş təcrübədən asılı olmayıb, obyektiv analitik proseslərə əsaslanan rasional qərarlar, onların mahiyyəti və tətbiqi.
Kollektivin birgə qəbul etdiyi ordinar qərarlar.
Qərarların qəbulu baxımından idarəetmə prosesinin mərhələləri. Qərarların işlənib hazırlanması, qərarların qəbul edilməsi, qərarların icrasına rəhbərlik və ona nəzarət.
Qərarların zamana görə təsnifləşdirilməsi:-uzun müddətli, orta müddətli, qısa müddətli və birdəfəlik qərarlar.

2 saat

-

15.

Mövzu15.Beynəlxalq müəssisələrdə SWOT və SPOT təhlillərin aparılması
Strateji təhlil və planlaşdırmada istifadə edilən və 1963-cü ildə Harvard universitetinin professoru Kenneth Andrews tərəfindən yaradılmış SWOT təhlilin mahiyyəti və məzmunu.
SWOTStrengths (güclü tərəflər), Weaknesses (zəif tərəflər), Opportunities (imkanlar) və Threats (təhlükələr) sözlərinin qısaldılmış forması olaraq rəqibin zəif və güclü tərəflərinin müəyyənləşdirilməsi kimi.
Müəssisənin strateji təhlili - uzunmüddətli dövrdə bir müəssisənin hədəflərinə çatmaq qabiliyyətinə təsir göstərə biləcək xarici və daxili mühitlərin kritik əsas anlayışlarının müəyyən edilməsi prosesi kimi.
Müəssisələrin strateji təhlilinin məqsədləri:-strateji potensialın müəyyənləşdirilməsi və qiymətləndirilməsi; bazarın cəlbediciliyinin qiymətləndirilməsi; müəssisənin strateji mövqeyini aydınlaşdırmaq. Müəssisə mühitinin öyrənilməsi, müəssisəyə təsir edən və strateji dövrdə ona təsir edəcək makro-, mikro- və daxili mühit amillərini müəyyənləşdirmək; müəssisədə hər bir ətraf mühitə təsir faktoru haqqında alınan məlumatları qiymətləndirmək və mümkün təsirin miqyasını proqnozlaşdırmaq; xarici mühitin imkanlarını və təhdidlərini, güclü və zəif tərəflərini qiymətləndirmək, strateji təhlil və alternativ strategiyaları müəyyənləşdirmək.
SWOT analizin aparılmasının birinci hissəsi indiki və gələcəkdə müəssisə üçün yarana biləcək xarici imkanları (müsbət cəhətləri) və təhdidləri (mənfi məqamları) öyrənməyə yönəlmiş fəaliyyət kimi strateji alternativləri müəyyənləşdirilməsi, İkinci hissədə müəssisənin güclü və zəif tərəflərinin öyrənilməsi.
SWOT analizin mərhələləri:-Mərhələ 1. Müəssisənin güclü və zəif tərəflərinin təyini, Mərhələ 2. Bazar imkanları və təhdidlərin müəyyənləşdirilməsi. Mərhələ 3. Müəssisənin güclü və zəif tərəflərini bazarın imkanları və təhdidləri ilə müqayisə etmək.
Müəssisələrin SPOT analizinin mahiyyəti. Müəssisədə istehsalın xərcləri ödəmə həddinin təyini. İstehsal amillərinin son hədd verimliyinin müəyyənləşdirilməsi.

2 saat

1 saat


Yüklə 67,79 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin