«TƏSDİq ediRƏM» Coğrafiya fakültəsinin dekanı



Yüklə 193,96 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix02.01.2022
ölçüsü193,96 Kb.
#43896
  1   2   3
Hidrologiya proqram



AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 

BAKI DÖVLƏT UNİVERSİTETİ 

 

 



 

 

 

«TƏSDİQ EDİRƏM» 

 

 

Coğrafiya fakültəsinin dekanı 

__________ dos. Ş.İ.Məmmədova 

Fakültə Elmi Metodiki Şuranın sədri 

________ dos. H.B.Soltanova 

"_____" _________________ 2018-ci il 

 

 

 

 

 

5406.01- “Hidrologiya” ixtisası üzrə  

Doktoranturaya qəbul imtahanının  

PROQRAMI 

 

 

 

 

 

Bakı Dövlət Universiteti Coğrafiya 

fakültəsinin Elmi Şurası tövsiyyə etmişdir. 

Protokol №4, 13.12.2017-ci il 



 

 

 

 

 

 

 

 

 

 

 

 


 

5406.01- “Hidrologiya” ixtisası üzrə Doktoranturaya qəbul imtahanının  

PROQRAMI

 

 

Hidrologiya  elmi,  onun  bölmələri  və  vəzifələri.  Hidrosfer  anlayışı.  Suyun 



əhəmiyyəti  və  ondan  istifadə.  Hidrologiyanın  qısa  inkişaf  tarixi.  Suyun  qlobal 

dövranı.  Yer  kürəsinin  su  ehtiyatları  və  onların  təzələnmə  müddəti.  Okean  və 

atmosfer  arasında  su  mübadiləsi:  su  səthindən  buxarlanma  və  yağıntılar.  Quru  və 

atmosfer arasında su  mübadiləsi: quru səthindən buxarlanma və yağıntılar. Quru və 

okean  arasında  su  mübadiləsi:  çay  axımı.  Səth  suları  və  yeraltı  suların  qarşılıqlı 

əlaqəsi. Dünyanın su balansı. Qlobal hidroloji dövranın müasir dəyişmələri. 

Yeraltı  suların  mənşəyi,  qida  mənbələri  və  paylanması.  Torpaq  və  qruntun  su-

fiziki xassələri. Yeraltı suların təsnifatı.  Yatımına görə  yeraltı  suların tipləri. Yeraltı 

suların hərəkəti. Yeraltı suların çayların qidalanmasında rolu. Yeraltı sulardan istifadə 

və onların mühafizəsi. 

Çay  hövzəsi.  Çay  və  çay  hövzəsinin  morfometrik  elementləri.  Çay  hövzəsinin 

fiziki-coğrafi və geoloji xüsusiyyətləri. Çay və çay şəbəkəsi. Hidroqrafik şəbəkə. Çay 

dərəsi  və  məcrası.  Çayların  uzununa  profili.  Çayların  qida  mənbələri  və  su  rejimi. 

Çayların  sululuğunun  tərəddüdləri.  Su  rejiminin  fazaları  (gursululuq,  qıtsululuq, 

daşqın). Çayların qida mənbələrinə görə təsnifatı. Çayların su rejiminə görə təsnifatı. 

Çay axımının əsas fiziki coğrafi amilləri. Atmosfer yağıntıları, göllər, geoloji quruluş, 

bitki və torpaq örtüyünün çay axımına təsiri.  

Yaz  gursulu dövrdə axımın  əmələ  gəlmə  şəraiti.  Daşqın  axımının  əsas amilləri. 

Azsulu  dövrlərdə  axımın  formalaşma  xüsusiyyətləri.  Çay  axımının  paylanmasının 

coğrafi qanunauyğunluqları. 

Dağ çaylarında hidroloji xüsusiyyətlər.  

Çay  axımı  və  onun  tərkib  hissələri.  Yerüstü  və  yeraltı  axım.  Çay  axımının 

kəmiyyət  göstəriciləri:  su  sərfi,  axım  həcmi,  axım  modulu,  axım  layı,  axım  əmsalı. 

Çaylarda suyun hərəkət rejimləri və növləri. 

 Çayın  en  kəsiyində  sürətin  paylanması.  Çayın  termik  və  buz  rejimi.  Buz 

rejiminin  fazaları.  Çayların  hidrokimyəvi  və  hidrobioloji  rejimlərinin  əsas 




xüsusiyyətləri. 

Çayların təsərrüfat əhəmiyyəti. Antropogen amillərin çayların rejiminə təsiri. 

Göllər və onların Yer kürəsində paylanması. Axarlı və axarsız göllər. Çalalarının 

mənşəyinə  görə  göllərin  təsnifatı.  Göllərin  su  balansı.  Göllərdə  dinamiki  proseslər. 

Göllərin  termik  və  buz  rejimləri.  Əsas  hidrokimyəvi  xüsusiyyətləri.  Göllərin  çay 

axımına təsiri. Göllərin su ehtiyatları.  

Su  balansı tədqiqat üsulu.  Çay  hövzəsinin  su balansı.  Su balansı  elementlərinin 

hesablanması. Dünyanın ən böyük çay hövzələrinin su balansı. 

Atmosfer  yağıntıları.  Hövzəyə  düşən  yağıntının  orta  qiymətinin  təyini.  Qar 

örtüyü. Qar örtüyündə su ehtiyatı. Qar örtüyünün ərimə fazaları. 

Su,  qar  və  torpaq  səthindən  buxarlanma.  Transpirasiya.  Buxarlanmanın 

ölçülməsi.  Buxarlanmanın  hesablanma  üsulları.  Çay  hövzəsindən  ümumi 

buxarlanma.   

Məcra  və  yamac  eroziyası.  Gətirmələrin  formalaşması.  Asılı  və  dib  gətirmələr 

axımı.  

Axın  və  məcranın  qarşılıqlı  təsiri.  Çay  məcralarının  dayanıqlıq  dərəcəsinə  görə 

təsnifatı.  İllik  və  çoxillik  məcra  deformasiyaları.  Çay  məcralarının  planda  təsvirləri 

(formaları)  və  onların  dəyişmələri.  Çay  məcraları  və  subasarlarının  morfoloji 

elementləri.  Məcra  proseslərinin  tipləri.  Çay  mənsəbləri  və  onların  tipləri. 

Hidrotexniki qurğuların məcra prosesinə təsiri. 

Məcra proseslərinə təsir edən təbii və antropogen amillər. Məcra deformasiyaları. 

Mənsəbdə hidroloji proseslər.  

Hidroloji müşahidə məntəqələrinin tipləri.  

Səviyyə və su sərfi anlayışları. Su sərflərinin təyini üsulları.  

Sürət  –  sahə  üsulu  ilə  su  sərfinin  təyini.  Sürət  şaqullarının  təyini.  Su  sərfi 

ölçülərkən  əməliyyatlar  ardıcıllığı.  Axının  sürətinin və  su  sərfinin  inteqrasiya  üsulu 

ilə təyini. 

Su  sərfini  hesablama  üsulları:  analitik  və  qrafik  üsullar.  İzotaxlara  görə  su 

sərfinin hesablanması. 

Çay axımının qeydiyyatı. Su sərfinin səviyyədən asılılığı və sərflər əyrisi. 

Azərbaycanın çayları, gölləri, su anbarları və kanalları.  



Azərbaycanın əsas transsərhəd çayları. 

Azərbaycan  çaylarının  qida  mənbələri və su  rejimi. Azərbaycanın  su  ehtiyatları, 

onların istifadəsi və mühafizəsi. 

Xəzər  dənizi.  Morfometrik  və  morfoloji  elementləri.  Hidroloji  xüsusiyətləri, 

səviyyə tərəddüdləri, termik, buz və dalğa rejimi, duzluluğu, çirklənmə mənbələri və 

ekoloji vəziyyəti. 




Yüklə 193,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin