Mühazirə bu və ya digər mövzu üzrə dinləyicilərdə nisbi də olsa, düzgün anlayış formalaşdırmaq üçün planlılığı, ardıcıllığı, elmiliyi ilə səciyyələnən mütəşəkkil şərhdir. Bu metod tərbiyə vasitəsi olub, gənclərdə sosial fəallıq, müstəqillik kimi keyfiyyətləri formalaşdırmaqla yanaşı, onları şüurlu intizam, kollektivçilik ru- hunda tərbiyə edir.
Bu metod üçün səciyyəvi cəhət budur ki, o, hər hansı bir mövzu üzrə dinləyicilərdə tam anlayış yaradılmasına yönəlir. Müha- zirə elmiliyi, dərinliyi, ardıcıllığı, sistemliliyi ilə fərqlənir. Bu sə- bəbdən də o, müvafiq mənəvi dəyərlərin şüurlu başa düşülməsinə münasib imkan yaradır. Bu metod ciddi hazırlıq tələb edir. Dinlə-yi- cilərin də mühazirə mövzularına hazırlaşmaları vacib sayılır. Mühazirə yuxarı siniflərdə keçirilir.