Təqdimat “İşıq mənbəyinin seçilməsi” İxtisas: 040510 Elektrik təchizatı Qrup



Yüklə 139,96 Kb.
səhifə3/5
tarix11.05.2023
ölçüsü139,96 Kb.
#111213
1   2   3   4   5
Ümid Əliyev-İşıqlanma

Plan 2. İşığın kvant xassəsi
Alman fiziki Henrix Hers 1887-ci ildə sink lövhəni işıqlandıran zaman lövhənin səthindən işığın təsiri ilə mənfi yüklənmiş hissəciklərin ayrıldığını aşkar etdi. Sonradan aydınlaşdırıldı ki, belə yüklənmiş hissəciklər elektronlardır. Buradan çıxan nəticə budur ki, işığın interferensiyası, difraksiyası, polyarizasiyası, disperensiyası xassələrinin aşkar edilməsi işığın dalğa nəzəriyyəsinin doğruluğunu təsdiq edir. Beləliklə, fotoeffekt hadisəsi aşkar edilmiş oldu. Elektromaqnit şüalarının təsiri altında maddənin özündən elektronlar buraxması – fotoeffekt hadisəsi adlanır. Bununla belə işığın təbiətinin öyrənilməsi davam edirdi. 1900-cü ildə alman fiziki M.Plank (1858-1947) yeni hipotez irəli sürdü. Bu hipotezə görə işığın şüalanması və udulması fasiləsiz yox, diskret, yəni müəyyən porsiyalarla (kvantlarla) baş verir. Bu kvantların enerjisi (E) işıq şüalarının tezliyi ilə (V) müəyyən olunur. Yəni, E=hV (h-Plank sabiti)
M.Plankın konsepsiyası mütləq qara cismin istilik şüalanmasının qanunauyğunluğunu izah edirdi. 1905-ci ildə isə A.Enşteyn işığın kvant təbiətli olduğunu əsaslandırdı. Yəni, sübut etdi ki, nəinki işığın şüalanması, həm də onun yayılması işıq kvantları – fotonlarının axını halında baş verir. Kvant – fotonların enerjisi Plankın yuxarıda göstərilən formulu ilə, impulsu isə 1 formulu ilə müəyyən olunur. Burada “ ” dalğa uzunluğudur, “P” fotonların impulsudur, “h” isə plank sabitidir. Fotonların impulsu plank sabiti ilə düz, dalğa uzunluğu ilə tərs mütənasibdir.
Yəni, dalğa uzunluğu çox olduqca, aldığı impuls azalır.
Bu tədqiqatlar nəhayət, işığın iki təbiətli – dalğa və hissəcik təbiətli olduğunu təsdiq etdi və çox mühüm nəzəri və praktiki əhəmiyyəti olan işığın dalğa-korpuskulyar nəzəriyyəsi yaradıldı.
QEYD: Klassik təsəvvürdə materiyanın 2 növü – maddə və sahə mövcuddur. Maddə anlayışında atomlar, molekullar və onlardan təşkil olunmuş, quruluşu və forması son dərəcə müxtəlif olan bütün maddi obyektlər ifadə olunur. Sahə anlayışında materiyanın maddədən fərqli olan xüsusi forması istifadə edilir. Hazırda fiziki sahənin bir neçə növü bəllidir: elektromaqnit sahəsi, qravitasiya sahəsi, nüvə gücləri sahəsi, dalğa (kvant) sahəsi. Bu sahələrin hər biri bir-birindən fərqlənən elementar hissəciklərə uyğun gəlir.
“Sahə” anlayışını elmə ilk dəfə 19-cu əsrin 30-cu illərində ingilis həvəskar fiziki M.Faradey gətirmişdir. İşıq elektromaqnit sahəsinin bir növüdür.
Canlı varlıqların, yəni həyatın özünü də təbiətin elektromaqnit sahələrindən kənarda düşünmək olmaz. Buna misal olaraq, fotosintez hadisəsini göstərmək olar.


Yüklə 139,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin