TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 7,01 Mb.
Pdf görüntüsü
səhifə10/32
tarix14.01.2017
ölçüsü7,01 Mb.
#5437
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

2.4 Televiziya aparıcısının yaradıcı fəaliyyətinin əsasları

Televiziya  sənətinin  yayım  vahidi  kimi  çıxış  edən  veriliş  və 

proqramlarda  aparıcı,  onun  yeri  və  mahiyyəti  başlıca  olmaqla 

bərabər, həm də təmsilçi kimi çıxış edərək ümumi yaradıcı prose­

sin tərkibində fəaliyyət göstərir. Telekanalların simalarına çevrilən 

aparıcıların yaradıcı fəaliyyətlərinin əsas mahiyyəti ekran obrazı­

nın  yaradılması  kimi  mürəkkəb  prosesi  ehtiva  edir.  Ekranda  ya­

radılan obraz ideyanın çatdırılmasına xidmət edərək, onu inkişaf 

etdirərək ünsiyyət yolu ilə təlqininə nail olmaq vəzifəsini icra edir. 

Televiziya  aparıcısı  yaradıcı  sima  olmaqla  obrazı  canlandırmalı, 

ünsiyyətin,  rabitənin  yaranmasına  nail  olmaqla  özünün  başlıca 

məqsədini icra etməlidir. “Aparıcı fəaliyyətinin əsasları” dedikdə 

onun davranışı, daxili vəziyyəti və psixoloji təsir nəzərdə tutularaq 

ekran obrazını yaratmaq gücünü müəyyən etmək imkanı əsas gö­

türülür ki, bu mövzu çağdaş sənətşünaslığın əsas problemlərindən 

biri kimi tədqiqata cəlb olunmalıdır.

Televiziyada  “aparıcı  obrazı“  anlayışı  kinodakı  obrazdan 

fərqlənən cəhətləri ilə çıxış edir. Bədii məziyyətlərin zənginlik pa­

litrası  kasad  olmaqla  bərabər,  burada  aparıcının,  başqalaşmadan 

daha  çox  özünün  görünməsi  önəmlidir.  Bu  barədə  fərqli  rəylər 

söylənilir.  A.  Novikova  Sovet  dövründə  müəyyənləşmiş  “aparı­

cı ekranda olduğu kimi görünməlidir” prinsipinin televiziya işini 

zəiflətdiyini deyir və onun imic, sosial maskada çıxış etməsinin va­

cibliyini qeyd edərək aparıcı ampluasının yaranmasını zəruri hesab 

edir. Fikrimizcə, sosial maska və ya ampluaya malik aparıcı teatr 

və kino obrazından fərqli, özünün keyfiyyətləri ilə zəngin şəkildə 

çıxış  etdikdə  uğurlu  təsir  bağışlaya  bilər.  Ondan  tamamilə  baş­

qalaşma tələb etmək, teatr qanunları ilə oyun gözləmək bəsitliyə 

gətirib  çıxara  bilər.  Aparıcının  öz  ampluasını  müəyyən  etməklə 

onu özü kimi canlandırması daha effektiv ola bilər. O, özünü, öz 

düşüncəsini, intellektini, davranış və üslubunu meydana qoymalı, 

özünü ifa etməlidir. 



134

Proqramın əsasını təşkil edən aparıcının obrazı rejissorun başlı­

ca fəndi olaraq bütün digər fəndləri, bədii ifadə vasitələrini təyin 

edir. Məhz onun vasitəsilə müəllif öz ideyasını açıq və ya sətiraltı 

şəkildə  seyrçiyə  çatdırır.  Çağdaş  televiziyaçılıqda  aparıcı  obrazı 

seyrçiyə özünü bənzətməsi üçün təqdim olunan etalon kimi çıxış 

edir. Onun kamilliyi, yüksək səviyyəsi və davranış mükəmməlliyi 

seyrçinin mədəni­mənəvi aləminə zənginlik gətirməli, onun dün­

yagörüşünü artırmalıdır.

Burada obraz verilişin ideya yükündən irəli gələn tələblərə cavab 

verən tərzi taparaq ünsiyyətdə, kommunikasiyada gərəkli cəhətləri 

sadiqliklə qorumağa hesablanmış böyük ustalıqla yaradılmalıdır. 

Verilişin xarakteri, auditoriya seqmenti mövzu dairəsini nəzərə al­

maq, tələb olunan “dildə” özünün şəxsi keyfiyyətlərilə danışmaq, 

fərdi cəhətini gətirməklə məqsədə nail olmaq deməkdir. Hər bir 

seyrçi  ekran  başında  seyr  müddətində  aparıcının  nə  istədiyini, 

məqsədini,  məqsədə  nail  olmaq  üçün  atacağı  addımları  və  ya­

naşma tərzini bilməli, məhz bu cəhətlərinə görə onu digərindən 

fərqləndirməlidir.  Əsas  fərqi  təşkil  edən  cəhətlərə,  təbii  ki,  ün­

siyyətin  və  manipulyativ  mexanizmlərdən  istifadə  dərəcəsinin 

əlavə olunması tam mənzərənin açılışına xidmət edərdi. Ünsiyyət 

mürəkkəb psixoloji mərhələ olmaqla, fərdin şəxsi sahəsinə daxil 

olmaq cəhdidir. Bu zaman bir neçə vacib tələblərin icra olunma­

sı  gərəkdir  ki,  şəxs  özünün  dairəsinə  müdaxiləyə  imkan  versin. 

Səmimilik,  məhrəmlik,  intellekt,  dünyaduyumu  kimi  mənəvi 

keyfiyyətlərlə bərabər baxışları, jestikulyasiyası, mimikası kimi fi­

ziki çalarlar da obrazın tələblərindən çıxmamaq və özünün daim 

istifadəsində olmaq şərti ilə üzvi şəkildə icra olunan cəhətlər kimi 

vacibdir. Əks halda ünsiyyətin baş verməsi mümkün deyil və cəmi 

bir neçə saniyə ərzində rabitə pultun digər düyməsini sıxmaqla qı­

rıla bilər. Nəzərə alsaq ki televizor pultu heç də həmişə bir nəfərdə 

olmur, onda ünsiyyətdə bütün ailə üzvlərini mənəvi, psixoloji du­

rumundan asılı olmayaraq, baxmağa cəlb etmək üçün maraqlan­

dırmaq, ünsiyyət dairəsinin onları da əhatə etməsinə nail olmaq 

kimi mürəkkəb vəzifə hər bir aparıcının gələcək televiziya karyera­

sını müəyyən edir. Ekranda aparıcı qismində görünən şəxsin tiraj­

lanması (314) şəxsi keyfiyyətlərinin itirilməsinə səbəb olur və “do­

nur”, ətraf dünya ilə qarşılıqlı əlaqədə olan modelə və müəyyən 

təyin  olunmuş  ideyaların  ötürücüsünə  çevrilərək  ictimailəşir, 

fərddən  daha  çox  təmsilçiyə  çevrilir.  “Sosial  maska”ya  malik 

aparıcı  öz  ictimai  rəyini  ifadə  etməyə,  auditoriyanın  müəyyən 

hissəsinin dünyagörüşünü, sosial­psixoloji durumunu çatdırmağa 



135

iddialı, müəyyən qrupun təmsilçisi, ümumiləşmiş sifəti kimi çıxış 

edir.

A. Novikova “sosial maska” anlayışını araşdıraraq ekranda şəx­



siyyət  kimi  qalmağın  mümkünsüzlüyünü  bildirir.  “Sosial  mas­

ka”nın  yaranmasının  rejissorun,  jurnalistin,  ekranın  təbii  xü su­

siyyətlərinin  iradəsindən  asılı  olmayaraq  auditoriya  qarşısında 

daim görünməklə, sosial mövqeyə sahib olmaqla yaranması rəyi 

ilə  razılaşsaq  da,  birinci  fikri  sonadək  araşdırılmamış  yanlışlıq 

kimi dəyərləndiririk. “Sosial maska” anlayışı bir qədər şişirdilmiş 

məfhumdur və bunu heç də bütün aparıcılara aid etmək olmaz. 

Televiziya  tarixinə  nəzər  yetirdikdə  tam  əks  mənzərənin  şahidi 

oluruq. TV ekranına çıxan aparıcının getdikcə artan nüfuzu, sosial 

çəkisi onu şəxsiyyətə çevirərək, ictimai həyatda fəal çıxışına, siyasi 

xadimə çevrilməsinə səbəb olur. 

Aparıcının  müəyyən  bir  obrazı  tapdıqda  ondan  möhkəm  ya­

pışaraq  verilişdən­verilişə  ötürməsi  ilə  populyarlığının,  sözü­

nün  çəkisinin  artmasını  qeyd  edən  tədqiqatçı,  seyrçilərin  onu 

dinlədiklərini, ona qoşulduqlarını bildirir və çoxmilyonlu tamaşa­

çının qarşısında ardıcıl çıxış edən  insanın onun üzərində müəyyən 

hakimiyyətə sahib olmasını təsdiq edir. Bununla da “şəxsiyyətini 

itirmə” rəyinin düzgün olmadığı üzə çıxır və müəllif öz­özünü in­

kar  etmiş  olur.  Tirajlanmanın  mənfi  cəhətlər  törətdiyini  bildirən 

A.  Novikova  ekranda  olan  insanın  fərdi  cəhətlərini  yox  edərək 

müxtəlifliyini,  daxili  dinamikaya  məxsusluğunu,  təkrarsızlığını 

söndürərək  onu  “sosial  maskaya”  çevirdiyini  və  getdikcə  ma­

raqsızlaşdığını  ifadə  edir.  Burada  yenidən  müəllifin  fikri  ilə  ra­

zılaşmayaraq deməliyik ki, aparıcı məhz bu şəxsi keyfiyyətlərini 

ekrana  gətirərək  obrazın  yaranmasına  nail  olur,  onu  tamam­

layır,  onların  vasitəsilə  digərindən  seçilərək  seyrçi  üçün  ma­

raqlı  olur.  O,  adi  insandan  ictimai  əhəmiyyət  daşıyan,  öz  şəxsi 

keyfiyyətləri  ilə  rəftar  edən  şəxsiyyətə  çevrilir.  ABŞ  təcrübəsini 

misal  kimi  gətirən  tədqiqatçı  N.  Qolyadkin  aparıcının  efirdə 

başqası  ilə  dəyişdirilməsini  prezident  dəyişikliyi  ilə  müqayisə 

edərək  əhəmiyyətini  göstərir.  O,  televiziya  aparıcısının  uzun  il­

lər  fəaliyyətinin  yüksək  dəyərləndirildiyini,  seyrçinin  öyrəşdiyi 

sifətin ekrandan yoxa çıxması ilə auditoriyanın itirildiyini, rəqib 

verilişə maraq göstərilməsinin baş verdiyini qeyd edir. 

Aparıcının  kommunikasiya  prosesində  bəhrəli  iştirakı  onun 

şəxsi  hazırlığından,  keyfiyyətlərindən  və  bir  də  peşəkarlıq  sə­

viyyəsindən asılıdır. Hazırlıq deyildikdə aparıcının təhsili, dünya­

görüşü, müxtəlif sahələrdən toplanan biliklər sistemi, jurnalistika 



136

prinsiplərindən xəbərdarlığı və bir də ünsiyyətə girmək təcrübəsi 

(onun ictimai həyatda fəallığı, tələbə, gənclər qurumlarında iştira­

kı, yazılı mətbuatda çıxış etməsi və s.) nəzərdə tutulur.  

Keyfiyyətlər onun şəxsi göstəriciləri – səmimiliyi, intellekti, özü­

nəgüvəncliyi, daxili inamı əks etdirən görünüşü, nitq sər rastl ığı, 

ifadəli, düzgün, zəngin danışıq tərzi və bir də insanlarda yaratdığı 

rəyi əks etdirir. Burada rəy həm ekrana çıxana qədər olan fikirləri, 

həm də sonrakı dövrdə seyrçilərin onun barəsində düşündüklərini, 

ona olan hisslərini ifadə edir.

Televiziya  aparıcısının  peşəkarlığı  onun  bilavasitə  mənsub  ol­

duğu peşədən xəbərdarlığını ehtiva etməyərək, daha geniş anlamı 

əhatə edir. Jurnalistika, artistizm, ünsiyyətcillik, kommunikasiya­

ya girmək qabiliyyəti, müəyyən situasiyaları yaratmaq, yaranmış 

situasiyanı idarə edərək istədiyi məcraya yönəltmək, həmsöhbəti 

ilə söhbəti qurmaq və bir də seyrçi ilə rabitəni qurmaq imkanlarına 

malik, bu işin bacarıqla, fəndlərlə, qaydalara əməl etməklə icrası 

aparıcı peşəkarlığının təməl prinsiplərini təşkil edir.

Deyilənlər aparıcının daxili aləmini, hazırlığını ifadə edir. Lakin 

aparıcı ekranda görününcə ona qiymət təkcə bu hazırlıq səviyyəsi 

ilə deyil, həm də xarici görkəmi, fiziki hərəkətləri əsasında veri­

lir. Onun mimikası, jestikulyasiyası, davranışı diqqətdən kənarda 

qala bilməz. Aparıcının makiyajı, saçı və geyimi də kommunika­

siya prosesində rol oynayır, rəyyaradıcı mahiyyət daşıyır. Əksər 

hallarda tamaşaçı ekranda nəyin səslənməsinin fərqinə varmaya­

raq əsas diqqəti təbəssümə, mimikaya, jestlərə, ünsiyyət ədasına 

yönəldir.  Tədqiqatçı  B.  Budanın  araşdırmaları  bu  məsələdə  ol­

duqca maraqlı cəhətləri üzə çıxarmağa imkan vermiş oldu. Onun 

araşdırmaları göstərir ki, qadınlar kişi aparıcıları izləyərkən saçın 

rənginə, üzün quruluşuna, göz və əlin formasına diqqət yetirirlər. 

Kişilər isə qadın aparıcıların dinamikasına maraq göstərirlər. On­

ları  daha  çox  mimika,  plastika,  jestikulyasiya  və  bunların  üzvi 

vəhdətdə çıxış etməsi maraqlandırır. Yəni ilk növbədə gördüyünə 

diqqət  yetirməklə  onun  əsasında  tamaşaçıda  təəssürat  yaranır; 

yalnız bundan sonra ikinci mərhələ – intellektual imkanları, eru­

disiyası  və  savadı  diqqətə  gəlir,  bu  barədə  rəy  yaranır.  Bundan 

sonra aparıcı görkünün fərdi cəhətləri, yeniliyi, özünəməxsusluğu 

diqqətə gəlir ki, bu da bütünlüklə rəyin yaranmasına xidmət edən 

sonuncu mərhələdir. Məhz bu yolla aparıcı haqqında tamlıqla rəy 

yaranır. Hər bir cəhət yekun rəyin xarakterini təyin etməyə qulluq 

edir. Ona görə də görünüş, fiziki cəhət diqqətdən kənarda qalma­

malı və onun efir çıxışında mühüm yeri unudulmamalıdır.



137

Həmçinin yuxarıda göstərdiyimiz kimi görk və onun xarakterik 

cəhətləri  də  aparıcılıq  fəaliyyətinin  əsas  mahiyyətini  təşkil  edir. 

Aparıcının nə üçün ekrana çıxdığı, nə istədiyi və hansı suala (ve­

rilişin ideyasından irəli gələn sual, bəzən buna “süjetin əsas sua­

lı” da deyirlər) cavab axtardığı bəlli olmaqla bərabər hansı yolla 

getməyi,  necə  yanaşması  da  dəqiq  bilinməlidir.  Ekranda  aparı­

cının  “hansı  rolu  ifa  etdiyi”  dəqiqliklə,  xarakterik  cəhətlərinin 

bütün  elementləri  nəzərə  alınmaqla  bilinməlidir.  Burada  üslub 

xüsusiyyəti, fərdi cəhətlər qorunmalı, sabitlik saxlanılmalıdır. Qa­

rışıqlıq, çaşbaşlıq yaratmaqla bütöv və üzvi görkün yaranmasına 

mane olaraq, ekranda bir çox aparıcılar öz yerlərini tapa, tez bir 

vaxtda seyrçinin maraq dairəsinə daxil ola bilməyib, bu sənəti tərk 

edirlər. Doğrudur, zorla ilişib qalma halları da olur ki bu, seyrçi­

nin həmin veriliş vaxtı deyinərək kanalı dəyişməsi ilə nəticələnir. 

Nəzərə alsaq ki aparıcıların bir çoxunun ictimai rəylə ümumiyyətlə 

hesablaşmayaraq öz bildiklərini etmələri halına tez­tez rast gəlinir, 

deməli, seyrçinin rəyi heç bir rol oynamır. Ona görə də reytinqlərdə 

olan uğursuzluğun səbəbini araşdırmaq kimi mühüm bir fəaliyyət 

diqqətdən  kənarda  qalmamalıdır.  Layihənin  rəhbəri,  rejissoru 

və  aparıcısı  seyrçilərin  hansı  personajı  gözlədiyini,  düşünülmüş 

obrazın verilişin xüsusiyyətlərinə nə dərəcədə uyğun olduğunu, 

gələcək  aparıcının  şəxsi  cəhətləri  ilə  yaxınlığını  dəqiq  müəyyən 

etməlidirlər. 

Ekranda olan informasiyanın qavranılmasında vizual cəhətlər­

lə  bərabər  səs  amili  də  həlledicidir.  Bu  baxımdan  aparıcının  səs 

quruluşu,  danışıq  tərzi,  nitq  ifadəliliyi  əhəmiyyətini  saxlayır. 

Aparıcının səs obrazı daha çox informasiyanın keyfiyyətindən və 

xarakterindən asılıdır. Xoş xəbəri söyləyərkən (informasiya proq­

ramlarında) yüksək tonda səslənmə, dərindən nəfəsalma baş ve­

rir.  Kədərli  xəbəri  çatdırarkən  isə  sürətin  azalması,  tonun  aşağı 

düşməsi  duyulur.  Seyrçi  birbaşa  bu  dəyişmələri  hiss  etməsə  də, 

bu  onun  informasiyanı  qavramasına  təsir  edir.  Səsin  emosional 

gücü, təsir imkanları danılmazdır. Səs tonunun qulağa yatımlılıq 

səviyyəsinin  aşağı  olması,  düzgün  köklənməməsi  informasiya­

nın  çatdırılmasına  böyük  maneələr  yarada  bilər. Aparıcının  səsi 

xoşagəlimli,  melodik,  qulağayatımlı  olmalıdır.  Nazik  çığırtılı  və 

ya kobud, boğazdanyuxarı səslər seyrçidə mənfi emosiyalar yara­

dır. Düzgün və ifadəli nitq də unudulmamalıdır. Bir çox hallar­

da  cəfəngiyat  söyləmək,  yalançı  söz  oyununu  qurmaq,  mənasız 

söz yığını ilə vaxtı doldurmaq cəhdi də psixoloji ünsiyyətə mane 

olur və kommunikasiyanın baş verməsinə imkan vermir. Aparıcı 



138

bütün hallarda nə üçün efirə çıxdığına əmin olaraq bu məqsədə 

yönəlmək, inkişafa nail olmaq üçün dəqiq, sərrast, ifadəli nitqini 

qurmalıdır. Bir çox aparıcılarda yaranan arxayınlıq, öncədən ha­

zırlaşmama  nəticədə  cəfəngiyat  axınının  ekrana  çıxmasına  rəvac 

vermiş  olur.  Psixoloqların  tədqiqatlarından  aydın  olur  ki,  seyrçi 

informasiyanı qavramaqdan çox, özü ilə eyniləşdirdiyi aparıcının 

davranışı əsasında yaranan yaşantı ilə ya baş verən hadisəyə yolu­

xur, ya da özünümüdafiəyə qalxır. Seyrçi aparıcını özü ilə bərabər 

tutaraq  ondan  səmimiyyət,  hörmət,  ehtiram  tələb  edir.  Əks  hal­

da yaşantı və bunun nəticəsində kommunikasiyayagirmə alınmır, 

seyrçi başqa kanalı seçir. 

Televiziya aparıcısından tələb olunan bir cəhət də onun məişət 

müdrikliyindən xəbərdarlığı və assosiativ düşüncə tərzinə malik 

olmasıdır. Bu cəhətlər onun ünsiyyətcilliyini artırır, həmsöhbətləri 

ilə rabitəni effektiv qurmasına və bütün mümkün situasiyalarda 

qərar verərək onu öz xeyrinə (verilişin inkişaf xəttinə, intriqasına) 

yönəltməsinə imkan verir. 

Daxili  dinamika  aparıcının  axarı  təyin  etməsinə,  yönəltməsinə 

imkan  verən  gücdür.  Lakin  bu  gücü  idarə  etmək  üçün  aparıcı 

düşüncə  tərzinə,  məntiqə,  duyuma  (efir  duyumu,  verilişin  ide­

ya duyumu, seyrçinin maraq duyumu) malik olmalı, jurnalistika 

peşəsinin  prinsiplərindən  xəbərdar  olmalıdır.  Dramaturji  situ­

asiyanı  yetiş dirərək,  kolliziyanın  yaranmasına  təkan  vermək  və 

cilovu əldən buraxmayaraq lazım olan səmtə yönəltmək olduqca 

mühüm key fiyyətdir. Çağdaş tok­şoularda qarşı tərəflərin üz­üzə 

qoyulması yolu ilə həqiqətin üzə çıxarılması metodu olduqca ge­

niş  tətbiq  olunur.  Lakin  bir  çox  hallarda  aparıcı  öz  funksiyasını 

düzgün müəyyən etmədiyindən və ya dərhal reaksiya vermək im­

kanından məhrum olduğundan verilişin gedişatını xaosa çevirir. 

Bir  çox  tok­şoularda  aparıcı  problemi  kəskinliklə  durur.  Qeyd 

edək  ki,  şounun  adı  ilə  quruluşu,  səhnə  tərtibatı  və  aparıcı  ob­

razı  arasında  ümumi  bir  uzlaşma  olmalıdır  və  qarışıqlığa  yol 

verilməməlidir. Aktual mövzunu çözüm hədəfi kimi seçməli olan 

tok­şou ümumiləşmiş tərzdə bəzən olduqca geniş və şou formatı­

na sığmayaraq bir neçə saatlıq müzakirəni tələb edən problemlərə 

toxunmaqla  iflasa  uğrayır.  Tok­şouda  mövzu  konkret  olma­

lı,  bu  barədə  tərəflərin  fərqli  fikirlərinin  üzə  çıxmasına  yardım 

edilməlidir. Ümümiləşmiş, əhatəli mövzunun çözümə qoyulması 

yol verilməzdir. Əsası otuz il əvvəl Fil Donahyu tərəfindən qoyulan 

danışıq şousu televiziyanın ayrılmaz hissəsinə çevrilib. Araşdırıcı 


139

O. Gerasimova tok­şouya tərif verərək onu təcrübəli, suala cavab 

verməyə həmişə qadir olan, auditoriyanı hər hansı problemin həlli 

yollarını tapmağa yönəltməyə çalışan şoumenlər tərəfindən idarə 

olunan  həqiqət  axtarışına  bənzədir.  Mövzu  seçiminə  toxunan 

müəllifin qənaəti ilə razılaşmamaq olmaz. Konkretliyi heç zaman 

unutmamağı əsas şərt kimi qoyan müəllif “hər nəsnə haqqında da­

nışmaq lazımi nəticəni vermir” deyərək, mübahisə sərhədləri nə 

qədər dəqiq və konkret cızılarsa, mövzuya daxi lolmanın, dərindən 

çözümaparmanın və müəyyən qənaətə gəlməyin bir o qədər asan 

mümkün  olduğunu  söyləyir.  “Bəzən  olduqca  geniş,  sərhədsiz 

mövzu seçilir və nəticədə tok­şou “hər şeydən və heç nədən” bəhs 

edən səthi söh­bətə bənzəyir” (149, səh. 44)  və tok­şounun yaradı­

cı heyətinin qey­ri­peşəkar yanaşması ilə onun başlıca məqsədinin 

icrası mümkünsüz olur.    

Mövzunun  düzgün  müəyyən  olunması  ilə  bərabər,  əsas 

mübahisə  mövzusunun  konkret  müəyyənləşməsinə  də  ehtiyac 

var. Adın enerjili, dəqiq, daxili ritmli, eyni zamanda, ifadəli olması 

əsas şərtdir. Qanadlı ifadələrlə, qarşılıqla və ümumiləşmə ilə ifadə 

olunan mövzunun adı istənilən çözümün baş tutmasına mane ola­

caqdır. Problemin müzakirə oluna biləcək tərəfini dəqiq müəyyən 

etməklə  ad  seçimində  istifadə  olunması  insanları  mübahisəyə, 

müzakirəyə yönəldə bilər.

Tok­şou  aparıcısı  mövzu  ilə  bağlı  veriləcək  sualları  da  doğru 

məqsədə  yönəlmiş  tərzdə  tərtib  etməlidir.  Diskussiya  mövzu­

sunun açılışına xidmət edəcək səmtləri düzgün tapmaq, sualları 

məhz bu tərəfdən verməklə aparıcı çözümün baş tutmasına nail 

olmalıdır.  Bir  çox  moderatorlar  söhbəti  qura  bilmədiklərindən, 

çoxlu sayda sual verməklə işini bitmiş sayır ki, bu yolverilməzdir. 

Suallar  konkret  və  az  sayda  olmalıdır  ki,  hər  birinin  ətrafında 

yetərincə müzakirə aparılsın. Misal kimi “Qoy desinlər” (Birinci) 

tok­şou moderatorunun gedişat boyu cəmi 5­6 maddədən ibarət 

sual verərək çözümün uğurlu alınmasına nail olmasını göstərmək 

olar. Həmçinin sual tərtibatında xüsusiyyətlər, açıq ziddiyyətlər, 

konkret hadisələr (faktlar, dəlillər) nəzərə alınmalıdır. Hər bir sual 

mübahisəyə yönəltmək təbiətinə malik, təhrikedici olmalıdır. Sual 

tərtibatında diskussiyalılıq qorunmaqla, heç bir halda cavabı hazır 

və insanlara mövqe sırıyacaq şəkildə qurulmamalıdır. Aparıcının 

“dəqiq mövqeyi, dərindən əminliyi, prinsipiallığı, müzakirə olu­

nan problemi təfərrüatı ilə bilməsi, geniş erudisiya, çıxış etmək və 



140

auditoriyanı idarə etmək qabiliyyətinə malik olması” (149, səh. 46 

) əsas şərt kimi göstərilir.

Tok­şouda  əsas  şərtlərdən  biri  də  onu  necə  başlamaqdır.  Heç 

bir  halda  aparıcı  başlanğıcda  hansısa  mövqeyə  və  ya  tərəfə  me­

yilli olduğunu büruzə verməməli, yalnız problemin əhəmiyyətini, 

praktiki  dəyərini,  müzakirənin  qaçılmaz  və  vacib  olduğunu 

qeyd  etməklə  kifayətlənməlidir.  Moderator  auditoriyanı  gedi­

şata  kökləməklə,  həqiqət  axtarışına  dəvət  etməyə  çalışmalıdır. 

Bu  mərhələdə  əsas  düzgün  qoyulduqda  çözümün  sonrakı  tale­

yi uğurlu ola bilər. Gedişat zamanı aparıcı barışdırıcı mövqedən 

uzaq  olmaqla  mü bahisənin  yaranmasına  çalışmalı,  tərəflərə 

mövzudan  sapmağa,  ümumi  ifadələrlə  kifayətlənməyə  imkan 

verməməli, tez­tez alışdırıcı situasiyalar yaratmalıdır. Onun üzvi, 

enerjili,  templi  yanaşım  tərzi  ilə  gedişat  daha  canlı  və  məqsədə 

müvafiq  ola  bilər.  Bir  çox  hallarda  verilişin  gedişatında  aparıcı­

nın  tərəflərin  bu  mərhələdəki  mövqeyini  müəyyən  etmək  üçün 

özünəməxsus  taym­aut  götürməsi,  çıxarışlar,  nəticələr  deməklə 

auditoriyanı,  həmsöhbətləri  analiz  etməsi  yolveriləndir.  Bu,  ona 

söhbətin istiqamətini müəyyən et mək, tərəflərin rəyini öyrənmək 

üçün  lazım  olan  fənddir.  Xaosun,  anlaşılmazlığın  yaranmasına 

imkan  verməməklə  aparıcı  yumşaq,  nəzakətlə  və  eyni  zaman­

da  qətiyyətlə  bu  situasiyadan  çıxmağa  çalışmalıdır.  Mövzuya 

hazırlıqlı  olmaqla  aparıcının  müzakirə  olunacaq  məsələlərlə 

bağlı  ətraflı  məlumatlarla  silahlanması,  yardımçı  vasitələrdən, 

videosüjetlərdən  yerində  istifadə  etməsi  vacibdir.  Həmçinin  ge­

dişatı  nəzarətdə  saxlayan  moderator  söhbətlərdə  təkrarçılıq,  au­

ditoriyada  yorğunluq  hiss  etdiyi  anda  artıq  yekunlaşmaya  baş­

lamalıdır.  Heç  bir  halda  tok­şou  qəfil  kəsilməməli,  mövzunun 

tam çözülməsi ilə nəticələnərək yekunun verilməsi ilə bitməlidir. 

Tok­şounu yerində və nəticə ilə bitirmək aparıcıdan əlavə duyum 

qabiliyyəti tələb edir. 

Bütün  bu  deyilən  keyfiyyətlərdən  uzaq  olan  “Aktual”  tok­şo­

usunda  səhnə  tərtibatının  evə  bənzəməsi,  pərdələr,  aparıcının 

anlaşılmaz  obraz  mahiyyəti  ilə  ad  arasında  heç  bir  əlaqə,  rabitə 

görünmədiyindən, məqsədin efir doldurmaq, şou eləmək olması 

dərhal üzə çıxır. Verilişin yaranmasını şərtləndirən amillərdən ən 

əsası düzgün aparıcı obrazının tapılması ilə bərabər, bu obrazın 

inkişafına səbəb olacaq mühitin biçimləndirilməsidir. Onun mü­

hiti  – səhnə tərtibatı, işıq­rəng həlli, mizansəhnə, mizankadr ve­

rilişin  mövzusundan  doğaraq  aparıcı  obrazını  tamamlamalıdır. 

Səhnə  tərtibatının  uyğunsuzluğu  seyrçidə  mənfi  rəyin  yaranma­



141

sına  xidmət  edərək,  bəzən  maraqlı  bir  layihənin,  uğurlu  aparı­

cının  ekran  həyatını  qısaltmış  olur.  Səhnə  tərtibatının  mühüm 

əhəmiyyəti, aparıcı obrazının tamamlanması, verilişin mövzu ilə 

vəhdətdə çıxış etməsi N. Qolyadkinin ABŞ televiziyaları misalın­

da  gətirdiyi  nümunələrlə  bir  daha  təsdiq  olunur.  Orada  televi­

ziya  ənənəsində  səhnə  tərtibatının  uzun  müddət  dəyişməz  qal­

masının  verilişin,  auditoriyanın  sabitliyini  qorumaq  məqsədini 

güddüyü göstərilir. Si­Bi­Es telekanalında 1981­ci ildə Kronkaytı 

De  Rezin  əvəz  etməsi  hadisəsi  zamanı  ənənənin  qorunduğunu 

təsdiq  etmək  üçün  səhnə  tərtibatında  yalnız  rəng  həllində  kiçik 

dəyişikliyin  aparılması  nümunəsi  ilə  müəllif  bu  amilin  mühüm 

yerini əks etdirir. Lakin aparıcı şəxsiyyəti, səhnə tərtibatı heç bir 

halda televiziya proqramının ümumi məzmununu üstələməməli, 

onun  ideyasını  çatdırmağa  xidmət  edən  alət  olmalıdır. 

İdeya  olmadıqda  ekranda  baş  verənləri  mənasız  oyun,  şada­

ra  ilə  müqayisə  etmək  olar.  Tok­şounun  sosioloji  araşdırmalar 

nəticəsində lüzumlu layihə kimi hazırlanaraq efirə çıxmaması və 

ümumiyyətlə  hazır  olmaması  dərhal  görünəcəkdir.  Konsepsiya­

sızlıq,  məntiqsizlik  və  biçimsizlik,  heç  bir  özünəməxsus  cəhətin 

olmaması,  onun  öz  auditoriya  seqmentini  formalaşdırmasına 

imkan  vermir.  Aparıcının  hazırlıqsız,  idarə  etmək  qabiliyyətinə 

malik  olmayan,  təcrübəsiz,  qeyri­intellektual  görünüşü  elə  ilk 

andan  şounun  çəkisini  azalda  bilər. Aparıcı  əgər  söhbətin  gedi­

şatından  xəbərsiz  görünməklə  bərabər,  onu  idarə  edə  bilmirsə, 

hər  şey  təbii  axarla  inkişaf  etməklə  ekran  xaosuna  gətirib  çıxa­

rır.  Aparıcının  qeyri­ifadəli  davranışları,  yersiz  durub­oturma­

ları,  ünsiyyətə  girə  bilməməsi,  cansıxıcı  aparıcılıq  tərzi,  əsassız 

müdaxilə,  ümumiləşmiş  suallarla  mövzunu  səhv  istiqamətə 

yönəltmək cəhdləri dərhal nəzərə çarpacaqdır. Heç bir davranışı 

və detalı ilə moderatora bənzəməyən aparıcıların yalnız ekranda 

görünmək  istəyi  tok­şou  adlandırılan  telesöhbəti  baxımsız  edir.

Rusiyada  “İtoqo”  (NTV),  “Odnako”  (“Birinci”)  kimi  əyləncəli 

publisistik teleşərhlərdə ictimai rəyə birbaşa təsir, onu müəyyən 

səmtə  yönəltmək  cəhdləri  açıq  duyulur.  Azərbaycanda  Orxan 

Fikrətoğlunun  aparıcılığı  ilə  “Zorxana”  (ANS)  siyasi  proseslərin 

sadələşdirilmiş şəkildə təqdimatına yönəlib. Orxan Fikrətoğlunun 

sadə nitqi, gediş kimi istifadə etdiyi “Xeybər” obrazı tamaşaçıya 

doğma olduğundan hansısa baş vermiş ciddi siyasi hadisəyə məhz 

onun  şərhini  dinləmək  marağını  oyadırdı.  Leksik­sintaktik  qu­

ruluşda eyni köklü sözlərin təkrarı, mozaik nitq, kalambur oyun 

təəssüratı  yaradaraq  tamaşaçını  özünə  cəlb  edir,  onu  azarkeşə, 



142

müəllifin iti zəkasının izləyicisinə çevirir. O. Fikrətoğlunun çıxışı 

məhz bu maraq hesabına geniş şəkildə izlənilir.   

“Lider”  kanalında  “Zəif  bənd”  layihəsinin  ölkə  teleməkanına 

gə lişi  Rusiya  və  Türkiyə  kanallarında  onu  izləyən  seyrçiyə  ma­

raqlı  oldu.  Lakin  oyunun  xarakterində  və  ya  aparıcısında  olan 

hansısa  qüsur  müqayisədə  daha  qabarıq  görünməklə  lazı mi 

marağı  cəmləyə  bilmir.  Aydın  Talıbzadənin  “Zəif  bənd”  ba­

rədə “özünə hörmət edən insan bu oyunda ona tapşırılmış tele­

obrazı  yüzdə­yüz  dəqiqliklə  “görükdürən”  aparıcının  heç  bir 

sö zünə  dözməz.  Aparıcı  (zərif,  hikkəli,  qızcığaz)  onlara  “itin  sö­

zü”nü  deyir  və  bu  adamlar  da  irişib  key­key  kameraya  baxa­

baxa  qalırlar”  (93)  fikri  layihə  haqqında  söylənilən  tənqiddir. 

Aparıcı amilinin verilişin ruhunun təyinində əsaslı rol oynayan 

başlıca  cəhət  olduğunu  qeyd  etmək  lazımdır.  Məhz  apa rıcının 

obraz  həllinin  uğuru,  təqdimatda  və  bütün  mətn lərdə  obraz 

xüsusiyyətlərini  qoruyub  saxlayaraq  verilişin  ab­havasına  mil­

li  koloritin  əlavə  olunması  “Çal­çağır”ı  zənginləşdirir  və  analoji 

proqramlardan fərqləndirir.

Proqramın  aparıcısı  Dilarə  Əliyevanın  el­oba  dilindən  bəh­

rələnərək duzlu, məzəli və ironik danışıq tərzi, süjetləri məhz bu 

üslubda  –  pıçhapıç  edən  qadın  obrazının  diliylə  təqdim  etmə si, 

ardınca  qonaqla  məhz  bu  tərzdə  söhbətləşməsi  üslub­dil  kom­

pozisiyasının  üzvi  vəhdətini  yaradaraq,  proqramın  janr  xü­

susiyyətlərinin  qorunmasına  imkan  verir.  Bu  vəhdəti  ustalıqla 

quran  aparıcı,  əslində  şou­biznes  aləminin  real  mənzərəsini  və 

qalmaqalları  ironik  tərzdə,  qismən  də  sarkazmla  ifadə  etməklə 

canlılıq, dinamika və gülüş yaradır. Proqram hadisələrin ciddi və 

olduğu kimi təqdimatı ilə bərabər, əyləncəlilik prinsipini qoruyub 

saxlayaraq, faktların təqdimatında bu cəhətdən məharətlə istifadə 

edir. Ekran qarşısında tamaşaçı həm istirahət edir, həm də maraq­

landığı informasiyanı alır. 

Bitkin  kompozisiyalı  verilişdə  postmodernist  təqdimetmədən 

irəli gələrək mozaik dramaturji elementə meyil və aparıcının ya­

nında deyingən, xəbər gətirən qadın obrazı, onun dramaturji həlli 

canlılıq yaratmaqla bərabər, verilişin tempo­ritmini çevikləşdirir.

Ardınca  gələn  süjetlərdə  müxbirlərin  el  dilində  baş  verənlərə 

aydınlıq  gətirmələri,  araşdırmalar,  həmçinin  vizual  həlldə  dina­

mika, köməkçi vasitələrlə gücləndirmə elementləri, kliplər, titrlər, 

aksentlər,  təkrar  kadrlar  xəbərin  zənginliyinə  və  təqdimetmə 

koloritinə  təsir  edir.  Süjeti  çevik  və  cəzbedici  edən  bu  amillər, 


143

onun digər kanallarda olan verilişlərdən fərqlənməsinə gətirib çı­

xaran başlıca amildir.

Studiyaya qonaq gəlmiş şou­biznes ulduzu ilə yorucu və temp­

siz  söhbətlər  aparan  digər  verilişlərdən  fərqli  olaraq  “Çal­çağır” 

ziddiyyətli məqamları, toqquşmaları qabardır və gəzən şayiələrə 

aydınlıq gətirir. Bu söhbətin də asan və qulağayatımlı bir tərzdə 

təqdimatı maraq kəsb edir. Verilişin başlanğıcında qonaqla bağlı 

süjetin özündə olan dinamika, qalmaqal tamaşaçını maraqla otu­

rub verilişə baxmağa sövq edir.

Beləliklə,  biz  televiziya  aparıcılarının  yaradıcı  fəaliyyətlərinin 

nəzəri  əsasla rını  təhlil  edərək  onu  konkret  nümunələr  üzərində 

əsaslandırma ğa çalışdıq. Dəyişkən təbiəti, obraz çeşidliliyi biçim 

müxtəlifliyi  yaratsa  da  ümumi  prinsiplər,  yaradıcı  meyarlar  və 

biçimlənmiş ünsiyyət prosesində iştirak edən mənəvi əhval qay­

daları  və  fiziki  davranışlar  sistemi  sabitdir.  Yaradıcı  fəaliyyətin 

mahiyyətində duran ünsiyyət qurmaq, onu qorumaq və verilişin 

ideyasının çatdırılmasını təmin etmək, hadisəni inkişaf etdirərək, 

məntiqi  nəticənin  əldə  olunmasına  yönəltmək  onun  başlıca 

sənətkarlıq tərəflərini müəyyən etdiyindən, təhlil prosesi bu me­

yarlarla aparıldı. Yaradıcı fəaliyyətin təhlili və onun metodologiya­

sında praktik nümunələrlə müqayisəli kontent analizi vermək yolu 

ilə çözümün aparılması elmidir və yanaşma ətraflı mənzərənin ya­

ranmasına xidmət edir. Aparıcının janr tələblərindən irəli gələn ob­

razı, davranış müxtəlifliyi nəzərə alınmaqla, təhlil yuxarıda qeyd 

olunan prinsiplər əsasında fərdi cəhətlərin, üslub xüsusiyyətlərinin 

üzə çıxarılması yolu ilə aparılmalıdır. Elmi işdə televiziya aparıcı­

larının yaradıcı fəaliyyətlərinin nəzəri əsaslarını müəyyən edərək 

onun əsas prinsiplərini, təhlil metodologiyasını təklif etdik. Möv­

zunu genişləndirməklə konkret janra uyğun aparıcı obrazlarının 

yaradıcı fəaliyyətinin nəzəri əsaslarının da yaradılması televiziya­

şünaslığın qarşısında duran vəzifədir və bu mövzu sənətşünaslıq 

elminin maraq dairəsinə daxildir.


Yüklə 7,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin