|
Təcrübə proqramının məzmunu
|
səhifə | 31/95 | tarix | 02.01.2022 | ölçüsü | 0,61 Mb. | | #1380 |
|
Təcrübə proqramının məzmunu
Qəbul şöbəsində təcrübə
Təcrübənin səmərəli olması üçün tələbə bilməlidir:
Tələbə bilməlidir:
-
uşaq xəstəxanasında qəbul şöbəsinin təşkili və funksiyalarını
-
qəbul şöbəsinin sənədlərini
-
stasionara qəbul olan xəstə uşaqların qeydiyyata alınması və qəbul qaydalarını
-
qəbul zamanı infeksion xəstəliklərə şübhəli xəstələrin aydınlaşdırılması taktikasını.
Tələbə bacarmalıdır:
-
xəstə uşaq haqqında məlumat toplamağı
-
qəbul şöbəsində sənədlərin doldurulmasını
-
dəri və selikli qişaların vəziyyətini
-
aretrial təzyiqin, nəbzin, tənəffüsün sayının öyrənilməsinə və termometriyanın aparılmasını
-
fiziki inkişafın qiymətləndirilməsi və antropometriyanın aparılması (boy, şəki, döş qəfəsinin dairəsi, başın dairəsi və s.)
-
pedikulyoza görə yoxlamaq və dezinseksiya tədbirləri görmək
-
xəstə uşaqların sanitar işləməsini
-
xəstə uşaqların şöbələrə köçürülməsini
-
udlaq və burundan yaxma götürmək
-
təcili məlumat (bildiriş) vərəqinin doldurulması (sanitar epidemioloji nəzarət üçün)
-
dezinfeksiya məhlulları hazırlamaq
-
istifadə edilmiş alət və vasitələrin dezinfeksiyası
Dostları ilə paylaş: |
|
|