Tələbə: Fidan Hüseynova Qrup: 07a fakultə: Təhsil İxtisas:İngilis dili müəllimliyi Kurs: Müəllim: Dəmirova Ceyhunə



Yüklə 1,55 Mb.
səhifə1/2
tarix21.12.2023
ölçüsü1,55 Mb.
#189069
  1   2
diqqət.. kopyası


Tələbə:Fidan Hüseynova
Qrup: 107A
Fakultə:Təhsil 1
İxtisas:İngilis dili müəllimliyi
Kurs:1
Müəllim:Dəmirova Ceyhunə
Fənn: Psixologiya
Diqqətin növləri və onların müqayisəli təhlili
Diqqət – şüurun müəyyən bir obyekt üzərinə yönəlməsi və mərkəzləşməsindən ibarət psixi hadisədir.
Diqqət
Demək ki, diqqət, şüurun müəyyən bir obyekt üzərinə yönəlməsində, onun üzərində mərkəzləşməsində və nəticədə cism və hadisələrə seçici münasibət bəsləməsində təzahür edir. Diqqətin əmələ gəlməsi üçün ilk növbədə onun obyekti ayırd edilməlidir. Diqqətin obyekti həm xarici aləm, cisimlər, həm də insanın rəftarı və davranışı ola bilər.
DİQQƏTİN NÖVLƏRİ
ixtiyari
qeyri-ixtiyari
ixtiyaridən sonrakı
Qeyri-ixtiyari diqqət diqqətin daha sadə növüdür, o heç bir iradi cəhdlə, məqsədlə bağlı olmayan diqqətdir. Qarşıya məqsəd qoymadan psixi fəaliyyətimizin müəyyən obyekt üzərinə yönəlməsi qeyri-ixtyari diqqət üçün xarakterik haldır. Bu zaman bizi əhatə edən cisim və hadisələr diqqətin seçiciliyini təmin edir. Qeyri-ixtiyari diqqətin yaranması üçün qıcıqlandırıcılar bir sıra xüsusiyyətlərə malik olmalıdırlar. Bura qıcıqlandırıcıların intensivliyini, gözlənilmədən təsirini, onlar arasındakı kontrastı, təsir etmə müddətini, həmçinin qıcıqlandırıcıların yeniliyi və qeyri-adiliyini, şəraitin kəskin dəyişməsini və s. aid etmək olar. Qeyri-ixtiyari diqqətə səbəb olan digər amillərə isə biz insanın maraq və tələbatlarına, onun daxili vəziyyətinə üyğun gələn qıcıqlandırıcıları aid edə bilərik
Qeyri ixtiyari diqqət
İxtiyari diqqət
Qeyri-ixtiyari diqqətdən fərqli olaraq ixtiyari diqqət insanın şüurlu məqsədi ilə bağlıdır. Onu bəzən iradi, aktiv diqqət də adlandırırlar. L.S.Vıqotski qeyd edirdi ki, ixtiyari diqqət vasitəli prosesdir, yəni o müxtəlif vasitələrin: işarə, nitqin və qarşıya qoyulmuş məqsədin vasitəsilə həyata keçirilir. Ontoqenezdə də ixtiyari diqqətin inkişafını izləsək, görərik ki, bu proses tədricən baş vermişdir. Yaşlılar uşağın diqqətini sözlü təlimat vasitəsilə lazım olan obyektə yönəldirlər, onun qarşısında məqsəd qoyaraq uşağın fəaliyyətini təşkil edirlər. Sonra isə uşaq özü müstəqil şəkildə qarşısına məqsəd qoymaq bacarığına yiyələnir. Fizioloji səviyyədə ixtiyari diqqətin tənzim olunmasında beynin alın payı iştirak edir.
Diqqətin digər növü isə N.F.Dobrinin tərəfindən ixtiiyaridən sonrakı diqqət adlandırılmışdır. Diqqətin bu növü ixtiyari diqqət kimi əvvəlcə məqsədyönlü xarakter daşıyır və iradi cəhd tələb edir, lakin sonra fəaliyyətin məzmunu insan üçün o qədər böyük maraq kəsb edir ki, artıq iradi cəhd tələb olunmur.Məhz buna görə də həmin diqqəti ixtiyari diqqət adlandırmaq olmur. Çünki bu zaman psixi fəaliyyət iradi cəhdlə başlasa da sonradan bu cür iradi cəhd göstərilmədən davam etdirilir. Onu qeyri-ixtiyari diqqət adlandırmaq da mümkün deyildir. Çünki bu işə iradi cəhdlə başlanılmışdır. Məhz buna görə də diqqətin həmin növünü N.F.Dobrinin ixtiyaridən sonrakı diqqət adlandırmışdır. Adətən, ixtiyaridən sonrakı diqqətə keçid insanın artıq iradi güc sərf etməsinin qarşısını alır.

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin