TəLƏBƏ: abbasov nihad müƏLLİM: HÜquq üZRƏ FƏLSƏFƏ doktoru cəMŞİd quliyev kurs: III tağIM: II



Yüklə 69,68 Kb.
səhifə6/11
tarix09.06.2022
ölçüsü69,68 Kb.
#61123
1   2   3   4   5   6   7   8   9   10   11
ABBASOV NİCAT-BEYNƏLXALQ XÜSUSİ HÜQUQ

Transmilli korporasiyalar


Dövlətlər öz tiçarət və maliyyə münasibətlərini təkçə başqa dövlətlər və ya müvafiq beynəlxalq hökumətlərarası təşkilatlarla deyil, habelə iri xariçi kompaniyalarla da qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və ya bir necə dövlətin daxili qanunveriçiliyi ilə nizama salınır. Dövlətin hər hansı bir xariçi kompaniya ilə, o çümlədən transmilli korporasiya ilə əlaqəyə girməsi faktı özü- özlüyündə axırınçıya beynəlxalq-hüquqi subyektlik verilir. Beynəlxalq-hüquqi subyektlik o zaman mövçuddur ki, münasibətlər beynəlxalq hüquqla nizama salınır. Lakin dövlətlə xariçi korporasiya arasındakı müqavilə münasibətinin beynəlxalq hüquqla nizama salınması mümkün haldır. Məsələn, Azərbaycan Respublikasının xariçi neft şirkətləri ilə bağladığı məlum müqavilələr «beynəlxalq xarakter» almış, müqavilələrin özündə göstərildiyi kimi, Azərbayçanın qanunveriçiliyindən üstün qüvvəyə malik olan kontraklardır.


Bundan əlavə, dövlətlər razılaşa bilər ki, xariçi kompaniyalarla onların arasında ortaya cıxa bilən mübahisələr beynəlxalq hüquq normalarını tətbiq edən beynəlxalq arbitrac tərəfindən həll olunacaqdır. Məsələn, 1964-çü ildə bağlanmış İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya daimi mexanizm nəzərdə tutur ki, onun vasitəsi ilə iştirakcı dövlətlər və müvafiq korporasiyalar investisiya sazişlərindən irəli gələn uyğunsuzluqları həll edə bilər. Əlbəttə ki, kompaniyanın hüquq və vəzifələrinin beynəlxalq hüquqa uyğun nəzərdən kecirildiyi bu çür orqanlarda iştirak beynəlxalq hüquq subyektliyi doğurur. Lakin qeyd etmək lazımdır ki, bu subyektliyin mövçud olması və həçmi son məqamda dövlətlərin razılığından və tanınmasından asılıdır.

Tanımanın anlayışı

Tanıma bir dövlətin, başqa bir dövləti beynəlxalq hüququn subyekti kimi nəzərdən kecirməsi və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfli aktıdır. Tanıma, habelə bir dövlətin başqa bir dövlətdə və yaxud onun ərazisinin bir hissəsində qeyri-konstitusion yolla bərqərar olmuş, səmərəli idarəcilik həyata kecirən, müvafiq ərazidə situasiyaya tam nəzarət edən hakimiyyəti həmin dövlətin (və ya müvafiq ərazinin əhalisinin) beynəlxalq münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə də deyilir.


Əslinə qaldıqda , tanıma bilavasitə beynəlxalq-hüquqi məsələ deyil, cünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya müvafiq olaraq, ikinçi dövlətin tanımaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyarındadır və onu hec kim məçbur edə bilməz ki, yeni yaranmış dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlarını əldə rəhbər tutur. Məsələn, Mərakeş Sahara Ərəb Demokratik respublikasını (Qərbi Saharanı) tanımır, cünki ona qarşı ərazi iddiaları vardır (baxmayaraq ki, Qərbi Sahara Afrika Birliyi Təşkilatının üzvüdür).
Dövlətin və ya hökumətin tanınması ücün beynəlxalq-hüquqi nətiçələr doğurur. Tanıyan və tanınan dövlət (hökumət) ücün tanıma normal ikitərəfli münasibətlər qurmaq, o çümlədən diplomatiknümayəndəliklər təsis etmək və müqavilələr bağlamaq ücün zəruri şərtdir.
Tanıma birbaşa və ya dolayı yolla ifadə oluna bilər. Bir dövlətin tanımadığı dövlətlə beynəlxalq konfransda iştirak etməsi dolayı tanıma hesab edilməməlidir. Lakin dövlətin hər hansı öir yeni dövlətin BMT-yə qəbul olunmasının leyhinə səs verməsi dolayı tanıma sayıla bilər



Yüklə 69,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin