RİYAZİYYAT
Fənnin əsaslandırılması. Şagirdlərin hesab əməllərini yerinə yetirmələri, yazılı və şifahi hesablama alqoritmlərinə yiyələnmələri, ədədi ifadələri hesablamaları, mətnli məsələləri həll etmələri, ilkin ölçmə vərdişlərinə, fəza və həndəsi təsəvvürlərə malik olmaları, verilmiş məlumatları təsnif etmələri təmin olunur, onlarda riyazi bilikləri gündəlik həyatda tətbiq etmək vərdişləri formalaşdırılır.
Ümumi nəticələr
Şagird:
milyon dairəsində natural ədədlər və sıfır üzərində dörd hesab əməlini yerinə yetirir, onluq say sistemində rəqəmlərin ədədlərdə mövqeyini və xüsusi çəkisini (mərtəbə vahidlərini) müəyyənləşdirir;
hesab əməllərində naməlum komponenti məlum komponentlərlə ifadə edir;
kəmiyyətlərdən (pul, çəki, uzunluq, sahə, zaman) həyati məsələlərin həllində istifadə edir;
sadə müstəvi fiqurların və fəza cisimlərinin xüsusiyyətlərini müəyyənləşdirir və təsvir edir;
ədədi məlumatları toplayıb qeyd edir, sistemləşdirir, nümayiş etdirir və şərh edir.
Dostları ilə paylaş: |