TəHSİLDƏ İKT


İnternet resurslarının və təhsil müəssisələrinin genişzolaqlı İnternet  bağlantılarının yaradılması



Yüklə 225,39 Kb.
səhifə8/51
tarix24.03.2022
ölçüsü225,39 Kb.
#54132
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
Təhsildə İKT

2.6. İnternet resurslarının və təhsil müəssisələrinin genişzolaqlı İnternet  bağlantılarının yaradılması 

        təhsil portalının hazırlanması;

        məktəblərin və təhsil şöbələrinin internet resurslarının yaradılması;

        elektron tədris  vəsaitlərinin şəbəkə variantlarının yaradılması və açıq istifadə      üçün yerləşdirilməsi;

        genişzolaqli İnternet/İntranet  bağlantısının təşkili və s.
2.7. Təhsilin informasiyalaşdırılmasında informasiya  təhlükəsizliyinin təmin olunması

İKT-nin sürətli inkişafı yeni imkanlar açmaqla yanaşı, həm də  bir sıra problemlər yaradır. Təhsil sistemində bu, daha çox uşaqların informasiya  təhlükəsizliyinin təmin olunması ilə  bağlıdır. Yeni informasiya  mənbələrinə daxil olan uşaqlar daha çox  aşağıdakı təsirlərə məruz qalırlar:

        Psixiki-bioloji – uşaqlara mənfi psixoloji və fiziki təsir göstərən;

        Mədəni – uşaqların milli və mədəni özgürlüyünə təhdid yaradan;

        Sosial-iqtisadi – keyfiyyətli təhsil almaq imkanının bərabərsizliyini artıran.

Bundan əlavə, ziyanlı məzmuna malik müxtəlif informasiyadan nəzarətsiz istifadənin və başqasının intellektual mülkiyyətindən icazəsiz istifadənin təsirləri də nəzərə alınmalıdır.

Bütün bu təsirlərin aradan qaldırılması üçün aşağıdakılar gerçəkləşdirilməlidir:

        informasiya təhlükəsizliyi məsələləri bütün elmi-texniki proqramlarda və təhsilin informasiyalaşdırılma layihələrində və proqramlarında  nəzərə alınmalıdır;

        informasiya təhlükəsizliyinin bütün istiqamətləri  üzrə (təşkilati, normativ və  texniki-texnoloji ) zəruri sənədlər hazırlanmalıdır;

        İKT-dən istifadə ilə bağlı təhlükəsizlik məsələləri müəllimlərə, məktəblilərə, valideynlərə, təhsil sisteminin rəhbərlərinə və ictimaiyyətə çatdırılmalıdır;

        uşaqlarda müəllif hüququna və özgəsinin intellektual mülkiyyətinə hörmət hissi aşılanmalıdır;

        informasiya texnologiyalarının uşaqlara təsirləri ilə  bağlı mövcud xarici təcrübə öyrənilməli və müvafiq tədqiqatlar aparılmalıdır.



Yüklə 225,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin