TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı



Yüklə 386,5 Kb.
səhifə6/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   51
TƏHSİLDƏ ikt

2.4. Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminatı

Təhsil müəssisəsinin İKT avadanlığı ilə təminatı bu avadanlığın tədris prosesinə inteqrasiyasına və  vahid təhsil-informasiya sisteminin yaradılmasına yönəlməlidir. 

Təhsil müəssisələrinin kompüter avadanlığı və telekommunikasiya vasi­tələri ilə təminatı müntəzəm olaraq  aparılmalıdır.

Təhsil müəssisələrinin İKT  avadanlığı ilə təmin olunması və onun istifa­dəsi prosesində aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

        İKT avadanlığından kompleks istifadənin daha effektiv olması;

        Avadanlığın parametrlərinin tez-tez  dəyişməsi və maksimum səmərəli istifadənin mümkünlüyü;

        Təhsil müəssisələrinin İKT-dən səmərəli istifadə imkanlarının müxtəlif səviyyədə olması.

        Təhsil müəssisələrinin İKT avadanlığı ilə təminolunma prosesi aşağı­dakıları nəzərdə tutur:

        təhsil müəssisəsinin İKT avadanlığını qəbul etməyə hazır olması;

        kompüter sinifləri (müəllim və şagird yerləri nəzərə alınmaqla);

        İKT avadanlığı (printer, skaner, rəqəmsal kamera, proyektor və s.) və effektivliyin artırılmasına  xidmət edən digər texniki vasitələr;

        təhsilin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün avadanlıq, şəbəkə avadanlığı, resurs mərkəzlərinin komplektləşdirilməsi üçün lazım olan avadanlıq və proqram təminatı;

        İKT üçün nəzərdə tutulan mebel;

        təhsil sahəsinin bütün istiqamətləri üzrə proqram-metodiki təminat;

        rəqəmsal fənn  laboratoriyalarının yaradılması;

        müvafiq lisenziya və sertifikatları olan proqram məhsulları ilə təminat;

        mövcud avadanlığa proqram-texniki xidmət infrastrukturunun qurul­ması;

        təhsil müəssisəsindəki bütün kompüterlərin şəbəkəyə qoşulması (şəbə­kəyə qoşulmamış ayrıca kompüterlərin mövcudluğu məqsədəuyğun hesab olunmur);

        məktəblərdəki istifadə müddəti başa çatmış, fiziki olaraq yararsız olan     avadanlığın müntəzəm olaraq  yeniləşdirilməsi;

        kompüter siniflərinin sayca artırılması. 

Müxtəlif fənlərin tədrisinin gerçəkləşməsi üçün nəzərdə tutulan kompüter sinifləri məktəbin əsas informasiya özəyinə çevrilməlidir. Odur ki, müxtəlif fən­lərin tədrisində İKT-dən mütəmadi surətdə və səmərəli istifadə üçün məktəblər lazımi sayda kompüter sinifləri ilə  təchiz olunmalıdır. Kompüter siniflərindən bütün gün ərzində maksimum istifadə üçün şərait yaradılmalıdır. Dərsdənkənar  vaxtlarda kompüter sinfinin imkanlarından səmərəli istifadə  mexanizmi hazır­lan­malıdır. Effektivliyin yüksəldilməsi üçün məktəblərin İKT avadanlığı və orada yaradılmış infrastruktur yalnız şagirdlərin tədrisi üçün deyil, həm də məktəbin bütün müəllim və işçi heyətinin, valideynlərin, məktəbə yaxın sakin­lərin də İKT savadlılığının artırılması üçün istifadə oluna bilər.  


Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin