TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI



Yüklə 386,5 Kb.
səhifə11/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
TƏHSİLDƏ ikt

TƏHSILDƏ ISTIFADƏ OLUNAN İKT AVADANLIĞI

VƏ PROQRAM TƏMINATININ XÜSUSIYYƏTLƏRI


    1. Təhsildə istifadə olunan İKT vasitələri dedikdə həm bu məqsədə xidmət edən elektron aparat, həm də proqram təminatı başa düşülür.

Aydındır ki, İKT-ailəsinə aid edilən ən əsas aparat komputer ( system bloku) və ona əlavə edilən giriş çıxış qurğularıdır. Kompüterin giriş-çıxış qurğuları dedikdə system bloka əlavə edilən klaviatura, monitor və mouze kimi vacib qurğular dəsti başa düşülür. Kompüter dəsti İKT avadanlığının təhsilə tətbiqi üçün əsas rol oynayan vasitədir. Lakin, bununla yanaşı İKT-nin təhsilə tətbiqi məqsədilə təyinatından aslı olaraq aşağıdakı qurğuların da olması vacib şərtlərdəndir:

  • Skaner: Fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn, şəkil və digər bu tipli məlumatları kompüterə daxil etmək üçündür;

  • Printer: Kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür. İnformasiyanın çıxışa verilməsi üsuluna görə printerlər 2 qrupa bölünür. Simvollu və qrafiki. Simvollu printerlər sətrdəki ayrı-ayrı simvolları bütöv şəkildə çap başlığına ötürür. Qrafiki printerlərdə məlumat simvollar şəklində deyil, ayrı-ayrı nöqtələr şəklində çıxışa ötürülür.

Müasir çap qurğuları əsasən laser texnologiyası üzərində qurulan printerlərdir. Bu printerlərin keyfiyyət göstəriciləri çox yüksək olur.

Bundan əlavə şırnaqlı printerlər də geniş yayılmışlar. Bu printerlər əsasən rəngli təsvirlərin kagız üzərinə köçürülməsi üçün daha çox istifadə olunur.



  • Mikrofon: Səsin elektrik siqnallarına çevrilməsini təmin edən giriş qurgusudur. Mikrofonun köməyi ilə audio məlumat kompütə daxil edilir.

  • Veb kamera: video informasiyanı kompüterə daxil edən giriş qurgusudur.

  • Qrafiki planşet: Əllə çəkilən şəkilləri sxemləri, imzaları, xəritələri birbaşa kompüterə daxil edən giriş qurğusudur. Gurğu qrafiki planşetdən və qələmdən ibarətdir.

  • TV-tüner: müxtəlif formatlı (PAL, SEKAM və s.) televiziya siqnallarını qəbul edib monitorda göstərilməsini təmin edən giriş qurğusudur.

  • Səs kolonkası: Audio məlumatları dinləmək üçün istifadə olunur.

  • Qrafikçəkən qurğu: kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri və təsvirləri kağız üzərinə köçürən qurğudur.

  • Strimmer: Məlumatı maqnit lenti üzərində saxlayan qaddaş qurğusudur.

  • Multimedia qurğuları: Kompüterə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin edən qurğulardır. Bu qurğular özündə mikrofonu, veb kameranı, səs kolonkasını və səs kartını birləşdirir. Səs kartından audi-video informasiyanı ikili rəqəm koduna çevirmək və əksinə əməliyyatı yerinə yetirmək məqsədilə istifadə olunur. Bu qurğuların köməyi ilə computer şəbəkələri üzərində və avtonom olaraq audio-video konfransların təşkili problem aradan qaldırılır.

  • Modem (modulyator, demodulyator): Əlaqə kanallarının (telefon xətləri, radio kanalları və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər 2 formada olur: Daxili və xarici. Daxili modemlər kompüterin ana platası üzərində qurulur. Xarici modemlər isə ardıcıl COM və ya USB portlara goşulur. Modem qurğusunun köməyi ilə kompüterlər Beynəlxalq computer şəbəkəsinə - İNTERNETə qoşulur.

Təlim məqsədli proqram təminatı (TMPT) dedikdə, oyrənənlə munasibətdə pedaqoji təlim-tədris funksiyasını reallaşdırmaq ucun xususi hazırlanmış və ya uyğunlaşdırılmış dəfələrlə istifadə olunan komputer proqramı başa duşulur.

Bu terminin sinonimi kimi novbəti ifadələr istifadə oluna bilər: təlim məqsədli proqram

vasitələri, komputer təlim vasitələri, təlim məqsədli komputer proqramları, pedaqoji məqsədli komputer proqramları və s.

Bu qrup proqramlar hər hansı bir sahədə komputer vasitəsilə informasiya əldə etmə və biliklər formalaşdırma prosesinə, bacarıq, vərdişlərin inkişaf etdirilməsinə, nəzarət və ya testləşdirməyə dəqiq istiqamətləndirilmişdir. Bu onun təlim proqramlarının (instrumental sistem, muhit və paketlərin) ozunun yaradılmasını və istismarını asanlaşdıran proqramlardan əsas fərqidir.

Proqramlaşdırma texnologiyasının muasirləşdirilərək hazırlanması təcrubəsinin, əsasən də TMPT-nin real təlim prosesində istifadə edilməsi təcrubəsinin əldə edilməsi ilə onların istifadə olunma metodları ayrı-ayrı muəllim-entuziast tərəfindən deyil, real təlim prosesində muəllim kollektivləri tərəfindən həyata kecirilirdi. Nəticədə TMPT-nin xususiyyətlərinə baxışlar, onların təsnifatı, tətbiq sahələri, nəhayət komputer təlim texnologiyasının ənənəvi təlim texnologiyalarından prinsipial fərqi baxımından muəyyən istiqamətlərdə dəyişmişdir. Muasir dovrdə dağınıq təlim proqramlarının tam komputer təlim proqramlarına transformasiyası baş verir. Bəzi hallarda TMPT hazırlayanlar onu komputer təlim texnologiyası məsələlərinin reallaşdırılaması ucun - kurs ucun "naviqatorlar" əsasında birləşdirirlər. Muasir TMPT aşağıdakı novbəti xususiyyətlərə malik olmalıdırlar: təhsil standartlarına uyğun gəlməli;

komputerləşdirilən təlim metodikalarını dəstəkləməli; muasir instrumental vasitələr əsasında reallaşdırılmış olmalı; istifadəci ucun sənədləri olmalı; TMPT-nin təlim prosesində yeri və tətbiq usulu təyin olunmalıdır.

Təlim proqramları hazırlayanlar, həmcinin telekommunikasiyanın aktiv inkişafı ilə

əlaqədar məsələləri nəzərə almalı və telematik sistemlər ucun təlim və tədris əlavələrinin reallaşdırılmasına hazır olmaldırlar. Bununla yanaşı TMPT-yə daxil olan informasiyanın etibarlılığı və onun təhsil standartlarına uyğun təlim vasitəsi kimi faydalılığı məsələləri daha aktualdır. Lakin on planda yaradılan proqram təminatının qeydiyyatı onun sertifikasiyası, "ikinci muəllif" tərəfindən dəyişdirilə bilmə imkanı, muəllif huququ və digər huquqlarla əlaqədar məsələlər durur. Bundan başqa TMPT-nin istifadə usul və formalarını, həmcinin telekommunikasiyalarda yayılması qaydalarını təyin etmək və reallaşdırmaq lazımdır.

Komputer təlim vasitələri movzusunda ədəbiyyatlarda təlim (bəzi nəşrlərdə pedaqoji)

məqsədli proqram tiplərini səciyyələndirən cox sayda terminlərdən istifadə edilir. Bu zaman muxtəlif muəlliflər tez-tez eyni bir terminə əhəmiyyətli dərəcədə fərqli və ya əks məna verirlər.

Eyni tipli proqramlar muxtəlif terminlərlə səciyyələndirilir. Muasir dovrdə təlim prosesinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ucun hazırlanmış bir cox komputer proqramları movcuddur. Psixoloqların ayırdıqları iki əsas idrak fəaliyyətlərinə (təlim və tədris) uyğun olaraq təlim vasitələrini iki boyuk sinfə bolurlər: təlim muhutləri və təlim proqramları. Təlim muhitlərinin qlobal pedaqoji məqsədi - muvəffəqiyyətli muhitin yaradılması yolu ilə oyrənənin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir. Bu muhitdə oyrənən lazımı biliklər əldə edir.

Təlim proqramı novbəti pedaqoji məqsədlərin reallaşdırılmasını təmin etməlidir: təlim

materialının numayiş etdirilməsi; muəyyən sahədə təlim; təlim prosesi gedişinin idarə edilməsi ucun testləşdirmə və diaqnostika; xususi təlim.

Yerinə yetirilən metodik funksiya noqteyi-nəzərdən təlim muhiti və təlim proqramları

arasında dəqiq "cəkilmiş sərhədlər" yoxdur. Bu sinifdən olan təlim vasitələri arasındakı yeganə fərq təlim muhitlərindəki nəzarətci tipli nəzarətin olmaması, təlim proqramlarında isə bu nəzarətin olmasıdır. Perspektivdə isə bu komponent bu və ya digərində həmişə olur.





  1. Yüklə 386,5 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin