TəHSİLDƏ İkt (Mühazirələr) GİRİŞ


DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI



Yüklə 386,5 Kb.
səhifə19/51
tarix02.01.2022
ölçüsü386,5 Kb.
#40852
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   51
TƏHSİLDƏ ikt

DIDAKTIK XÜSUSIYYƏT VƏ FUNKSIYALAR ANLAYIŞI

Təhsil vasitələrinin didaktik xüsusiyyətləri dedikdə, həmin vasitələrin həm nəzəri, həm də praktik bilik və vərdişlərin öyrədilməsi üçün nəzərdə tutulan imkanları başa düşülür. Məsələn, kompüterin didaktik xüsusiyyəti dedikdə, onun özünü öyrətmək qabiliyyəti – yəni HELP (SPRAVOÇNİK/KÖMƏK) sisteminin imkanları başa düşülməlidir.

Təhsil vasitələrinin didaktik funksiyaları dedikdə, həmin vasitələrin tədrisdə təyinatı, onların təlim-tədris prosesində yeri və rolu başa düşülür. Didaktik funksiyalara daha çox tədris vasitələrinin periferik xüsusiyyətləri aid edilir. Kompüterin didaktik funksiyalarına onun HELP sistemini istifadəçiyə çatdırmaq üçün nəzərdə tutulan imkanları başa düşülür.



Qlobal internet şəbəkəsinin yaranması məlumatların yeni informasiya texnologiyalarının köməyi ilə toplanması, emal edilməsi, saxlanılması, ötürülməsi kimi funksiyaların daha da təkmilləşdirilməsinə səbəb olmaqla informasiya texnologiyalarının məsafədən qarşılıqlı əlaqə yaratmaq kimi aşağıda göstərilən böyük imkanlarının reallaşdırılmasına şərait yaratdı:

  • Təhsil prosesi iştirakçılarının (öyrənənlərin, elektron informasiya mənbələrinin və öyrədənlərin) qarşılıqlı əlaqələrinin yeni formalarda tətbiqinin.

  • Təhsil prosesi iştirakçılarının vaxt baxımından sərbəstləşməsinə və onların vaxtdan səmərəli istifadə imkanlarının genişlənməsinə (asinxron təhsil metodu)

Kompüter şəbəkələrində tədrisin təşkilinin didaktik xüsusiyyətlərinə aşağıda göstərilən informasiya texnologiyalarının didaktik xüsusiyyətləri də aid edilir:

  • Təhsil prosesində informasiya texnologiyalarından istifadə metodlarına əsaslanmaqla elektron təhsil materiallarının yaradılması;

  • Təhsil prosesi iştirakçıları arasında məsafədən informasiya mübadiləsinin yaradılması;

İnformasiya texnologiyalarının didaktik imkanları təhsil prosesində aşağıdakı təhsil alma imkanlarının yaranmasına kömək edir:

  • Təhsil prosesinin uzaq məsafədən reallaşdırılması: bu zaman öyrədənlə öyrənən və ya öyrənənlər qrupu arasında ya elektron yazışmalar, ya da audio/video bağlantıların köməyi ilə əlaqələr yaradıla bilər;

  • Öyrədənlə öyrənən və ya öyrənənlər qrupu eyni vaxtda və vaxtından aslı olmayaraq uzaq məsafədə yerləşən tədris vasitələrindən istifadə etmək imkanlarının yaranması.

Bu proseslərin həyata keçirilməsi vaxt baxımından 2 rejimdə həyata keçirilə bilər:

  1. Bütün tədris iştirakçıları məsafədən və yerindən aslı olmayaraq eyni vaxtda kompüter arxasında aktiv vəziyyətdə (onlayn rejim) olmalıdırlar. Belə təhsil prosesi sinxron təhsil prosesi adlanır.

  2. Tədris prosesi iştirakçılarının eyni vaxtda aktiv rejimdə olmaları tələb olunmur. Onlar tədris prosesini özləri üçün daha sərfəli vaxtda və səmərəli üsullarla həyata keçirirlər. Belə təhsil alma rejimi asinxron rejim adlanır.


Yüklə 386,5 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin